Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1016/2020 31.05.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 və Bakı şəhəri 38 saylı Notariat kontoruna qarşı “etibarnamə və ərizənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 və Bakı şəhəri 38 saylı Notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adından Cavabdeh1 MTK üzvlüyünə qəbul edilmə və pay haqqının ödənilməsinə təminat məqsədi ilə saxta olaraq hazırlanmış və 38 saylı Notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş ərizə, onun əvəzinə saxta imza çəkilmiş 10 dekabr 2010-cu il tarixli Cavabdeh1 MTK üzvlərinin ümumi yığıncağının protokolu, Cavabdeh1 MTK-nın üzvü kimi göstərilərək onun yerinə saxta imza çəkilmiş Cavabdeh1 MTK-nın 2-ci redaksiyada olmuş nizamnaməsi, 10 dekabr 2010-cu il tarixdə onun adından hazırlanaraq saxta imza çəkilmiş Cavabdeh1 MTK-nın dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin qeydə alınması ilə bağlı bütün lazımi sənədlərin hazırlanması, imzalanması, müvafiq dövlət orqanına təqdim edilməsi və bununla bağlı digər hərəkətlərin edilməsi məqsədi ilə X1 verilmiş etibarnamə və onun yerinə doldurularaq saxta imza çəkilmiş Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında ərizə etibarsız sayılmasını xahiş etmişdir. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, ərizə verilərkən aidiyyət qaydaları pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir; 36.2-ci maddəsinə əsasən, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia ərizəsi ilə bir neçə cavabdehə qarşı, yəni Cavabdeh1 MTK, Cavabdeh2 və Bakı şəhəri 38 saylı Notariat kontoruna qarşı iddia qaldırılmışdır. Belə olan halda yuxarıda qeyd olunan qanunvericilik normalarının məzmunundan da göründüyü kimi, iddiaçı rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə qarşı iddia ərizəsini cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Lakin iddiaçı qanunvericiliyin yuxarıda qeyd olunan müvafiq normalarının tələblərini pozmaqla Bakı şəhər Nizami rayon Məhkəməsinə müraciət etmişdir. Belə ki, cavabdehlərdən Cavabdeh1 MTK-nın hüquqi ünvanı ünvan 1dikləri ərazi, Cavabdeh2 ünvanı ünvan 2ariat kontorunun ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Atatürk pr. 36 olaraq göstərilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən, bu məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 və Bakı şəhəri 38 saylı Notariat kontoruna qarşı “onun adından Cavabdeh1 MTK üzvlüyünə qəbul edilmə və pay haqqının ödənilməsinə təminat məqsədi ilə saxta olaraq hazırlanmış və 38 saylı Notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş ərizə, onun əvəzinə saxta imza çəkilmiş 10 dekabr 2010cu il tarixli Cavabdeh1 MTK üzvlərinin ümumi yığıncağının protokolu, Cavabdeh1 MTK-nın üzvü kimi göstərilərək onun yerinə saxta imza çəkilmiş Cavabdeh1 MTK-nın 2-ci redaksiyada olmuş nizamnaməsi, 10 dekabr 2010-cu il tarixdə onun adından hazırlanaraq saxta imza çəkilmiş Cavabdeh1 MTK-nın dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin qeydə alınması ilə bağlı bütün lazımi sənədlərin hazırlanması, imzalanması, müvafiq dövlət orqanına təqdim edilməsi və bununla bağlı digər hərəkətlərin edilməsi məqsədi ilə X1 verilmiş etibarnamə və onun yerinə doldurularaq saxta imza çəkilmiş Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında ərizə etibarsız sayılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilsin. Qərardad İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumunun qaytarılması üçün əsasdır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1016/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1016/2020
31.05.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver