Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-974/2022 22.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə belə hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan cinayət işi üzrə çıxarılacaq yekun məhkəmə hökmü hazırki mülki işin mahiyyəti üzrə həllinə təsir göstərə bilər. Bu səbəbdən icraat dayandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinin tələbinə görə Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanındığından 1(098)-7/2019 saylı, 31 yanvar 2019-cu il tarixli Tərtər Hərbi Məhkəməsinin hökmü qanuni qüvvəsini alanadək İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə icraat dayandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Tərtər Hərbi Məhkəməsinin 1(098)-7/2019 saylı, 31 yanvar 2019-cu il tarixli hökmü qanuni qüvvəsini alanadək İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə icraat dayandırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Nəsimi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-974/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-974/2022
22.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver