Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1000/2023 12.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sənədlərin rəsmi qaydada verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “sənədlərin rəsmi qaydada verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı tələbini onunla əsaslandırmışlar ki, o, "xxxx" ASC-nin (hazırkı adı "xxxx" MMC) səhmdarıdır və Səhmdar Cəmiyyətdə hər birinin nominal dəyəri 20 manat (iyirmi) olmaqla, 28 ədəd (iyirmi səkkiz) ədəd səhmə malikdir. Lakin nə keçirilən növbəti ümumi yığıncaqlarda, nədə ki, başqa vaxt müəssisənin fəlaiyyətinə dair heç bir məlumat ala bilmir. Dəfələrlə Səhmdar Cəmiyyətin fəaliyyəti ilə bağlı lazım olan sənədlərin surətinin ona təqdim olunmasını xahiş etməyinə baxmayaraq, Azərbaycan qanunlarını saymayan Səhmdar Cəmiyyətin rəhbərliyi onun haqlı tələbini tamamilə əsassız olaraq yerinə yetirməkdən imtina edir. Bunula da Səhmdar Cəmiyyətin rəhbərliyi tərəfindən bir vətəndaş, bir səhmdar kimi onun məlumat almaq hüququ qəsdən, kobud surətdə pozulur. Axırıncı dəfə Səhmdar Cəmiyyətin fəlaiyyəti ilə əlaqədar sənədlərin ona (və digər səhmdarlara) verilməsi barədə rəsmi ərizə ilə "xxxx" ASC-yə müraciət etmişdir. Lakin Səhmdar Cəmiyyətin rəhbərliyi nəinki, onun xahişini yerinə yetirmir, əksinə müəssisəyə aidiyyəti olmayan şəxslər vasitəsi ilə ona təzyiq göstərməyə çalışmışlar. Qeyd edilənlərə əsasən, Səhmdar Cəmiyətinın səhmdarlarının 2022-ci il üzrə reyestrinin və Nizamnaməsinin, 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021-ci illər üzrə maliyyə-təftiş komissiyasının və auditor aktlarının, 2017-ci, 2018-ci, 2019-cl, 2020-ci, 2021-ci illər üzrə "Maliyyə hesabatlarını və onların Əlavələrinin", debitor və kreditor borcları və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlarının, 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021-ci illər üzrə "Mənfəət vergisi Bəyannamələrinin və onların Əlavələrinin" və ya X1", həmçinin "Torpaq vergisi Bəyannamələrinin, Səhmdar Cəmiyyətin 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021ci illər üzrə ümumi yığıncağının Protokollarının, 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021ci illər üzrə Səhmdar Cəmiyyətin Müşahidə Şurasının iclaslarının Protokollarının, 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021-ci illər üzrə Səhmdar Cəmiyyətin "aktivlərini və öhdəliklərin inventarizasiya Aktlarının", 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021-ci illər üzrə Səhmdar Cəmiyyətin "əsas vəsaitlərinin ləğvi Aktlarının", Səhmdar Cəmiyyətin yerləşdiyi sahənin plan cizgisinin və Daşınmaz Əmalkın dövlət reyestrində Çıxarışın, 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021-ci illər üzrə Səhmdar Cəmiyyətin digər təşkilatlarla bağlanmış əqdlər, kontraktlar, müqavilələr, həmçinin aidiyyəti şəxslərlə bağlanmış və xüsusi əhəmiyyətli əqdlər barəsində məlumatların, Səhmdar Cəmiyyətin emissiya prospektində (özəlləşdirmə planında) əksini tapmış "əsas vəsaitlərin inventarlaşdırılıması və qiymətləndirilməsi Aktlarının təsdiq edilmiş surətinin ona verilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş "xxxx" MMC-nin nümayəndəsi X3 izahat verərək, iddiaya cavab verməli olan şəxsin "xxxx" MMC olmadığını, iddiaçının həmin cəmiyyətin səhmdarı olmadığını qeyd etmişdir. İddiaçı və onun vəkili Vəkil cavabdehin əvəz eddilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdeh "xxxx" MMC-nin əsl cavabdeh "xxxx" ASC ilə əvəz edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə məhkəmə tərəfindən cavabdeh "xxxx" MMC, "xxxx" ASC ilə əvəz edilmişdir. Cavabdeh "xxxx" ASC xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, səhmdarların növbəti ümumi yığıncağı tərəflərindən hər il qanunvericiliyə müvafiq şəkildə keçirilir. İclaslarda səhmdarlara müəssisənin illik dövriyəsi, vergi öhdəlikləri və.s barədə məlumat verilir. Səhmdarlar onlardan sənədlərin rəsmi qaydada istədikləri zaman, onlara müvafiq bildiriş göndərilərək tanış olmaq üçün dəvət edilirlər. Tərəflərindən səhmdarlar xx.xx.2023-cü il tarixdə (saat 12:00) və xx.xx.2023-cü il tarixdə (saat 12:00) müəssisəyə dəvət edilərək, onlara sənədlərlə tanış olmaq imkanı yaradılmışdır. Hətta xx.xx.2023-cü il tarixdə səhmdarlar tərəfindən tanış olmaq üçün təqdim etdikləri sənədlər, heç bir akta imza çəkilmədən götürülmüşdür. Qeyd edilənlərə əsasən məhkəmədən iddiaçının iddia tələbinin rədd edilməsi ilə bağlı qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olarar bildirdi ki, o, cəmiyyətə dəvət edilsə də, ona heç bir sənəd verilməmişdir. Sənədləri ona ancaq oxumaq üçün vermişlər, lakin onun yaddaşı yaxşı olmadığından oxumaq üçün verilən sənədlərin məzmunu xatırlamır. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hesabın Operatoru haqqında məlumatdan görünür ki, Cavabdeh ASC-nin hüquqi ünvanı Nizami rayonu, Keşlə ŞTQ, ünvan 1lının dəyəri 44635220 AZN-dir. İddiaçı birinin nominal dəyəri 20 manat (iyirmi) olmaqla, 28 ədəd (iyirmi səkkiz) ədəd qiymətli kağıza (adi adlı səhmə) malikdir. - İddiaçı tərəfindən Cavabdeh ASC-yə edilmiş təqdm edilmiş ərizədən görünür ki, onun səhmdar kimi cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti haqqında məlumat almaq hüququ olduğundan, müvafiq məlumatların (11 adda sənəd) ona təqdim edilməsini xahiş etmiş, əks halqa həmin məlumatların məcburi qaydada alınması üçün müvafiq məhkəməyə müraciət ediləcəyi barədə xəbərdalıq edilmişdir. - Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 01 saylı məktubun surətindən görünür ki, onun cəmiyyətin səhmdarı kimi müəssisənin fəaliyəti ilə əlaqədar sənədlərlə tanış olmaq hüququ var. Bu səbəbdən sənədlərlə tanış olmaq istəyirsə xx.xx.2023-cü il tarixdə saat 12:00-da zavoda gələ bilər. - Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 16 saylı məktubun surətindən görünür ki, onun cəmiyyətin səhmdarı kimi müəssisənin fəaliyəti ilə əlaqədar sənədlərlə tanış olmaq hüququ var. Bu səbəbdən sənədlərlə tanış olmaq istəyirsə digər səhmdarlarla birlikdə xx.xx.2023-cü il tarixdə saat 12:00-da zavoda gələ bilər. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyata alınmış Cavabdeh ASC-nin səhmdarıdır və o, səhmdarı olduğu cəmiyyətin bəzi sənədlərinin surətlərinin ona təqdim edilməsi üçün həmin cəmiyyətə müraciət etmişdir. Lakin cəmiyyətə sənədlərin verilməsinə dair müraciətinə əsasən, həmin sənədlərlə tanış olmaq üçün şərait yaradılsa da, həmin sənədlər iddiaçıya təqdim edilməmişdir. İddiaçı pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iddiaçının iddia tələbini, təqdim edilmiş sübutları araşdırıb bu nəticəyə gəlmişdir ki, iddiaçının iddiası əsaslıdır. Belə ki, iddiaçılar cəmiyyət tərəfindən ona Səhmdar Cəmiyətinın səhmdarlarının 2022-ci il üzrə reyestrinin və Nizamnaməsinin, 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021-ci illər üzrə maliyyə-təftiş komissiyasının və auditor aktlarının, 2017-ci, 2018-ci, 2019-cl, 2020-ci, 2021-ci illər üzrə "Maliyyə hesabatlarını və onların Əlavələrinin", debitor və kreditor borcları və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlarının, 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021-ci illər üzrə "Mənfəət vergisi Bəyannamələrinin və onların Əlavələrinin" və ya “X1", həmçinin "Torpaq vergisi Bəyannamələrinin”, Səhmdar Cəmiyyətin 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021ci illər üzrə ümumi yığıncağının Protokollarının, 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021ci illər üzrə Səhmdar Cəmiyyətin Müşahidə Şurasının iclaslarının Protokollarının, 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021-ci illər üzrə Səhmdar Cəmiyyətin "aktivlərini və öhdəliklərin inventarizasiya Aktlarının", 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021-ci illər üzrə Səhmdar Cəmiyyətin "əsas vəsaitlərinin ləğvi Aktlarının", Səhmdar Cəmiyyətin yerləşdiyi sahənin plan cizgisinin və Daşınmaz Əmalkın dövlət reyestrində Çıxarışın, 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021-ci illər üzrə Səhmdar Cəmiyyətin digər təşkilatlarla bağlanmış əqdlər, kontraktlar, müqavilələr, həmçinin aidiyyəti şəxslərlə bağlanmış və xüsusi əhəmiyyətli əqdlər barəsində məlumatların, Səhmdar Cəmiyyətin emissiya prospektində (özəlləşdirmə planında) əksini tapmış "əsas vəsaitlərin inventarlaşdırılıması və qiymətləndirilməsi” Aktlarının təqdim edilməsini tələb etmişdir ki, həmin sənədlərin təsdiq edilmiş surətlərinin iddiaçıya verilməsi iddiaçının qanunla müəyyən edilmiş hüququdur və buna dair iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı cavabdeh cəmiyyət iddiaçıya ünvanladığı məktublarda onun cəmiyyətin səhmdarı kimi müəssisənin fəaliyəti ilə əlaqədar sənədlərlə tanış olmaq hüququ olduğu qəbul etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 99.2-ci maddəsinə əsasən açıq səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə hesabat dövrü üzrə maliyyə göstəriciləri, aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdlər, cəlb edilmiş maliyyə vəsaitləri, idarəetmə orqanları və vəzifəli şəxslər, onların əsas və əlavə iş yerləri, idarəetmə strukturu, inkişaf siyasəti, səhmdar kapitalının gəlirliyi və dividend siyasəti, idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişləri, investisiyaların həcmi və mənbəyi, cəmiyyətin qiymətli kağızlarının dövriyyəsi və gəlirliyi, ictimai layihələr barədə məlumatları hamının tanış olması üçün hər il dərc etməyə borcludur. 102.4-cü maddəsinə əsasən səhmdar cəmiyyəti öz səhmdarlarına nizamnamə, ona edilən əlavə və dəyişikliklər ilə tanış olmaq imkanmı yaratmalıdır. Səhmdarın tələbi ilə nizamnamənin surəti ona verilməlidir. 106-1.3-cü maddədə Səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin hüquqları sadalanmışdır: 106-1.3.2. qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq; 106-1.3.3. cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək; 106-1.3.7. cəmiyyətin xalis mənfəətindən dividend almaq; 106-1.3.8-1. icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək; 106-1.3.8-2. cəmiyyətin səhmlərinin satışı prosesində iştirak etmək; 106-1.3.8-3. bağlanmış əqd nəticəsində cəmiyyətə və ya səhmdarlara dəyən zərərin və bununla bağlı məsrəflərin ödənilməsi barədə məhkəməyə və ya digər səlahiyyətli quruma müraciət etmək; 106-1.3.8-4. bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq. 106-1.3.5-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarın qanunvericiliklə müəyyən edilmiş qaydada cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək hüququ vardır. 106-2.3-cü maddəsinə əsasən səhmdar ildə bir dəfə cəmiyyətin icra orqanından səhmdarların reyestrinin ona təqdim edilməsini tələb edə bilər. Bu halda səhmdar cəmiyyətinin icra orqanı səhmdarların reyestrini beş gün ərzində həmin səhmdara təqdim etməlidir. 106-3.3-cü maddəsinə əsasən səhmdar adi səhm üzrə dividend səhmdar cəmiyyətinin xalis mənfəətinin səhmdarlara hər bir adi səhm üzrə hesablanmış ödənişlər şəklində bölüşdürülmüş hissəsidir. İddia tələbində göstərilən sənədlərin təsdiq edilmiş surətlərinin təqdim edilməsi ilə bağlı qeyd olunmalıdır ki, qanunvericlik səhmdarların həmin sənədlərlə tanış olmaq hüquqlarını müəyyən edir. Məhkəmə qeyd edir ki, səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdar qanunvericiliklə müəyyən edilmiş qaydada cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik və mühasibat balansı ilə tanış olmaq, səhmdar cəmiyyətin buraxdığı səhmləri dəyərini ödəməklə əldə edib, onun nizamnamə kapitalının formalaşmasında bilavasitə iştirak edən səhmdar onun mənfəətindən dividend almaq hüququ əldə edir. Buna görə də, cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş mənfəətlə və onu əks etdirən maliyyə-mühasibat sənədləri ilə tanış olmaqda maraqlı olur. Qanunun göstərilən müddəalarından göründüyü kimi səhmdarların səhmdarı olduqları cəmiyyətin ümumi yığıncağının protokolunun, nizamnaməsinin, səhmdarların reyestrinin, mənfəət vergisi bəyannaməsinin, xəzinə kitabının, maliyyə nəticələri haqqında hesabatların, müəssisənin balansına dair sənədlərin surətlərini tələb etmək hüququ və bu hüququn səhmdar cəmiyyət tərəfindən təmin edilməsi vəzifəsi vardır. Odur ki, iddiaçı göstərilən sənədləri cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərişinə əsasən iddiaçı iddia ərizəsində qeyd olunan sənədlərin surətlərinin yalnız ona təqdim edilməsini xahiş etdiyindən və həmin sənədlərin təqdim edilməsini tələb etmək hüququna malik olduğundan iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh X2 səhmdarlarının 2022-ci il üzrə reyestrinin və Nizamnaməsinin, 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021-ci illər üzrə maliyyə-təftiş komissiyasının və auditor aktlarının, 2017-ci, 2018-ci, 2019-cl, 2020-ci, 2021-ci illər üzrə "Maliyyə hesabatlarını və onların Əlavələrinin", debitor və kreditor borcları və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlarının, 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021-ci illər üzrə "Mənfəət vergisi Bəyannamələrinin və onların Əlavələrinin" və ya “X1", "Torpaq vergisi Bəyannamələrinin”, Cəmiyyətin 2017-ci, 2018-ci, 2019-cu, 2020ci, 2021-ci illər üzrə ümumi yığıncağının Protokollarının, 2017-ci, 2018-ci, 2019-cu, 2020ci, 2021-ci illər üzrə Cəmiyyətin Müşahidə Şurasının iclaslarının Protokollarının, 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021-ci illər üzrə Cəmiyyətin "aktivlərini və öhdəliklərin inventarizasiya Aktlarının", 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021-ci illər üzrə Səhmdar Cəmiyyətin "əsas vəsaitlərinin ləğvi Aktlarının", Səhmdar Cəmiyyətin yerləşdiyi sahənin plan cizgisinin və Daşınmaz Əmalkın dövlət reyestrində Çıxarışın, 2017-ci, 2018-ci, 2019cu, 2020-ci, 2021-ci illər üzrə Səhmdar Cəmiyyətin digər təşkilatlarla bağlanmış əqdlər, kontraktlar, müqavilələr, həmçinin aidiyyəti şəxslərlə bağlanmış və xüsusi əhəmiyyətli əqdlər barəsində məlumatların, Cəmiyyətin emissiya prospektində (özəlləşdirmə planında) əksini tapmış "əsas vəsaitlərin inventarlaşdırılıması və qiymətləndirilməsi” Aktlarının təsdiq edilmiş surətinin İddiaçı verilməsi vəzifəsi Cavabdeh ASC-yə həvalə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X2 səhmdarlarının 2022-ci il üzrə reyestrinin və Nizamnaməsinin, 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021-ci illər üzrə maliyyə-təftiş komissiyasının və auditor aktlarının, 2017-ci, 2018-ci, 2019-cl, 2020-ci, 2021-ci illər üzrə "Maliyyə hesabatlarını və onların Əlavələrinin", debitor və kreditor borcları və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlarının, 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021-ci illər üzrə "Mənfəət vergisi Bəyannamələrinin və onların Əlavələrinin" və ya “X1", "Torpaq vergisi Bəyannamələrinin”, Cəmiyyətin 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021-ci illər üzrə ümumi yığıncağının Protokollarının, 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021-ci illər üzrə Cəmiyyətin Müşahidə Şurasının iclaslarının Protokollarının, 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021-ci illər üzrə Cəmiyyətin "aktivlərini və öhdəliklərin inventarizasiya Aktlarının", 2017-ci, 2018-ci, 2019cu, 2020-ci, 2021-ci illər üzrə Səhmdar Cəmiyyətin "əsas vəsaitlərinin ləğvi Aktlarının", Səhmdar Cəmiyyətin yerləşdiyi sahənin plan cizgisinin və Daşınmaz Əmalkın dövlət reyestrində Çıxarışın, 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021-ci illər üzrə Səhmdar Cəmiyyətin digər təşkilatlarla bağlanmış əqdlər, kontraktlar, müqavilələr, həmçinin aidiyyəti şəxslərlə bağlanmış və xüsusi əhəmiyyətli əqdlər barəsində məlumatların, Cəmiyyətin emissiya prospektində (özəlləşdirmə planında) əksini tapmış "əsas vəsaitlərin inventarlaşdırılıması və qiymətləndirilməsi” Aktlarının təsdiq edilmiş surətinin İddiaçı verilməsi vəzifəsi Cavabdeh ASC-yə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1000/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1000/2023
12.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver