Məhkəmə qərarları › İş №2(007)-1058/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1058/2024

02.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1058/2024 02.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi, yeni müqavilənin bağlanılması və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh «Giyaslı Group” MMC-yə qarşı “müqavilənin ləğv edilməsi, yeni müqavilənin bağlanılması və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 02 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, X5ndə yerləşən 76 saylı evin 31 saylı mənzilin və Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı ******* nömrəli çıxarışına əsasən onların-İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan (ümumi sahəsi 66,8 kv.m) qeyriyaşayış sahəsinin Cavabdeh MMC tərəfindən tikintisinə və X3 müqavilə tərtib edilməsi məqsədi ilə onların dəvəti ilə qeyd etdiyi ərazinin yaxınlığında quraşdırılmış çox dar, balaca bir dəmir vaqona gəlmişlər. Həmin yerdə bir neçə adam olmuş və bu sıxlığda vaqona girib-çıxanları da əlavə etsə, vətəndaş mülkiyyət hüquqları baxımdan qiymətli bir sənədin tərtib edilməsi üçün məkanın münasib olmadığı ilk andan narahatçılıq doğurmuşdur. Özünü bu şirkətin əsas vəzifəlisi kimi təqdim edən İsmayıl Quliyev adlı şəxs onun qarşısına (İddiaçı1) bir neçə vərəq kağız qoyub imzalamalı olduğunu bildirmişdir. Həmçinin “ona alim olduğu üçün böyük yaxşılıq edərək’' obyektinin əvəzinə 3-cü mərtəbədə 2 otaqlı təmirli mənzil verəcəklərini, istəyərlərsə bunu onlar üçün kvadratmetri 1700 manatdan satacaqlarını bildirmişdir. Ona 40 ilin alimi kimi yazını diqqətlə, oxumadan dərk edə bilməmək kimi xüsusiyyəti olduğunu və əsas məsələ tələsdiyi üçün bu sənədi imzalamayacağını demişdir. Eyni zamanda müqaviləni onunla bərabər imzayacaq müəssisə direktoru da orada olmamışdır. Beləcə o-İddiaçı1 xx.xx.2022-ci il tarxində İsmayıl Quliyevin ona təqdim etdiyi üzərində Cavabdeh MMC - Tikinti Şirkətinin, Hacıağa Abasovun adı yazılmış və əvvəldən imzalanmış, lakin notarius qaydasında təsdiqlənməmiş 1 neçə vərəqdən ibarət müqaviləni əlinə aıb gözdən belə keçirməmişdir. Məsuliyyətlə təkrar edir ki, onunla xx.xx.2022-ci il tarxində bağlanmış “daxili" müqavilədəki imza ona aid deyil. İkincisi, rəsmi sənədlərdə, o cümlədən müqavilələrdə imza ilə bərabər imzalayan şəxs ad, soyad və atasının adını öz əl xətti ilə yazmalıdır. Həmin saxta Müqavilədə nə onun, nə də “GİYASLİ GROUP" MMC-nin direktoru Hacıağa Abasovun əl xətti ilə inisialları yazılmamışdır. Üçüncüsü, rəsmi müqavilələrdə hər bir səhifəni tərəflər imzalamalıdırlar. Bu “müqavilədə hər bir səhifədə Hacıağa Abasovun əl xətti ilə imzası olsa da, onun imzası da yoxdur. Ümumiyyətlə, isə imzalamadığına dair əlində digər əsaslar da vardır. Bu halda da Cavabdeh MMC-nin öz xeyrinə tərtib etdiyi müqavilə ləğv edilməlidir. Eyni zamanda Cavabdeh MMC-nin saxta “müqaviləsində” onun və bacsı İddiaçı2 mülkiyyət hüququ ciddi surətdə pozulmuşdur. Onlara qarşı edilmiş ədalətsizlik, qanunsuzluq Azərbaycan Konstitutsiyasının tapdalanması deməkdir. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı ******* nömrəli çıxarışına əsasən Bakı şəhəri, Nizami rayonu, X5ndə yerləşən 76 saylı evin yarımzirzəmisində ümumi sahəsi 66,8 kv.m olan qeyri-yaşayış sahəsi onun və bacısı İddiaçı2 mülkiyyətindədir. Lakin Cavabdeh MMC - Tikinti Şirkəti İddiaçı2 ilə müqavilə bağlamamış, hətta mülkiyyətinin qeyri-yaşayış sahəsi olduğu halda onlara obyektlərin planlaşdırıldığı 2-ci mərtəbədə obyekt deyil, 3-cü mərtəbədə mənzil verilmişdir. Həmçinin onlar banklardan kreditlər götürüb bu mülkiyyətlərini təmir etdirmişlər. Onlar 10 ildir ki, hələ də banka kredit ödəyirlər. Ancaq Cavabdeh MMC-Tikinti Şirkəti İddiaçı2 ilə müqavilə bağlamadan, onun Müqaviləni imzalamadığı halda onlara 3 qapılı - yəni 3 hissədən ibarət (obyektin şəkillərini iddia ərizəsinə əlavə etmişdir)- deməli, 3 ayrı- ayrı icarədarlara verdiyi xeyli yaxşı təmirli mülkiyyətinin əvəzində tərtib etdiyi notarius qaydasında təsdiqləmədiyi “daxili” adlandırdığı müqavilədə təmirsiz mənzil verəcəyini göstərmişdir. Bundan başqa ləğv edilməsi barədə məhkəməyə şikayət etdikləri müqavilədə qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi qanununun müddəaları kobud surətdə pozulmuşdur. Başqa bir dəlil, şikayət etdikləri müqavilə notariusda təsdiqlənməməklə qanun tapdalanmışdır. Digər tərəfdən şikayət etdikləri müqavilədə ciddi yalan və uydurma məzmununda müddəalar vardır. Bütövlükdə məhkəmənin aşağıdakı şikayət müddəalarımı araşdırıb Cavabdeh MMC-nin saxta müqaviləsinin ləğv olunmasını xahiş edirik. Onlar aşağıda iddia ərizələrindəki tələbin hüquqi əsasları hissəsində müqavilənin ləğv olunmasını hüquq müddəaları ilə əsaslandırmışlar. Bütün bunlar Cavabdeh MMC-nin qanunları tapdaladığını, onların mülkiyyət hüququ kimi ali hüquqlarını əllərindən, müqavilə azadlığı statuslarını saymadığını təsdiq edir və buna görə də cinayət məsuliyyəti daşıdığını təsdiqləyir. Göründüyü kimi onlara qarşı bu ən ali sənəd dövlət Aktının-Azərbaycan Respublikasının Konstitutsiyasının 13-cü maddəsinin tələbi kobud surətdə pozulmuşdur. Müqavilədən göründüyü kimi onun və bacısı İddiaçı2 Konstitutsion mülkiyyət hüququ ciddi surətdə pozulmuşdur. Beləki, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı ******* nömrəli çıxarışına əsasən Bakı şəhəri, Nizami rayonu, X5ndə yerləşən 76 saylı evin yarımzirzəmisində ümumi sahəsi 66,8 kv.m olan qeyriyaşayış sahəsi onun və bacısı İddiaçı2 mülkiyyətindədir. Lakin Cavabdeh MMC - Tikinti Şirkəti bacısı ilə müqavilə bağlamamış, hətta mülkiyyətləri qeyri-yaşayış sahəsi olduğu halda onlara obyektlərin planlaşdırıldığı 2-ci mərtəbədə və təmirli obyekt deyil, 3-cü mərtəbədə mənzil verilmişdir. Həmçinin onlar 10 il banklardan kreditlər götürüb bu mülkiyyətlərini təmir etdirmişlər. Onlar da banka kredit ödəyirlər. Ancaq Cavabdeh MMC - Tikinti Şirkəti bacısı ilə müqavilə bağlamadan, onun müqaviləni imzalamadığı halda onlara 3 qapılı - yəni 3 hissədən ibarət - deməli, 3 ayrı-ayrı arendatorlara verdikləri super təmirli mülkiyyətlərinin (onlardan aldıqlarına əsasən də banklara kredit ödəmişlər) əvəzində tərtib etdiyi notarius qaydasında təsdiqləmədiyi “daxili” adlandırdığı müqavilədə təmirsiz mənzil verəcəyini göstərmişdir. Onlarla əqd bağlanmamışdır. Müqavilədən görünür ki, Bakı şəhəri, Nizami rayonu, X5ndə yerləşən köhnə 76 saylı evin yarımzirzəmisindəki ümumi sahəsi 66,8 kv.m olan qeyri-yaşayış sahəsi bərabər hissələrdə onunla bacısının mülkiyyətində olsa da, müqavilə bağlanarkən bacısının iştirakı olmamış, müqavilə onun tərəfindən imzalanmamışdır. Bu qanun Cavabdeh MMC-nin yalan və uydurmalarla - saxta, öz xeyrinə olan “müqaviləsinin” qeyd-şərtsiz ləğv edilməsini tələb edir. O, həmin müqaviləni imzalamamışdır. Əksinə qeyri-münasib yerdə oxuya bilməyəcəyini, oxuyub dərk etməyəcəyini bildirmişdir. Onun bacısı obyektin hüquqi mülkiyyətçisi İddiaçı2 ilə müqavilə heç bağlanmayıb. Bu qanuna müvafiq şəkildə onlar susmamışlar. O, müqavilədən narazılığını tərtib etdikləri müqavilənin şərtlərinə (6.4) uyğun razılaşma yolu ilə həll etmək üçün müqaviləni qarşısına qoymuş İsmayıl Quliyevə, şirkətin rəhbəri Fərhad adlı şəxs də daxil olmaqla, baş mühasib Nigar adlı xanıma bildirmişdir. Onu xeyli müddət aldatmışlar ki, onların problemi həll olunacaq. Yazılı surətdə Cavabdeh MMC-yə, AR iqtisadiyyat nazirliyinə (onların iki idarəsi ona cavab yazıb ki, bu şirkəti yoxlayacaq və ona təkrar cavab yazcaqlar), AR DİN-ə, AR Vergilər nazirliyinə, Bakı Şəhər İH-nə, DİN-ə şikayətlər yazmışdır. 14 mart 2023-cü il tarixdə Hacıağa Abasova ərizə vermişdir. Qol çəkib qəbul edib və ona bayramdan sonra problemlərinin həll ediləcəyini demişdir. Amma necə deyərlər “vaxt udub” və artıq tikinti gedir ki, bu da qanuna ziddir. Bütün sakinlərlə müqavilə bağlamadan tikintiyə başlamaq qanunsuzluqdur. Bu qanun maddələrinin tələbləri rəhbər tutulmaqla Cavabdeh MMC-nin saxta müqaviləsi dərhal hüquqi şəkildə ləğv edilməli, onlarla həqiqi müqavilə bağlanmalı və notariusda təsdiqlənməlidir. O, xx.xx.2022ci il tarxində bağlanmış “daxili” müqaviləni imzalamamışdır. Məhkəmə ekspertizaya göndərməklə imzanın ona aid olmadığını asanlıqla müəyyən edə bilər (iddia ərizəsinə bu haqda vəsatət əlavə etmişdir). Bundan başqa Cavabdeh MMC İddiaçı2 ilə müqavilə bağlamamışdır. Onlara məxsus 3 qapısı və deməli 3 icarədarı olan təmirli obyektin bir hissəsi üçün onlara müvainət də verilməmişdir. Sözü gedən mülkiyyətin sahibi yuxarıda da qeyd etdiyi kimi onlar ikisi: İddiaçı1 və İddiaçı2dır. AR MM-nin maddələrini rəhbər tutaraq aşağıda Cavabdeh MMC-nin tərtib etdiyi onun imzalamadığı müqavilənin uydurma və yalan nüddəalarını diqqətə çatdırır: “GİYASLİ GROUP’ MMC özünə faydalı saxta “müqavilə”- də hüquqi ünvanını səhv yazmışdır. Beləki, Nizami rayonunda Etibar Qocayev 26 ünvanı yoxdur. Poçt vasitəsilə həmin ünvana məktub xəbənaməli göndərilmiş və “ünvanın düz olmadığı” səbəbi ilə geri qaytarılmışdır. Eyni zamanda internetdən bu ünanın Nərimanov ravonunda -milyonçular məhəlləsi adlanan ərazidə olduğunu və hüquqi şəxs məlumatlarını müəyyənləsdirmişdir. (ərizəyə əlavə olunur). Bundan başqa Nizami Rayon Məhkəməsinə iddia ərizəsi vermək üçün məsləhətə getmişdir ki, orada onlara Nizami Ravonunda belə bir ünvanın olmadığı əsası ilə ərizələrinin geri qaytarılacağı və dövlət rüsumunu geri almaq üçün əziyyət çəkəcəklərini bildirmişlər. Beləliklə ünvanla bağlı bu ciddi saxtakarlıq faktı binanın 90 sakininə aid müqavilələrdə də təkrar edilmişdir ki, belə də texniki səhv hesab oluna bilməz. “müqavilədə” onun və bacısı İddiaçı2 mülkiyyət hüququ ciddi surətdə pozulmuşdur. Obyekt çıxarışla hər ikimisinindir. Müqavilələrdə digər yalan və uydurmalar vardır ki, aşağıda göstərilmişdir: “Müqavilənin” 2.2.2. maddəsində sökülməsi nəzərdə tutulan yaşayış sahəsinin boşaldılması tarixinədək olan kommunal borcları ( işıq, su, kanalizasiya, qaz, rabitə, zibil daşınması və s.) tam ödəmək şərti ilə və heç bir kommunal borcunun olmamasına dair müvafiq qurumdan aldığı arayışı “Tikinti şirkəti”-nə təqdim etmək;- yazılmışdır. O, heç bir arayış təqdim etməmişdir. Deməli bu saxtakarlığa görə müqavilə etibarını itirir. “müqavilənin” 2.2.3. maddəsində mənzilin yüklü (girovda, həbsdə və s. olmaması barədə notariusdan aldığı arayışı ( forma 1) “Tikinti şirkəti”-nə təqdim etmək;- yazılmışdır. O, heç bir forma 1 təqdim etməmişdir. Deməli bu saxtakarlığa görə də, müqavilə etibarını itirir. “Müqavilənin” 2.2.4. maddəsində söküləcək mənzilə dair gələcəkdə heç bir iddia tələbi olmayacağı barədə “Tikinti şirkəti”-nə razılıq (razılıq forması müqaviləvə əlavə olunur) vermək:- yazılmışdır. O, razılıq forması görməmişdir. İmzalamamışdır. Şüuru olan kəs belə bir müddəaya razı olar? 1. İnfilyasiva gedir. Dəyişilməz olaraq 800 manat arenda pulu göstərilmişdir. Necə ola bilər, bu davam etsin və o da, heç bir iddia tələbi olmayacağı barədə razılıq forması imzalasın. “Müqavilənin” 2.2.5. maddəsində sökülməsi nəzərdə tutulmuş köhnə mənzili boşaltdıqdan sonra 3 (üç) gün ərzində müvəqqəti yaşayış yerinə dair sənədi və məlumatları (dəqiq ünvanı, əlaqə telefon nömrələrini ) “Tikinti şirkətinin səlahiyyətli nümayəndəsinə yazılı surətdə təqdim etmək-;yazılmışdır. O, bel bir sənəd verməmişdir. Heç istənilməmişdir də. Amma göründüyü kimi bu müqaviədə saxtakarlıqla yazılmışdır. Bu saxtakarlıq baxımdan da, müqavilə etibarını itirir! “Müqavilənin” 2.2.6. maddəsində müvəqqəti yaşayış yerinin dəyişilməsi və yaxud əlaqə telefon nömrələrinin dəyişilməsi zamanı bu dəyişikliklər barədə 3 (üç) gün ərzində “Tikinti şirkəti”-nə məlumat vermək yazılmışdır. Şirkətə bu məzmunda heç bir sənəd verməmişdir, istənilməmişdir. Bu da, tikinti şirkətinin növbəti saxtakarlıq faktıdır və bu fakta görə də müqavilə etibarını itirir. Qanunun tələbi MMC-nin öz xeyrinə tərtib etdiyi və onun imzalamadığı “Müqavilənin” ləğv edilməsini onların hüquqlarının bərpa olunmasını əsaslandırır. Qeyd olunan işin faktiki və hüquqi hallarına əsasən bildirir ki, xx.xx.2022-ci il tarixdə o- İddiaçı1 Cavabdeh MMC-nin onun qarşısına imzalamaq üçün qoyduğu müqavilə sənədini imzalamamışdır. Həmin vaxt müqaviləni onunla birlikdə imzalamalı olan MMC-nin direktoru Hacıağa Abasov orada olmamışdır. Sonradan onlara- İddiaçı1 və İddiaçı2 məlum olmuşdur ki, müqavilə başdan-ayağa saxta faktlarla tərtib olunmuş və hər müddəa tikinti şirkətinin öz marağına uyğun yazılmışdır. Sadə məntiqlə yanaşdıqda belə və ən savadsız adamlar təmirli 3 qapılı obyektin əvəzinə 2 otaqlı təmirsiz mənzil qəbul etməzlər. Obyektin yaşayış sahəsinə çevrilməsi, bu cinayətdir! Bu qanunsuzluqdan başqa vicdansızlıqdır. Çünki təmirli obyektin 1 kvadratmetri 6-8 min manatdır. Təmirsiz 2 otaqlı mənzilin kirayə pulu bir manat da etmir. Təmirsiz mənzili kirayə verə bilər və ya içində yaşaya bilər?! Ümumiyyətlə, bu MMC-nin müqavilələr hazırlanan ofisinə onlar 3 dəfə getmişlər, Hacıağa Abasov orada olmamışdır. Onlar onu yalnız 14 martda yeni- satış məqsədilə tikdirilmiş ofislərində müqavilə ilə razılaşmadığı barədə ərizə verərkən İ.Quliyevin çağırıb onu tanış etdiyi vaxt görmüşdür. O iddiaçıya (digər otağa keçib, kiminləsə danışıb açıq zala gəldikdə İ.Quliyev, Nicat adlı işçinin yanında) onların probleminin Novruz bayramından sonra həll olunacağını bildirmişdir. Ancaq yenə onları aldatmışlar. Beləki, artıq tikinti gedir ki, bu Azəbaycan Respublikasının tikinti və mülkiyyət qanunvericiliyinə ziddir. Bu onların mülkiyyətlərinin mənimsənilməsi ilə bərabər Azərbaycan Konstitutsiyasının tapdalanması deməkdir. Qeyd olunan işin faktiki hallarına əsasən hesab edirlər ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-nin direktoru deyil onunla - İddiaçı1 ilə şifahi danışıqlar aparmış vəzifəsini bilmədiyi, lakin bütün sakinlərlə müqavilə tərtib edən İsmayıl Quliyevin ona imzalamağa verdiyi və onun imzalamadığı həmçinin notariusda təsdiqlənməmiş ‘‘daxili“ müqavilə AR qanunlarına zidd tərtib olunub və ləğv edilməli, onların AR Konsitutsiyası ilə qorunan mülkiyyət hüquqlarını nəzərə alan, bütün yalan və uydurma - saxta yazılar çıxarılması şərti ilə, müavinətin müddətinin yanlış hissəsi düzəldilərək yeni müqavilə bağlanaraq notariusda təsdiqlənməlidir. Onlara öhdəlik mahiyyətində ödənilməli məbləğ verilməlidir. Maliyyə infilyasiyası diqqətdə saxlanılaraq onlara əlavə məbləğ ödənilməlidir. Onuda qeyd edir ki, sözü gedən xx.xx.2022-ci il tarixli 2/3/63 №-li müqaviləni dəyişdirilərək onun tələblərinə uyğun yeni müqavilə ilə əvəz olunmasından ötürü xx.xx.2023-cü il tarixli ərizəni Cavabdeh MMC-nin direktoru Hacıbala Abbasova xx.xx.2023-cü il tarixdə iş yerində təqdim etmişdir və onun özü ərizəni qəbul edərək ona tarix qoymaqla imzasını etmişdir. Lakin həmin vaxtdan bu günədək ərizəsinə heç bir yazılı cavab verməmiş və onu aldatmışdır. Bundan başqa bu müqavilələri, onu qanuna və mənəvi baxımdan ləğv etməkdən əvvəl yayındıqlarına və sonra onu təhqir etdiklərinə, AR İqtisadiyyat Nazirliyiə yazdıqları cavab məktubunda ona böhtan-şər atdıqlarına görə 2-ci qrup əlil, üstəlik şəkər xəstəsi olaraq səhhətinə vurduqları maddi və mənəvi ziyana görə Cavabdeh MMC ona mənəvi ziyana görə maddi və mənəvi borclu kimi qeyd olunmalıdır. Biz Azərbaycanlıdır. Müsəlmanıdır. Onlar halallıq kimi milli və dini adət-ənənələri, inanc “qanunları” var. Ev, torpaq halallıq istəyir. Onlar öz maraqlarına görə bu inanclarını belə saya salmamışlar. Qeyd edir ki, 2-ci qrup əlildir. Qeyd olunan zərər vurma nəticəsində həmçinin mənəvi iztirablar çəkmişdir. Bunun nəticəsində də ona mənəvi zərər dəymişdir. Dünyada tanınan alimdir. Səhhətinə dəyən ziyanı yaradıcılığına təsirini də olmuşdur. Ona dəymiş mənəvi ziyanı yüz minlərlə manat vəsait kimi qiymətləndirir. Beləliklə, göstərilən maddi hüquq normalarını işin hallarına tətbiq etdikdə aydın olur ki, cavabdehin xx.xx.2022-ci tarixdə onun qarşısına imzalamaq üçün qoyduğu onun imzalamadığı, eyni zamanda mülkiyyət sahibi bacısı İddiaçı2 ilə ümumiyyətlə müqavilə bağlanılmaması ciddi hüquq pozuntusudur. Mülki qanunvericiliyin tələbinə görə cavabdeh həmin hüquq pozuntusunu düzəltməli və dəymiş maddi və mənəvi zərəri ödəməyə borcludur. Cavabdeh hazırda məhkəmədən kənar qaydada hüquq pozuntusunu aradan qaldırmaqdan yayınır. Belə olan halda onlar bu ciddi hüquq pozuntusunun aradan qaldırılmasını, bütövlükdə məhkəmənin şikayət müddəalarını araşdırıb Cavabdeh MMC-nin saxta müqaviləsinin ləğv olunmasını xahiş edir. Göstərilənlərə əsasən, Cavabdeh MMC-nin Bakı şəhəri, Nizami rayonu, X5ndə yerləşən 76 saylı evin 31 saylı mənzilin və Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı ******* nömrəli çıxarışına əsasən onun-İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan (ümumi sahəsi 66,8 kv.m) qeyri-yaşayış sahəsinin Cavabdeh MMC tərəfindən köçürülənlərin mənzil tikintisinə və X3 öz marağına uyğun tərtib etdiyi, onun imzalamadığı və çoxsayda yalan və uydurmalar yazılmış xx.xx.2022-ci il tarixli 2/3/63 N-li müqavilənin ləğv edilməsi, onların hüquq və tələblərinə uyğun yeni müqavilənin tərtib olunması, təmirli, 3 qapılı obyektinin əvəzinə onlara eynilə 3 qapılı və təmirli obyekt verilməsinin əksini tapdığı müqavilənin notarius qaydasında təsdiqlənilməsi, obyektlərinin 3-cü hissəsinə görə kompensasiya verilməsi, onlara həmin müqavilədə 2 il ödəniş yazıldığı kimi şərtə əməl edilməsi, infilyasiya ilə bağlı onlara mənzil və obyekt üçün əvvəl verilmiş kirayə və arenda pullarına əlavələrin ödənilməsi Cavabdeh MMC-nin dələduzluq əməlləri barədə tədbir görülməsi üçün prokurorluğa müraciət edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək, iddia tələbində qeyd etdiyi “müqavilənin ləğv edilməsi” tələbinin “müqavilənin etibarsız hesab edilməsi” tələbi kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edib, iddia tələbində göstərilənlərlə eyni məzmunlu izahat verdi, əlavə olaraq göstərdi ki, 2022-ci ildə onlara binalarının sökülməsini demişlər. O, hazırda obyektinin əvəzində obyekt verilməsini istəyir. Digər iddiaçı da mənzilin mülkiyyətçisidir. Obyektlərdən biri klub, biri salon və digəri isə pizzaçı kimi fəaliyyət göstərmişdir. Həmin obyektlər 2013-cü ildən fəaliyyət göstərmişdir. Müqavilədəki imza ona aid deyil. Bunun əksini deyən ekspert rəyi ilə qəti razı deyil. Onun qolu zədəlidir və ikinci qrup əlildir. Mübahisə predmeti olan əmlakın ölçüsü 66.8 kv.m olsa da, geniş artımlar edilmişdir və hazırda sənəddə 85 kv.m göstərilmişdir. Cavabdeh onun mülkiyyətində olan qeyri-yaşayış sahəsi əvəzinə ona yaşayış sahəsi verərək bildirmişdir ki, onların layihəsində qeyri-yaşayış sahəsi, obyektlər nəzərdə tutulmamışdır. Halbuki, cavabdeh qeyri-yaşayış sahələri üçün bəyənnamə verir və obyektin birini 12000 manata satır. Cavabdeh onun obyektinin “pizzaçı” kimi fəaliyyət göstərən hissəsinin pulunu verməmişdir. Göstərilənlərə və iddia tələbində qeyd etdiklərinə əsasən, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edib, iddia tələbində göstərilənlərlə eyni məzmunlu izahat verdi, əlavə olaraq göstərdi ki, onun bacısı Xatirə bir qurumda 40 ildir işləyir. Əgər bacısı saxtakar olsa idi, necə bir qurumda bu qədər uzun müddət işləyə bilərdi. Onlar hazırkı iddiaya münasibətdə müqavilənin etibarsız hesab edilməsini istəyirlər. Çünki əvvəldən çıxarış onların ikisinin adına olmuşdur. Müqavilə isə yalnız Xatirə ilə bağlanmışdır. Cavabdeh müqavilədə qeyri-yaşayış obyektinin əvəzinə 100 kv.m yaşayış yeri verilməsini yazmışdır, lakin həmin obyektin içi təxminən 85 kv.m-dir. Orada yerləşən 31 saylı mənzil onun adınadır. Obyekt isə onların ikisinin adına rəsmiləşdirilmişdir. Bundan başqa, cavabdehlə onun arasında ayrıca onun özünə məxsus olan mənzillə bağlı müqavilə də bağlanmışdır. Onun öz evində 20 kv.m artırması olmuş, bunun əvəzinə ona 110 kv.m ev vermişlər. Bu hissədə razıdır. Hazırkı tələbə münasibətdə isə bildirir ki, evin altında olan obyektdə də 20 kv.m artırma olmuş, ön və arxa qapılar qoyulmuşdur. Ora çöldən 100 kv.m, içəridən 85 kv.m olmuşdur. Ora obyekt olduğu üçün o, cavabdehdən, 300 manat salon, 500 manat klub üçün olmaqla, aylıq 800 manat pul alır. Lakin cavabdeh pizzaçı kimi fəaliyyət göstərmiş obyektin pulunu verməmişdir. Həmin obyekti 200 manata icarəyə vermişdir. Göstərdiklərinin nəzərə alınmasını və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh «Giyaslı Group” MMCnın nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyib, verdiyi izahatda göstərdi ki, həmin mübahisəli obyekt hər iki iddiaçının paylı mülkiyyətində olsa da, tərəflərdən biri müqaviləni imzalamışdır. Ekspert rəyi də təsdiq etmişdir ki, imza Xatirə xanıma məxsusdur. Digər iddiaçı, Sevinc xanım isə müqaviləni faktiki bəyənmişdir. Sevinc xanım iş məhkəmədə ola-ola gəlib ödənişləri götürmüşdür. Əgər müqaviləni etibarsız hesab edirdisə, o nə üçün aylıq ödənişləri qəbul etmişdir. O, özü sonradan ərizə yazaraq müqaviləni bəyənmiş və kirayə haqlarını götürmüşdür. Onlarda birinci mərtəbə obyekt üçün nəzərdə tutulmamışdır. Göstərdiklərinin nəzərə alınmasını və iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, X5, 76 ünvanında yarımzirzəmidə yerləşən digər təyinatlı, ümumi sahəsi 66.8 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətində olmaqla, xx.xx.2013-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin qeyri-yaşayış sahəsinə dair texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, X5 76 ünvanında yerləşən qeyri-yaşayış sahəsi istifadəçilər İddiaçı1 və İddiaçı2 məxsus olmaqla, sahəsi 66.8 kv.m-dir. Texniki pasport xx.xx.2013-cü ik tarixdə olan vəziyyətə əsasən tərtib olunmuşdur. -xx.xx.2022-ci il tarixli, 2/3/63 nömrəli “Köçürülənlərin Mənzil Tikintisinə və X3 Müqavilə”dən görünür ki, "xxxx" MMC-nin direktoru X2 və İddiaçı1 arasında (Bakı şəhəri, Nizami rayonu, X5 ilə R.Rüstəmov küçəsinin kəsişməsindəki 2528-ci məhəllə, ev 76, mənzil 31 ünvanında yaşayan sakin), “Tikinti Şirkəti”nin Bakı şəhəri, Nizami rayonu, X5 ilə R.Rüstəmov küçəsinin kəsişməsindəki 2528-ci məhəllə ünvanında yerləşən 76 nömrəli binanı sökərək yeni layihəyə uyğun inşa edəcəyi 14 mərtəbəli binanın 2-ci giriş, 3-cü mərtəbəsində, ümumi sahəsi 100 kv.m olan 2 otaqlı mənzili öz vəsaiti ilə inşa etməyi, “Mənzil mülkiyyətçisi”nin isə öz növbəsində, bu müqavilə şərtlərinə uyğun köhnə 76/31 nömrəli mənzilin altındakı, ümumi sahəsi 66.8 kv.m olan qeyri-yaşayış yarımzirzəmini “Tikinti şirkəti”nə təhvil verməyi, əvəzinə ümumi sahəsi 100 kv.m yeni 63 saylı təmirsiz mənzili mülkiyyətinə qəbul etməyi öhdəsinə götürməsi barədə müqavilə imzalanmışdır. Müqavilənin: 2.1-ci bəndinə əsasən köhnə mənzilindən köçmək üçün “Tikinti şirkəti”ndən 150 manat vəsait tələb etmək, köhnə 66.8 kv.m yarımzirzəmi əvəzinə yeni binada ümumi sahəsi 100 kv.m təmirsiz mənzili “Tikinti şirkəti”ndən qəbul etmək, köhnə yarımzirzəmi əvəzinə alacağı yeni mənzil inşa edilib başa çatanadək köhnə yarımzirzəminin icarə haqqını, “Tikinti şirkəti” üzərinə hər ay üçün 800 manat öhdəlik qoymaq mənzil mülkiyyətçisinin hüququları, 2.2-ci bəndinə əsasən mülkiyyətində olan yaşayış sahəsini “Tikinti şirkəti”nin vəsaiti hesabına əvvəlcədən xəbərdarlıq edildikdən 15 gün müddətinə tam boşaltmaq və Dövlət Reyestrindən çıxarış ilə (№0295536) birgə açarlarını “Tikinti şirkəti”nə təhvil vermək, sökülməsi nəzərdə tutulan yaşayış sahəsinin boşaldılması tarixinədək olan kommunal borcları (işıq,su,kanalizasiya,qaz,rabitə,zibil daşınması və s.) tam ödəmək şərti ilə və heç bir kommunal borcunun olmamasına dair müvafiq qurumdan aldığı arayışı “Tikinti şirkəti”nə təqdim etmək, mənzilin yüklü (girovda,həbsdə və s.) olmaması barədə notariusdan aldığı arayışı (forma 1) tikinti şirkətinə təqdim etmək, söküləcək mənzilə dair gələcəkdə heç bir iddia tələbi olmayacağı barədə “Tikinti şirkəti”nə razılıq (Razılıq forması Müqaviləyə əlavə olunur) vermək, söküntüsü nəzərdə tutulmuş köhnə mənzili boşaltdıqdan sonra 3 (üç) gün ərzində müvəqqəti yaşayış yerinə dair sənədi və məlumatları (dəqiq ünvanını, alaqə telefon nömrələrini) “Tikinti şirkəti”nin səlahiyyətli nümayəndəsinə yazılı surətdə təqdim etmək, müvəqqəti yaşayış yerinin dəyişməsi və yaxud əlaqə telefon nömrələrinin dəyişdirilməsi zamanı bu dəyişikliklər barədə 3(üç) gün ərzində “Tikinti şirkəti”nin bu barədə yazılı məlumat vermək mənzil mülkiyyətçisinin öhdəlikləri, 2.3-cü bəndinə əsasən müqavilənin predmeti olan yaşayış sahəsini sökmək məqsədi ilə “Mənzil mülkiyyətçisindən mənzili təhvil götürmək və onun qısa müddətdə ərazidən köçürülməsini tələb etmək, müqavilə şərtləri daxilində sakinlərin boşaltdığı mənzilləri söküntü üçün maneəsiz qəbul etmək tikinti şirkətinin hüquqları, 2.4-cü bəndinə əsasən "Mənzil mülkiyyətçisindən yaşayış sahəsini təhvil götürdükdən sonra onun yeni yaşayış yerinə köçürülməsini təşkil etmək, yeni tikiləcək çoxmərtəbəli yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini öz hesabına 24 (iyirmi dörd) ay müddətində başa çatdırmaq və müqavilə şərtlərinə uyğun olaraq yeni tikiləcək binanın 2-ci girişinin, 3cü mərtəbəsində nəzərədə tutulmuş, 63 saylı mənzili “Mənzil mülkiyyətçisi”-nə təhvil vermək, çoxmərtəbəli yaşayış binasında tikinti quraşdırma işləri yekunlaşdıqdan sonra həmin binanı qanunamüvafiq qaydada istismara qəbul aktının rəsmiləşdirilməsini təmin etmək tikinti şirkətinin öhdəlikləri kimi razılaşdırılmışdır. Müqavilə hər səhifəsində olmaqla "xxxx" MMC-nin direktoru X2 və İddiaçı1 tərəfindən imzalanmışdır. -"xxxx" MMC-nin direktoru X2 tərəfindən hər səhifəsində, İddiaçı1 tərəfindən sonuncu səhifəsində imza edilmiş xx.xx.2022-ci il tarixli, 2/3/63 nömrəli “Köçürülənlərin Mənzil Tikintisinə və X3 Müqavilə” iş materiallarına əlavə edilmişdir. -xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı1 tərəfindən ərizə ilə müraciət olunaraq, ona veriləcək köçmə haqqı 150 manat və kirayə haqqı 12 aylıq 800 manatdan 9600 manatın, əlavə olaraq aylıq 500 manatdan 11 x 500=5.500, cəmi 15.100 manatın onun kart hesabına köçürülməsini xahiş etmişdir. -xx.xx.2022-ci il tarixli "xxxx" ASC-yə məxsus ödəniş tapşırığından görünür ki, “2/3/63 saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən kompensasiya 9600 manat xx.xx.2022-dən xx.xx.2023-dək” ödəniş təyinatı ilə 9600 manat "xxxx" MMC tərəfindən İddiaçı1 hesabına köçürülmüşdür. -xx.xx.2022-ci il tarixli "xxxx" ASC-yə məxsus ödəniş tapşırığından görünür ki, “11246 saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən kirayə haqqı 6000 manat” ödəniş təyinatı ilə 6000 manat "xxxx" MMC tərəfindən İddiaçı1 hesabına köçürülmüşdür. -"xxxx" MMC-yə ünvanlanmış zərfin, xəbərnamənin və xx.xx.2023-cü il tarixli şikayət ərizəsinin surətindən görünür ki, İddiaçı1 "xxxx" MMC-nin direktoru Hacıbala Abasova şikayət ərizəsi ünvanlamış və xx.xx.2023-cü il tarixdə həmin məktub imza edilməklə təhvil alınmışdır. -"xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 43 nömrəli məktubundan görünür ki, MMC Azərbaycan Respublikasının Kiçik və X6 Agentliyinə müraciət edərək, Xatirə xanımın respublika səviyyəsində tanınmış alim, ziyalı bir şəxs olduğu üçün ona xüsusi yanaşıldığı və digər mülkiyyətçilərdən fərqli olaraq Xatirə xanımın istəklərinin nəzərə alındığı, eyni binada müqavilə imzalamış digər mülkiyyətçilərin olduğunu nəzərə alaraq Xatirə xanımın daima yenilənən tələblərinin yerinə yetirilməsinin başqa mülkiyyətçilərə qarşı haqsızlıq olduğu bildirilmişdir. -Azərbaycan Respublikasının Kiçik və X6 Agentliyinin xx.xx.2023-cü il və xx.xx.2023cü il tarixli məktubunun surətindən görünür ki, vətəndaş İddiaçı1 müraciətinə baxılmış və ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakiminin qərardadı əsasında təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizası üzrə xx.xx.2023-cü il tarixli, 4/1476-5/1401 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, "xxxx" MMC ilə İddiaçı1 arasında bağlanmış 02 dekabr 2022-ci il tarixli, 2/3/63 nömrəli Köçürülənlərin mənzil tikintisinə və X3 müqavilənin (mülki işin 78-80-ci vərəqlərində olan) 1-2-ci vərəqlərinin aşağı sağ küncündəki imzalar və 3-cü vərəqindəki “Mənzil mülkiyyətçisi” bölməsindəki imza, "xxxx" MMC ilə İddiaçı1 arasında bağlanmış 02 dekabr 2022-ci il tarixli, 2/3/63 nömrəli Köçürülənlərin mənzil tikintisinə və X3 müqavilənin (mülki işin 81-83-cü vərəqlərində olan) 3-cü vərəqində “Mənzil mülkiyyətçisi” bölməsindəki imza- İddiaçı1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, "xxxx" MMC ilə İddiaçı1 arasında bağlanmış 02 dekabr 2022-ci il tarixli, 2/3/63 nömrəli Köçürülənlərin mənzil tikintisinə və X3 müqavilənin (mülki işin 78-80-ci vərəqlərində olan) 1-2-ci vərəqlərinin aşağı sol küncündəki imzalar və 3-cü vərəqindəki “Tikinti şirkəti” bölməsindəki imza, "xxxx" MMC ilə İddiaçı1 arasında bağlanmış 02 dekabr 2022-ci il tarixli, 2/3/63 nömrəli Köçürülənlərin mənzil tikintisinə və X3 müqavilənin (mülki işin 81-83-cü vərəqlərində olan) 1-2-ci vərəqlərinin aşağı sol küncündəki imzalar və 3-cü vərəqində “Tikinti şirkəti” bölməsindəki imza- X2 tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş "xxxx" MMC ilə İddiaçı1 arasında bağlanmış 02 dekabr 2022-ci il tarixli, 2/3/63 nömrəli Köçürülənlərin mənzil tikintisinə və X3 müqavilənin hər iki nüsxəsinin sonuncu vərəqəsində olan möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur və hər iki nüsxənin sonuncu vərəqəsində olan möhür əksləri ekspertizaya təqdim edilmiş "xxxx" MMC-nin möhürünün ekspertimental əks nümunələri ilə eynilik təşkil edir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizası üzrə xx.xx.2024-cü il tarixli, 4/559 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 1-ci cildinin 78-80-ci vərəqlərində olan 02 dekabr 2022-ci il tarixli Köçürülənlərin mənzil tikintisinə və X3 2/3/63 nömrəli müqavilənin 1-ci və 2-ci vərəqlərinin aşağı sağ hissələrindəki imzalar, 3-cü vərəqində “Mənzil mülkiyyətçisi” qrafasından aşağı hissədə yerləşən “İddiaçı1 q.” qrafasındakı imza; 81-83-cü vərəqlərində olan 02 dekabr 2022-ci il tarixli Köçürülənlərin mənzil tikintisinə və X3 2/3/63 nömrəli müqavilənin 3-cü vərəqində “Mənzil mülkiyyətçisi” qrafasından aşağı hissədə yerləşən “İddiaçı1 q.” qrafasındakı imza İddiaçı1 tərəfindən icra olunmuşdur. -50 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2023-cü il tarixli, 146 və 147 nömrəli arayışlarından görünür ki, İddiaçı2 və İddiaçı1 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 76 nömrəli evin 31 saylı mənzilində pasport qeydiyyatındadır. - 017330 nömrəli əlillik vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 İİ dərəcəli əlildir. -xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan obyektin fotoşəkilləri, “whatsapp” tətbiqindən çıxarışlar, məqalələr, internet saytlarında dan çıxarışlar iddiaçı tərəfindən sübut qimində məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri, Nizami rayonu, X5, 76 ünvanında yarımzirzəmidə yerləşən digər təyinatlı, ümumi sahəsi 66.8 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətində olmaqla, xx.xx.2013-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. "xxxx" MMC-nin direktoru X2 və Bakı şəhəri, Nizami rayonu, X5 ilə R.Rüstəmov küçəsinin kəsişməsindəki 2528-ci məhəllə, ev 76, mənzil 31 ünvanında yaşayan sakin, İddiaçı1 arasında xx.xx.2022-ci il tarixdə Köçürülənlərin Mənzil Tikintisinə və X3 2/3/63 nömrəli Müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən “Tikinti Şirkəti” Bakı şəhəri, Nizami rayonu, X5 ilə R.Rüstəmov küçəsinin kəsişməsindəki 2528-ci məhəllə ünvanında yerləşən 76 nömrəli binanı sökərək yeni layihəyə uyğun inşa edəcəyi 14 mərtəbəli binanın 2-ci giriş, 3-cü mərtəbəsində, ümumi sahəsi 100 kv.m olan 2 otaqlı mənzili öz vəsaiti ilə inşa etməyi, “Mənzil mülkiyyətçisi”nin isə öz növbəsində, bu müqavilə şərtlərinə uyğun köhnə 76/31 nömrəli mənzilin altındakı, ümumi sahəsi 66.8 olan qeyriyaşayış yarımzirzəmini “Tikinti şirkəti”nə təvhil verməyi, əvəzinə ümumi sahəsi 100 kv.m yeni 63 saylı təmirsiz mənzili mülkiyyətinə qəbul etməyi öhdələrinə götürmüşlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməxətşünaslıq ekspertizası üzrə xx.xx.2023-cü il tarixli, 4/1476-5/1401 saylı və xx.xx.2024-cü il tarixli, 4/559 saylı rəyləri ilə müəyyən edilmişdir ki, "xxxx" MMC ilə İddiaçı1 arasında bağlanmış 02 dekabr 2022-ci il tarixli, 2/3/63 nömrəli Köçürülənlərin mənzil tikintisinə və X3 müqavilənin (mülki işin 78-80-ci vərəqlərində olan) 1-2-ci vərəqlərinin aşağı sağ küncündəki imzalar və 3-cü vərəqindəki “Mənzil mülkiyyətçisi” bölməsindəki imza, "xxxx" MMC ilə İddiaçı1 arasında bağlanmış 02 dekabr 2022-ci il tarixli, 2/3/63 nömrəli Köçürülənlərin mənzil tikintisinə və X3 müqavilənin (mülki işin 81-83-cü vərəqlərində olan) 3-cü vərəqində “Mənzil mülkiyyətçisi” bölməsindəki imza- İddiaçı1 tərəfindən, "xxxx" MMC ilə İddiaçı1 arasında bağlanmış 02 dekabr 2022-ci il tarixli, 2/3/63 nömrəli Köçürülənlərin mənzil tikintisinə və X3 müqavilənin (mülki işin 78-80-ci vərəqlərində olan) 1-2-ci vərəqlərinin aşağı sol küncündəki imzalar və 3-cü vərəqindəki “Tikinti şirkəti” bölməsindəki imza, "xxxx" MMC ilə İddiaçı1 arasında bağlanmış 02 dekabr 2022-ci il tarixli, 2/3/63 nömrəli Köçürülənlərin mənzil tikintisinə və X3 müqavilənin (mülki işin 81-83-cü vərəqlərində olan) 1-2-ci vərəqlərinin aşağı sol küncündəki imzalar və 3-cü vərəqində “Tikinti şirkəti” bölməsindəki imza- X2 tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş "xxxx" MMC ilə İddiaçı1 arasında bağlanmış 02 dekabr 2022-ci il tarixli, 2/3/63 nömrəli Köçürülənlərin mənzil tikintisinə və X3 müqavilənin hər iki nüsxəsinin sonuncu vərəqəsində olan möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur və hər iki nüsxənin sonuncu vərəqəsində olan möhür əksləri ekspertizaya təqdim edilmiş "xxxx" MMC-nin möhürünün ekspertimental əks nümunələri ilə eynilik təşkil edir. İddiaçı1 xx.xx.2022-ci il tarixli ərizə ilə ərizə ilə müraciət edərək, ona veriləcək köçmə haqqı 150 manat və kirayə haqqı- 12 aylıq 800 manat olmaqla, 9600 manatın, əlavə olaraq aylıq 500 manat olmaqla (11 x 500=5.500), cəmi 15.100 manatın onun kart hesabına köçürülməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli "xxxx" ASC-yə məxsus ödəniş tapşırığı ilə “2/3/63 saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən kompensasiya 9600 manat xx.xx.2022-dən xx.xx.2023-dək” ödəniş təyinatı ilə 9600 manat, “11246 saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən kirayə haqqı 6000 manat” ödəniş təyinatı ilə 6000 manat "xxxx" MMC tərəfindən İddiaçı1 hesabına köçürülmüşdür. Hazırda iddiaçılar, xx.xx.2022-ci il tarixli 2/3/63 nömrəli müqavilənin etibarsız hesab edilməsi, onların hüquq və tələblərinə uyğun yeni müqavilənin tərtib olunması, təmirli, 3 qapılı obyektinin əvəzinə onlara eynilə 3 qapılı və təmirli obyekt verilməsinin əksini tapdığı müqavilənin notarius qaydasında təsdiqlənilməsi, obyektlərinin 3-cü hissəsinə görə kompensasiya verilməsi, onlara həmin müqavilədə 2 il ödəniş yazıldığı kimi şərtə əməl edilməsi, infilyasiya ilə bağlı onlara mənzil və obyekt üçün əvvəl verilmiş kirayə və arenda pullarına əlavələrin ödənilməsi Cavabdeh MMC-nin dələduzluq əməlləri barədə tədbir görülməsi üçün prokurorluğa müraciət edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ- əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. 222.3-cü maddəsinə əsasən birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 389.1-cü maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Qeyd edilənlərlə müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, X5, 76 ünvanında yerləşən ümumi sahəsi 66.8 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətində olmasına baxmayaraq, həmin qeyri-yaşayış barəsində hər iki mülkiyyətçinin qanunvericiliklə müəyyən olunmuş qaydada razılığı əsasında müqavilə bağlanılmalı olduğu halda, Köçürülənlərin Mənzil Tikintisinə və X3 2/3/63 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə mülkiyyətçilərdən birinin, yəni İddiaçı2 iştirakı olmadan, yalnız İddiaçı1 ilə "xxxx" MMC-nin direktoru X2 arasında bağlanmışdır. Hazırkı iddiaçılar İddiaçı1 və İddiaçı2 sözügedən müqavilənin mülkiyyətçilərdən birinin razılığı olmadan bağlanılmasını əsas gətirərək, «Giyaslı Group” MMC ilə İddiaçı1 arasında bağlanmış Köçürülənlərin Mənzil Tikintisinə və X3 2/3/63 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş edirlər. Bu yerdə məhkəmə qeyd edir ki, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir və əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Lakin, hazırda iddia tələbinin əsasını təşkil edən hal isə ondan ibarətdir ki, iddiaçılar qanunvericiliklə müəyyən olunmuş qaydada müqavilə bağlanılmadığını bildirirlər, müqavilə tərəfi olmayan digər İddiaçı2 isə müqavilənin onun iradəsinə zidd olaraq yalnız bacısı ilə bağlanıldığını, bununla bağlı cavabdehlə arasında hər hansı razılaşmanın olmadığını bildirməklə müqavilənin etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə araşdırması zamanı isə müəyyən edildi ki, Bakı şəhəri, Nizami rayonu, X5, 76 ünvanında yerləşən ümumi sahəsi 66.8 kv.m olan qeyri-yaşayış sahəsinin hər iki mülkiyyətçisi (birgə mülkiyyətçilər) ilə cavabdeh arasında belə razılaşma mövcud olmamışdır. Beləliklə, işin faktiki halları və məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair bağlanmış müqavilə, birgə mülkiyyətdə olmasına baxmayaraq, sadəcə mülkiyyətçilərdən biri olan İddiaçı1 ilə bağlanılmaqla, digər iddiaçı (mülkiyyətçi) İddiaçı2 qanunvericiliklə müəyyən olunmuş hüquqları pozulmuşdur, buna görə də, «Giyaslı Group” MMC ilə İddiaçı1 arasında bağlanmış 02 dekabr 2022-ci il tarixli müqavilə bağlandığı andan etibarsızdır və həmin müqavilə etibarsız hesab edilməlidir, iddia tələbi həmin hissədə isə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə cavabdeh tərəfin məhkəmə iclasında göstərdiklərinə münasibətdə isə qeyd edir ki, digər mülkiyyətçi İddiaçı2 məhkəmə mübahisəsi davam etdiyi halda aylıq icarə haqqını cavabdehdən götürməsi, yuxarıda qeyd olunan işin faktiki halları nəzərə alınmaqla, onun bağlanmış müqaviləni bəyənməsi, habelə iddia tələbinin həmin hissədə rədd edilməsi üçün əsas kimi qəbul edilib qiymətləndirilə bilməz. Belə ki, məhkəmə tərəfindən cavabdehin həmin göstərdiyi məqamlar aydınlaşdırılmışdır, İddiaçı2 verilmiş suallara cavab olaraq, faktiki olaraq qeyri-yaşayış sahəsindən məhrum olduqlarını və məhz həmin obyektdən adi halda müntəzəm gəlir götürdüklərini, mübahisə həll olunanadək isə qeyri-müəyyən müddətə icarə haqqının cavabdehdə qalmasının əsassız olduğunu qeyd etmişdir. Bu yerdə məhkəmə hesab edir ki, cavabdeh tərəfin həmin göstərdiyi xüsusatlar iddianın həmin hissədə rədd edilməsi üçün əsas deyil, hazırda müqavilənin etibarsız hesab edilməsi nəzərə alınmaqla, cavabdehin gələcəkdə bununla bağlı ayrıca qaydada iddia qaldırmaq hüququnun olması nəzərə alınmalıdır. Məhkəmə iddia tələbinin cavabdehlə “yeni müqavilənin tərtib edilməsi, iddiaçıların təmirli, 3 qapılı obyektinin əvəzinə onlara eynilə 3 qapılı və təmirli obyekt verilməsinin əksini tapdığı müqavilənin notarius qaydasında təsdiqlənilməsi, obyektlərinin 3-cü hissəsinə görə kompensasiya verilməsi, onlara həmin müqavilədə 2 il ödəniş yazıldığı kimi şərtə əməl edilməsi” hissələrinə münasibətdə isə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipi kimi təsbit edilmişdir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Göründüyü kimi, müqavilə azadlığı mülki qanunvericiliyin prinsipi olmaqla, fiziki və hüquqi şəxslər arasında azad surətdə bağlanılır və müqavilə bağlanılmasına məcburetməyə yol verilmir. Belə olan halda, iddiaçının xahişinə əsasən cavabdehlə onun müəyyən etdiyi qaydada yeni müqavilə bağlanılması qanunvericiliyin yuxarıda göstərilən tələbləri nəzərə alınmaqla hüquqaziddir, hər hansısa bir müqavilə tərəfi müqavilə bağlamağa məcbur edilə bilməz, bu hal onun azad, sərbəst iradə ifadəsi əsasında həyata keçirilməlidir, buna görə də iddia tələbi həmin hissələrdə əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə iddia tələbinin “infilyasiya ilə bağlı onlara mənzil və obyekt üçün əvvəl verilmiş kirayə və arenda pullarına əlavələrin ödənilməsi” hissəsinə münasibətdə isə qeyd edir ki, həmin tələb bilavasitə mübahisə predmeti olan müqavilə ilə bağlı olduğundan və həmin müqavilə etibarsız hesab edildiyindən iddia həmin hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Nizami rayonu, X5, 76 ünvanında yerləşən qeyri-yaşayış sahəsi barəsində İddiaçı1 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 02 dekabr 2022-ci il tarixli, 2/3/63 nömrəli “köçürülənlərin mənzil tikintisinə və X3” müqavilə etibarsız hesab edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə dövlət rüsumu qismində ödənilmiş 100 manat məbləğində pul vəsaitinin 70 manat hissəsi iddiaçılara aid edilməli, qalan 30 manat hissəsi isə cavabdeh "xxxx" MMC-dən tutulub, dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə 02 noyabr 2023-cü il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 127 manat və 16 may 2024-cü il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 138 manat, ümumilikdə 265 manat ekspertiza xərci iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə qeyd edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 yuxarıda irəli sürdüyü iddia tələbləri ilə yanaşı Cavabdeh MMC-nin vəzifəli şəxslərinin hərəkətlərində cinayət əlamətləri aşkar olunduğundan bu barədə xüsusi qərardad çıxarılmaqla Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsini xahiş etmişdir. Məhkəmə nəzərə alır ki, tərəflər mübahisənin mülki mühakimə üsulu qaydasında araşdırılması üsulunu seçmişlər, həmin icraatda işə baxılarkən isə müqavilənin bağlanmasında iştirak etmiş şəxslərin hərəkətlərində cinayətin törədilməsi halı müəyyən edilməmişdir, ona görə iddiaçının həmin xahişinin təmin olunması üçün əsaslar yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı1 ilə "xxxx" MMC arasında bağlanmış 02 dekabr 2022-ci il tarixli, 2/3/63 nömrəli “köçürülənlərin mənzil tikintisinə və X3” müqavilə etibarsız hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun 70 manat hissəsi iddiaçılara aid edilsin, qalan 30 manat hissəsi isə cavabdeh "xxxx" MMC-dən tutulub, dövlət büdcəsinə ödənilsin. İş üzrə 02 noyabr 2023-cü il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 127 manat və 16 may 2024-cü il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 138 manat, ümumilikdə 265 manat ekspertiza xərci iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar