Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-104/2021 22.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, Cavabdeh1 оğlunun, onun vəkili və nümayəndəsi Vəkil Şəmsəddin oğlunun iştirakları ilə, İddiaçı оğlunun cavabdehlər Cavabdeh1 оğlu və "xxxx" Sığorta Şirkəti ASC-yə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı оğlu cavabdehlar Cavabdeh1 оğlu və "xxxx" Sığorta Şirkəti ASC-yə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cаvаbdеh Cavabdeh1 оğlundan 36815,80 manat maddi zərərin, 5000 manat mənəvi zərərin, cаvаbdеh ASC "xxxx" Sığorta Şirkətindən 5000 manat sığorta məbləğinin və 30,40 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı оğluna ödənilməsi barədə qətnаmə qəbul еdilməsini хаhiş еtmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 idarə etdiyi AZ-**-GR- *** dövlət qeydiyyat nömrə nişanlı Nissan X-TRAİL markalı avtomobili ilə Heydər Əliyev prospektində 21.12.2018-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş və İddiaçı оğlunun istifadəsində olan AZ-**-SM-*** dövləl qeydiyyat nömrə nişanlı Dodge Durango markalı avtomobilə zərər dəymişdir. 22.12.2018-ci il tarixli İXP ******* saylı İnzibati Xəta haqqında Protokolla Cavabdeh1 İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddisi ilə inzibati xəta törətməsi müəyyən olunmuşdur. TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarla Cavabdeh1 oğlanun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xətanı törətdiyinə görə 40 manat cərimə olunmuşdur. Cavabdeh1 idarə etdiyi avtomobil Standard İnsurance Sığorta Şirkətində icbari sığorta olunmuşdur. Cavabdeh tərəfin inzibatı xəta törətməsi nəticəsində İddiaçı оğluna 39 285.80 manat dəyərində maddi zərər dəymişdir. İddiaçı оğlu Cavabdeh1 müraciət edərək vurulmuş zərərin ödənilməsini xahiş eləsədə cavabdeh ödəniş etməmişdir. Həmçinin cavabdehin idarə etdiyi avtomobil Standard İnsurance Sığorta Şirkətində icbari sığorta olunduğu üçün İddiaçı Sığorta Şirkətinə 04.07.2019-cu il tarixdə müraciət edərək sığorta məbləğini ödəməyi xahiş etmişdir. Lakın Sığorta şirkəti ödəniş etmədiyi üçün İddiaçı Maliyyə Bazarlarına Nəzarət Palatasına sığorta ödənişinin edilməməsi ilə bağlı müraciət etmiş və araşdırma nəticəsində müəyyən olunmuşdur ki, 14.01.2019-cu il tarixli arayışa əsasən Cavabdeh1 оğlunun yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri və mülki məsuliyyəti yaranmışdır. Vurulmuş zərərlə bağlı "xxxx" MMC tərəfindən qiymətləndirmə aparılmış və 30.08.2019-cu il tarixli qiymətləndirmə aktına əsasən 39 007.8 manat zərər məbləği müəyyən olunmuşdur. Qiymətləndirmənin aparılması üçün iddiaçı tərəfindən Avtoluks Azərbaycan MMC-yə 135.00 manat ödəniş edilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobil DİN BDYPİ “SİQNAL” İLİİ-də birdəfəlik dayanacaq haqqı olaraq 143 manat ödəniş etmişdir. Bundan əlavə İddiaçı оğlunun avtomobililə zərər vurulduqdan sonra o hər gün evdən işə və işdən evə taksi xidmətindən istifadə etmişdir. Bu hər gün üçün ən azı 10 (on) manat təşkil etmişdir. 21.12.2018-ci il tarixdən bu günə qədər 253 gün maşınsız qaldığı üçün taksidən istifadə etmiş və 2530 manat hal-hazıradək taksiyə ödəniş etmişdir. İddiaçı оğlu vurulmuş maddi ziyanı hələdə cavabdehlər tərəfindən ala bilmədiyi üçün maddi ziyanla bərabər mənəvi sarsıntılar keçirməkdədir. Cavabdehlərin uzun müddətdir ki, iddiaçıya vurduqları zərəri ödəməmələri onun dərin mənəvi sarsıntılar keçirməsinə səbəb olmuşdur. Bu vəziyyətdə iddiaçının keçirdiyi mənəvi sarsıntı və iztirabları təsəvvür etməmək mümkün deyil. Baş verən hadisədən sonra İddiaçı оğlu hələ də özünə gələ bilməmişdir. Cavabdehin qanunazidd hərəkətləri nəticəsində İddiaçı оğlu dözülməz dərəcədə mənəvi-fiziki əzab çəkmişdir. Butun bu hadisələr isə cavabdeh Əsgarov Rəvanının hərəkətləri nəticəsində iddiçının başına gəlmişdir. Ona gorə də İddiaçı оğluna vurulan mənəvi ziyanı 5000 manat dəyərində qiymətləndirirlər. Məhkəmənin əvvəlki iclsalarında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 оğlu iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, qəza vaxtı onun maşınını arxadan vurmuşlar. Özünü təqsirsiz hesab etmişdir. Polis onun təqsirli olduğunu bildirsə də, həmin qərardan şikayət etmiş və işə xitam verilmişdir. Göstərdiklərinin nəzərə alınmasını və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 оğlunun onun vəkili və nümayəndəsi Vəkil Şəmsəddin oğlu iddia tələbini qəbul etmədiyiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdehin iddiaçıya maddi ziyan vurulmasına gətirib çıxaran hər hansı hərəkəti yoxudr. Həmçinin, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli qərarına əsasən, inzibati xəta haqqında iş üzrə qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Ona görə də, hesab edir ki iddia tələbi əsassızdır və təmin edilməməldiri. Göstərdiklərinin nəzərə alınmasını və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı оğlu və cavabdeh "xxxx" Sığorta Şirkəti ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AC 068515 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Dodge Durnago minik markalı, ** SM *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1r. - ƏN-İİİ 898854 nömrəli etibarnamədən görünür ki, X3 ona məxsus olan Dodge Durnago minik markalı, ** SM *** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti ilə İddiaçı etibar etmişdir. - "xxxx" MMC-nin 30 avqust 2019-cu il tarixli qiymətləndirmə aktından görünür ki, İddiaçı оğluna məxsus olan Dodge Durnago minik markalı, ** SM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ümumi zərərin məbləği 39 007.80 manat müəyyən edilmişdir. - Bakı şəhər Sabunçu RPİ-nin DYPŞ-nin polis kapitanı X2 tərəfindən qəbul edilmiş TP seriyalı, ******* nömrəli, 22.12.2018-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli 3(007)- 1866/2019 nömrəli qərarından görünür ki, Bakı şəhər Sabunçu RPİ-nin DYPŞ-nin sabiq baş inspektoru, polis kapitanı X2 tərəfindən qəbul edilmiş TP seriyalı, ******* nömrəli, 22.12.2018-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. - Hadisə anını qeyd etmiş TŞ kameralarından çıxarılmış compakt diskdə yazılmış fotolardan və video görüntüdən görünür ki, “Dodge Durango” markalı AZ**-SM-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşısında eyni istiqamətdə eyni hərəkət zolağında qəza işıqlarını yandıraraq dayanmış “Mercedes” markalı AZ**-JR-*** dövlət qeydiyyat nişanlı yük maşınının arxasından sola dönmə işıqlarını yandıraraq zolaqda yerdeyisme manevri edən “Nissan” markalı “X-Trail” modelli AZ**-GR-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissədən vurmuş, zərbənin təsirindən idarəetməni itirərək “Mercedes” markalı AZ99- JR-026 dövlət qeydiyyat nişanlı yük maşınına dəyərək dayanmışdır. Hadisə zamanı hər üç avtomaşınlara ciddi zərər dəymişdir. - 01 oktyabr 2019-cu il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı оğlu tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, “Dodge Durango” markalı AZ**-SM-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşısında eyni istiqamətdə eyni hərəkət zolağında qəza işıqlarını yandıraraq dayanmış “Mercedes” markalı AZ**-JR-*** dövlət qeydiyyat nişanlı yük maşınının arxasından sola dönmə işıqlarını yandıraraq zolaqda yerdeyisme manevri edən “Nissan” markalı “X-Trail” modelli AZ**-GR-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissədən vurmuş, zərbənin təsirindən idarəetməni itirərək “Mercedes” markalı AZ99- JR-026 dövlət qeydiyyat nişanlı yük maşınına dəyərək dayanmışdır. Hadisə zamanı hər üç avtomaşınlara ciddi zərər dəymişdir. İddiaçı оğlunun cavabdehlər Cavabdeh1 оğlu və "xxxx" Sığorta Şirkəti ASC-yə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlər tərəfindən mülki hüquq pozuntusu nəticəsində ona maddi ziyan vurulduğunu iddia etsə də, iddia tələbinin əsası kimi məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmişdir. Əksinə olaraq məhkəmə araşdırmaları zamanı iddiaçıya maddi ziyan vurulmasına gətirib çıxaran cavabdehlərin hər hansı hərəkətləri müəyyən olunmuşdur. Belə ki, iş materiallarında olan - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli 3(007)-1866/2019 nömrəli qərarından görünür ki, Bakı şəhər Sabunçu RPİ-nin DYPŞ-nin sabiq baş inspektoru, polis kapitanı X2 tərəfindən qəbul edilmiş TP seriyalı, ******* nömrəli, 22.12.2018-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərin başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli müəyyən olunmadığından iddia tələbi əsassız hesab olunmalı və təmin olunmamaldır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı оğlunun cavabdehlər Cavabdeh1 оğlu və "xxxx" Sığorta Şirkəti ASC-yə qarşı “cаvаbdеh Cavabdeh1 оğlundan 36815,80 manat maddi zərərin, 5000 manat mənəvi zərərin, cаvаbdеh ASC "xxxx" Sığorta Şirkətindən 5000 manat sığorta məbləğinin və 30,40 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı оğluna ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı оğlunun cavabdehlər Cavabdeh1 оğlu və "xxxx" Sığorta Şirkəti ASC-yə qarşı “cаvаbdеh Cavabdeh1 оğlundan 36815,80 manat maddi zərərin, 5000 manat mənəvi zərərin, cаvаbdеh ASC "xxxx" Sığorta Şirkətindən 5000 manat sığorta məbləğinin və 30,40 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı оğluna ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-104/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-104/2021
22.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver