Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-954/2025 08.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X13 oğlunun katibliyi, İddiaçı, nümayəndəsi X1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh4, Digər cavabdehlər "xxxx" MMC-nin vəkili-nümayəndəsi Vəkil1 və Cavabdeh3 vəkili Vəkil2, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” PHŞ-nin eksperti X2 (videogörüntülü zəng vasitəsilə) iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və "xxxx" MMC-yə qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin rəhbərliyinin (həkimlərinin) təqsiri üzündən iddiaçının sağlamlığına vurulmuş maddi ziyana (4.000 manat ödəniş pulu, müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına və başqasının qulluğuna görə) və mənəvi (sağlamlığına vurulmuş) zərərə görə ümumilikdə - 30.000 (otuz min) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsini, ödədiyi 129 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir (iddia ərizəsinə texniki düzəliş edilmişdir).
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuşdur. Hal-hazırda ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Himayəsində 2 azyaşlı övladı vardır. İddiaçı ünvan 2 ünvanında yerləşən "xxxx"na estetik əməliyyatla əlaqədar müraciət etmişdir. “İnstagram” sosial şəbəkəsində tanış olduğu "xxxx"nda həkim işləyən Cavabdeh2lə görüşmüşdür. Cavabdeh2lə görüşüb söhbət edərkən iddiaçı ona bildirmişdir ki, dizlərini, ayaqlarını və qollarını “gərmə-liposaksiya” əməliyyatı etdirmək istəyir. "xxxx"nda həkim işləyən Cavabdeh2lə iddiaçı arasında olan razılığa əsasən, 4.000 (dörd min) manat məbləğində pul ödəyəcəyi təqdirdə, dizlərində, ayaqlarında və qollarında “gərmə-liposaksiya” əməliyyatı edəcəkdir. İddiaçı sözügedən məbləğdə pulu ödəmiş, əməliyyatdan əvvəl Cavabdeh2 bildirmişdir ki, ürəyində problem var və həkim ona söz vermişdir ki, narahat olmasın, əməliyyat uğurla keçəcək, heç bir problem olmayacaq və cəmi 3 saat ərzində başa çatacaqdır. İddiaçının əməliyyatı xx.xx.2024-cü il tarixə təyin edilmiş, əməliyyat "xxxx"nda baş tutmuşdur. Əməliyyatda Cavabdeh2lə birlikdə, klinikanın baş həkimi Nigar Məmmədova, digər həkimlər Nurlan Həsənli və Cavabdeh3 da iştirak etmişlər. Lakin əməliyyat 3 saat deyil, 8 saat davam etmişdir (əməliyyat saat 10:00-da başlamış, 18:00-da isə başa çatmışdır). Səhəri gün, xx.xx.2024-cü il tarixdə iddiaçının mədəsində köp əmələ gəldiyi üçün saat 18:00 radələrində klinikada işləyən Natəvan adlı tibb bacısı iddiaçının qoluna damardaxili iynə vurmuş, iynə vurulan zaman o, şoka düşmüşdür. Özünə gələndən sonra əməliyyatda iştirak etmiş həkimlərə zəng vursa da, həkimlərin heç biri onun zənglərini açmamışdır. Bundan sonra iddiaçının səhhətində ciddi problemlər – panik atak və ürək artemiyası yaranmışdır. Estetik əməliyyatdan 8 aydan çox vaxt keçməsinə baxmayaraq, iddiaçının səhhətində həmin problemlər qalmışdır və hər iki ayağı və əlləri keyləşmiş vəziyyətdədir. Həmçinin, hər iki əlində (qollarında) və ayaqlarında tikiş izləri və saplar qalmaqdadır və sovrulmamışdır. Həkim Cavabdeh2 həm də iddiaçının icazəsi olmadan bədəninin başqa nahiyələrinə də müdaxilə etmiş və estetik zədələr yetirmişdir. İddiaçı dəfələrlə klinikanın baş həkimi Nigar xanıma zəng vurub, Cavabdeh2lə birgə onun üzərində həyata keçirdikləri əməliyyatdan sonra səhhətində ciddi problemlər olduğunu bildirmiş, lakin baş həkim bununla bağlı heç bir tədbir görməmiş və iddiaçıya heç bir əlavə tibbi yardım göstərilməmişdir. xx.xx.2024-cü il tarixdə saat 13:15-də klinikanın baş həkimi ilə telefonla danışarkən ona yalnız bildirilmişdir ki, 1.000 manat pul geri qaytarıla bilər, bunun əvəzində isə o, hüquq-mühafizə orqanlarına verdiyi şikayətləri geri götürməlidir. İddiaçı razılaşmadığı zaman ona kobud formada “get, haraya istəyirsən, şikayət et” ifadəsi işlədilmişdir. Bundan sonra iddiaçı Nəsimi rayon prokurorluğuna klinikanın baş həkimi, həkim Cavabdeh2 və digər həkimlərdən şikayət ərizəsi vermiş, araşdırma zamanı təyin edilmiş komisyon-məhkəmə tibbi ekspertizası nəticəsində verilmiş ekspert rəyində qeyd edilmişdir ki, iddiaçıda keçirdiyi cərahiyyə əməliyyatına uyğun çapıq toxumaları vardır. Sol dirsək nahiyəsində piy yastıqları və hərəkətin bir qədər ağır olması qeyd olunur. Bu dəyişikliklər cərrahiyyə əməliyyatının qüsurlu texniki icrası ilə əlaqədardır. Bunun aradan qaldırılması üçün fizioterapevtik müalicələrin davam etdirilməsi məqsədə müvafiq hesab edilir. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmayıb. Klinikada göstərilmiş qüsurlu tibbi xidmət ilə əlaqədar Səhiyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə Təlimatları”nın 24.1-ci bəndi (ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətlə həyata keçirilməməsi) pozulmuşdur. Prokurorluğun xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, iddiaçıya cərrahiyyə əməliyyatı nəticəsində dəymiş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Əməliyyatdan sonra iddiaçıya həm maddi, həm mənəvi zərər vurulmuşdur. Belə ki, əməliyyat üçün 4.000 manat ödəmiş, əməliyyatdan sonrakı müalicə və fizioterapiya üçün əlavə 6.000 manat xərc çəkmişdir. Bundan başqa, 8 ay ərzində fiziki iş qüvvəsini, demək olar ki, itirmiş və qazanc əldə edə bilməmişdir. Halbuki, hər ay 1.000 manat olmaqla, cəmi 8.000 manat qazanc əldə edə bilərdi. Hazırda keçirdiyi əməliyyatdan sonrakı qüsurlara görə digər özəl klinikalarda ondan 10.000 manat məbləğində ödəniş tələb edilir. Ona görə də cavabdeh klinikadan iddiaçıya vurulmuş maddi ziyana (4.000 manat ödəniş, müalicə, əlavə qidalanma, dava-dərman alınması və başqasının qulluğuna görə) və mənəvi zərərə (sağlamlığına vurulmuş) görə ümumilikdə 30.000 (otuz min) manat pul ödənilməlidir. Belə ki, cavabdeh bu pulu iddiaçıya ödəməyə borcludur.
3. İddiaçı iddia tələblərinin dəyişdirilməsi və əlavə dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh klinikanın təqsiri üzündən ona dəymiş maddi ziyana görə 18.000 manat, mənəvi ziyana görə 12.000 manat olmaqla, cəmi 30.000 manat məbləğində pulun və 129 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.
4. İddiaçı əlavə cavabdehlərin cəlb olunması ilə bağlı ərizə təqdim edərək, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 əlavə cavabdeh qismində cəlb olunmasını və dəymiş maddi və mənəvi ziyanın müştərək qaydada cavabdehlərdən tutulmasını xahiş etmişdir.
5. Cavabdeh "xxxx" MMC iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı zərər faktını təsdiq edən hər hansı arqumenti, ümumiyyətlə nə qədər zərərə düşməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Hazırkı işdə əməliyyat birbaşa klinikanın tapşırığı ilə və ya nəzarəti altında deyil, həkimin şəxsi təşəbbüsü və pasientlə aralarında olan birbaşa razılaşma əsasında həyata keçirilmişdir. Bunu həm iddiaçının məhkəməyə təqdim etdiyi “İnstagram” sosial şəbəkəsindən olan yazışmanın fotoşəkilləri, həm də iddia ərizəsində iddiaçının qeyd etdiyi kimi sosial şəbəkədən tanıma faktı sübut edir. Mövcud vəziyyətdə klinika yalnız inzibati və texniki şəraiti təqdim etmiş, tibbi müdaxilənin icrası isə həkimin müstəqil məsuliyyəti çərçivəsində baş tutmuşdur. Bu səbəbdən tapşırıq və nəzarət elementi mövcud olmadığından, klinika rəhbərliyinin işəgötürən kimi məsuliyyət daşıması üçün heç bir hüquqi əsas yoxdur. Nə işçi anlayışı, nə də məsuliyyət predmeti hazırkı işdə olmadığından, əməliyyat nəticəsində iddiaçının sağlamlığına dəydiyi ehtimal olunan zərərə görə cavabdeh tərəf olan klinika rəhbərliyinə qarşı mülki məsuliyyətin tətbiqi əsassızdır.
7. İddiaçı məhkəmə iclaslarındakı izahatlarına əlavə olaraq yazılı ərizələr də təqdim etmişdir.
a) Məhkəmə prosesi:
8. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi X3 iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdilər.
9. Məhkəmə iclasında Cavabdeh2 bütün məsuliyyətin Vüsal həkimdə olduğunu bildirib, iddianın ona münasibətdə təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə təqdim etdi.
10. Məhkəmə iclasında digər Cavabdeh4 məsələyə aidiyyəti olmadığını bildirib, iddianın ona münasibətdə təmin edilməməsini məhkəmədən xahiş etdi.
11. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin vəkili-nümayəndəsi Vəkil1 dəymiş zərərlə bağlı qaldırılmış hazırkı iddianın MMC ilə həkim arasında heç bir müqavilə olmaması səbəbindən onlara münasibətdə təmin edilməməsini məhkəmədən xahiş etdi.
12. Məhkəmə iclasında digər Cavabdeh3 vəkili Vəkil2 onun yalnız gərmə etdiyini, liposaksiya etmədiyini bildirib, əməliyyatdan sonra iddiaçının narazılığı yarananda 2.000 manat məbləğində pulun iddiaçıya qaytarılması üçün Cavabdeh2 verildiyini qeyd etdi. İddianın ona münasibətdə təmin edilməməsini məhkəmədən xahiş etdi.
13. Məhkəmə iclasında videogörüntülü zəng vasitəsilə izahatı alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” PHŞ-nin eksperti X4 iddiaçının üzərində liposaksiya əməliyyatının aparıldığını, gərmənin həyata keçirilmədiyini müəyyən etdiklərini bildirdi. Vüsal həkimin ümumi cərrah kimi işləyə biləcəyini, plastik cərrah kimi ixtisaslaşmadığını qeyd edib, bu əməliyyatı etməyə səlahiyyətinin olmadığını əlavə etdi. Gərmə edilmiş olsa da belə, iddiaçının bədənində yaranmış fəsadların birbaşa liposaksiyanın nəticəsi olduğunu bildirdi.
14. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
15. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş diaqnostik manipulyasiyaların və cərrahi müdaxilələrin aparılması üçün xəstə və ya xəstənin qanuni nümayəndəsinin razılıq iltizamnaməsi adlı xx.xx.2024-cü il tarixli sənədin surətindən görünür ki, iddiaçı və anası həkim tərəfindən aparılacaq əməliyyatın əks-təsirləri barədə xəbərdar edilmələrinə dair imza çəkmiş, “müalicə həkimi” qrafasında Dr. Vüsal yazılmışdır. Prokurorluq tərəfindən məhkəməyə təqdim edilmiş həmin sənədin surətində isə sözügedən qrafada Erkin Dr. yazılmışdır.
16. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş xəstəlik tarixi adlı sənədin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə üzərində “hər iki budun və hər iki bazunun içəri nahiyələrində lipomatoz toxumaların kəsilib götürülməsi” cərrahi əməliyyatı aparılan İddiaçı əməliyyatını Dr.Cavabdeh3 aparmış, müalicə həkimi o olmuşdur (həkimin adı göstərilən yerlərdə qaralamalar edilməsi, habelə ağardıcıdan istifadə edilməsi sadə müşahidə yolu ilə müəyyən edilir). Lakin prokurorluq tərəfindən məhkəməyə təqdim edilmiş həmin sənədin surətində həkim yerində Nümayəndə2 yazılmışdır.
17. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş analizlər barədə sənədlərin surətlərində həkim yerində “D.Vüsal”, prokurorluq tərəfindən məhkəməyə təqdim edilmiş həmin sənədlərin surətlərində isə “Q.Erkin” yazılmışdır.
18. xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli 3 ədəd qəbzdən görünür ki, "xxxx" MMC-nin hesabına cəmi 620 manat məbləğində pul mədaxil edilmişdir.
19. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” PHŞ tərəfindən verilmiş KEŞ-820 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə "xxxx"na müraciət etmiş, aparılmış müvafiq müayinələrdən sonra ona “hər iki budun içəri nahiyəsinin infiltratlaşmış lipomatozu. Hər iki bazunun içəri nahiyəsində infiltratlaşmış lipomatoz” diaqnozu düzgün təyin edilmişdir. Onun üzərində sözügedən klinikada “hər iki budun içəri nahiyələrinin və hər iki bazunun içəri nahiyələrinin lipomatoz toxumalarının götürülməsi” cərrahiyyə əməliyyatı icra edilmişdir. İcra edilmiş əməliyyat təyin edilmiş diaqnoza uyğun olmuşdur. Əməliyyatdan sonra ona müvafiq məsləhətlər və tövsiyələr verilmişdir. Mütəxəssis müayinəsi zamanı onda keçirilmiş cərrahiyyə əməliyyatlarına uyğun çapıq toxumaları vardır. Sol dirsək nahiyəsində piy yastıqları və bir qədər hərəkətin ağır olması qeyd olunur. Bu dəyişikliklər cərrahiyyə əməliyyatının qüsurlu texniki icrası ilə əlaqədardır. Bunun aradan qaldırılması üçün fizioterapevtik müalicələrin davam etdirilməsi məqsədə müvafiq hesab edilir. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmayıb. İddiaçı klinikada göstərilmiş qüsurlu tibbi xidmət ilə əlaqədar Səhiyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli 70 saylı əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə Təlimatları”nın 24.1-ci bəndi (ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsi) pozulmuşdur.
20. Nəsimi rayon prokurorunun böyük köməkçisi X6 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, İddiaçı "xxxx"nda uğursuz əməliyyat keçirməsi və səhhətində ağırlaşmalar yaranması ilə bağlı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, ona cərrahiyyə əməliyyatı nəticəsində dəymiş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
21. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 129 manat məbləğində dövlət rüsumu ödəmişdir.
22. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixli məktublarına əlavə edilmiş cədvəllərdən görünür ki, iddiaçının sonuncu aktiv əmək müqaviləsi 2020-ci ildə olmuşdur. Cavabdeh2 xx.xx.2024-cü il tarixdən cavabdeh MMC-də tibbi menecer vəzifəsində işləyir. Sonuncu məktubda, həmçinin, Cavabdeh4 və Cavabdeh3 adına cavabdeh MMC tərəfindən əmək müqaviləsi daxil edilmədiyi qeyd edilmişdir.
23. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” PHŞ tərəfindən verilmiş KEŞ-347 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı mütəxəssis müayinəsi zamanı onda keçirilmiş “hər iki budun içəri nahiyələrinin və hər iki bazunun içəri nahiyələrinin lipomatoz toxumaların götürülməsi” cərrahiyyə əməliyyatlarına uyğun çapıq toxumaları vardır. Sol dirsək nahiyəsində piy yastıqları, kəsik izlərində asimmetriya və bir qədər hərəkətin ağır olması qeyd olunur. Bu dəyişikliklər cərrahiyyə əməliyyatının qüsurlu texniki icrası ilə əlaqədardır. Bunun aradan qaldırılması üçün fizioterapevtik müalicələrin və kosmetik müdaxilələrin aparılmasına ehtiyac vardır. Müalicəyə sərf olunacaq vəsaitin təyini ekspert komissiyasının səlahiyyətlərinə aid deyil. İddiaçı üzərində icra edilmiş “hər iki budun içəri nahiyələrinin və hər iki bazunun içəri nahiyələrinin lipomatoz toxumaların götürülməsi” cərrahiyyə əməliyyatları müvafiq sertifikasiya şəhadətnaməsi olan plastik-rekonstruktiv cərrah tərəfindən icra oluna bilərdi.
24. İş materiallarına fotoşəkillər və ekran görüntüləri, cavabdeh MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol, cərimə ödənilməsinə dair qəbzlər, səsyazıları olan 1 ədəd disk də əlavə edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
25. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, xx.xx.2024-cü il tarixdə cavabdeh "xxxx" MMC-də İddiaçı üzərində “hər iki budun içəri nahiyələrinin və hər iki bazunun içəri nahiyələrinin lipomatoz toxumaların götürülməsi” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatın qüsurlu icra edilməsi və məhz qüsurlu icra nəticəsində iddiaçının səhhətinə ziyan vurulması iş materiallarında olan, mötəbər sayılmaması üçün heç bir əsas müəyyən edilməyən ekspert rəyləri ilə öz təsdiqini taparaq işin mübahisəsiz halını təşkil edir.
26. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “fit_estetic_” adlı “İnstagram” istifadəçisi ilə yazışmaların ekran görüntülərindən və həmin istifadəçinin paylaşımlarından (dr.erkin_qarayev) müəyyən edilir ki, Cavabdeh2 özünü iddiaçıya cavabdeh klinikada gərmə-liposaksiya əməliyyatları edən plastik cərrah kimi təqdim etmişdir. Tərəflərin izahatları və məhkəmə sorğusu əsasında müvafiq orqandan əldə edilmiş mötəbər sübutlar əsasında müəyyən edilir ki, Cavabdeh2 ixtisasca həkim deyil, habelə həmin vaxt cavabdeh MMC-nin rəsmi işçisi belə olmamış, yalnız sonradan (iş məhkəmənin icraatında olduğu vaxt) tibbi menecer kimi işə götürülmüşdür. Cavabdeh2 məhkəmə iclaslarında verdiyi izahatlarında özünü iddiaçıya heç vaxt həkim kimi təqdim etmədiyini, belə ki, klinika üçün pasient toplayan menecer (makler) olduğunu, iddiaçını əməliyyat edən həkimin digər Cavabdeh3 olduğunu, Vüsal həkim olmadığı vaxtlarda reseptlərdə və tibbi sənədlərdə öz adının qeyd olunduğunu, bu əməliyyat üçün iddiaçıdan 3.900 manat məbləğində pulun özləri tərəfindən alındığını, lakin həmin pulun tamlıqla klinikanın kassasına ödənildiyini, əməliyyatdan sonra iddiaçının narazılığı yarananda isə Cavabdeh3 2.000 manat pulu ona, onun isə iddiaçıya qaytarılması üçün həmin vaxt baş həkim olmuş Nigar xanıma verdiyini bildirmişdir. İddiaçının üzərində liposaksiya əməliyyatını məhz Cavabdeh2 icra etməsi digər Cavabdeh3 izahatı ilə də təsdiqlənmişdir.
27. Həkim olması müəyyən edilən digər Cavabdeh3 sözügedən əməliyyatda həkim kimi iştirak etməsi onun tərəfindən mübahisələndirilmir. Lakin o, iddiaçının üzərində liposaksiya edənin Cavabdeh2, gərmə əməliyyatını icra edənin isə məhz özü olduğunu bildirir. İş materiallarındakı ekspert rəylərini məhkəməyə təqdim edən, hazırkı məhkəmə iclasında da videogörüntülü zəng vasitəsilə izahatı alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” PHŞ-nin eksperti Cavid Cahangirli iddiaçının üzərində gərmə əməliyyatının həyata keçirildiyini müəyyən etmədiklərini, lap həyata keçirilmiş olsa da belə, nə gərmə, nə də liposaksiyanı icra etmək üçün Cavabdeh3 səlahiyyəti olmadığını, bunun yalnız plastik-rekonstruktiv cərrah tərəfindən həyata keçirilə biləcəyini, Vüsalın isə yalnız ümumi cərrah kimi işləyə biləcəyini, sözügedən sahə üzrə ixtisaslaşmadığını bildirmişdir. Cavabdeh3 iddiaçının əməliyyatına görə ona 1.250-1.350 manat pul verildiyini, lakin sonradan iddiaçının narazı olduğunu biləndə 2.000 manat məbləğində pulu iddiaçıya vermək üçün Cavabdeh2 verdiyini məhkəmə iclasındakı izahatında qeyd etmiş, Cavabdeh2 onun pul barədə dediklərini təsdiq edərək, Cavabdeh3 verdiyi 2.000 manat məbləğində pulu iddiaçıya qaytarmaq üçün həmin vaxt klinikanın baş həkimi olmuş Nigar xanıma verdiyini əlavə etmişdir.
28. Qeyd edilməlidir ki, əməliyyatın cavabdeh "xxxx" MMC-də həyata keçirilməsi mübahisələndirilmir. Cavabdeh MMC-nin həmin vaxt baş həkimi olmuş Nümayəndə2 prokurorluqdakı araşdırma zamanı verdiyi yazılı izahatında iddiaçının əməliyyatında həkim kimi yalnız özünün iştirak etməsi qeyd edilmiş, prokurorluğa təqdim edilmiş sənədlərdə həkim kimi onun adı qeyd edilmişdir. Lakin sonradan niyəsə cavabdeh MMC öz mövqeyini dəyişmişdir. Belə ki, məhkəmə qərardadı əsasında həm cavabdeh MMC-dən, həm də prokurorluqdan tələb edilərək əldə edilmiş materiallar araşdırılan zaman müəyyən edilmişdir ki, cavabdeh MMC-nin iddiaçının əməliyyatı ilə bağlı tərtib etdiyi, prokurorluğa təqdim olunmuş sənədlərdə həkim kimi Nümayəndə2 adı yazılsa da, sonradan bu sənədlər saxtalaşdırılaraq Nümayəndə2 adının olduğu yerlərdə Cavabdeh3 adı yazılmışdır. Qeyd olunmalıdır ki, aşkar edilən bu faktla bağlı məhkəmə tərəfindən xüsusi qərardad qəbul edilmişdir. Digər cavabdehlər baş həkim Nümayəndə2 arabir əməliyyat otağına gəlib-getməsini məhkəmə iclaslarındakı izahatlarında təsdiqləmişlər. Məhkəmə araşdırmaları zamanı əvvəlcə cavabdeh MMC əməliyyatı icra edənin Cavabdeh3 olduğunu və onun klinikanın həkimi olduğunu bildirsə də, sonradan bu izahat da dəyişdirilərək, Cavabdeh3 cavabdeh MMC ilə icarə xarakterli münasibətlərdə olduğu, onun MMC-nin işçisi olmadığı, MMC-nin o həkimi sadəcə texniki cəhətdən təmin edərək, yarı-yarıya işləmələri bildirilmişdir. Cavabdeh MMC, həmçinin, iddiaçının əməliyyatı üçün kassaya sadəcə 600-700 manat məbləğində ödəniş edildiyini, daha artıq ödənişin edilməsinə dair heç bir qəbzin olmadığını bildirmişdir.
29. Digər Cavabdeh4 əməliyyatda iştirak etməsinə dair heç bir mötəbər sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, cavabdeh özü bu iddianı qəbul etməmiş, digər cavabdehlər Cavabdeh2lə MMC onun əməliyyatda olmadığını bildirmiş, Cavabdeh3 da onun əməliyyatda olub-olmadığını dəqiq xatırlamadığını qeyd etmişdir. İddiaçı tərəf əməliyyat üçün tələb edilən 4.000 manat məbləğində pulun, habelə sonradan tələb edilən pulların hamısını Cavabdeh4 ödədiklərini bildirsələr də, bu iddialarını təsdiq edən sübutları olmamışdır.
30. İddiaçı əməliyyatdan sonra səhhətində problemlər yarandığını bildirərək, cavabdeh MMC-ni prokurorluğa şikayət etmiş, prokurorluqda aparılmış araşdırma zamanı əməliyyatın qüsurlu icra edilməsi, bunun nəticəsində iddiaçının səhhətində problemlər yaranması, yaranan problemlərin aradan qaldırılması üçün fizioterapevtik müalicələrin davam etdirilməsinin məqsədə müvafiq olması müəyyən edilərək, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, iddiaçıya səhhətinə vurulmuş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
31. Hazırda iddiaçı əməliyyat üçün ödədiyi 4.000 manat, əməliyyatdan sonrakı müalicə və fizioterapiya üçün ödədiyi 6.000 manat, 8 ay ərzində əmək qabiliyyətini itirdiyinə görə işləyə bilməməsi səbəbindən hər aya 1.000 olmaqla, 8.000 manat, cəmi 18.000 manat məbləğində maddi ziyanın və digər klinikalarda müalicə olunması üçün 10.000 manat məbləğində pulun tələb edildiyini bildirərək, 12.000 manat məbləğində mənəvi ziyanın, o cümlədən məhkəmə xərclərinin əvəzinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsini xahiş edir.
32. Məhkəmə sorğusuna əsasən X8 Xidməti tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktubla müəyyən edilmişdir ki, iddiaçının sonuncu aktiv əmək müqaviləsi 2020-ci ildə olmuş, yəni əməliyyatdan bilavasitə əvvəl iddiaçı işləməmişdir. Hətta məhkəmə iclasındakı izahatında iddiaçı özü də tələbə olduğunu və işləmədiyini təsdiqləmişdir.
33. Məhkəmə araşdırmaları zamanı əldə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” PHŞ-nin xx.xx.2025-ci il tarixli ekspert rəyi ilə iddiaçıda “hər iki budun içəri nahiyələrinin və hər iki bazunun içəri nahiyələrinin lipomatoz toxumaların götürülməsi” cərrahiyyə əməliyyatlarına uyğun çapıq toxumalarının mövcudluğu, sol dirsək nahiyəsində piy yastıqları, kəsik izlərində asimmetriya və bir qədər hərəkətin ağır olmasının qeyd olunması, bu dəyişikliklərin cərrahiyyə əməliyyatının qüsurlu texniki icrası ilə əlaqədar olması, bunun aradan qaldırılması üçün fizioterapevtik müalicələrin və kosmetik müdaxilələrin aparılmasına ehtiyac olması, lakin müalicəyə sərf olunacaq vəsaitin təyininin ekspert komissiyasının səlahiyyətlərinə aid olmaması, iddiaçının üzərində icra edilmiş “hər iki budun içəri nahiyələrinin və hər iki bazunun içəri nahiyələrinin lipomatoz toxumaların götürülməsi” cərrahiyyə əməliyyatlarının müvafiq sertifikasiya şəhadətnaməsi olan plastik-rekonstruktiv cərrah tərəfindən icra oluna biləcəyi müəyyən edilmişdir.
c) Məhkəmənin mövqeyi:
34. İddia tələbinin “maddi zərərin ödənilməsi” hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, aparılmış araşdırmalar nəticəsində tələbin bu hissəsinin qismən təmin edilməsi üçün əsaslar müəyyən edilmişdir.
35. Belə ki, iddiaçı həyata keçirilmiş qüsurlu əməliyyat üçün 4.000 manat məbləğində pulu cavabdehlərə verdiyini bildirsə də, bununla bağlı heç bir sübutu məhkəməyə təqdim etməmiş, pulu əlbəəl verdiyini bildirmişdir. Cavabdeh2 isə hələ iş üzrə üçüncü şəxs kimi izahatı alınan zaman bu dəlili qismən qəbul edərək, 3.900 manat məbləğində pulu iddiaçıdan aldıqlarını bildirmişdir. İddiaçının müvafiq ərizəsi əsasında cavabdeh kimi cəlb edildikdən sonra isə Cavabdeh2 izahatını cüzi dəyişərək, iddiaçının əməliyyatı üçün 3.900 manat məbləğində pulun ondan alındıqdan sonra tamlıqla klinikanın kassasına ödənildiyini, lakin qəbzlərin onda olmadığını bildirmişdir. Beləliklə, Cavabdeh2 öz izahatı ilə təsdiqlənərək hazırkı işin mübahisəsiz halını təşkil edən faktlardan biri iddiaçının əməliyyatı üçün 3.900 manat məbləğində pulun onlar tərəfindən götürülməsi olmuşdur. Digər bir mübahisəsiz hal isə ondan ibarətdir ki, əməliyyatı icra edən həkimlərdən biri olan digər Cavabdeh3 bu puldan 1.250-1.350 manat verilsə də, sonradan iddiaçının narazılığı yarananda o, hətta 2.000 manat məbləğində pulu iddiaçıya qaytarması üçün Cavabdeh2 vermişdir. Cavabdeh2 Cavabdeh3 bu dəlilini təsdiqləyərək, Vüsaldan aldığı pulu cavabdeh MMC-nin həmin vaxtkı baş həkimi Nümayəndə2 verdiyini əlavə etmişdir. Cavabdeh MMC isə kassaya yalnız 600-700 manat məbləğində pul ödənildiyini bildirərək və 3 ədəd qəbz təqdim edərək, 3.900 manat məbləğində pulun tamlıqla MMC-yə ödənilməsi faktını qəbul etməmişdir.
36. Məhkəmə hesab edir ki, iddiaçının qüsurlu əməliyyat üçün 3.900 manat məbləğində pulu ödəməsi cavabdehlərdən ən azından birinin izahatı ilə təsdiqləndiyindən, iddiaçıya məhz həmin məbləğdə maddi zərər dəyməsi faktı müəyyən edilir. Maddi zərəri vuran şəxslər isə əməliyyatı qüsurlu icra etmiş cavabdehlər – menecer Cavabdeh2, həkim Cavabdeh3 və həmin vaxt MMC-nin baş həkimi olmaqla, əməliyyata nəzarət edən (hətta ilkin sənədləşmədə adı müalicə həkimi kimi qeyd olunan və prokurorluqdakı izahatında əməliyyatı icra etdiyini iddia edən) Nümayəndə2 olmuşdur. Cavabdeh3 iddiaçıya əməliyyatın məbləği ilə bağlı vurmuş olduğu zərərdən (ona çatan məbləğin 1.250-1.350 manat olduğunu bildirmişdir) daha artıq məbləğdə (2.000 manat) pulun iddiaçıya qaytarılması üçün Cavabdeh2 verilməsi faktı təsdiq edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ona qarşı yönəlmiş maddi zərər tələbi təmin edilməməlidir. Çünki Cavabdeh3 iddiaçıya vurduğu maddi zərəri kompensasiya etmək üçün zəruri olan hərəkəti həyata keçirdiyini sübuta yetirmişdir. Lakin digər cavabdehlər Cavabdeh2lə "xxxx" MMC qüsurlu icra edilmiş əməliyyat üçün aldıqları 3.900 manat məbləğində pulu iddiaçıya qaytarmamışlar. Məhkəmə hesab edir ki, sözügedən məbləğdə pulun Cavabdeh2lə həmin vaxt cavabdeh MMC-nin baş həkimi, yəni qanunla rəsmi işçisi olmuş Nümayəndə2 tərəfindən alınması və müəyyən hissəsinin (təqdim edilən qəbzlərə görə 620 manat) cavabdeh MMC-nin kassasına ödənilməklə, qalan hissəsinin özlərində saxlanılmaqla iddiaçıya qaytarılmaması müəyyən edildiyindən, tələbin bu hissəsi onlara münasibətdə qismən təmin edilərək, qüsurlu əməliyyat üçün iddiaçı tərəfindən ödənilmiş 3.900 manat məbləğində pul Cavabdeh2lə klinikadan müştərək qaydada tutularaq iddiaçıya verilməlidir.
37. Cavabdeh2 həkim olmadığını və heç vaxt özünü iddiaçıya həkim kimi təqdim etmədiyini, iddiaçının üzərində əməliyyatı onun deyil, məhz Cavabdeh3 etdiyini, menecer (makler) kimi klinikaya müştəri topladığını bildirsə də, iş materiallarına əlavə edilmiş onunla iddiaçı arasındakı yazışmalardan, onun tərəfindən “İnstagram” sosial şəbəkəsində edilmiş paylaşımlardan, iddiaçı barəsində tərtib edilmiş bir sıra tibbi sənədlərdən və reseptlərdən, o cümlədən digər Cavabdeh3 izahatından iddiaçının iddia ərizəsində onun barəsində iddia etdiyi dəlillərin həqiqətə uyğun olması hesab edilir (paylaşımlardan müəyyən edilir ki, Cavabdeh2 yalnız iddiaçıya deyil, sosial şəbəkədə idarə etdiyi səhifənin izləyicisi olan hər bir şəxsə özünü həkim kimi təqdim edir). Bu məsələyə əks yanaşma, yəni məhz Cavabdeh2 həkim olmaması əsası ilə, iddiaçıya zərər vurulmasında heç bir rolunun olmaması barədə dəlilləri düzgün hesab etmək ona görə qəbul edilməzdir ki, hazırkı dövrdə az qala, bütün şəxslər üçün əlçatan olan bir sosial şəbəkədə belə bir məsuliyyətli peşənin adından istifadə edən şəxsin bu hərəkətləri insanlara nəinki maddi və mənəvi zərər vurulması ilə, hətta onların həyatlarını itirməsi ilə də nəticələnə bilər. Qeyd olunanlara əsasən Cavabdeh2 dəlilləri məhkəmə tərəfindən əsassız hesab olunur. Həkim olmaya-olmaya, həkim kimi davranıb iddiaçının əməliyyatında iştirak edənlərdən biri olan Cavabdeh2 iddiaçıya vurulması təsdiq olunan hissədə maddi zərəri ödəməyə məsuliyyət daşıyır.
38. Cavabdeh MMC-nin dəlilləri də ona görə əsassız sayılır ki, əvvəla, iddiaçıya maddi zərər vurulması ilə nəticələnən qüsurlu əməliyyatın cavabdeh klinikada həyata keçirilməsi, ikincisi, bu əməliyyatla bağlı klinikanın kassasına müəyyən məbləğdə ödənişlər edilməsinin etiraf edilməsi, üçüncüsü, həmin vaxt klinikanın baş həkimi olmuş işçinin prokurorluqdakı izahatında əməliyyatın özü tərəfindən edilməsinin bildirilməsi və digər bu kimi hallar (baş həkimin işdən çıxması (və ya çıxarılması) barədə irəli sürülən dəlillər və s.) MMC-ni hazırkı iş üzrə mülki məsuliyyəti daşıyan cavabdehlər siyahısına aid edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən, işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu, heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər.
39. Maddi ziyan tələbinin “hər ay 1.000 manat olmaqla, cəmi 8 ay ərzində işləməməyə görə əldən çıxmış fayda kimi 8.000 manat, əməliyyatdan sonrakı fizioterapiya və müalicə, baxım xərcləri üçün çəkilmiş 6.000 manat” hissələri ilə bağlı isə qeyd edilməlidir ki, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Lakin hazırkı işdə olan mötəbər sübutlarla iddiaçının əməliyyatdan çox uzun müddət əvvəl qısa müddətdə işləməsi, əməliyyatdan bilavasitə əvvəl heç bir yerdə işləməməsi, özünün izahatına əsasən tələbə olması müəyyən edilmişdir. Həmçinin, fizioterapiya, müalicə və baxım xərclərinin real olaraq çəkilməsinə dair heç bir mötəbər sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, bu müalicələri harada almasını iddiaçı məhkəməyə bildirməmişdir. Belə sübutların iddiaçı tərəfindən təqdim edilməməsi isə məhkəmələrin iddianı maddi zərər hissəsində rədd etməsi üçün əsasdır. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı maddi ziyan tələbinin bu hissəsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etmədiyindən, tələb üzrə bu hissədə öz sübutetmə vəzifəsini yerinə yetirmədiyindən, tələb bu hissədə təmin edilməməlidir.
40. İddia tələbinin “mənəvi zərərin ödənilməsi” hissəsi ilə bağlı isə məhkəmə hesab edir ki, tələb bu hissədə də qismən təmin edilməlidir.
41. Belə ki, cavabdeh "xxxx" MMC-nin baş həkimi olmuş işçinin, Cavabdeh2 və Cavabdeh3 öz hüquqazidd və təqsirli hərəkətləri ilə iddiaçıya maddi zərər vurmaları yuxarıdakı bəndlərdə də qeyd edildiyi kimi mübahisəsiz olduğundan, məhkəmə hesab edir ki, onlar iddiaçıya vurulmuş mənəvi zərəri də ödəməyə borcludurlar. Cavabdeh klinika buna səlahiyyəti olmayan şəxslərə şərait yaradaraq, Cavabdeh2 həkim olmadığı halda, əməliyyat həyata keçirərək, digər Cavabdeh3 həkim olsa da, səlahiyyəti xaricində olan əməliyyatda iştirak edərək, iddiaçının hüquqlarının pozulmasına, ona maddi və mənəvi zərər vurulmasına səbəb olmuşlar. İddiaçının əməliyyatının qüsurlu icra edilməsi, bunun nəticəsində onun səhhətində fəsadlar yaranması, habelə bunların düzəldilməsi üçün yeni kosmetik müdaxiləyə ehtiyacın olması (iddiaçı bunun üçün 10.000 manat tələb edildiyini iddia etsə də, buna dair heç bir sübut verməmişdir) iş materiallarında olan, məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilmiş ekspert rəyləri ilə müəyyən edildiyindən, məhkəmə hesab edir ki, bu hallar iddiaçının şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmaqla, ona əzab-əziyyət vermiş, onun stres keçirməsinə səbəb olmuş, bir sözlə, iddiaçıya mənəvi zərər vurmuşdur. Məhkəmə iddiaçıya zərər vuran hər bir şəxsin təqsirini, əmlak vəziyyətini, iddiaçının qadın olmasını, törədilmiş delikt nəticəsində vurulmuş zərərin uzun müddət davam etməsini, bunun aradan qaldırılması üçün əlavə xərcə ehtiyac olmasını və digər bütün diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada 3.000 manat, Cavabdeh3 isə 1.000 manat məbləğində mənəvi zərərin əvəzi alınaraq iddiaçıya verilməlidir. Məhkəmə Cavabdeh3 tutulmalı olan mənəvi zərərin məbləğini müəyyənləşdirərkən onun həm iddiaçıya qarşı səmimi peşmançılıq nümayiş etdirərək, əldə etdiyi puldan daha artıq məbləğdə pulu iddiaçıya qaytarmaq üçün verməsini, həm də məhkəmə iclasındakı izahatlarında səmimi etiraflarını nəzərə aldığını vurğulamağı zəruri sayır. Lakin bu hərəkətləri onun bir həkim olaraq səlahiyyəti olmayan əməliyyatın qüsurlu icrasında iştirak etməsi faktını dəyişdirmir. Məhkəmə yuxarıda sadalanan hallara və qiymətləndirmə sərbəstliyinə əsaslanaraq hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərin onun özünün iddia etdiyi məbləğdə qiymətləndirilməsi ağlabatan və ədalətli deyildir.
42. Məhkəmə Cavabdeh4 münasibətdə heç bir tutarlı dəlil və əsaslı sübut olmadığını nəzərə alaraq hesab edir ki, iddia tələbi ona münasibətdə təmin edilməməlidir.
43. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada 3.900 manat məbləğində maddi, 3.000 manat məbləğində mənəvi zərərin əvəzi alınaraq İddiaçı verilməli, Cavabdeh3 isə 1.000 manat məbləğində mənəvi zərərin əvəzi tutularaq iddiaçıya verilməli, iddia qalan hissədə, o cümlədən Cavabdeh4 münasibətdə təmin edilməməlidir.
44. Qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşırsa, iddia təmin (qismən təmin) edilir, uzlaşmırsa, rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatır, əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
45. Məhkəmə qeyd etməyi zəruri sayır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qaydanı əsas tutmalıdır: güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalı; sübutların heç birinin güvənliyi şübhə doğurmamalı; bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalı; sübutlar birlikdə dəyəndirilməlidir.
46. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
47. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
48. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
d) Tətbiq edilən hüquq:
49. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Maddə 1099. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
50. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı: 8-ci bənd. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
51. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
52. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı: Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.
53. “Nümayəndə1nın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
54. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
55. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada 3.900 manat məbləğində maddi, 3.000 manat məbləğində mənəvi zərərin əvəzi alınaraq İddiaçı verilməli, Cavabdeh3 isə 1.000 manat məbləğində mənəvi zərərin əvəzi tutularaq iddiaçıya verilməli, iddia qalan hissədə, o cümlədən Cavabdeh4 münasibətdə təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumunun 50 manat hissəsi cavabdehlər Cavabdeh2, "xxxx" MMC-dən və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı verilməli, qalan hissəsi isə İddiaçı aid edilməlidir.
Nəticə:
56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada 3.900 (üç min doqquz yüz) manat məbləğində maddi, 3.000 (üç min) manat məbləğində mənəvi zərərin əvəzi tutularaq İddiaçı verilsin. Cavabdeh3 1.000 (bir min) manat məbləğində mənəvi zərərin əvəzi tutularaq İddiaçı verilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat hissəsi cavabdehlər Cavabdeh2, "xxxx" MMC-dən və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı verilsin, qalan hissəsi isə İddiaçı aid edilsin. İddia qalan hissədə (və Cavabdeh4 münasibətdə) təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova