Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-99/2022 28.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İlk iddia üzrə İddiaçı1 Firuddin oğlunun və İddiaçı2, İlk iddia üzrə iddiaçıların vəkili Vəkil iştirakı ilə İddiaçılar X4, İddiaçı1 Firuddin oğlunun, İddiaçı4 Firuddin oğlunun və İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu və «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «maddi ziyanın ödənilməsi» tələbinə dair ilk iddiası, Cavabdeh1 MMC-nin X5, İddiaçı1 Firuddin oğluna və İddiaçı2 qarşı «maddi və mənəvi ziyan» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar X7, İddiaçı1 Firuddin oğlu, İddiaçı4 Firuddin oğlu və İddiaçı2 Cavabdeh1 MMC-yə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən X5 əldən çıxmış əmək haqqı olaraq 21.600 manat, sağlamlığının bərpa edilməsi üçün 50.000 manat, mənəvi ziyan olaraq 50.000 manat olmaqla, cəmi 121.600 manat, İddiaçı4 Firuddin oğluna dəyıniş mənəvi zərərə görə 30.000 manat, İddiaçı1 Firuddin oğluna dəymiş mənəvi zərərə görə 30.000 manat, İddiaçı2 dəymiş mənəvi zərərə görə 30.000 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçıların nümayəndəsi və vəkilinin vəsatətinə əsasən Cavabdeh2 ikinci cavabdeh kimi mülki işə cəlb edilmişdir. Daha sonra, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu və «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X11 ilk iddia üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində mülki işə cəlb edilmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC-nin tikinti sahəsində nəzarətçi vəzifəsində çalışan Cavabdeh2 tikintinin planlaşdırılması və ona rəhbərlik edilməsinin təhlükəsizliyi qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin - X2 ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Cavabdeh2 zərərçəkmiş şəxs X5 25 aprel 2019-cu il tarixdə saat 12 radələrində yerinə yetirəcəyi işin hansı ardıcıllıqla icra edilməsini izah etmədən, həmin sahəni təhlükəsizlik nişanları və qoruyucu çəpərlə mühafizə olunmasını təmin etmədən qeyd olunan yaşayış kompleksinin tikinti sahəsində olan cilozları, yəni qəlib sıxıcılarının başlıqlarını yığıb digər binaya daşımasını tapşırmış, nəticədə sonuncunun həmin yaşayış kompleksinin 2-ci binasının 4-cü mərtəbəsində olan cilozları məftilə bağlamaqla qarşı tərəfdə inşa olunan 3-cü binaya atan zaman müvazinətini saxlaya bilməyərək həmin binanın 3-cü mərtəbəsinə döşəmənin üzərinə yıxılaraq ehtiyatsızlıqdan qapalı kəllə-beyin travması, baş-beyinin əzilməsi, sağ yan, İİİ və İV mədəciklərə qansızma, sağ almacıq sümüyünün, burun sümüyünün yerinidəyişmiş sınıqları, ağciyərlərin əzilməsi və sağdan İ, İİ, İİİ, lV qabırğaların sınıqları, İV və V bel fəqərələrinin sağ yan çıxıntılarının sınıqları, sağdan çanaq sümüklərinin sirkə kasası dibinə keçən sınığı, sağ bud sümüyü boynunun sağ budçanaq oynağının sementli endoprotezləşməsi ilə nəticələnən yerinidəyişmiş sınığı, sağ qaşüstü, üst göz qapağı və almacıq nahiyələrinin, burun nahiyəsinin, hər iki saidin, sol baldırın sıyrıqları, sağ üst göz qapağının, döş qəfəsinin ön səthinin sağ yarısının, sağ bud-çanaq oynağı və qalça nahiyəsinin qançırları kimi sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər almasına səbəb olmuşur. Məhkəmə iclasında Cavabdeh2 Gülağa oğlu ona qarşı CM-nin 222.2-ci maddəsi ilə irəli sürülmüş ittihamda özünü təqsirli bilmişdir. Müvafiq işlə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(006)-348/2019 nömrəli hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 2 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Daha sonra Cavabdeh2 apelyasiya şikayəti vermiş, yekun olaraq Bakı Apelyasiya Məhkəməsinin hökmü ilə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(006)-348/2019 nömrəli hökmü dəyişiklik edilmədən saxlanılmışdır. Mövcud mülki qanunvericiliyə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir və burada Cavabdeh1 MMC işçisi Cavabdeh2 törətdiyi bu əməl üçün məsuliyyət daşıyır və Cavabdeh2 tərəfindən zərərçəkmiş şəxs X5 vurduğu zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin 1096.1 1097.3, 21.2-cü maddəsinə əsasən hazırki mübahisə ilə bağlı qeyd edirlər ki, zərər təqsirli olaraq vurulmuşdur. Belə ki, Cavabdeh1 MMC-nin əməkdaşının təqsiri məhkəmə hökmü ilə müəyyən edilmişdir. Lakin cavabdehlərin məsuliyyəti məhz təqsirsiz olduqları halda belə yaranır ki, bunun da qanunvericiliklə müəyyən edilmiş əsası Mülki Məcəllənin 1099-cu maddəsidir. İşin faktiki hallarından aydın olur ki, Cavabdeh1 MMC-nin əməkdaşı tərəfindən qanunsuz əməl törədilmiş, nəticə etibarı ilə bu hal Mülki Məcəllənin 1099-cu maddəsinin təsir dairəsinə düşür. Cavabdehlərdən Cavabdeh2 əməli barəsində çıxarılmış məhkəmə hökmü onun hansı qanunvericliyin tələbini pozmasını təsdiq edir. Vurulmuş zərərin hesablanması ilə bağlı maddi hüquq normalarının əsasları kimi Mülki Məcəllənin 1117 1118.1, 1118.2, 1225.1- ci maddələrinə istinad edirlər. Beləliklə sağlamlığına zərər vurulan iddiaçı X7 aylıq 600 manat əmək haqqı alırdı ki, həmin orta aylıq əmək haqqının 3 illik məbləği 36 x 600 = 21.600 manat təşkil edir. Bundan əlavə, X1 bərpası üçün ümumilikdə 50.000 manat məbləğində vəsait lazımdır. Bu vəsaiti isə cavabdeh heç bir şəkildə ödəmək istəmir. Bundan əlavə, vurulmuş mənəvi zərərə görə həm iddiaçı, həm də onun ailə üzvləri olan şəxslər tələb hüququna malikdir. Belə ki, bununla bağlı Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli Qərarı ilə aydınlıq gətirilmişdir. Bu səbəblə də, X5 dəymiş mənəvi zərərə görə 50.000 manat, İddiaçı4 Firuddin oğluna dəymiş mənəvi zərərə görə 30.000 manat, İddiaçı1 Firuddin oğluna dəymiş mənəvi zərərə görə 30.000 manat, İddiaçı2 dəymiş mənəvi zərərə görə 30.000 manat məbləğində pul verilməlidir. Cavabdeh1 MMC X5, İddiaçı1 Firuddin oğluna və İddiaçı2 qarşı «maddi və mənəvi ziyan» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi, X3, İddiaçı2, İddiaçı1 Firuddin oğlundan müştərək qaydada 40.000 manat maddi ziyan və 50.000 manat vurulmuş mənəvi zərərin alınaraq "xxxx" MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə cavabdeh X7 "xxxx" MMC-də fəhlə vəzifəsində işləyərkən tutduğu vəzifəyə və onunla bağlanılmış 21 yanvar 2019-cu il tarixli əmək müqaviləsinə müvafiq olaraq əməyin mühafizəsi qaydalarına və normalarına, daxili nizam-intizam qaydalarına, təhlükəsizlik texnikasının, işçilərin əməyin mühafizəsi üzrə təlimatlara riayət etməyərək, vəzifə funksiyasına uyğun olmayaraq, özbaşına 25 aprel 2019-cu il tarixdə, saat 12 radələrində X7 cilozları kranla daşımaq əvəzinə, özbaşına olaraq, təlimatdan və verilmiş tapşırıqdan kənara çıxaraq əllə atmağa çalışmış və müvazinətini itirərək 2-ci binanın 4-cü mərtəbəsindən 3-cü binanın 3cü mərtəbəsinə düşmüşdür. Tikinti sahəsində çalışan hər kəsə aydındır ki, bütün malmateriallar kran vasitəsi ilə daşınır. Bu barədə həm gündəlik təlimatlarda, həm də praktiki işləri həyata keçirdiyi zaman hər kəsə izah edilir və bütün fəhlələr bu qaydadan məlumatlıdırlar. Həmin an ustanın yanında olan və əmək bölgüsünə əsasən təmizlik işləri görən X7 daxil olmaqla, fəhlələr ərazini təmizliyinə başlamışlar. Aradan az müddət keçəndən sonra, tikintidə səs-küy yaranmış və məlum olmuşdur ki, X7 cilozları kranla daşımaq əvəzinə, özbaşına olaraq, təlimatdan və verilmiş tapşırıqdan kənara çıxaraq əllə atmağa çalışmış və müvazinətini itirərək 2-ci binanın 4-cü mərtəbəsindən 3-cü binanın 3cü mərtəbəsinə düşmüşdür. X7 21 yanvar 2019-cu il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh1 MMC-də fəhlə vəzifəsinə qəbul edilmiş, işə qəbul edildikdə və mütəmadi olaraq hər gün texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydaları ilə tanış edilmiş, təlimatlandırılmış, təlimatları mənimsəməsi barədə qeyd jurnallarına imza atmış və bütün təhlükəsizlik vasitələri ilə təmin edilmişdir. Həmin tarixdən hal-hazırki dövrə qədər MMC tərəfindən əmək haqqı ailəsinə ödənilməklə, həm MMC tərəfindən, həm də şəxsən özü tərəfindən bütün müayinə, müalicə xərcləri, o cümlədən, ailəsinə əlavə maddi yardımlar edilmişdir. İddiaçı2 və İddiaçı1 Firuddin oğluna rəsmi qəbzlərə imza almaqla 19.000 manat məbləğində müayinə, müalicə xərcləri və ailənin dolanışığı üçün, digər xəstəxana xərcləri adı ilə təxminən bir o qədər də vəsait verilmişdir. X7 xəstəxanadan çıxarkən Tibbi-Sosial Ekspert Komissiyasının rəyini təqdim etməkdən imtina etmişdir. O cümlədən, ayrı-ayrı dövlət orqanlarına əsassız şikayətlər verməklə, Cavabdeh1 MMC-nin rəhbərliyinə qarşı əsassız iddialar irəli sürülmüş, şər və böhtanlar atılmış, beləliklə Cavabdeh1 MMC-nin işgüzar nüfuzuna ziyan vurulmuşdur. Ona görə də, X3, İddiaçı2, İddiaçı1 Firuddin oğlundan müştərək qaydada Cavabdeh1 MMC-dən əsassız yerə aldıqları 40.000 manat və vurduqları mənəvi ziyana görə isə 50.000 manat alınaraq Cavabdeh1 MMC-yə ödənilməlidir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 Firuddin oğlu məhkəmə iclasında ilk iddia tələbini müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 məhkəmə iclasında ilk iddia tələbini müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia üzrə iddiaçıların vəkili Vəkil məhkəmə iclasında ilk iddia tələbini müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, iddiaçıların izahatlarına əlavəsinin olmadığını bildirdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri bildirilmiş, bu səbəbdən mülki işə onların iştirakları olmadan baxılıb, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yekun məhkəmə aktının qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə yuxarıda qeyd edilən ərizəni nəzərə alıb, mülki işə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-nin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun və «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X12 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 və 3-cü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilk iddia üzrə iddiaçılar İddiaçı1 Firuddin oğlunun və İddiaçı2, ilk iddia üzrə iddiaçıların vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli, 1(006)- 348/2019 saylı hökmündən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə ona görə ittiham verilmişdir ki, o, Azərbaycan Respubikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş bina və qurğuların tikintiquraşdırma işlərini həyata keçirmək səlahiyyətinə malik olan lisenziya əsasında fəaliyyət göstərən Cavabdeh1 MMC-də 20 sentyabr 2017-ci il tarixdən tikinti sahəsində nəzarətçi olmaqla, qeyd olunan MMC-nin direktorunun 17 aprel 2019-cu il tarixli əmrinə əsasən 22 aprel 2019-cu il tarixdən həmin cəmiyyət tərəfindən Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov Qardaşları küçələrinin kəsişmələrində inşa edilən hündürmərtəbəli yaşayış binalarının tikinti layihəsində iş icraçısı vəzifəsində işləyərkən, tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi işlərinin aparılmasının təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olmaqla, normativ sənədlərin – Cavabdeh1 MMC-də «İş icraçısının vəzifə təlimatı»nın 13, 17 və 18-ci bəndlərinin tələblərinə uyğun olaraq ağırlığın qaldırılması normalarına, iş yerlərində keçid və giriş yollarında səliqə və qaydaya, kranaltı yolların düzgün saxlanılması və istismar olunmasına, iş yerlərinin təhlükəsizlik işarələri ilə təmin olunmasına nəzarət etməli, layihə sənədləşməsinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və digər normativ sənədlərə müvafiq olaraq tikinti işlərinin yerinə yetirilməsini təşkil etməli, sahədə təmir-tikinti işlərinin yerinə yetirilmə ardıcıllığının texnologiyasına riayət edilməsini təmin etməli, eləcə də, «Tikintidə təhlükəsizlik texnikası» 111-4-80 saylı qaydalarının 2.1, 2.2 və 2.26-cı bəndlərinin tələbinə uyğun olaraq iş meydançası, iş sahəsi və iş yerinin təşkili, işin bütün mərhələlərində işçilərin təhlükəsizliyini təmin etməli, iş meydançasının təşkili, iş sahələrinin və iş yerlərinin yerləşdirilməsi zamanı insanlar üçün təhlükəli istehsalat faktorları olan zonalar müəyyən etməli, təhlükəli zonaları təhlükəsizlik nişanları və müəyyən edilmiş formada yazılar ilə işarələməli, 1.3 metr və daha çox hündürlükdə və aşırımdan 2 metrədək məsafədə olan iş yerlərini, 12.4.059-89 DST tələblərinə uyğun olaraq müvəqqəti qoruyucu çəpər ilə təmin etməli olduğu halda, qeyd olunan tələblərə əməl etməyərək, tikintinin planlaşdırılması və ona rəhbərlik edilməsinin təhlükəsizliyi qaydalarını pozaraq, 21 yanvar 2019-cu il tarixli əmək müqaviləsinə əsəsən MMC-də fəhlə vəzifəsinə işə götürülmüş X5 25 aprel 2019-cu il tarixdə saat 12 radələrində yerinə yetirəcəyi işin hansı ardıcıllıqla icra edilməsini izah etmədən, həmin sahəni təhlükəsizlik nişanları və qoruyucu çəpərlə mühafizə olunmasını təmin etmədən qeyd olunan yaşayış kompleksinin tikinti sahəsində olan cilozları, yəni qəlib sıxıcılarının başlıqlarını yığıb digər binaya daşımasını tapşırmış, nəticədə sonuncunun həmin yaşayış kompleksinin 2-ci binasının 4-cü mərtəbəsində olan cilozları məftilə bağlamaqla qarşı tərəfdə inşa olunan 3-cü binaya atan zaman müvazinətini saxlaya bilməyərək həmin binanın 3-cü mərtəbəsinə döşəmənin üzərinə yıxılaraq ehtiyatsızlıqdan qapalı kəllə-beyin travması, baş-beyinin əzilməsi, sağ yan, lİl və İV mədəciklərə qansızma, sag almacıq sümüyünün, burun sümüyünün yerinidəyişmiş sınıqları, ağciyərlərin əzilməsi və sağdan İ, İİ, İİİ, İV, V qabırğaların sınıqları, İV və V bel fəqərələrinin sağ yan çıxıntılarının sınıqları, sağdan çanaq sümüklərinin sirkə kasası dibinə keçən sınığı, sağ bud sümüyü boynunun sağ bud-çanaq oynağının sementli endoprotezləşməsi ilə nəticələnən yerinidəyişmiş sınığı, sağ qaşüstü, üst göz qapağı və almacıq nahiyələrinin, burun nahiyəsinin, hər iki saidin, sol baldırın sıyrıqları, sağ üst göz qapağının, döş qəfəsinin ön səthinin sağ yarısının, sağ bud-çanaq oynağı və qalça nahiyəsinin qançırları kimi sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Qeyd olunan hökmlə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. - Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» PHŞ «X10» PHŞ-nın 26 sentyabr 2022-ci il tarixli 4929 saylı məktubundan görünür ki, xx.xx.1957-ci il təvəllüdlü X7 xx.xx.2019-cu il tarixdə saat 13:15-də 8 saylı X13 Stansiya Briqadasının müşayiəti ilə KTM-ə gətirilmişdir. Xəstə iş yerində hündürlükdən yıxılaraq travma almışdır. Xəstəyə sağ bud-çanaq oynağının total sementlə endopratezləşdirilməsi və troxeostomiya əməliyyatı olunmuşdur. Xəstə xx.xx.2019-cu il tarixdə müalicə üçün psixasamatika şöbəsinə köçürülmüşdür. Diaqnoz: Ağır müştərək travma, qapalı kəllə-beyin travması, baş beyin ağır əzilməsi, mədəciklərə qansızma, almacıq və burun sümüyünün sınığı, döş qəfəsinin küt travması, sağ 1, 2, 4, 5-ci qabırğaların, L4, L5 fəqərələrin sağ yan çıxıntıların sınıqları, oma sağ qasıq oturaq sümüklərin, sirkə kasası dibinin sınıqları, baş beynin üzvi travmadan sonra psixi pozulmasında baş beynin atrofiyası, burun, sağ almacıq sümüyünün sınığı. - xx.xx.1957-ci il təvəllüdlü X7 xx.xx.2019-cu il tarixdə saat 15:30-da 99 saylı X13 Stansiya Briqadasının müşayiəti ilə KTM-ə gətirilmişdir. Xəstənin yaxınlarının dediyinə görə travmanı təxminən 2 gün əvvəl 1 saylı psixiatriya xəstəxanasında almışdır. Xəstə təxminən 4 ay əvvəl hündürlükdən yıxılma nəticəsində travma almışdır. Xəstə xx.xx.2019cu il tarixdə saat 09.00-da baxış əsasında ambulator müalicə və müşahidəyə göndərilmişdir. Diaqnoz: Sağ bud çanaq oynağının total endoprotezləşmədən sonrakı vəziyyət, sağ bud sümüyünün endopratez ətrafı sınığı (periprostetik sınıq). Y/X: Travmadan sonrakı psixopozuntular və intellektual mnestik funksiyaların ləngiməsi. - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinin 28 sentyabr 2022-ci il tarixli PHŞ/1-2-2022-26067 saylı məktubundan görünür ki, «Tibbi sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 5-2.1-ci maddəsinin tələblərinə görə Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir. Bu isə o anlama gəlir ki, işləyib-işləməməsindən asılı olmayaraq ölkənin hər bir vətəndaşı icbari tibbi sığorta üzrə sığortaolunandır. Qeyd edilən Qanunun 15-10.1.2-ci maddəsinə əsasən muzdla işləyən şəxslər tərəfindən işçinin əmək haqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığorta olunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0.5 faiz icbari tibbi sığorta haqqı tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 aprel tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığına görə icbari tibbi sığorta Bakı şəhərində 2021-ci ilin aprel ayından etibarən tətbiq edilir. Əlavə olaraq bildirilmişdir ki, qeyd edilən Qanunun 15-24-cü maddəsinə əsasən sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət, sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, sığorta haqqı üzrə yaranmış borcların alınması, sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən olunmuş qaydada həyata keçirilir. Bunu nəzərə alaraq yığımlarla bağlı daha ətraflı məlumat əldə etmək istədikdə Xidmətə müraciət edilməsi tövsiyə edilmişdir. - 12 iyun 2019-cu il tarixdə Cavabdeh1 MMC-nin direktoru Ə.S.Mustafayev, təsərrüfat müdiri Z.N.Mirişov, tikintiyə nəzarətçisi Cavabdeh2 və İddiaçı3 oğlu İddiaçı1 tərəfindən tərtib edilmiş aktdan görünür ki, Cavabdeh1 MMC tərəfindən İddiaçı3 müayinə və müalicəsi üçün 9.360 manat xərclənmişdir. - Cavabdeh1 MMC tərəfindən İddiaçı3 xx.xx.2019-cu il tarixli 0533 saylı kassa məxaric orderinə əsasən 240 manat (əmək haqqı - sentyabr); xx.xx.2019-cu il tarixli 0307 saylı kassa məxaric orderinə əsasən 200 manat; xx.xx.2019-cu il tarixli 0484 saylı kassa məxaric orderinə əsasən 160 manat; xx.xx.2019-cu il tarixli 0401 saylı kassa məxaric orderinə əsasən 260 manat (yardım); xx.xx.2019-cu il tarixli 0206 saylı kassa məxaric orderinə əsasən 5.360 manat (yardım və müalicə); xx.xx.2019-cu il tarixli 0236 saylı kassa məxaric orderinə əsasən 510 manat (müayinə və müalicə); xx.xx.2019-cu il tarixli 0663 saylı kassa məxaric orderinə əsasən 250 manat (yardım); xx.xx.2019-cu il tarixli 0733 saylı kassa məxaric orderinə əsasən 250 manat (əmək haqqı); xx.xx.2019-cu il tarixli 0205 saylı kassa məxaric orderinə əsasən 240 manat (əmək haqqı - may); xx.xx.2019-cu il tarixli 0235 saylı kassa məxaric orderinə əsasən 240 manat (avans); xx.xx.2019-cu il tarixli 0306 saylı kassa məxaric orderinə əsasən 240 manat (əmək haqqı - iyul); xx.xx.2019-cu il tarixli 0534 saylı kassa məxaric orderinə əsasən 160 manat (müayinə xərci); xx.xx.2019cu il tarixli 0509 saylı kassa məxaric orderinə əsasən 100 manat (yardım); xx.xx.2019-cu il tarixli 0402 saylı kassa məxaric orderinə əsasən 240 manat (əmək haqqı - avqust); xx.xx.2019-cu il tarixli 0515 saylı kassa məxaric orderinə əsasən 180 manat (müalicə üçün yardım); xx.xx.2019-cu il tarixli 0632 saylı kassa məxaric orderinə əsasən 205 manat (müalicə üçün yardım); xx.xx.2019-cu il tarixli 0592 saylı kassa məxaric orderinə əsasən 100 manat (yardım); xx.xx.2019-cu il tarixli 0581 saylı kassa məxaric orderinə əsasən 250 manat (yardım); xx.xx.2019-cu il tarixli 0662 saylı kassa məxaric orderinə əsasən 250 manat (əmək haqqı) ödənilmişdir. Məhkəməyə ilk iddia üzrə iddiaçı Firuddin Rəsulovun sağlamlıq durumu ilə bağlı müxtəlif sənədlər, o cümlədən resept blankları təqdim edilmişdir. Məhkəmə mülki işə obyektiv baxılması və hüquqi qiymət verilməsi üçün müvafiq ekspertizalar təyin etmişdir: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Tibbi Ekspertiza və X8» PHŞ-nin 23 noyabr 2021-ci il tarixli 873/KEŞ saylı ekspert rəyindən görünür ki, 1957-ci il təvəllüdlü X4 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1.2. Firuddin Rəsulovun mütəxəssis müayinəsi zamanı hazırda onda sağ bud çanaq nahiyəsində ağrı və hərəkət məhdudluğunun olduğu müəyyən edilmişdir. Qeyd olunan patoloji dəyişiklilərlə əlaqədar İddiaçı3 sağ tərəfli revizion bud çanaq endoprotezi cərrahiyyə əməliyyatına ehtiyacı vardır.
3. Vəsaitin miqdarının təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Tibbi Ekspertiza və X8» PHŞ-nin 25 aprel 2022-ci il tarixli 96/KEŞ saylı ekspert rəyindən görünür ki, 1957-ci il təvəllüdlü X4 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1.2. Firuddin Rəsulovun mütəxəssis müayinəsi zamanı hazırda onda «Postravmatik ensefalopatiya yaddaş-intellektual enməsi ilə və davranış pozuntuları»nın olduğu müəyyən edilmişdir. Bununla əlaqədar İddiaçı3 daim kənar şəxslərin köməyinə və ambulator müalicənin davamına ehtiyacı vardır.
3. Müalicənin proqnozu haqqında əvvəlcədən fikir söylənməsi mümkün deyil. Beləliklə də müəyyən edilmişdir ki, Cavabdeh1 MMC-nin tikinti sahəsində nəzarətçi vəzifəsində çalışan Cavabdeh2 tikintinin planlaşdırılması və ona rəhbərlik edilməsinin təhlükəsizliyi qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin - X2 ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Cavabdeh2 zərərçəkmiş şəxs X5 25 aprel 2019-cu il tarixdə saat 12 radələrində yerinə yetirəcəyi işin hansı ardıcıllıqla icra edilməsini izah etmədən, həmin sahəni təhlükəsizlik nişanları və qoruyucu çəpərlə mühafizə olunmasını təmin etmədən qeyd olunan yaşayış kompleksinin tikinti sahəsində olan cilozları, yəni qəlib sıxıcılarının başlıqlarını yığıb digər binaya daşımasını tapşırmış, nəticədə sonuncunun həmin yaşayış kompleksinin 2-ci binasının 4-cü mərtəbəsində olan cilozları məftilə bağlamaqla qarşı tərəfdə inşa olunan 3-cü binaya atan zaman müvazinətini saxlaya bilməyərək həmin binanın 3-cü mərtəbəsinə döşəmənin üzərinə yıxılaraq yuxarıda sadalanan xəsarətləri almışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(006)-348/2019 nömrəli hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Hökm qanuni qüvvəsini almışdır. İlkin olaraq məhkəmə ilk iddiaya münasibətdə qeyd edir ki, iddiaçı X4 ilk iddiası qismən təmin edilməli, digər iddiaçılar İddiaçı1 Firuddin oğlunun, İddiaçı4 Firuddin oğlunun və İddiaçı2 ilk iddiaları isə rədd edilməlidir. X4 ilk iddiasının qismən, yəni hansı hissələrdə təmin edilib-edilməməsi məsələsinə hüquqi qiymət vermədən öncə məhkəmə əvvəla sonuncuya vurulmuş zərərə görə məsuliyyətin cavabdehlərdən kimin üzərinə qoyulmasını müəyyən etməyi zəruri hesab edir. Yuxarıda qeyd edildiyi kimi, Cavabdeh1 MMC-də nəzarətçi işləyən Cavabdeh2 tikintinin planlaşdırılması və ona rəhbərlik edilməsinin təhlükəsizliyi qaydalarını pozaraq ehtiyatsızlıqdan X2 ağır zərər vurulmasına səbəb olmuş və həmin hadisənin baş verməsində təqsirli hesab edilmişdir. Hazırki mübahisənin həll edilməsi üçün tətbiq edilməli olan maddi hüquq norması kimi çıxış edən Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur. İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. Mülki Məcəllənin 1099-cu maddəsi üzrə öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmək üçün, hüquqi və ya fiziki şəxsin yerinə yetirilməsi əsnasında üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. Bunun müəyyən edilməsi üçün isə işin faktiki halları, əmək müqaviləsi üzrə işçinin əmək funksiyaları diqqətlə araşdırılmalıdır. İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan maddi hüquq norması imperativ şəkildə təsbit etmişdir ki, hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Belə olan halda məhkəmə ilk iddianın Cavabdeh2 (işçiyə) münasibətdə təmin edilməməsini, X4 xeyrinə tutulacaq məbləğin ödənilməsi və digər tələblərin yerinə yetirilməsi vəzifəsinin isə cavabdehlərdən Cavabdeh1 MMC-nin (işəgötürənin) üzərinə qoyulmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118.2-ci maddəsinə əsasən itirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1125.1-ci maddəsinə əsasən zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Üzrlü səbəblər varsa, məhkəmə zərərin əvəzinin ödənilməsinə hüququ olan fiziki şəxsin tələbi ilə ona çatası ödənişləri zərərvuranın imkanlarını nəzərə almaqla, bir dəfəliyə, lakin ən çoxu üç illiyə təyin edə bilər. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından da göründüyü kimi, ilk iddia üzrə iddiaçı Firuddin Rəsulovun sağlamlığının əhəmiyyətli dərəcədə pozulması faktı aşkardır. Belə ki, İddiaçı3 sağlamlığının pozulmasından öncə əmək müqaviləsi əsasında cavabdeh şirkətdə çalışmış və məhz əmək funskiyalarının icrası zamanı baş vermiş qəza nəticəsində müxtəlif növ xəsarətlər alaraq sağlamlığına ciddi şəkildə ziyan dəymişdir. Məhkəmənin ünvanlamış olduğu sorğular əsasında daxil olmuş məlumatlardan görünür ki, tərəflər arasında əmək müqaviləsi xx.xx.2019-cu il tarixində bağlanmış və xx.xx.2020-ci il tarixdək qüvvədə olmuşdur. Əmək müqaviləsi üzrə edilən ödənişlərdən müəyyən edildiyi kimi, iddiaçıya 2019-cu ilin oktyabr ayınadək aylıq 240 manat, oktyabr ayından etibarən isə aylıq 250 manat məbləğində əmək haqqı ödənilmişdir. İş materiallarından (iddia ərizəsindən, məhkəmənin hökmündən və s.) görünür ki, iddiaçının sağlamlığının pozulmasına səbəb olan qəza 25 aprel 2019-cu il tarixdə baş vermiş, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilənədək iddiaçıya cavabdeh şirkət tərəfindən 2019-cu ilin müxtəlif aylarında əmək haqqı ödənilmiş və iddiaçı (onun ailə üzvləri) qeyd edilən pul vəsailərtini qəbzə imza etməklə, qəbul etmişlər. Məhkəmə iclasında iştirak edərkən, iddiaçılar bu faktı inkar etməmiş və həqiqətən də şirkət tərəfindən onlara maddi yardımın göstərilməsi ilə yanaşı əmək haqqının qismən ödənilməsini də təsdiq etmişlər. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş qəbzlərlə müəyyən edilmişdir ki, əmək müqaviləsinin qüvvədə olduğu müddətdə cavabdeh şirkət tərəfindən 2019-cu ilin aprel və dekabr ayları istisna olmaqla, iddiaçıya müntəzəm olaraq əmək haqqı ödənilmişdir. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilmişdir. Sərəncamın 1-ci hissəsi (aylıq əməkhaqqının məbləğinə dair hissəsi) 2019-cu ilin sentyabr ayının 1-dən etibarən qüvvəyə minmişdir. “Minimum aylıq əməkhaqqının məbləğinin artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2021-ci il tarixli Sərəncamı ilə isə minimum aylıq əməkhaqqının məbləği 2022-ci il yanvarın 1-dən etibarən 300 manat müəyyən edilmişdir. Belə olan halda isə məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118 və 1125-ci maddələrinə əsasən iddiaçı Firuddin Rəsulova, 25 aprel 2019-cu il tarixdə baş vermiş qəza nəticəsində əmək qabiliyyətinin azalması (itirilməsi) ilə əlaqədar dəyən zərərin əvəzi olaraq itirdiyi qazanc (əmək haqqı) qismində ödəniləcək pul vəsaitinin məbləğini müəyyən edərkən: - 2019-cu il üçün - 500 manat (aprel ayı üçün 240 manat, sentyabr ayı üçün qalıq qalmış 10 manat + dekabr ayı üçün 250 manat); - 2020-ci il üçün - 3.000 manat (12 ay x 250 manat); - 2021-ci il üçün - 3.000 manat (12 ay x 250 manat); - 2022-ci il üçün – 900 manat (3 ay x 300 manat) olmaqla, ümumilikdə 7.400 manat ödənilməli olduğu qənaətinə gəlir. Məhkəmə ilk iddiaya münasibət bildirməkdə davam edərək qeyd etməyi zəruri hesab edir ki, ilk iddia tələbi sağlamlığının bərpa edilməsi üçün 50.000 manat pul tələbinə dair hissədə əsassızdır. Belə ki, ilk iddia üzrə iddiaçının sağlamlığının bərpa edilməsi üçün «Sağ tərəfli revizion bud-çanaq endoprotezi» cərrahiyyə əməliyyatının aparılmasının zəruri olması aşkardır, habelə iddiaçıya «Postravmatik ensefalopatiya yaddaş-intellektual enməsi ilə və davranış pozuntuları» ilə bağlı ambulator müalicənin də göstərilməsi zəruridir. Lakin ilk iddia üzrə iddiaçıya müalicə olunması üçün məhz 50.000 manat pul vəsaiti tələb edilməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Bununla belə məhkəmə hesab edir ki, ilk iddia üzrə iddiaçı Firuddin Rəsulovun sağlamlığının bərpa edilməsi üçün «Sağ tərəfli revizion bud-çanaq endoprotezi» cərrahiyyə əməliyyat ilk iddia üzrə Cavabdeh1 MMC-nin vəsaiti hesabına həyata keçirilməli, eyni zamanda ilk iddia üzrə iddiaçıya «Postravmatik ensefalopatiya yaddaşintellektual enməsi ilə və davranış pozuntuları» ilə bağlı göstərilməli olan ambulator müalicə xərclərinin ödənilməsi öhdəliyi də Cavabdeh1 MMC-nin üzərinə qoyulmalıdır. Əlavə olaraq məhkəmə onu da qeyd edir ki, məhkəmə tərəfindən iddiaçının sağlamlığının bərpa edilməsi üçün tələb olunan əməliyyatın həyata keçirilməsi məqsədilə onun sığorta olunub-olunmadığına dair aidiyyəti qurumlara müvafiq sorğularla müraciət edilmiş, lakin əldə edilmiş məlumatlar əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 aprel tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığına görə icbari tibbi sığorta Bakı şəhərində 2021-ci ilin aprel ayından etibarən tətbiq edildiyi müəyyən edilmişdir. Beləliklə də, məlum hadisə 25 aprel 2019-cu il tarixində baş verdiyindən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 aprel tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığına görə icbari tibbi sığorta Bakı şəhərində 2021-ci ilin aprel ayından etibarən tətbiq edilməsinə başlanması həmin qərarın hazırki iş üzrə tətbiq edilməsi yolverilməzdir. Məhkəmə ilk iddianın «mənəvi zərərin ödənilməsi»nə dair hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə ilk iddia üzrə iddiaçı X5 münasibətdə qismən təmin edilməklə, digər iddiaçılara aid hissədə təmin edilməməlidir. Belə ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən, «İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Mənəvi zərərin ödənilməsi tələbi iddiaçının şəxsiyyəti ilə əlaqədar olduğu üçün bu tələb üzrə hüquq varisliyinə yol verilmir. İddiaçı məhkəmə tərəfindən bu iddia üzrə qətnamə qəbul edilənə kimi vəfat edərsə, Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən həmin iş üzrə icraata xitam verilməlidir. İddiaçının xeyrinə mənəvi zərərin tutulması barədə qətnamə qanuni qüvvəyə mindikdə və o, həmin məbləği alana kimi vəfat etdikdə bu tələb vərəsəlik üzrə keçir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məhkəmə X2 vurulmuş ziyan nəticəsində əmək fəaliyyəti ilə məşğul ola bilməməsini, daima kənar şəxslərin köməyinə və ambulator müalicənin davamına ehtiyacının olmasını, bu halların iddiaçının mənəvi sarsıntı, iztirab çəkməsinə bilavasitə səbəb olmasını, habelə digər əhəmiyyət kəsb edən halları nəzərə alıb hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməklə, vurulmuş mənəvi ziyana görə 5.000 manat pul məbləği ilk iddia üzrə Cavabdeh1 MMC-dən tutularaq ilk iddia üzrə iddiaçı X5 ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ilk iddia üzrə digər iddiaçılar İddiaçı1 Firuddin oğlunun, İddiaçı4 Firuddin oğlunun və İddiaçı2 cavabdehlərdən mənəvi ziyan qismində pul tələbi əsassızdır. Belə ki, mənəvi zərərin ödənilməsi tələbi iddiaçının şəxsiyyəti ilə bilavasitə əlaqəli olan tələbdir. Digər tərəfdən ilk iddia üzrə digər iddiaçılara mənəvi zərərin vurulmasına dair sübutlar məhkəməyə təqdim olunmamış, iddia həmin hissədə əsaslandırılmamış, mənəvi zərərin nədə ifadə edilməsi aydınlaşdırılmamışdır. Məhkəmə ilk iddiaya münasibət bildirdikdən sonra qarşılıqlı iddiaya da münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlı iddia əsassız olduğundan, rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 83.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC baş vermiş hadisənin məhz Firuddin Rəsulovun təqsirli hərəkətləri, onun əməyin mühafizəsi qaydalarına və normalarına, daxili nizam-intizam qaydalarına və s. riayət etməməsi nəticəsində baş verdiyinə istinad etsə də, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 21 oktyabr 2019-cu il tarixli, 1(006)-348/2019 saylı hökmünə əsasən zərərçəkənə zərər vurulması halı ilə bağlı hadisənin necə baş verməsi, hadisənin baş verməsində kimin təqsirkar olması müəyyən edilmişdir və hazırki işə baxan məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bu səbəbdən məhkəmə qaşılıqlı iddianın dəlillərini əsassız hesab edərək, qarşılıqlı iddianın bu hissədə təmin edilməməsi qənaətinə gəlir. Digər tərəfdən qarşılıqlı iddia üzrə iddiaçı öz ərizəsində Firuddin Rəsulovun və onun ailə üzvlərinin şirkətdən əsassız yerə pul vəsaiti aldıqlarını və bunun əsasında şirkətə mənəvi ziyan vurulmasına səbəb olduqlarını qeyd etmiş və qarşılıqlı iddia üzrə cavabdehlərdən maddi zərərin əvəzi olaraq 40.000 manat, mənəvi zərərin əvəzində isə 50.000 manat pul tələb etmişdr. Məhkəmə qeyd edir ki, iş materiallarından (qəbzlərdən) göründüyü kimi, baş vermiş məlum hadisədən sonra şirkət tərəfindən Firuddin Rəsulova xx.xx.2019-cu il tarixli aktda qeyd edilmiş 9.360 manat məbləğində maddi yardım göstərilmiş və məhkəmə iclasında iştirak edərkən İddiaçı3 ailə üzvləri ilə birlikdə bu halı inkar etməmişlər. Lakin şirkətin qeyd etdiyi (40.000 manat) məbləğdə qarşılıqlı iddia üzrə cavabdehlərə pul vəsaiti verməsi öz təsdiqini tapmamış və şirkət tərəfindən də sübuta yetirilməmişdir. Habelə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şirkət tərəfindən xx.xx.2019-cu il tarixli aktda qeyd edilmiş 9.360 manat məbləğində maddi yardım göstərilsə də, iddiaçı Firuddin Rəsulovun səhhətində hələ də problemlər yaşanması davam edir və sağlamlığının bərpa edilməsi üçün müvafiq əməliyyatın həyata keçirilməsi və müalicəsinin davam etdirilməsi zəruridir. Eyni zamanda məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMCnin maddi zərərin ödənilməsinə dair tələb üzrə hüquqi əsasının olmaması səbəbilə rədd olunduğundan, bu tələbdən irəli gələn iddianın digər (mənəvi zərərin ödənilməsi) hissəsinə də, hüquqi qiymət verilməsinə prosessual qənaət prinsipi baxımından zərurət qalmayıb. Odur ki, qarşılıqlı iddia bu hissədə də rədd olunmalıdır. Ödəniş qəbzlərindən görünür ki, məhkəməyə ilk iddia ərizəsinin təqdim edilməsi üçün iddiaçılar tərəfindən ayrı-ayrılıqda 30 manat olmaqla, cəmi 120 manat, qarşılıqlı iddianın verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı X4 ilk iddiası qismən təmin edilməli, əmək qabiliyyətinin azalması (itirilməsi) nəticəsində dəyən zərərin əvəzi olaraq itirdiyi qazanc (əmək haqqı) qismində (2019-cu ilin aprel ayından etibarən 2022-ci ilin aprel ayınadək) ümumilikdə 7.400 manat və vurulmuş mənəvi ziyana görə 5.000 manat pul məbləği ilk iddia üzrə Cavabdeh1 MMC-dən tutularaq ilk iddia üzrə iddiaçı X5 ödənilməli, ilk iddia üzrə iddiaçı X5 icra edilməli olan «sağ tərəfli revizion bud-çanaq endoprotezi» cərrahiyyə əməliyyatı ilk iddia üzrə Cavabdeh1 MMC-nin vəsaiti hesabına həyata keçirilməli, ilk iddia üzrə iddiaçı X5 «postravmatik ensefalopatiya yaddaş-intelektual enməsi ilə və davranış pozuntuları» ilə bağlı göstərilməli olan ambulator müalicə xərclərinin ödənilməsi öhdəliyi ilk iddia üzrə cavabdeh “Cavabdeh1 MMC-nin üzərinə qoyulmalı, iddiaçı X4 ilk iddiası qalan hissədə və ilk iddia üzrə Cavabdeh2 münasibətdə təmin edilməməli, iddiaçılar İddiaçı1 Firuddin oğlunun, İddiaçı4 Firuddin oğlunun və İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair ilk iddiaları təmin edilməməli, Cavabdeh1 MMC-nin X5, İddiaçı1 Firuddin oğluna və İddiaçı2 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası təmin edilməməli, ilk iddia üzrə iddiaçı X7 tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ilk iddia üzrə Cavabdeh1 MMC-dən tutularaq ilk iddia üzrə iddiaçı X5 ödənilməli, ilk iddia üzrə digər iddiaçılar İddiaçı1 Firuddin oğlu, İddiaçı4 Firuddin oğlu və İddiaçı2 tərəfindən ödənilmiş dövlət rüsumu onların özlərinə aid edilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı X4 ilk iddiası qismən təmin edilsin. Əmək qabiliyyətinin azalması (itirilməsi) nəticəsində dəyən zərərin əvəzi olaraq itirdiyi qazanc (əmək haqqı) qismində (2019-cu ilin aprel ayından etibarən 2022-ci ilin aprel ayınadək) ümumilikdə 7.400 manat və vurulmuş mənəvi ziyana görə 5.000 manat pul məbləği ilk iddia üzrə Cavabdeh1 MMC-dən tutularaq ilk iddia üzrə iddiaçı X5 ödənilsin. İlk iddia üzrə iddiaçı X5 icra edilməli olan «sağ tərəfli revizion bud-çanaq endoprotezi» cərrahiyyə əməliyyatı ilk iddia üzrə Cavabdeh1 MMC-nin vəsaiti hesabına həyata keçirilsin. İlk iddia üzrə iddiaçı X5 «postravmatik ensefalopatiya yaddaş-intelektual enməsi ilə və davranış pozuntuları» ilə bağlı göstərilməli olan ambulator müalicə xərclərinin ödənilməsi öhdəliyi ilk iddia üzrə Cavabdeh1 MMC-nin üzərinə qoyulsun. İddiaçı X4 ilk iddiası qalan hissədə və ilk iddia üzrə Cavabdeh2 münasibətdə təmin edilməsin. İddiaçılar İddiaçı1 Firuddin oğlunun, İddiaçı4 Firuddin oğlunun və İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair ilk iddiaları təmin edilməsin. Cavabdeh1 MMC-nin X5, İddiaçı1 Firuddin oğluna və İddiaçı2 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. İlk iddia üzrə iddiaçı X7 tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ilk iddia üzrə Cavabdeh1 MMC-dən tutularaq ilk iddia üzrə iddiaçı X5 ödənilsin. İlk iddia üzrə digər iddiaçılar İddiaçı1 Firuddin oğlu, İddiaçı4 Firuddin oğlu və İddiaçı2 tərəfindən ödənilmiş dövlət rüsumu onların özlərinə aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ceyhun Tağıyev