Məhkəmə qərarları › İş №2(007)-1088/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1088/2023

16.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1088/2023 16.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh – xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş Cavabdeh Ralıid oğlundan 1000 manat əsas borc, 500 manat hüquqi xidmətə görə vəkilə ödənilmiş haqq, 35 manat dövlət rüsumunun cəmi 1535 (bir min beş yüz otuz beş) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş Cavabdeh əvvəllər tanımamış, 2021-ci il tarixdə evimə dəmir darvaza düzəltdirmək istəmişdir. Bu barədə internetdə elan yerləşdirildiyini bildiyinə görə internet vasitəsilə Cavabdeh 050 ***-**-** mobil telefon nömrəsini götürüb onunla əlaqə saxlayaraq ona dəmir darvaza lazım olduğunu bildirmişdir. Onunla darvazanın ölçüsü, forması və materialı barədə danışdıqdan sonra ona lazım olan darvazanın qiymətini 2000 manata razılaşmışlar. Cavabdeh ondan 1000 manatı beh kimi istəmiş və o, xx.xx.2021-ci il tarixdə onun adına olan 5404-0852-3825-6780 nömrəli “Kapital Bank” kartına 1000 manat pul köçürmüşdür. Ramil Qaımov darvazanı ona10 gün müddətinə hazır edib gətirəcəyini bildirdi. Lakin həmin müddətdən uzun zaman keçməsinə baxmayaraq cavbadeh üzərinə düşən öhdəliyi icra etməmişdir. O, dəfələrlə ona zəng edib darvazanın gətirməsini tələb etsə də o darvazanı vaxtında gətirib çıxarmamışdır. Belə olan halda o, ona pulu qaytarmasını, darvazanın lazım olmadığını bildirmişdir. O, pulu qaytaracaını bildirsə də pulu qaytarmamış, onunla 050 ***-**-** nömrəli mobil telefonla əlaqə saxlamış, pulu qaytarmasını bildirmiş, lakin Ramil hər dəfə bir bəhanə gətirərək bu vaxtadək pulu qaytarmamışdır. Belə olan halda o, DİN-nin 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermiş, Beyləqan rayon polis şöbəsinin Təhqiqat bölməsində aparılan araşdırma zamanı Cavabdeh polisin çağrışlarına gəlməyərək, ancaq telefonla onlarla əlaqə saxlayarq pulu qaytaracağını bildirmiş, Beyləqan rayon polis şöbəsinin Təhqiqat bölməsində xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmiş, ona mülki qaydada məhkəməyə müraciət etmək izah edilmişdir. İşin bu halından göründüyü kimi satıcı alıcıya (iddiaçıya) həmin məqsəd üçün lazım olan əşyanı verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçının vəkili və nümayəndəsi Vəkil elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq məhkəmə yekun qərarının çıxarılması üçün yetəri qədər sübutlar olduğunu, məhkəmənin hazırlıq iclasına cavabdehin gəlmədiyini, başqa məhkəmədə olan işi ilə əlaqədar məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə baxışını onların iştirakı olmadan keçirib iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Şəfa oğlu xx.xx.2021-ci il tarixdə DİN-nin 102 xidmətinə və Beyləqan rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, xx.xx.2021-ci il tarixdə Bakı şəhərində işləyən Cavabdeh yaşadığı evə daravaza düzəltmək üçün 1000 manat beh göndərdiyini, Cavabdeh hələ də darvazanı düzəltmədiyini göstərmiş, onun müraciətinə baxılaraq xx.xx.2022-ci il tarixdə Cavabdeh əməlində cinayət tərkibi olmadığından "Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında" qərar qəbul edilmiş, İddiaçı Şəfa oğlunun tələbi ilə əlaqədar mülki mübahisələrin həlli üçün Azərbaycan Respublikası MPM-nin 25-ci maddəsinə əsasən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. Həmin qərar ilə araşdırma zamanı Cavabdeh istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə telefon əlaqəsi saxlanılmış, Cavabdeh İddiaçı və digər müştərilərə darvaza düzəldib göndərdiyini, lakin İddiaçı sürücü ilə telefonda mübahisə etdiyi üçün darvazanı qəbul etmədiyini, İddiaçı beh kimi göndərdiyi pulu darvazanı satdıqdan sonra göndərəcəyini bildirmişdir. Beləliklə xx.xx.20222-ci il tarixli qərar ilə müəyyən olunmuşdur ki, İddiaçı Şəfa oğlıı xx.xx.2021-ci il tarixdə Bakı şəhərində fəaliyyət göstərən Cavabdeh yaşadığı evin həyətinə darvaza düzəltməklə bağlı danışıb razılaşmışlar və 1000 manat beh göndərmiş, İddiaçı həmin darvazanı düzəltsə də aralarında olan narazılığa görə daravaza yerinə quraşdırılmamışdır. Cavabdeh İddiaçı qaytarmalı olduğu 1000 pıılu geri ödəməmişdir. Hazırda iddiaçı cavabdehdən həmin məbləğin ödənilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Məhkəmə iddia tələbinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Mülki iş materiallarına əlavə edilmiş xx.xx.20222-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar üzrə 1000 manat vəsaitin cavabdeh tərəfindən darvaza düzəltmək məqəsdilə alındığı, lakin cavabdeh tərəfindən qaytarılacağı bildirilsə də qaytarılmadığı, həmin məbləğin onun tərəfindən mənimsədildiyinin etiraf edildiyi müəyyən olmuşdur. Beləliklə, məhkəmə eyni zamanda qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh darvazanı düzəldəcəyini bildirərək iddiaçı qarşısında öhdəlik götürdüyündən, öhdəliyi yerinə yetirmədiyi üçün 1000 manat vəsaiti iddiaçıya qaytarmalı olduğundan qeyd olunan məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən vəkili və nümayəndəsi Vəkil Nizami Rayon Məhkəməsində hüquqi yardımın ödənilməsi üçün 500 manat ödəniş edilmişdir. Hazırda iddia tələbi təmin edildiyi üçün 500 manat hüquqi xidmətin və 35 manat dövlət rüsumunun da əvəziə cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1000 (bir min) manat vəsaitin, hüquqi xidmətə görə ödənilmiş 500 manat vəkil xərcinin və ödənilmiş 35 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1000 (bir min) manat, hüquqi xidmətə görə ödənilmiş 500 manat vəkil xərcinin və ödənilmiş 35 manat dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 1535 manat məbləğində vəsait tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar