Məhkəmə qərarları › İş №2(007)-1096/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1096/2024

13.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1096/2024 13.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı Cavabdeh qarşı “müqavilə şərtlərinin pozulması ilə əlaqədar vurulmuş maddi və mənəvi zərərin ödənilməsinə və obyektin təhvil-təslim verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “müqavilə şərtlərinin pozulması ilə əlaqədar vurulmuş maddi və mənəvi zərərin ödənilməsinə və obyektin təhvil-təslim verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurulmuş 3000 manat məbləğində maddi, işgüzar nüfuzuna vurulmuş 10000 manat mənəvi zərərin əvəzinin ödənilməsi cavabdehə həvalə olunaraq zərərin cavabdeh tərəfindən ödənilməsi və obyektin təhviltəslim aktına uyğun olaraq təhvil verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddiaçı tərəfindən iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilməməklə verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 149.2-ci maddəsinə əsasən təqdimatda aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; təqdimata əlavə edilən sənədlərin siyahısı. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edim ki, iş materiallarında olan 10 avqust 2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, "xxxx" Firması tərəfindən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 94.1 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh icarəyə verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. 52.2-ci maddəsinə əsasən bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Göründüyü kimi iddiaçı iddia ərizəsinin qanunvericiliklə müəyyən olunmuş formasına düzgün əməl etməmişdir. İddiaçı qismində İddiaçı deyil, "xxxx" Firması qoyulmalı idi. Çünki 10 avqust 2023-cü il tarixli icarə müqaviləsi "xxxx" Firması ilə Cavabdeh arasında bağlanmışdır. Qanunvericiliyin tələbinə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Bu səbəbdən "xxxx" Firması hüquqi şəxs olaraq öz öhdəlikləri üçün məsuliyyət daşıyır və hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün cavabdeh deyildir. Bundan əlavə göründüyü kimi Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Belə ki, “AZEMİS”-dən çıxarılmış çıxarışdan görünür ki, Cavabdeh (VÖEN:**********) fəaliyyət istiqamətləri “kişi geyimlərinin pərakəndə satışı”dır. Həmçinin 10 avqust 2023-cü il tarixli icarə müqaviləsindən də göründüyü kimi icarəyə verilən əmlak qeyri-yaşayış sahəsidir. Bütün bunlardan məlum olur ki, qeyri-yaşayış sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə götürülmüşdür. Beləliklə icarəyə verən "xxxx" Firması hüquqi şəxsdir icarəyə götürən isə kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün qeyd olunan qeyri-yaşayış sahəsini icarəyə götürmüşdür. Bu səbəbdən qeyd edilən iddia tələbi kommerisya mübahisəsi olduğundan ümumi məhkəmədə baxıla bilməz. Qeyd olunan nöqsanlar aradan qaldırdıqdan sonra ümumi qaydada Bakı Kommersiya Məhkəməsinə yenidən müraciət etmək hüququ iddiaçıya izah olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 26.1-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Həmçinin iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından ödənilmiş dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş 1715 nömrəli mədaxil qəbzindən ("xxxx" ASC, VÖEN: **********, əməliyyat İD: 391513006, terminal nömrəsi: ADM114278, büdcə səviyyə kodu: 142211, GPP qəbz nömrəsi: **********, tarix: xx.xx.2024, saat: 12:06) görünür ki, İddiaçı hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 130 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia ərizəsi qanunvericiliyin tələblərinə və aidiyyət qaydalarına əməl edilməməklə verildiyindən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “müqavilə şərtlərinin pozulması ilə əlaqədar vurulmuş maddi və mənəvi zərərin ödənilməsinə və obyektin təhviltəslim verilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarıldığından ödənilmiş 130 manat məbləğində dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “müqavilə şərtlərinin pozulması ilə əlaqədar vurulmuş maddi və mənəvi zərərin ödənilməsinə və obyektin təhvil-təslim verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 130 manat ("xxxx" ASC, VÖEN: **********, əməliyyat İD: 391513006, terminal nömrəsi: ADM114278, büdcə səviyyə kodu: 142211, GPP qəbz nömrəsi: **********, tarix: xx.xx.2024, saat: 12:06) dövlət rüsumu dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardadda göstərilən nöqsanlar aradan qaldırdıqdan sonra ümumi qaydada Bakı Kommersiya Məhkəməsinə yenidən müraciət etmək hüququ iddiaçıya izah olunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar