Məhkəmə qərarları › İş №2(007)-1109/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1109/2025

17.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1109/2025 17.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN Bakı şəhəri Nizami rayon polis idarəsinə qarşı “öhdəliyin icrası barədə” iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN Bakı şəhəri Nizami rayon polis idarəsinə qarşı “öhdəliyin icrası barədə” iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nizami rayon polis idarəsinin üzərinə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 50.79 kvm olan mənzilə qeydiyyatda olan X5 (xx.xx.2013), X2 (xx.xx.1985), X1 (xx.xx.1988), X6 (xx.xx.2009) həmin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilərək adı çəkilən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq :

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. 153.5. ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur.

3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:

2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia).

Məhkəmənin mövqeyi :

4. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina olunmalıdır.

5. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddia ərizəsini icraata qəbul etməkdən imtina edir.

6. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən olunmuşdur ki, İddiaçı ilə X3 arasında bağlanılmış xx.xx.2024-cü il tarixli alqı-stqı müqaviləsinə əsasən ünvan 1 iddiaçı tərəfindən satın alınmış və xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə iddiaçının adına Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. ünvan 1 ünvanında yerləşən 50.79 kvm olan mənzil X3 tərəfindən İddiaçı satılmasına baxmayaraq ailə üzvləri ilə birlikdə həmin mənzildən qeydiyyatdan çıxmamışdır.

7. İddiaçı tərəfindən Bakı şəhəri Nizami rayon polis idarəsinə müraciət edilmiş, lakin inzibati orqan tərəfindən X3, X8 və X4 qeydiyyatdan çıxarmaqdan imtina edilərək inzibati icraat qaydasında məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur.

8. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nizami rayon polis idarəsinin üzərinə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 50.79 kvm olan mənzilə qeydiyyatda olan X5 (xx.xx.2013), X2 (xx.xx.1985), X1 (xx.xx.1988), X6 (xx.xx.2009) həmin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilərək adı çəkilən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.

10. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati icraat qaydasında baxılmalı olan, İnzibati Prosessual Məcəlləyə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır.

11. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: • Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. • “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. • Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

12. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən məhkəmə aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır.

Nəticə :

13. Belə olan halda, məhkəmə qeyd edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN Bakı şəhəri Nizami rayon polis idarəsinə qarşı “öhdəliyin icrası barədə” iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməlidir.

14. İddiaçıya hazırki iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir.

15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 152, 153, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN Bakı şəhəri Nizami rayon polis idarəsinə qarşı “öhdəliyin icrası barədə” iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, hazırki iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar