Məhkəmə qərarları › İş №2(006)-96/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-96/2022

10.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-96/2022 10.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Mirzəyeva Sevinc Ərəstun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh MTK-ya qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh MTK-ya qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədı rayonu. C.Hacıbəylı küçəsində yerləşən sahəsi 220,6 kv.m olan 152 C saylı qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüquqıı əsasında iddiaçıya məxsusdur. Həmin qeyri-yaşayış sahəsi uzun müddətdir ki, tikiş fabriki kimi fəaliyyət göstərirdi. Lakin bir neçə ildir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin yaxınlığında, tikilinin özülünə demək olar ki, bitişik şəkildə “Mahal" MTK tərəfindən hündürmərtəbəli yaşayış binası inşa edilmişdir. Həmin hündürmərtəbəli yaşayış binasının inşasını həyata keçirmək üçün qazma və tikinti işləri nəticəsində iddiaçıya məxsus əmlak ciddi şəkildə ziyan görərək qəzalı vəziyyətə düşmüşdür. Belə ki, yan divarlarda geniş şəkildə çatlar yaranmış, qeyri-yaşayış sahəsinin dam örtüyü sıradan çıxmış, tikiliyə elektrik enerjisinin verilməsı dayandırılmış, orada fəaliyyət göstərən işçilərin həyat və sağlamlığı üçün cıddi təhlükədədir. Bıı baxımdan fəaliyyətini məcburi şəkildə dayandırmalı olmuşlar. Dəfələrə Cavabdeh MTK rəhbərliyinə bu barədə müraciətlər ünvanlamışlar, lakin heç bir nəticə əldə olunmamışdır. Hazır ki, şəraitdə orada fəaliyyət göstərmək mümkünsüz hala gəlmişdir. Bundan başqa orada çalışan işçilərdən başqa da ətrafda olan insanlarında həyat və sağlamlığı üçün böyük təhlükə yaranmışdır. Tikintidə X5 Agentliyi ölkə ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələblərı ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətim həyata keçirir. Bu baxımdan iddiaçı həm Binəqədi rayon İcra Hakimiyyətinə və eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinə yazılı şəkildə müraciət etmişdir. Ona vurulmuş maddi ziyan 200.000 manat təşkil edir. Cavabdeh MTK-nın rəhbərliyi hər dəfə iddiaçıya dəymiş ziyanın aradan qaldıracağına və ya əvəzi ödənilməklə qeyri-yaşayış sahəmin satın alınacağına söz versə də, bu günə kimi heç bir addım atılmamışdır. Bu neçə ildə onun işi dayanmış cavabdeh iddiaçıya maddi ziyan vurmaqla yanaşı mənəvi ziyan da vurmuşdur. Belə ki, hər dəfə cavabdeh tərəfindən aldadılaraq iddiaçıya bəhanələr uydurulması, əmlakının yararsız vəziyətə salınmasından irəli gələn stres və psixoloji basqı iddiaçıya mənəvi zərər yetirmiş, mənə həddindən çox iztirab vermişdir. İddiaçı hesab edir ki, mənəvi ziyan kimi ona 300.000 manat məbləğində ziyan dəymişdir. Göstərilənlərə əsasən Cavabdeh MTK-dan maddi ziyan olaraq 200.000 manat, mənəvi ziyan olaraq 300.000 manat pulun və həmçinin ödədiyi 30 manat dövlət rüsumun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin əmlakına tamamilə ziyan dəymiş, bərpası mümkün deyildir. 4.Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, mübahisəli əraziyə onlar tərəfindən qismən də olsa ziyan vurulsada, əmlakın qəzalı vəziyyətə gətirilməsi onların təqsiri deyildir. Ziyan məbləği şişirdildiyindən əraziyə yerində baxılmasını məhkəmədən xahiş etdi. Həmçinin iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. 5.Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. Belə ki, iş materiallarında olan Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş istifadəyə (icarəyə) verilən torpaq sahəsinin ayrıc aktından görünür ki, Cavabdeh Mənzil Tikinti Kooperativinə Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 174 saylı Sərəncamı ilə ünvan 1 ünvanında cizgidə göstərilən sərhədlər daxilində 2314,66 kv.m. torpaq sahəsi çoxmərtəbəli yaşayış binasının tikintisinə icazəyə dair akt tərtib edilmişdir. Ayrıc aktının qeydiyyat kitabında 05/17 sayla qeydiyyata alınmışdır. 7.İş materiallarında olan Azrbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 220,6 kv.m. olan qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir.

8. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 312 nömrəli Sərəncamın surətindən görünür ki, «Pilot layihə» çərçivəsində ünvan 3 ünvanında Cavabdeh MTK tərəfindən mövcud yataqxananın qəzalı olması səbəbindən sökülərək yerində hündürmərtəbəli yaşayış binasının tikintisinə icazə verilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi «Azərdövlətlayihə» Dövlət Baş Layihə İnsitutunun tərtib etdiyi şəhərsalma əsaslandırılması təsdiq edilmişdir.

9. İş materiallarında olan İddiaçı tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinə ünvanlanmış ərizəsindən görünür ki, Bakı şəhəri, Binaqədi rayonu, C.Hacıbəyli küçəsində yerləşən sahəsi 220,6 kv.m. olan 152 C saylı qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin qeyri-yaşayış sahəsi uzun müddətdir ki, tikiş fabriki kimi fəaliyyət göstərirdi. Lakin bir neçə ildir ki, ona məxsus qeyri-yaşayış sahəsinin yaxınlığında, tikilinin özülünə demək olar ki, bitişik şəkildə Cavabdeh MTK tərəfindən hündürmərtəbəli yaşayış binası inşa edilmişdir. Həmin hündürmərtəbəli yaşayış binasının inşasını həyata keçirmək üçün qazma və tikinti işləri nəticəsində ona məxsus əmlak ciddi şəkildə qəzalı vəziyyətə düşmüşdür. Belə ki, yan divarlarda geniş şəkildə çatlar yaranmış, qeyri-yaşayış sahəsinin dam örtüyü sıradan çıxmış, tikiliyə elektrik enerjisinin verilməsi dayandırılmış, orada fəaliyyət göstərən işçilərin həyat və sağlamlığı üçün ciddi təhlükə yaranmışdır. Bu baxımdan fəaliyyətini məcburi şəkildə dayandırmalı olmuşlar. Dəfələrə Cavabdeh MTK rəhbərliyinə bu barədə müraciətlər ünvanlamışlar, lakin heç bir nəticə əldə olunmamışdır. Hazırki şəraitdə orada fəaliyyət göstərmək mümkünsüz hala gəlmişdir. Bundan başqa orada çalışan işçilərdən başqa da ətrafda olan insanlarında həyat və sağlamlığı üçün böyük təhlükə yaranmışdır. Tikintidə X5 Agentliyi ölkə ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün nıərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən agentlik olaraq Bakı şəhəri, Binəqədi rayonu. C.Hacıbəyli küçəsində yerləşən sahəsi 220,6 kv.m. olan 152 C saylı qeyri-yaşayış sahəsinin qəzalı vəziyyətə salınması ilə bağlı müvafiq araşdırmaların aparılmasını və lazımi tədbirlərin görülməsini xahiş etmişdir.

10. İş materiallarında olan İddiaçı tərəfindən Binəqədi rayon İcra Hakimiyyətinin Başçısına ünvanlanmış ərizəsindən görünür ki, Bakı şəhəri, Binaqədi rayonu, C.Hacıbəyli küçəsində yerləşən sahəsi 220,6 kv.m. olan 152 C saylı qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin qeyri-yaşayış sahəsi uzun müddətdir ki, tikiş fabriki kimi fəaliyyət göstərirdi. Lakin bir neçə ildir ki, ona məxsus qeyri-yaşayış sahəsinin yaxınlığında, tikilinin özülünə demək olar ki, bitişik şəkildə Cavabdeh MTK tərəfindən hündürmərtəbəli yaşayış binası inşa edilmişdir. Həmin hündürmərtəbəli yaşayış binasının inşasını həyata keçirmək üçün qazma və tikinti işləri nəticəsində ona məxsus əmlak ciddi şəkildə qəzalı vəziyyətə düşmüşdür. Belə ki, yan divarlarda geniş şəkildə çatlar yaranmış, qeyri-yaşayış sahəsinin dam örtüyü sıradan çıxmış, tikiliyə elektrik enerjisinin verilməsi dayandırılmış, orada fəaliyyət göstərən işçilərin həyat və sağlamlığı üçün ciddi təhlükə yaranmışdır. Bu baxımdan fəaliyyətini məcburi şəkildə dayandırmalı olmuşlar. Dəfələrə Cavabdeh MTK rəhbərliyinə bu barədə müraciətlər ünvanlamışlar, lakin heç bir nəticə əldə olunmamışdır. Hazırki şəraitdə orada fəaliyyət göstərmək mümkünsüz hala gəlmişdir. Bundan başqa orada çalışan işçilərdən başqa da ətrafda olan insanlarında həyat və sağlamlığı üçün böyük təhlükə yaranmışdır. Tikintidə X5 Agentliyi ölkə ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün nıərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirir. Bu baxımdan Bakı şəhəri, Binəqədi rayonu. C.Hacıbəyli küçəsində yerləşən sahəsi 220,6 kv.m. olan 152 C saylı qeyri-yaşayış sahəsinin qəzalı vəziyyətə salınması ilə bağlı müvafiq araşdırmaların aparılmasını və lazımi tədbirlərin görülməsi barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinə müraciət edilməsini və öz səlahiyyətləri çərçivəsində tədbirlər görülməsini xahiş etmişdir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3383 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, - 1-ci və 2-ci suallar üzrə: rəyin təhqiqat hissəsində göstərilənləri, o cümlədən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin mütəxəssisi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyində qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri, Binəqədi rayonu, C.Hacıbəyli küçəsində yerləşən sahəsi 220,6 kv.m. olan 152C saylı qeyri-yaşayış sahəsinə dəymiş ziyanın səbəbinin obyektin sağ yan fasad hissəsinin tikinti norma və qaydalarına əməl olunmadan inşa olunması və obyektə yaxın ərazidə Cavabdeh MTK tərəfindən tikinti-quraşdırma işlərinin aparılması ilə əlaqədar olduğu müəyyən edilir. - 3-cü sual üzrə: tədqiq olunan qeyri-yaşayış sahəsinə dəymiş ziyanın həcmi, həmin qeyri-yaşayış sahəsi üzrə müvafiq təşkilatlar tərəfindən müayinə tədqiqat işləri aparıldıqdan, eləcə də ayrı-ayrı konstruktiv elementlərin gücləndirilməsi və tikililərin bərpa işlərinə dair layihə-smeta sənədləri tərtib edildikdən sonra müəyyən oluna bilər.

12. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qeyri-yşayış sahəsinin qiymətləndirilməsi haqqında LP-205/2021 nömrəli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, C.Hacıbəyli küçəsində yerləşən 152C saylı qeyri-yaşayış sahəsi hal-hazırda istismara yararsız və qəzalı vəziyyətdədir. Qeyd olunan qeyri-yaşayış sahəsinin bərpası mümkün deyildir. Yeni tikintisi 1 kv.m.sahə üçün 400-450 manat arası,ümumilikdə isə 78.500 manat vəsait tələb olunur.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3101 saylı, 18 iyul 2022-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, - 1-ci və 2-ci suallar üzrə: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin mütəxəssisi tərəfindən tərtib edilmiş 22 fevral 2021-ci il və 17 iyul 2022-ci il tarixli mütəxəssis rəylərində qeyd olunanları nəzərə alaraq Bakı şəhəri, Binəqədi rayonu, C.Hacıbəyli küçəsində yerləşən sahəsi 220,6 kv.m. olan 152C saylı qeyri-yaşayış sahəsinə dəymiş ziyanın səbəbinin obyektin sağ yan fasad hissəsinin tikinti norma və qaydalarına əməl olunmadan inşa olunması və obyektə yaxın ərazidə Cavabdeh MTK tərəfindən tikinti-quraşdırma işlərinin aparılması ilə əlaqədar olduğu və iddiaçıya məxsus qeyri-yaşayış binasının texniki vəziyyəti qəzalı olmaqla Cavabdeh MTK-ya məxsus hündürmərtəbəli yaşayış binasının qeyri-yaşayış obyektindən 4,0 m. ara məsafəsində inşa olunduğundan obyektin bərpa-gücləndirilməsi məqsədəuyğun hesab olunmadığı müəyyən edilmişdir. - 3-cü sual üzrə: Bakı şəhəri, Binəqədi rayonu, C. Hacıbəyli küçəsində yerləşən sahəsi 220,6 kv.m. olan 152C saylı qeyri-yaşayış sahəsinə aparılmış tikinti nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı təmır-tikinti işlərinin hazırki mövcud olan bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 110.300,0 manat məbləğində müəyyən olunmuşdur.

14. Həmin ekspertiza rəyinə əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin «Azkommunlayihə» KLİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, ünvan 6 ünvanda İddiaçı Cavabdeh MTK-ya qarşı «maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı» «Azkommunlayihə» KLİ-nin mühəndisi X6 bildirmişdir ki, iddiaçıya məxsus qeyri-yaşayış binasının texniki vəziyyəti qəzalıdır. Qeyd: Cavabdeh MTK-ya məxsus hündürmərtəbəli yaşayış binasının qeyriyaşayış obyektindən 4,0 m. ara məsafəsində inşa olunduğundan obyektin bərpagücləndirilməsi məqsədə uyğun hesab olunmur.

15. İş üzrə Cavabdeh MTK-nın sifarişi əsasında "xxxx" MMC tərəfindən daşınmaz əmlaka dəymiş ziyanın və bərpa dəyərinn qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, C.Hacıbəyli küçəsində yerləşən, sahəsi 220,6 kv.m. olan 152C saylı qeyri-yaşayış sahəsinə Cavabdeh MTK tərəfindən aparılmış tikinti işləri səbəbindən dəymiş ziyanın bərpası üçün tələb olunan işlərin dəyəri (material və işçilik haqqı daxil) xx.xx.2022-ci il tarixinə 1842 manat təşkil etmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

16. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh MTK tərəfindən aparılmış tikinti işləri ilə əlaqədar İddiaçı mülkiyyətində olan əmlaka 200.000 manat məbləğində ziyan dəymişdir. Hazırda iddiaçı cavabdehdən maddi və mənəvi ziyanın əvəzini tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

17. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

18. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, «mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir». Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, «Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının (qanunvericiliklə nəzərdə tutulan hədlərdə) maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir. Bu baxımdan əmlak hüquqlarının reallaşdırılması, öhdəliklərin yerinə yetirilməsilə bağlı münasibətlərə hər hansı qanunsuz müdaxilə edilməsi, maneə yaradılması məqbul hesab oluna bilməz».

19. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz».

20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı» iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «Sporronq və Lonnpot İsveçə qarşı» işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ şərti və qeyri-sabit xarakter almış olur.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

22. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

23. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

24. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

25. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

26. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, C.Hacıbəyli küçəsində yerləşən sahəsi 220,6 kv.m. olan 152C saylı qeyri-yaşayış sahəsinə dəymiş ziyanın səbəbinin obyektin sağ yan fasad hissəsinin tikinti norma və qaydalarına əməl olunmadan inşa olunması və obyektə yaxın ərazidə Cavabdeh MTK tərəfindən tikinti-quraşdırma işlərinin aparılması ilə əlaqədar olduğu və iddiaçıya məxsus qeyri-yaşayış binasının texniki vəziyyəti qəzalı olmaqla Cavabdeh MTK-ya məxsus hündürmərtəbəli yaşayış binasının qeyri-yaşayış obyektindən 4,0 m. ara məsafəsində inşa olunduğundan obyektin bərpa-gücləndirilməsi məqsədəuyğun hesab olunmadığı müəyyən edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, C. Hacıbəyli küçəsində yerləşən sahəsi 220,6 kv.m. olan 152C saylı qeyri-yaşayış sahəsinə aparılmış tikinti nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı təmır-tikinti işlərinin hazırki mövcud olan bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 110.300,0 manat məbləğində müəyyən olunmuşdur.

27. Həmçinin məhkəmə tərəfindən təyin edilən "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qeyri-yşayış sahəsinin qiymətləndirilməsi haqqında LP-205/2021 nömrəli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, C.Hacıbəyli küçəsində yerləşən 152C saylı qeyri-yaşayış sahəsi hal-hazırda istismara yararsız və qəzalı vəziyyədə olması, qeyd olunan qeyri-yaşayış sahəsinin bərpasının mümkün olmaması, yenidən tikintisi 1 kv.m.sahə üçün 400-450 manat arası, ümumilikdə isə 78.500 manat vəsaitin tələb olunması müəyyən olunmuşdur.

28. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3383 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qeyri-yşayış sahəsinin qiymətləndirilməsi haqqında LP-205/2021 nömrəli mütəxəssis rəyindən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3101 saylı, 18 iyul 2022-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin «Azkommunlayihə» KLİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəyindən müəyyən edilmişdir ki, mübahisəli ərazi texniki cəhətdən qəzalı vəziyyətdədir, bərpası mümkün deyildir, iddiaçıya məxsus qeyri-yaşayış binasının texniki vəziyyəti qəzalı olmaqla Cavabdeh MTK-ya məxsus hündürmərtəbəli yaşayış binasının qeyri-yaşayış obyektindən 4,0 m. ara məsafəsində inşa olunduğundan obyektin bərpa-gücləndirilməsi məqsədəuyğun hesab olunmadığı açıq-aşkar sübuta yetirilmişdir.

29. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə tərəfindən təyin olunmuş müstəqil qiymətləndiricinin mütəxəssis rəyi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etmiş olduğu yekun məbləğ arasında ziddiyətli rəqəm mövcud deyildir. Belə ki, cavabdeh tərəf onlar tərəfindən iddiaçıya dəymiş ziyanın cuzi olduğunu bildirmiş (1842) və bu barədə məhkəməyə mütəxəssis rəyi təqdim etmişdir ki, bu hal da mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki qeyd olunan rəyin yekun məbləği 1842 digərləri isə (məhkəmənin özü tərəfindən keçirilmiş ekspertizalar) 80.000-110.000 manat arası olmuşdur.

30. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfin nümayəndəsi və vəkili məhkəmədən qeyd olunan əraziyə yerində baxılması ilə bağlı vəsatətinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hakimi iş üzrə ekspert olmamaqla, həmin sahə ilə bağlı texniki göstəricilərin, dəymiş ziyanın məbləğinin, tikilinin qəzalı vəziyyətdə olması ilə bağlı xüsusi biliyə malik şəxs deyildir və bu iş üzrə xüsusi biliyə malik şəxs müvafiq qaydada təyin edilmiş ekspertlərdir. Bu səbəbdən məhkəmənin yerində baxış keçirilməsi hazırki işin uzadılması olduğundan vəsatətin təmin edilməsinin məqsədə müvafiq hesab etməmişdir.

31. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə aparılmış tikinti nəticəsində dəymiş ziyanın 110.300 manat olması müəyyən edildiyindən, ekspert rəyi sübut növü kimi qəbul edilməlidir.

32. «Dövlət ekspertiza fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan şəxsdir.

33. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

34. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.

35. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

37. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

38. Məhkəmə qeyd olunanlara qiymət verərək, habelə ekspert rəyini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi maddi zərərin ödənilməsi hissəsində qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə vurulmuş maddi ziyana görə 110.300 (yüz on min üç yüz) manat pul tutulmalıdır.

39. Məhkəmə iddia tələbinin vurulmuş mənəvi ziyana görə 300.000 manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsassız hesab edilməlidir.

40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

41. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

42. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

43. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

44. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

45. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

46. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

47. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, həmçinin həmin sahənin fakitiki olaraq qeyri-yaşayış sahəsi olduğundan tikinti işləri aparılarkən iddiaçının mənəvi ziyanla bağlı hisslər keçirməsi ağlabatan olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, 300.000 manat mənəvi ziyanın tutulması hissəsində tələb təmin edilməməlidir.

48. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MTKdan İddiaçı xeyrinə vurulmuş maddi ziyana görə 110300 (bir yüz on min üç yüz) manat pul tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

49. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

50. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat pul tutulmalıdır.

51. Məhkəmə habelə qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza xərcləri cavabdehə aid edilməlidir.

52. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri cəmi 200 (iki yüz) manat Cavabdeh MTK-dan tutulub Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.

56. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh MTK-dan İddiaçı xeyrinə vurulmuş maddi ziyana görə 110.300 (yüz on min üç yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat, cəmi 110.330 (yüz on min üç yüz otuz) manat pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri cəmi 200 (iki yüz) manat Cavabdeh MTK-dan tutulub Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar