Məhkəmə qərarları › İş №2(007)-1100/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1100/2023

07.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1100/2023 07.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 manat məbləğində pul və ödənilmiş 50 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2021-ci ilin iyun ayının əvvəllərində yaşadığı mənzili dəyişmək məqsədi ilə ev alqı-satqısı ilə məşğul olan əvvəlcədən tanımadığı Cəfərov Cəfər adlı şəxslə əlaqə saxlayaraq yaşadığı mənzili sataraq ona başqa mənzil alınması məqsədi ilə müraciət etmişdir. Bir neçə gün sonra Cəfər ona zəng edərək ünvan 1 ünvanda 59 nömrəli mənzilin satıldığını bildirdiyi üçün o, Cəfərlə birlikdə qeyd olunan mənzilə baxış keçirmişdir. Onlar mənzilə baxış keçirdikdən sonra mənzilin sahibi Cavabdeh adlı şəxs mənzili ona 118000 (yüz on səkkiz min) manata satmağa razılıq vermişdir. Cavabdeh ondan beh olaraq 3000 manat pul almışdır. Onunla aralarında baş vermiş razılığa əsasən həmin şəxs bir ay ərzində özünə başqa mənzil taparaq mənzili ona təhvil verilməli idi. O, qeyd olunan behi ev alqı-satqı ilə məşğul olan Cəfər adlı şəxsin iştirakı ilə Cavabdeh vermişdir. Cavabdeh Cəfərdən yeni mənzil tapmasını xahiş etdiyi üçün Cəfər bir neçə mənzil göstərsə də Afayət göstərilən mənzilləri bəyənmədiyi üçün göstərilən mənzillərdən heç birini almamışdır. O, təxminən 1 ay sonra Afayət ilə əlaqə saxlayaraq mənzilin təhvil verilməsini istədikdə, özünə mənzil tapmadığını, bu səbəbdən də mənzili təhvil verə bilməyəcəyini, bir qədər gözləməyini xahiş etmişdir. O, da həmin səbəbdən yenidən bir qədər vaxt vermişdir. Lakin sonradan Afayət müxtəlif bəhanələr gətirərək mənzildən çıxmaqdan imtina etmişdir və verdiyi 3000 manat behi geri qaytarmamışdır. Bunula bağlı o, Bakı Şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin Bakı Şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Həsən Məmmədov 16 oktyabr 2022-ci il tarixdə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Qərarda isə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Cavabdeh 06 iyun 2023-cü il tarixdə poçt vasitəsilə ərizə verərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Afayət xanım oğlunun problemi olduğunu bildirmiş və beh olaraq 10000 manat istəmişdir. O, notariula verəcəyini bildirəndə Afayət xanım razılaşmamışdı. Evi qardaşının ailəsi üçün alacaqdı alınmadı hələ də qardaşının ailəsi onlarda qalır. Artıq iki ailənin bir evdə yaşaması mümkün deyildir. 3000 manat beh verdi, lakin Afayət xanım evdən çıxmadı. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında ifadəsi alınmış şahid X2 bildirmişdir ki, İddiaçı Cavabdeh ondan 10000 manat pul istədiyini dedi, lakin razılaşmadılar. Adil 3000 manat pul verdi və müqavilə bağladılar. Müqavilə bağlanan zaman o, Adil, oğlu və Afayət xanım olmuşdur. Adil pulu verəndə ev tapana kimi Afayət xanım 1 ay vaxt almışdı. Xalqlar dostluğunda neçə ev göstərdi, lakin Afayət xanım bəyənmədi. Sonra da evi satmadığını dedi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin 16 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir və mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. - İddiaçı ilə Cavabdeh arasında Daşınmaz əmlakın alqı-satqı üzrə vasitəçilik firmasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzili 1 ay ərzində satmağı və 2 ay ərzində mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İddiaçı 3000 manat behi Cavabdeh vermişdir. - 20 fevral 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsi verilərkən İddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İddiaçı Cavabdeh 3000 manat məbləğində beh vermişdir. Cavabdeh 1 ay ərzində evi satmağı öhdəsinə götürsə də evi satmamış və aldığı behi qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddənin tələbindən görünür ki, beh müqaviləsi mənzilin alqı-satqısı ilə əlaqədar, yəni daşınmaz əmlakla əlaqədar bağlanmışdır və bu halda iddia müddəti 6 il hesab olunmalıdır. İddiaçı isə hazırkı iddia ərizəsi ilə məhkəməyə 21 fevral 2023-cü il tarixdə müraciət etdiyindən iddia müddətini ötürməmişdir. Beh müqaviləsinin predmetini razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləği təşkil edir. Mülki qanunvericilikdə isə beh müqavilələri üzrə daşınar və daşınmaz əşyalarla bağlı fərqli iddia müddəti müəyyən edilməmişdir. Beh müqaviləsi daşınar və ya daşınmaz əşyalarla bağlı olmasından asılı olmayaraq tərəflər arasında bağlanacaq müqavilədə öhdəliklərinin icrasını təmin etmək üçün bağlanan müqavilədir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. 492.1. Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. 492.2. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Göründüyü kimi İddiaçı ilə Cavabdeh arasında Daşınmaz əmlakın alqı-satqı üzrə vasitəçilik firmasında xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilə ilə Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzili 1 ay ərzində satmağı və 2 ay ərzində mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İddiaçı 3000 manat məbləğində behi Cavabdeh vermişdir. Lakin, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl etməmiş, mənzili alıcıya satmamışdır. Həmçinin 3000 manat məbləğində aldığı behi İddiaçı qaytarmamışdır. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı ilə bağladığı xx.xx.2021-ci il tarixli müqavilə üzrə götürdüyü öhdəliyi icra etməmiş və iddiaçının bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 492.1-ci maddəsinin tələblərinə əsasən aldığı behi geri qaytarmalı idi. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada müqavilə bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də sonuncu öz öhdəliklərinə əməl etməmiş və qeyd edilən mənzili iddiaçıya satmamışdır. Nəticədə cavabdehin həmin müqavilə üzrə İddiaçı 3000 manat behi qaytarmamışdır. Qanunvericiliyin tələbinə görə müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Lakin iddiaçı ələbində yalnız verdiyi behin məbləğini tələb edir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə iddiaçı qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, qeyd olunan behi iddiaçıya qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edildiyindən və iddiaçı tələbində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etdiyindən məhkəmə xərci olan dövlət rüsumu Cavabdeh tutulmalıdır. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3000 manat məbləğində pul və ödənilmiş 50 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3000 manat məbləğində pul və ödənilmiş 50 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar