Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-96/2020 02.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı "təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun və debitor borcun ödənilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun və debitor borcun ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamentində qeydiyyatda olmaqla yaşadığı ünvanda xx.xx.2016-cı il tarixli 1723 nömrəli müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 hesab nömrəsi verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1202AQ**********8 nömrəli qaz sayğacı quraşdırılmışdır.Cavabdeh məxsus fərdi yaşayış evində istifadə edilmiş 3548,5 manat əvvəlki borcu 3E proqramına keçirilmişdir. 3E proqramı: istehlakçının mənzilində smartkart tipli qaz sayğacı quraşdırıldıqdan sonra xüsusi kart vasitəsi ilə istehlakçı öncədən ödənişlər aparır və təbii qazdan fasiləsiz istifadə edir. Əgər smartkart sayğacdan əvvələ quraşdırılmış mexaniki qaz sayğacından istifadə nəticəsində debitor borc qalırsa, həmin borc məbləği xüsusi karta keçirilir və hər dəfə karta pul məbləği yüklənərkən 30% debitor borca (borc qurtaranadək) 70% təbii qazdan istifadə üçün yüklənir. Lakin, Cavabdeh İddiaçı İB tərəfindən edilən güzəştdən səmərəli istifadə etməmiş qeyri-qanuni təbii qazdan istifadə etmək üçün başqa yollara əl atmışdır.Belə ki, Cavabdeh xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 304,2 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 404,8 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 1306,8 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 106 manat, xx.xx.2018- ci il tarixli, ******* saylı akt əsasında 1550,4 manat və xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 227,6 manat, cəmi 3899,8 manat (3E proqramına keçirilən borcdan xaric) İddiaçı İB-yə ziyan vurmuşdur.Cavabdeh onunla bağlanılmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə görürdüyü öhdəlikləri yerinə yetirməmişdir.Hal-hazırda Cavabdeh təbii qazdan istifadə və qaydaları pozduğuna görə 5324,1 manat (3E proqramına keçən borcla) debitor borcu qalmışdır.Göstərilənlərə əsasən Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 5324,1 manat məbləğində əsas borcun, 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə isə 5354,1 manat borcun (pulun) İddiaçı xeyrinə məcburi qaydada tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişləri göndərilsə də, müxtəlif səbəblərdən bildirişlər ona çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, İddiaçı İB ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 07/1723 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər 1 kub metr üçün 0,1 manat məbləğində müəyyən edilir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, ******* saylı, xx.xx.2016-cı il tarixli, ******* saylı, xx.xx.2017-ci il tarixli, ******* saylı, xx.xx.2017-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı və xx.xx.2018-ci il tarixli, ******* saylı aktların surətlərindən görünür ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanında yerləşən istehlakçı Cavabdeh aid qaz sayğacı dövlət yoxlanılmasından keçirilmiş və sayğacdankənar ümumi dövriyyəyə qoşulmuş qaz xəttindən istifadə halı aşkar olunmuşdur. İş materiallarında olan 1**********00000 saylı abonentin saldosundan görünür ki, cavabdehin 1778 manat borcu yaranmışdır. İş materiallarında olan smart sayğaclı abonentə dair xx.xx.2018-ci il tarixli çıxarışdan (gasrep) görünür ki, abonentin qalıq borcu 3546,1 manat təşkil edir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/674-9/1004 №-li, xx xxxxxxxx 2020-ci il tarixli məhkəmə fizikitexniki ekspertizasının rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin qaz sayğacınadək olan paylayıcı qaz xəttinə baxış keçirilən zaman sayğacdan kənar hər hansı qoşulma halı aşkar edilmədi. Paylayıcı qaz xəttinin üzərində sonluğu tıxacla bağlı vəziyyətdə olan borucuq vardır ki, həmin borucuq vasitəsi ilə sayğacdan kənar təbii qazın istifadəsi texniki cəhətdən mümkündür. Lakin abonent həmin borucuq vasitəsi ilə təbii qazdan qeyri-qanuni istifadə edib-etməməsi, etdiyi halda hansı müddət ərzində etməsi məsələləri məhkəmə tərəfindən araşdırmalarla həll edilə bilər. ünvan 4 ünvanında baxış zamanı sayğacdan kənar hər hansı qoşulma halı aşkar edilmədiyi üçün qərardadın ikini sualı üzrə (kənar xəttə görə nə qədər təbii qaz sərfiyyatı hesablanmalıdır) tədqiqat aparılmadı. Aparılmış tədqiqatın dəyəri 102 manat təşkil etmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı il təsdiq edilmiş “Qazdan istifadə qaydalarının” 3.2.1-ci bəndinə əsasən, istehlakçı qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi aktda (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, istehlakçı tərəfindən qaz sayğacına hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdehin təbii qazdan istifadəyə görə yaranmış 5324,1 manat məbləğində borcunu tələb etsə də, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə fiziki-texniki ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin qaz sayğacınadək olan paylayıcı qaz xəttinə baxış keçirilən zaman sayğacdan kənar hər hansı qoşulma halı aşkar edilməmişdir. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır. Məhkəmə qeyd edir ki, cavabdehdən tələb olunan borcun hansı akta əsasən abonent hesabına borc olaraq hesablanması və borcun yaranması əsası müəyyən edilmədiyindən həmin məbləğ cavabdehdən tələb edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Beləki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Beləliklə də məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, cavabdehə məxsus ünvanda iddiaçının əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. İddiaçı tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş aktdır. Həmin akt isə qüsurlu olduğundan qanuni hesab oluna bilməz Məhkəmə araşdırılması zamanı həmçinin müəyyən olundu ki, cavabdehə məxsus ünvanda smart tipli sayğac quraşdırılmışdır. Smartkart tipli (əvvəldən ödənişli) diafraqmalı məişət qaz sayğacı istehlakçıya verilən qazın həcmini uçotunun aparılması üçün istifadə olunur. “Qazdan istifadə Qaydalar”ının 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İşin hallarından məlum olur ki, cavabdehə məxsus yaşayış sahəsində G-4 markalı smart kart tipli sayğac quraşdırılmışdır. Smart kart tipli sayğac (əvvəlcədən ödənişli) və smart karta (qaz kartına) yüklənilmiş pul müqabilində qaz buraxır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun və debitor borcun ödənilməsi tələbi"nə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 102 (bir yüz iki) manat İddiaçındən tutulub Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun və debitor borcun ödənilməsi tələbi"nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 102 (bir yüz iki) manat İddiaçındən tutulub Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-96/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-96/2020
02.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver