Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1115/2021 22.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə oğlunun iştirakı ilə, İddiaçı oğlunun cavabdeh “Cavabdeh”İB-nə qarşı aktın etibarsız hesab edilərək ləğv edilməsi, akta görə hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh “Cavabdeh” İB-nə qarşı aktın etibarsız hesab edilərək ləğv edilməsi,akta görə hesablanmış borcun silinməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizə təqdim edərək işin ərazi aidiyyəti üzrə baxılmalı olmasını bildirmiş və mahiyyəti üzrə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilməsini təmin etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Masallı rayonunda yaşayır və Masallı rayonunda X1 İstismar İdarəsi xidmət göstərir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsini rəhbər tutaraq işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim edilmiş ərizəni iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması Masallı Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.9-cu maddəsinə əsasən 36.9. istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Masallı rayonunda yaşayır və mübahisələndirilən akt iddiaçının yaşadığı ünvanda olan sayğacla əlaqədar tərtib olunmuşdur. Cavabdeh “Cavabdeh”İB-nin hüquqi ünvanı isə ünvan 2yon Məhkəməsində baxılması üçün prosessual-hüquqi əsaslar mövcud deyil. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərazi aidiyyətinin dəyişdirilməsi barədə cavabdehin nümayəndəsinin ərizəsi təmin olunmalı, mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 35,45, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İşin ərazi aidiyyətinin dəyişdirilməsi barədə cavabdehin nümayəndəsinin ərizəsi təmin olunsun. İddiaçı cavabdeh “Cavabdeh”İB-nə qarşı aktın etibarsız hesab edilərək ləğv edilməsi, akta görə hesablanmış borcun silinməsi tələbinə dair 2(007)-1115/2021 saylı mülki iş ərazi aidiyyatı üzrə baxılması Masallı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-1115/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1115/2021
22.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver