Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-114/2025 13.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 cəlb edilməklə Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 cəlb edilməklə Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:
1. İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Məlhəm” Beynəlxalq Hospitalı tərəfindən ona vurulmuş 25000 (iyrimi beş min) manat məbləğində maddi, 20000 (iyrimi min} manat məbləğində isə mənəvi ziyanın, ümumilikdə 45000 (qırx beş min) manat məbləğində pulun və dövlət rüsumu qismində ödədiyi 240 (iki yüz qırx) manat məbləğində pulun cavabdeh “Məlhəm” Beynəlxalq Hospitalından tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında X15 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona cavabdeh “Məlhəm Beynəlxaİq Hospitalı”nda həkim Elçin Ələskərov (ləqəbi Zodanovdur) tərəfindən yanlış liposaksiya əməliyyatı icra olunub və əməliyyat zamanı ağ ciyəri zədələnib. Nəticədə iş qabiliyyəti itib, əmək fəaliyyəti dayanıb. Əməliyyatdan əvvəl ödəniş zamanı Hospital tərəfindən ona ödəniş qəbzi verilməyib. Əməliyyatı icra edən həkim Elçin Ələskərov sübut kimi özü ona qəbz yazıb verib. Yalnış icra olunmuş əməliyyat nəticəsində ona 25000 (iyrimi beş min) manat məbləğində maddi ziyan dəyib. Eyni zamanda, bu hadisədən sonra psixoloji, nevroloji sarsıntı keçirib, mənəvi ziyan çəkib. İş materiallarına əlavə edilmiş yazışmalar da bu faktı sübut edir. Həmçinin, onda həkimin dilindən verilmiş iltizam da vardır. Onu da qeyd edim ki, əməliyyat zamanı həkim səhlənkarlığı nəticəsində 11-ci qabırğasının sınması ilə bağlı ciyərinə qan yığılıb. Bunu ekspertiza araşdırmayıb və bu barədə rəy verməyib, təyin olunmuş ekspertizanın rəyinə əsasən, guya o, içki aludəçisidir, siqaret çəkir. Hansı ki, o, heç bir zaman spirtli içki, tütün məhsullarından istifadə etməyib. Onun qanında spirtli içki və siqaret aşkar olunması qeyri-mümkündür. Hadisə ilə bağlı Nizami Rayon Prokurorluğuna müraciət etsə də, məsələyə tamamilə laqeyd yanaşılıb, faktla bağlı Bakı şəhər Nizami Rayon Prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas Orxan Babayev tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü ildə qərar qəbul edilib. Bildirmək istəyir ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında həmin qərar qanunsuz və əsassızdır. Prokurorluq heç bir araşdırma aparmadan, sadəcə həkimin mövqeyini kağıza köçürtməklə öz işini bitmiş hesab edibr. Müstəntiq formal izahatlarla kifayətlənib, öz işinə formal yanaşıb. O, araşdırmanı sabotaj etməkə məşğul olub. O, əlavə yoxlama tədbirləri aparmadan dərhal rədd qərarı qəbul edib. Belə ki, həkim həm onu səhv əməliyyat edib, həm qabırğasını sındırıb, həm də əlavə xərcə salıb. Həkim ifadəsində bildirib ki, guya əməliyyatdan sonra onda heç bir ağırlıq olmayıb. Halbuki, əksinə o, əməliyyatdan sonra vəziyyəti ağırlaşdığı üçün reanimasiyaya köçürülüb və bir neçə gün reanimasiya şəraitində müalicə alıb. Həkim ifadəsində bildirib ki, guya o, həkimdən siqaret istəyib. Bu tam yalandır. Nəzərə çatdırır ki, həkim onun barəsində yalan məlumatlar verib. Guya onlar içki içən, siqaret çəkəndir və sair. Hətta o, bununla bağlı polisə şikayət də edib. Həmçinin həkim yalandan bildirib ki, guya onun ödündə problem var. Əksinə onun ödündə heç bir problem yoxdur. Həkim şəxsi əlaqələrindən istifadə edərək ekspertizada yanlış rəy verilməsinə nail olub. Həkim özü ona zəng edərək bildirib ki, polisdə və prokurorluqda hamı onun tanışıdır, hara istəyirsə şikayət eləsin, heç bir nəticə əldə edə bilməyəcəkdir. Həmçinin həkim bildirib ki, o, şəxsi əlaqələrindən istifadə edərək öz xeyrinə qərar qəbul etdirəcəkdir. O, ağrılarının olmasını bildirsə də, həkim ifadəsində yazıb ki, guya onun ağrıları olmayıb. Həkim pulu əlbəəl alsa da, ifadəsində bildirib ki, guya heç kimdən əlbəəl pul almır. Hesab edir ki, məsələyə hüquqi qiymət verilməli və məsələ məhkəmə müstəvisində öz həllini tapmalıdır. Bu səbəhdən, cavabdeh “Məlhəm” Beynəlxalq Hospitalından 25000 (iyrimi beş min) manat məbləğində pulun tutularaq ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlib.
Cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin etirazı və ona dəlilləri:
4. Cavabdeh MMC xx.xx.2024-cü il tarixdə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı iddia tələbinin faktiki əsası kimi Cavabdeh MMC-də həkim vəzifəsində işləyən Elçin Ələsgərov tərəfindən ona yanlış liposaksiya əməliyyatı icra olunduğuna və əməliyyat zamanı ağ ciyərinin zədələndiyinə, nəticədə iş qabiliyyətini itirərək əmək fəaliyyətini dayandırdığına, əməliyyatdan əvvəl ödəniş zamanı “Hospital” tərəfindən ona ödəniş qəbzi verilməməsinə, əməliyyatı icra edən həkim Elçin Ələskərovun ona sübut kimi qəbz yazıb verdiyinə, yanlış icra olunmuş əməliyyat nəticəsində ona 25000 (iyirmi beş min) manat məbləğində maddi ziyan, eyni zamanda bu hadisədən sonra psixoloji, nevroloji sarsıntı keçirərək mənəvi ziyan çəkdiyinə, iş materiallarına əlavə edilmiş yazışmalar da bu faktın sübut edildiyinə istinad edib. Daha sonra iddiaçı iddia ərizəsində göstərib ki, əməliyyat zamanı həkim səhlənkarlığı nəticəsində 11-ci qabırğasının sınması ilə bağlı ciyərinə qan yığılıb, bu hal üzrə ekspertiza aparılmayıb və bu barədə rəy verilməyib. İddiaçı iddiasında yuxarıda sözügedən xüsusatlara, eləcə də həmin iddia ərizəsində qeyd etdiyi digər hallara istinad etməklə, iddiasının hüquqi əsasını deliklərdən irəli gələn müddəlarla deyil, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin əşya hüququnu və öhdəliklərin icrasını ehtiva edən 135.1, 385.1, 442, 443.1, 425.1, 425.2, 448.1 və 448.2-ci maddələri ilə əsaslandırıb. Aşağıda göstərilənlərə əsasən hesab edirlər ki, iddia tələbi əsassız və qanunsuz olduğundan təmin olunmayıb. Belə ki, işin mübahisəsiz halıdır ki, iddiaçı hazırkı mülki iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən əvvəl Cavabdeh MMC-də həkim plastik cərrah vəzifəsində işləyən Elçin Ələsgərov tərəfindən ona düzgün olmayan əməliyyat icra olunduğuna dair ərizə ilə Bakı şəhəri Nizami rayon Prokurorluğuna müraciət edib. Hazırkı işin materiallarına İddiaçı tərəfindən əlavə olunmuş Bakı şəhəri Nizami rayon Prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X16 tərəfindən onun icraatında olan 2-2-316-183e-24 nömrəli material üzrə xx.xx.2024-cü ildə qəbul olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, İddiaçı ona icra olunmuş əməliyyatın düzgün icra edilməməsi barədə dəlilləri əsassız və qanunsuz olduğundan İddiaçı Cavabdeh MMC-nin həkim plastik cərrahı Elçin Ələsgərov tərəfindən düzgün əməliyyat olunmaması barədə müraciəti əsasında toplanmış material üzrə cinayət hadisəsinin əlamətləri müəyyən edilmədiyindən Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin bağlanması rədd edilib. Sözügedən qərarın məzmunundan görünür ki, İddiaçı şikayəti üzrə aparılmış araşdırma ilə əlaqədar komission məhkəmə tibbi ekspertizanın xx.xx.2024-cü il tarixli rəyi ilə müəyyən olunub ki, İddiaçı icra olunmuş əməliyyat düzgün seçilib və yerinə yetirilib, eyni zamanda dərman preparatlarının dozaları optimal olub. Həmçinin, sözügedən ekspertiza ilə müəyyən olunub ki, İddiaçı göstərilmiş tibbi xidmət səhiyyə sistemində mövcud təlimat və qaydaların tələblərinə uyğun olub. Qeyd etməyi zəruri hesab edirlər ki, iddiaçı ona icra olunmuş tibbi əməliyyatın dəyəri kimi Cəmiyyətə 25000 manat deyil, yalnız 700 manat vəsait ödəyib ki, bu ödənişin əvəzində ona müvafiq tibbi xidmətin göstərilməsi təmin olunub. Yuxarıda göstərilənləri nəzərə alıb, məhkəmədən iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2024-cü il tarixdə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia ərizəsinin 1-ci səhifəsinin 1-ci abzasında tərəfindən pasiyent İddiaçı yalnış lipoksaksiya əməliyyatının icra olunmasını və ağ ciyərinin zədələnməsi və nəticədə əməliyyat nəticəsində ona 25000 (iyirmi beş min) AZN manat məbləğində maddi ziyanın dəyməsini qeyd edib. Qeyd edir ki, pasiyent niyyətli olaraq əməliyyata gəlmiş tibbi analizlərdən keçirilib, icra ediləcək əməliyyat seçilərək sonda əməliyyat icra edilib. Burda yalnış əməliyyatdan söhbət gedə bilməz. İddiaçı tərəfindən ona 25000 (iyirmi beş min) AZN manat ziyanın dəyməsinə gəlincə isə iddiaçı bununla bağlı həri hansı bir mötəbər sübut təqdim etməyib. İddia ərizəsinin 2-ci abzasında həkimin səhlənkərlığı nəticəsində 11-ci qabırğanın sınması və ciyərinə qan yığılması, ekspert tərəfindən araşdırılmaması və bu barədə rəyin verilməməsi, ekspert tərəfindən iddiaçının içki alüdəçisinin olması siqaret çəkməsi qeyd edilməsidir. Tərəfindən əməliyyat tibbi protokollara əsasən düzgün olaraq icra edilmiş və pasiyent kafi vəziyyətdə evə buraxılıb. Əməliyyatın tərəfindən düzgün icra edilməsi Nizami rayon prokurorluğu tərəfindən təyin edilmiş komisyon məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 201/KEŞ saylı rəyindən, habelə xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” PHŞ tərəfindən verilmiş 802/KEŞ nömrəli ekspert rəyində də öz əksini tapır. Sonuncu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” PHŞ-nin 802/KEŞ ekspert rəyinin 9-cu səhifəsinin 7-ci abzasında qeyd edilib: İddiaçı üzərində Cavabdehda “Liposaksiya, lipofilinq və kudzafu üsulu ilə Xİ-Xİİ cüt qabırğaların sıxılması” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatlar taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Ekspert rəyinin 10-ci səhifəsinin 4-cü abzasında isə qeyd edilib ki, İddiaçı spirtli içki qəbulu və ya siqaret çəkməsinin təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil. Ziyanlı vərdişlərin alüdəçisi olan şəxsin üzərində “liposaksiya, lipofilinq və kudzafu üsulu ilə Xİ-Xİİ cüt qabırğaların sıxılması” əməliyatlarının aparılıbaparılmaması müalicə həkimi tərəfindən müəyyənləşdirilir. İddiaçının diqqətinə çatdıraq istəyir ki, Nizami rayon prokurorluğu tərəfindən təyin edilmiş komisyon məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 201/KEŞ saylı rəyindən, habelə xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MəhkəməTibbi Ekspertiza və X10” PHŞ tərəfindən verilmiş 802/KEŞ nömrəli ekspert rəyində də öz əksini tapır. Sonuncu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” PHŞ-nin 802/KEŞ ekspertizalar keçirilmiş və əməliyyatın tibbi protokollara uyğun olaraq icra edilməsi təsdiq edilib. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, xəstə evə yazılarkən kafi vəziyyətdə evə buraxılıb. Həkim tərəfindən aparılmış əməliyyat üzrə əməl edilməli olan prosedurlara riayət edilməsi təkrar-təkrar pasiyentin diqqətinə çatdırılıb. Həkim kimi tərəfindən icra edilmiş əməliyyat fəsadsız və tibbi protokollara əsasən icra olunub. Qeyd etmək istərdi ki, kliniki protokollar hər hansı nozologiya və ya sindrom zamanı düzgün yardım göstərilməsi ilə bağlı qərar qəbul etməkdə həkimə kömək edən tövsiyyə toplusudur. Həkim tərəfindən də icra edilən əməliyyat tibbi protokollara əsasən icra edilib. Klinik protokolların tərtib edilməsində məqsəd ən son elmi tədqiqatların nəticələrini gündəlik praktikaya tətbiq etmək, tibb işçilərini pasiyentə rasional yardım göstərməkdə kömək edəcək vəsaitlə təmin etmək və tibbi xidmət göstərilməsində yüksək standartlara nail olmaqdır. Klinik protokollar həkimlərə seçim imkanı verir və hər hansı klinik situasiyada necə hərəkət etməklə bağlı istiqamətverici rol oynayır. Klinik protokolların tərtib olunması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 24 noyabr 2008-ci il tarixli 160 saylı əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında klinik protokolların tərtib edilmə Qaydaları" əsasında həyata keçirilir. Həmin qaydaların hazırlanması zamanı inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsi və yerli xüsusiyyətlər nəzərə alınıb. Qeyd edilənlərə əsasən iddia tələbi əsassız olduğundan iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İş materialları:
6. “X3 İnstitutu” X18 xx.xx.2024-cü il tarixli məktuundan görünür ki, xəstə İddiaçı xx.xx.2024-cü il tarixdən “Sol tərəfli naməlum mənşəli ekssudativ plevrit" diaqnozu ilə xəstəyə müxtəlif müayinələr aparıldıqdan sonra, Döş qəfəsi cərrahiyyə şöbəsinə stasionar müalicəyə qəbul edilmişdir. Keçirilmiş müayinə və müalicə əsasında: “Sol tərəfli laxtalanmış hemotoroks" diaqnozu qoyulmuşdur. Xəstə cərrahi əməliyyatdan imtina etdiyi üçün öz istəyi ilə xx.xx.2024-cü il tarixində stasionar müalicədən evə yazılmışdır.
7. “Məlhəm” Beynəlxalq Hospitalı”nın xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1977 ci il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixində "X13" MMC-ın plastik cərrah həkiminə müraciət etmiş və ona həkimin tərəfindən (həkim Elçin Ələsgərov) müayinədən sonra "Qarının ön divarının izafi piy yastığı" diaqnozu qoyulmuşdur. xx.xx.2023-cü il tarixində əməliyyat icra olundu və xx.xx.2023-cü il tarixində kafi vəziyyətdə evə buraxıldı.
8. Bakı şəhəri Nizami rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı “Məlhəm” Beynəlxalq Hospitalı”nın həkim plastik-cərrahı Elçin Ələsgərov tərəfindən düzgün əməliyyat olunmaması barədə müraciəti əsasında toplanmış material üzrə cinayət hadisəsinin əlamətləri müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir.
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X14” X18 201/KEŞ saylı ekspert rəyindən görünür ki, 1977-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı xx.xx.2023-cü il tarixdə “X11”nda plastikcərrahiyyə şöbəsinə müraciət etmişdir. Aparılmış kliniki, laborator və instrumental müayinələrdən sonra ona “Qarının ön divarının izafi piy yastığı” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq operativ müalicə taktikası seçilmişdir. 2. Günay Nəbivevanın üzərində “X11”nda “Liposaksiya. lipofilinq" cərrahiyyə əməliyyatları icra edilmişdir. Əməliyyat zamanı çıxarılmış piy qreftinin bir hissəsi süzüldükdən sonra qluteal nahiyəyə infiltrasiya edilmiş, yanaşı olaraq hər iki tərəfdən Xİ-Xİİ qabırğalar küt üsulla sıxılmışdır. İcra edilmiş əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Əməliyyat sonlandırılmış və xəstəyə dinamik nəzarət aparılmışdır. xx.xx.2023cü il tarixdə xəstədə sol tərəfli tənəffüs çətinliyi qeyd edilmiş və çəkilmiş toraks kompyüter tomoqrafiya müayinəsində sol tərəfli hemotoraks qeyd edilmiş, torakal cərrah tərəfindən Bilau drenajı qoyulmuşdur. Adekvat müayinə və müalicələrdən sonra xəstə xx.xx.2023-cü il tarixdə kafi vəziyyətdə evə yazılmışdır. Daha sonra İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ET X5 PHŞ-də və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək isə “Stimul Hospitalıda stasionar müayinə və müalicələrdə olmuşdur. “Stimul Hospitalıda xəstə üzərində “Soltərəfli torakotomiya. Laxtanın təmizlənməsi. Sol ağciyərin dekortikasiyası” cərrahiyyə əməliyyatı icra edilmişdir. Beləliklə, qeyd olunanları nəzərə alaraq İddiaçı üzərində icra edilmiş ilkin cərrahiyyə əməliyyatından sonra onda sol tərəfli hemotoraks qeyd edilmiş, yəni qabırğaarası nahiyəyə qan yığılmışdır. Qanın yığılması toxuma xüsusiyyətlərindən asılı olaraq bu tip əməliyyatlarda rast gəlinə bilir. Aparılmış kompyüter tomoqraliya müayinələrində ağciyər zədələnməsi qeyd edilməmişdir. 3. İddiaçı üzərində “X6 icra edilmiş cərrahiyyə əməliyyatı düzgün seçilmiş və yerinə yetirilmişdir. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmur. 4. İddiaçı “X6 yeridilmiş dərman preparatlarının dozaları optimal olmuşdur. 5. İddiaçı “X6 göstərilmiş tibbi xidmət səhiyyə sistemində mövcud təlimat qaydalarının tələblərinə uyğun olmuşdur.
10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X14” X18 412/KEŞ saylı ekspert rəyindən görünür ki, 1977-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1. İddiaçı üzərində Cavabdehda “Liposaksiya. Lipofilinq” cərrahiyyə əməliyyatları icra edilmişdir. Əməliyyat zamanı çıxarılmış piy qreftinin bir hissəsi süzüldükdən sonra qluteal nahiyəyə infıltrasiya edilmiş, yanaşı olaraq hər iki tərəfdən Xl- Xll qabırğalar küt üsulla sıxılmışdır. İcra edilmiş əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Əməliyyat sonlandırılmış və xəstəyə dinamik nəzarət aparılmışdır. xx.xx.2023-cü il tarixdə xəstədə sol tərəfli tənəffüs çətinliyi qeyd edilmiş və çəkilmiş toraks kompyüter tomoqrafiya müayinəsində sol tərəfli hemotoraks qeyd edilmiş, torakal cərrah tərəfindən Bilau drenajı qoyulmuşdur. Adekvat müayinə və müalicələrdən sonra xəstə xx.xx.2023-cü il tarixdə kafi vəziyyətdə evə yazılmışdır. Daha sonra İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ET X5 PHŞ-də və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək isə “Stimul Hospitalıda stasionar müayinə və müalicələrdə olub. “Stimul Hospitalıda xəstə üzərində “Soltərəlli torakotomiya. Laxtanın təmizlənməsi. Sol ağciyərin dekortikasiyası” cərrahiyyə əməliyyatı icra edilmişdir. Beləliklə, qeyd olunanları nəzərə alaraq İddiaçı üzərində icra edilmiş ilkin cərrahiyyə əməliyyatından sonra onda sol tərəfli hemotoraks qeyd edilmiş, yəni qabırğaarası nahiyəyə qan yığılmışdır. Qanın yığılması toxuma xüsusiyyətlərindən asılı olaraq bu tip əməliyyatlarda rast gəlinə bilir. Aparılmış kompyüter tomoqrafıya müayinələrində ağciyər zədələnməsi qeyd edilməmişdir.
11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X14” X18 802/KEŞ saylı ekspert rəyindən görünür ki, 1977-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1. İddiaçı üzərində xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-də “Liposaksiya, lipofilinq və Kudzafu üsulu ilə Xİ-Xİİ cüt qabırğaların sıxılması” cərrahiyyə əməliyyatları icra edilmişdir. Əməliyyatdan sonra xx.xx.2023-cü il tarixdə xəstədə sol tərəfli tənəffüs çətinliyi qeyd edilmiş və aparılmış KT müayinəsinə əsasən, onda sol plevranın ən geniş yerində 80 mm ölçüdə qatı plevral maye qeyd edilmişdir. Bununla əlaqədar xəstəyə “Bilau” drenajı qoyulmuşdur. Adekvat müalicələr təyinat üzrə davam etdirilmiş və xx.xx.2023-cü il tarixdə xəstəyə müvafiq məsləhətlər verilərək kafi vəziyyətdə evə yazılmlşdır. İddiaçı aparılmış rentgenoloji və torakal kontrastlı KT müayinələri zamanı sol ağciyər payının ən geniş yerində 60 mm ölçüdə plevral mayenin olduğu qeyd edilmişdir. xx.xx.2024-cü il tarixdə xəstəyə “Stimul Hospitaf’da “Soltərəfii torakotomiya. Laxtanın təmizlənməsi. Sol ağciyərin dekortikasiyası” cərrahiyyə əməliyyatı aparılmışdır. Qeyd olunanları nəzərə alaraq, ilkin müdaxilədən sonra təkrar formalaşmış plevral maye iltihab xarakterli olmuş və “Bilau” drenajın vaxtından əvvəl çıxarılması ilə iltihabi prosesin inkişafı arasında səbəbli əlaqəsinin olması istisna edilir. Təkrar formalaşmış plevral maye orqanizmin müqavimət funksiyasından asılı olaraq hər hansı bir infeksion prosesin inkişafı nəticəsində yarana bilərdi. 2.4. İddiaçı müəyyən olunan ağciyər toxumasının kompressiv atelektazı və soltərəfii idiopatik mənşəli eksudativ plevritin əmələ gəlməsi aparılmış “Liposaksiya və popofilinq” cərrahiyyə əməliyyatları nəticəsində deyil, yenidən formalaşmış iltihabla əlaqədar olaraq meydana çıxmışdır. 3. İddiaçı üzərində xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-də “Liposaksiya, lipofilinq və Kudzafu üsulu ilə Xİ-Xİİ cüt qabırğaların sıxılması” cərrahiyyə əməliyyatları icra edilmişdir. KT müayinəsi zamanı hər iki tərəfdə Xİ qabırğa səviyyəsində posterior qövsündə minimal yerdəyişməli sınığın olduğu qeyd edilmişdir. Bu da Kudzafu üsulu ilə Xİ-Xİİ cüt qabırğaların sıxılması nəticəsində baş verə bilər və adıçəkilən əməliyyatlarda rast gəlinir. 5.6. İddiaçı üzərində xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-də aparılmış “Liposaksiya və popofilinq” əməliyyatlarından sonra xx.xx.2024-cü il tarixdə ona X3 İnstitutunda “Soltərəfii laxtalanmış hemotoraks” diaqnozu təyin edilmişdir. Soltərəfii laxtalanmış hemotoraks iltihab mənşəli olmuş və yenidən formalaşmışdır. Bunun da aparılmış “Liposaksiya və popofilinq” əməliyyatı ilə səbəbli əlaqəsinin olması istisna edilir. 7. İddiaçı üzərində Cavabdehda “Liposaksiya, lipofilinq və Kudzafu üsulu ilə Xİ-Xİİ cüt qabırğaların sıxılması” cərrahiyyə əməliyyatları icra edilmişdir. Əməliyyatlar taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. 8. İddiaçı üzərində icra edilmiş “Liposaksiya, lipofilinq və Kudzafu üsulu ilə Xİ-Xİİ cüt qabırğaların sıxılması” cərrahiyyə əməliyyatlarından sonra onda sol tərəfli hemotoraks qeyd edilmiş, yəni qabırğaarası nahiyəyə qan yığılmışdır. Qanın yığılması toxuma xüsusiyyətlərindən asılı olaraq bu tip əməliyyatlarda rast gəlinə bilir. Aparılmış kompyüter tomoqrafiya müayinələrində ağciyərin zədələnməsi qeyd edilməmişdir. 9. İddiaçı “Ağciyərlərin respirator distres sindromu” olması haqqında tibbi sənədlərdə hər hansı bir qeydiyyat yoxdur. Lakin ümumilikdə ağciyərlərin respirator distres sindromu ağciyərlərin müxtəlif xəstəlikləri nəticəsində inkişaf edə bilər. 10. İddiaçı spirtli içki qəbulu və ya siqaret çəkməsinin təyini məhkəmə-tibbi ekspeıt komissiyasının səlahiyyətlərinə aid deyil. Ziyanlı vərdişlərin aludəçisi olan şəxsin üzərində “Liposaksiya, lipofılinq və Kudzafu üsulu ilə Xİ- Xİİ cüt qabırğaların sıxılması” əməliyyatlarının aparılıb-aparılmaması müalicə həkimi tərəfindən müəyyənləşdirilir.
12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-28/2- 9801/2024 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyasının xx.xx.2017-ci il tarixli 11 nömrəli protokoluna əsasən xarici ölkələrdə keçdiyi rotasiyaları və klinik baza olan Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müraciətini nəzərə alaraq, 2017-ci ildə ümumi cərrahiyyə ixtisası üzrə rezidentura təhsilini bitirmiş X7 təyinatı Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri X2 və Rekonstruktiv Cərrahiyyə klinikasına verilmişdir. Nəzərə çatdırırlar ki, X15 xx.xx.2022-ci il tarixində sertifikasiyadan keçmişdir. Ona verilən AH 047463 nömrəli “Plastik cərrahiyyə” ixtisası üzrə sertifikasiya şəhadətnaməsi xx.xx.2027-ci ilədək qüvvədədir. Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2016-cı il tarixli 866 nömrəli Fərmanının 2.3.1-ci yarımbəndinə əsasən özəl tibb fəaliyyətinə lisenziya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilir. Bu baxımdan X9 adına hal-hazırda lisenziyanın verilib-verilməməsi ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət edilməsi məqsədəmüvafiqdir.
13. AH № 047463 saylı “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən” Sertifikasiya Şəhadətnaməsindən görünür ki, X15 xx.xx.2022-ci il tarixində Həkimlrin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində Plastik cərahiyyə ixtisası üzrə praktiki fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir.
14. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli 3-28/2- 2815/2025 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti ilə məşğul olmağa icazə verən sənədlərin hüquqi əsaslarının kompleks şəkildə yoxlanılması məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət yaradılmış Xüsusi Təftiş Komissiyası tərəfindən respublikada plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti ilə məşğul olan tibb mütəxəssislərinin sənədləri, onlar Komissiyanın iclaslarına dəvət olunmaqla və əvvəlcədən xəbərdarlıq edilərək iclasların audio yazısı və video çəkilişi aparılmaqla, ətraflı araşdırılmış və əsaslılığı yoxlanılaraq müvafiq qərarlar qəbul olunmuşdur. Sənədlərinin əsaslılığı təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkimmütəxəssislərin Siyahısı” tərtib olunaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsində dərc edilmişdir. Sənədlərinin əsaslılığı təsdiq olunmadığından X7 adı sözügedən siyahıya daxil edilməmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq əmri ilə “Cərrahiyyə profili üzrə digər peşə ixtisas sahibləri tərəfindən ali ixtisas tibb təhsilinin tədris proqramlarına uyğun olaraq icrasına icazə verilən plastik cərrahiyyə sahəsinə aid əməliyyatların Siyahısı” təsdiq edilmişdir.
15. “Cərrahi ixtisaslar üzrə peşə hazırlığı keçmiş mütəxəssislər tərəfindən icrasına icazə verilən plastik əməliyyatların X1 İX buraxılışı üzrə” Siyahıdan görünür ki, İV. Umumi cərrahlar tərəfindən də ica edilə biləcək plastik cərahiyyə üzrə əməliyyatlar (Sadalanan əməliyyatlar törəmə səbəbindən aparılarsa, 2024-cü ilə qədər müvafiq təhsil almış və cərrahi profil üzrə fəaliyyət göstərən həkim-onkoloqlar tərəfindən də icra edilə bilər.): 86.83* Ölçü kiçildilməsi üzrə plastik əməliyyat Adipoz toxumasının reduksiyası abdominoplastika: qarın divarı (pendulous) əllər (“batwing”) sağrı budlar (troxanterik lipomatoz).
16. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-21/2- 12058/2024 saylı məktubundan görünür ki, Cavabdeh MMC-yə ünvan 1 ünvanında özəl tibb fəaliyyətinin plastik cərrahiyyə: plastik cərrahi işinin həyata keçirilməsi üçün 28 aprel 2022-ci il tarixli İN/L-29/2021/1 qeydiyyat nömrəli lisenziya əlavəsinin verilməsi ilə bağlı məlumat reyestrdə qeydə alınmışdır. Həmçinin bildiririk ki, özəl tibb müəssisələrində fəaliyyət göstərən həkimlər üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlavə lisenziyanın alınması nəzərdə tutulmamışdır.
17. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “Xəstənin razılıq forması” adlı ərizədən görünür ki, “mənə "X13" MMC-də (bundan sonra hospital adlandırılacaq) keçiriləcək əməliyyatın xəstənin həyati və sağlamlığı üçün riskləri, təhlükələri, əməliyyatdan sonra meydana gələ biləcək fəsadlar barədə xəbərdar edildim. Eyni zamanda müalicə həkiminin əməliyyatdan sonra müəyyən üzrlü səbəblərdən xəstənin səhhətini müayinə edə bilmədikdə, xəstənin müayinəsinin, zəruri hallarda müdaxilənin Hospitalda çalışan digər həkimlər tərəfindən aparılacağı barədə də mənə müfəssəl məlumatlar verildi. Mən öz iradəmlə bu əməliyyatın həyata keçirilməsinə razılıq verirəm. Əməliyyatın və göstərilən xidmətlərin nəticəsində həyat və sağlamlığım üçün təhlükəli vəziyyət yaranarsa, yaxud ölüm hadisəsi baş verərsə və bu hallar həkimin səhvi nəticəsində baş verməyibsə bütün (o cümlədən maddi və mənəvi) məsuliyyəti öz üzərimə götürürəm və hospitala ödənilən xidmət haqqının mənə geri ödənilməyəcəyini qəbul edirəm. Müqavilədə qeyd olunmayan əlavə tibbi xidmətlərin göstərilməsi zərurəti yaranarsa (müqavilədə nəzərdə tutulmuş yatış günündən əlavə yatış və ya əlavə cərrahi müdaxilə halları vəs) "Qiymət Cədvəli" əsasında müəyyənləşdiriləcək əlavə məbləği hospitala ödəmək öhdəliyini, eləcə də göstərilən tibbi xidmətlərin dəyəri İcbari Tibbi Sığorta haqqında qanunvericiliyə uyğun olaraq ödənilən məbləğdən artıq olduğu halda qalan məbləğin də ödənilməsini öz üzərimə götürürəm. Qeyd olunan hallar mənə aydın şəkildə izah edildikdən sonra öz iradəmlə qəbul etdiyimi imzamla təsdiq edirəm.”
18. Məhkəməyə iddiaçının Cavabdeh MMC-yə etdiyi ödənişlərlə bağlı çıxarışlar öz təsdiqini tapmışdır.
19. “Midistyle Hospitalı”n xx.xx.2024-cü il tarixli çıxarışınından görünür ki, iddiaçı “Döş qəfəsi KT” üçün 118 manat ödəniş edib.
20. “Stimul Hospital” tərəfindən tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, iddiaçı xx.xx.2024-cü ildə klinikada olub. Xəstəyə Abses və Hematomların drenaj oolunması əməliyyatı icra olunub. Bu əməliyyat üçün xəstə 1640 manat ödəniş edib.
21. Məhkəməyə iddiaçı tərəfindən iki ədəd disk təqdim edilmişdir.
Tərəflərin izahatları:
22. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia tələbinin mənəvi ziyanla bağlı hissəsinə münasibətdə qeyd edir ki, o, liposaksiya və popofilinq əməliyyatının icra olunmasını istəyib. Digər əməliyyat növünü istəməyib. O, əməliyyatdan sonra səhətində problemlər yarandığına görə işləyə bilməyib, işsiz qalıb. Ona həmin ərəfələrdə həm maddi, həm də mənəvi cəhətdən zərər dəyib. 20 gün ərzində ağciyərlərinə görə stasionar müalicə alıb, “Stimul” hospitalında əməliyyat olub, orada ödənişlər edib. İndiyə kimi ağrıyır, ciyəri kəsilib, indiyə kimi problemləri qalıb. Sağlam insan nəyə görə bu vəziyyətə düşməli idi. Hələ də ağrılar çəkir, onda bu proseslər davam edir. Liposaksiya əməliyyatında bədəndən piy götürülür. Həkim isə qabırğasını sındırıb. Bəlkə o, narkozda olanda onlar test etmək üçün onun üzərində özlərindən müxtəlif əməliyyatlar edib, bunun üçün də ondan istifadə ediblər. Əməliyyata daxil olmamışdan əvvəl narkoz həkimi ondan hansı əməliyyatları istədiyini soruşub, o, iki əməliyyatı istədiyini bildirib. Əməliyyatdan çıxandan sonra nəfəs ala bilmədiyini hiss edib. Sonradan ona məlum olub ki, qabırğasını sındırıb, çıxarıblar. Həkim istəmədiyi əməliyyatı üzərində icra edib. Əməliyyat üçün ödədiyi və əməliyyatdan sonra reanimasiya düşəndən sonra çəkilən müalicələr toplanıldıqda ümumi xərci təxminən 10000 manata yaxındır. O, bədənşəkilləndirmə əməliyyatı olunub. O, liposaksiya əməliyyatını, bədənindən yağın götürülməsini istəyib. O, kudzafi və ölçü kiçiltmə əməliyyatlarını sifariş etməyib, həmin əməliyyatları etməyə razılıq verməyib. Məhkəməyə bütün fakturalar təqdim edilib. O, çox yerdən maraqlanıb, həkim Elçin Ələsgərov estetik cərrah kimi əməliyyatı icra edə bilməzdi.
23. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçıya 25000 manat maddi ziyan, 20000 manat mənəvi ziyan dəyib. İddiaçı həm X8, həm də digər hospitallarda müalicə alıb. Müqavilənin birinci bəndində pasiyentin sifarişi üzrə məlumat blankı qeyd olunub. Həmin məlumat blankında pasiyent tibbi xidmətlərlə bağlı məlumatlandırılmalı, pasiyentin hansı əməliyyatı sifariş etdiyi göstərilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilmiş sorğuya cavaba əlavə olunmuş cərrahi ixtisaslar üzrə peşə hazırlığı keçmiş mütəxəssislər tərəfindən icrasına icazə verilən plastik əməliyyatların qeyd edildiyi X1 İX buraxılışı üzrə siyahıda olan 86.83*-a xüsusilə fikir verilməlidir. Həmin əməliyyatın xüsusi hazırlıq keçmiş cərrahlar tərəfindən icra edilə bilməsi göstərilib. Amma bütün bu sənədlər göstərir ki, üçüncü şəxsin bu sahə üzrə xüsusi hazırlığı və təhsili yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən bu da xüsusilə vurğulanılır. İkincisi, ola bilsin ki, iddiaçının qarbırğasını çıxarmayıblar, qeyd olunub ki, qarbırğasını sındırıblar. Qabırğalar sındırıldığına görə həmin sındırılmış qabırğaların bərpa edilməsi üçün kəsiklər ediblər. Hər hansı bir şəxs qabırğasının üzərində belə bir əməliyyat aparmaq üçün müraciət edə və belə bir sifariş verə bilməz. Məhkəmənin diqqətinə onu çatdırır ki, ola bilməzdi ki, iddiaçı əməliyyata gedən zaman sifariş blankına imza çəkməsin. Sifariş blankı olmalı, pasiyent oraya imza çəkməlidir. Hospital tərəfindən sifariş blankı təqdim olunmalı, əgər təqdim olunmursa, demək sifariş blankı gizlədilir. Cavabdeh MMC tərəfindən 10 dekabr 2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə göndərilmiş məktubda qeyd olunur ki, İddiaçı xx.xx.2023-cü il tarixində qarın nahiyyəsində piylənmə olması, dieta və idman üsulları vasitəsi ilə artıq piylərdən azad ola bilməməsi, qarın bölgəsində hamiləliklədən sonra qalan şişkinlik şikayətləri ilə Cavabdeh MMC-yə müraciət edib. İddiaçı müayinə olunduqdan sonra ona E66.9 “Dəqiqləşdirilməmiş piylənmə” diaqnozu qoyulub və müvafiq tibbi xidmətin göstərilməsi təmin edilib. Hesab edir ki, bu məktub artıq İddiaçı liposaksiya və popofilinq əməliyyatlarını sifariş etməsini, kudzafu əməliyyatını isə sifariş etməməsini sübut edir. Plastik əməliyyat icra etmək üçün həkimə sertifikat verilir. Təkrar ekspertizanın keçirilməsinə ehtiyac yoxdur. 3 əməliyyatdan biri iddiaçı tərəfindən sifariş edilməyib. Sorğulara daxil olmuş cavablardan məlum olur ki, Elçin Ələsgərov plastik cərrahiyyə ixtisası üzrə rezidentura təhsili almayıb. Təqdim edilmiş plastik cərrahiyyə üzrə sertifikat saxtadır. Çünki plastik cərrahiyyə ixtisası üzrə rezidentura təhsili olmayan həkimə sertifikat verilə bilməz. Rezidentura təhsili alan zaman ümumi cərrahiyyə və plastik cərrahiyyə fərqli fənlər üzrə həyata keçirilir. Təhsil alma müddəti də tamamilə başqadır. Hesab edir ki, Elçin Ələsgərovun müvafiq əməliyyatı etməyə səlahiyyəti olmayıb. İnternet resurslarında olan məlumatlarda da Elçin Ələsgərovun əməliyyat etdiyi bir çox şəxslərin vəfat etməsi görünür. Tərəflər arasında bağlanmış müqavilənin predmetində iddiaçının sifarişi, hansı məqsədlə hospitala müraciət etməsi göstərilməli, həmçinin məlumat blankı məhkəməyə təqdim edilməli idi. Cavabdeh məhkəməyə təqdim etmiş ərizələrində İddiaçı xx.xx.2023-cü il tarixində qarın nahiyyəsində piylənmə olması, dieta və idman üsulları vasitəsi ilə artıq piylərdən azad ola bilməməsi, qarın bölgəsində hamiləliklədən sonra qalan şişkinlik şikayətləri ilə Cavabdeh MMC-yə müraciət etməsi, ona müayinə olunduqdan sonra ona E66.9 “Dəqiqləşdirilməmiş piylənmə” diaqnozu qoyulduğu və müvafiq tibbi xidmətin göstərilməsi təmin edildiyi, digər bir ərizələrində isə iddiaçıya “Liposaksiya, lipofilinq və Kudzafu üsulu ilə Xİ-Xİİ cüt qabırğaların sızılması” cərrahiyyə əməliyyatları icra edildiyi qeyd edilib. İddiaçının sonradan əmələ gələn xəstəlikləri əməliyyat nəticəsində əmələ gəlib. İddiaçıya sifariş etmədiyi əməliyyat edilib və həkimin əməliyyatı icra etmək üçün səlahiyyətləri olmayıb.
24. Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsinə etiraz etməmiş, iddia tələbinin rədd edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə işə cavabdehin nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
25. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 nümayəndəsi və vəkili Vəkil2 etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, X15 hazırda fəaliyyət göstərir. Əlavə sübutları yoxdur. Etiraz ekspert rəyinə əsasən tərtib edilib.
26. Məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil3 etirazın dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ona məlumat blankının Cavabdeh MMC-də olmadığı, Cavabdeh MMC tərəfindən məhkəmə sorğularına cavab olaraq bütün sənədlərin göndərildiyi bildirilib. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən plastik əməliyyat icra etmək üçün Hospitala lizenziya verilir, həkimə isə lisenziya verilmir. Kudzafu əməliyyatında qabırğa çıxarılmır, qabırğa sıxılır. Əməliyyat zamanı klinika tərəfindən heç bir səhiyyə qaydası pozulmayıb. Ekspert rəylərindən də görünür ki, əməliyyat təlimata uyğun keçirilib.
Məhkəmə baxışının hədləri:
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur;
İşin faktiki halı:
30. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh MMC-də həkim X15 tərəfindən xx.xx.2023-cü ildə əməliyyat icra olunmuşdur. İddiaçıya həkim tərəfindən müayinədən sonra "Qarının ön divarının izafi piy yastığı" diaqnozu qoyulub. xx.xx.2023-cü il tarixində əməliyyat icra olunduqdan sonra xx.xx.2023-cü il tarixində kafi vəziyyətdə evə buraxılıb. Hazırda iddiaçı ona yanlış liposaksiya əməliyyatı icra olunduğuna və əməliyyat zamanı ağ ciyərinin zədələndiyinə, nəticədə iş qabiliyyətini itirərək əmək fəaliyyətini dayandırdığına, əməliyyatdan əvvəl ödəniş zamanı “Hospital” tərəfindən ona ödəniş qəbzi verilməməsinə, əməliyyatı icra edən həkim Elçin Ələskərovun ona sübut kimi qəbz yazıb verdiyinə, yanlış icra olunmuş əməliyyat nəticəsində ona 25000 (iyirmi beş min) manat məbləğində maddi ziyan, eyni zamanda bu hadisədən sonra psixoloji, nevroloji sarsıntı keçirərək mənəvi ziyan çəkdiyinə istinad edərək, məhkəmədən 25000 manat maddi, 20000 manat mənəvi ziyanın cavabdehdən tutulularaq ona ödənilməsini xahiş etmişdir.
Məhkəmənin mövqeyi:
31. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.
32. İddiaçının müraciəti əsasən Bakı şəhəri Nzami rayon prokurorluğundan araşdırma aparılmış, ekspertizalar təyin edilmiş, lakin araşdırma nəticəsində İddiaçı “Məlhəm” Beynəlxalq Hospitalı”nın həkim plastik-cərrahı Elçin Ələsgərov tərəfindən düzgün əməliyyat olunmaması barədə müraciəti əsasında toplanmış material üzrə cinayət hadisəsinin əlamətləri müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-in 39.1.1ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir.
33. Yaranmış anlaşmazlığın ədalətli həlli məqsədi ilə məhkəmə tərəfindən tibbi ekspertiza təyin edilmişdir.
34. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X14” X18 802/KEŞ saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, 1977-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1. İddiaçı üzərində xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-də “Liposaksiya, lipofilinq və Kudzafu üsulu ilə Xİ-Xİİ cüt qabırğaların sıxılması” cərrahiyyə əməliyyatları icra edilmişdir. Əməliyyatdan sonra xx.xx.2023-cü il tarixdə xəstədə sol tərəfli tənəffüs çətinliyi qeyd edilmiş və aparılmış KT müayinəsinə əsasən, onda sol plevranın ən geniş yerində 80 mm ölçüdə qatı plevral maye qeyd edilmişdir. Bununla əlaqədar xəstəyə “Bilau” drenajı qoyulmuşdur. Adekvat müalicələr təyinat üzrə davam etdirilmiş və xx.xx.2023-cü il tarixdə xəstəyə müvafiq məsləhətlər verilərək kafi vəziyyətdə evə yazılmlşdır. İddiaçı aparılmış rentgenoloji və torakal kontrastlı KT müayinələri zamanı sol ağciyər payının ən geniş yerində 60 mm ölçüdə plevral mayenin olduğu qeyd edilmişdir. xx.xx.2024-cü il tarixdə xəstəyə “Stimul Hospitat”da “Soltərəfii torakotomiya. Laxtanın təmizlənməsi. Sol ağciyərin dekortikasiyası” cərrahiyyə əməliyyatı aparılmışdır. Qeyd olunanları nəzərə alaraq, ilkin müdaxilədən sonra təkrar formalaşmış plevral maye iltihab xarakterli olmuş və “Bilau” drenajın vaxtından əvvəl çıxarılması ilə iltihabi prosesin inkişafı arasında səbəbli əlaqəsinin olması istisna edilir. Təkrar formalaşmış plevral maye orqanizmin müqavimət funksiyasından asılı olaraq hər hansı bir infeksion prosesin inkişafı nəticəsində yarana bilərdi. 2.4. İddiaçı müəyyən olunan ağciyər toxumasının kompressiv atelektazı və soltərəfii idiopatik mənşəli eksudativ plevritin əmələ gəlməsi aparılmış “Liposaksiya və popofilinq” cərrahiyyə əməliyyatları nəticəsində deyil, yenidən formalaşmış iltihabla əlaqədar olaraq meydana çıxmışdır. 3. İddiaçı üzərində xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-də “Liposaksiya, lipofilinq və Kudzafu üsulu ilə Xİ-Xİİ cüt qabırğaların sıxılması” cərrahiyyə əməliyyatları icra edilmişdir. KT müayinəsi zamanı hər iki tərəfdə Xİ qabırğa səviyyəsində posterior qövsündə minimal yerdəyişməli sınığın olduğu qeyd edilmişdir. Bu da Kudzafu üsulu ilə Xİ-Xİİ cüt qabırğaların sıxılması nəticəsində baş verə bilər və adıçəkilən əməliyyatlarda rast gəlinir. 5.6. İddiaçı üzərində xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-də aparılmış “Liposaksiya və popofilinq” əməliyyatlarından sonra xx.xx.2024-cü il tarixdə ona X3 İnstitutunda “Soltərəfii laxtalanmış hemotoraks” diaqnozu təyin edilmişdir. Soltərəfii laxtalanmış hemotoraks iltihab mənşəli olmuş və yenidən formalaşmışdır. Bunun da aparılmış “Liposaksiya və popofilinq” əməliyyatı ilə səbəbli əlaqəsinin olması istisna edilir. 7.İddiaçı üzərində Cavabdehda “Liposaksiya, lipofilinq və Kudzafu üsulu ilə Xİ-Xİİ cüt qabırğaların sıxılması” cərrahiyyə əməliyyatları icra edilmişdir. Əməliyyatlar taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. 8. İddiaçı üzərində icra edilmiş “Liposaksiya, lipofilinq və Kudzafu üsulu ilə Xİ-Xİİ cüt qabırğaların sıxılması” cərrahiyyə əməliyyatlarından sonra onda sol tərəfli hemotoraks qeyd edilmiş, yəni qabırğaarası nahiyəyə qan yığılmışdır. Qanın yığılması toxuma xüsusiyyətlərindən asılı olaraq bu tip əməliyyatlarda rast gəlinə bilir. Aparılmış kompyüter tomoqrafiya müayinələrində ağciyərin zədələnməsi qeyd edilməmişdir. 9. İddiaçı “Ağciyərlərin respirator distres sindromu” olması haqqında tibbi sənədlərdə hər hansı bir qeydiyyat yoxdur. Lakin ümumilikdə ağciyərlərin respirator distres sindromu ağciyərlərin müxtəlif xəstəlikləri nəticəsində inkişaf edə bilər. 10. İddiaçı spirtli içki qəbulu və ya siqaret çəkməsinin təyini məhkəmə-tibbi ekspeıt komissiyasının səlahiyyətlərinə aid deyil. Ziyanlı vərdişlərin aludəçisi olan şəxsin üzərində “Liposaksiya, lipofılinq və Kudzafu üsulu ilə Xİ- Xİİ cüt qabırğaların sıxılması” əməliyyatlarının aparılıb-aparılmaması müalicə həkimi tərəfindən müəyyənləşdirilir.
34. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
36. Bundan əlavə olaraq, iş üzrə mübahisə doğuran hallardan biridə iddiaçının Cavabdeh MMC-də “Liposaksiya, lipofilinq” əməliyyatlarının sifarif verdiyi, lakin ona həmçinin “Kudzafu üsulu ilə Xİ-Xİİ cüt qabırğaların sıxılması” cərrahiyyə əməliyyatının da icra olunduğu və X7 müvafiq əməliyyatları icra etməsi üçün səlahiyyətlərinin olmaması halı olmuşdur.
37. Məhkəmə qeyd edir ki, tərəflər arasında xx.xx.2023-cü ildə “Tibbi xidmətlərin göstərilməsi barədə” müqavilə imzalanmış və iddiaçı “Xəstənin razılıq forması” adlı sənədi imzalayaraq, hospitala təqdim etmişdir. Həmin sənədə əsasən ona "X13" MMC-də keçiriləcək əməliyyatın xəstənin həyati və sağlamlığı üçün riskləri, təhlükələri, əməliyyatdan sonra meydana gələ biləcək fəsadlar barədə xəbərdar edilməsi, eyni zamanda müalicə həkiminin əməliyyatdan sonra müəyyən üzrlü səbəblərdən xəstənin səhhətini müayinə edə bilmədikdə, xəstənin müayinəsinin, zəruri hallarda müdaxilənin Hospitalda çalışan digər həkimlər tərəfindən aparılacağı barədə də ona müfəssəl məlumatlar verildiyi, o, öz iradəsi ilə bu əməliyyatın həyata keçirilməsinə razılıq verməsi, əməliyyatın və göstərilən xidmətlərin nəticəsində həyat və sağlamlığı üçün təhlükəli vəziyyət yaranarsa, yaxud ölüm hadisəsi baş verərsə və bu hallar həkimin səhvi nəticəsində baş verməyibsə bütün (o cümlədən maddi və mənəvi) məsuliyyəti öz üzərinə götürürməsi və hospitala ödənilən xidmət haqqının ona geri ödənilməyəcəyini qəbul etməsi və s. barədə razılıq vermişdir.
38. Bu səbəbdən məhkəmə iddiaçının ona yanlış əməliyyat edildiyi barədə dəlillərini əsassız hesab edir.
39. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3- 28/2-9801/2024 saylı məktubuna əsasən 2017-ci ildə ümumi cərrahiyyə ixtisası üzrə rezidentura təhsilini bitirmiş X7 təyinatı Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri X2 və Rekonstruktiv Cərrahiyyə klinikasına verilmişdir. X15 xx.xx.2022-ci il tarixində sertifikasiyadan keçmişdir. Ona verilən AH 047463 nömrəli “Plastik cərrahiyyə” ixtisası üzrə sertifikasiya şəhadətnaməsi xx.xx.2027-ci ilədək qüvvədədir. Belə ki, AH № 047463 saylı “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən” Sertifikasiya Şəhadətnaməsindən görünür ki, X15 xx.xx.2022-ci il tarixində Həkimlrin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində Plastik cərahiyyə ixtisası üzrə praktiki fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Bundan başqa, “Cərrahi ixtisaslar üzrə peşə hazırlığı keçmiş mütəxəssislər tərəfindən icrasına icazə verilən plastik əməliyyatların X1 İX buraxılışı üzrə” Siyahıdan görünür ki, İV. Umumi cərrahlar tərəfindən də ica edilə biləcək plastik cərahiyyə üzrə əməliyyatlar (Sadalanan əməliyyatlar törəmə səbəbindən aparılarsa, 2024-cü ilə qədər müvafiq təhsil almış və cərrahi profil üzrə fəaliyyət göstərən həkim-onkoloqlar tərəfindən də icra edilə bilər.): 86.83* Ölçü kiçildilməsi üzrə plastik əməliyyat Adipoz toxumasının reduksiyası abdominoplastika: qarın divarı (pendulous) əllər (“batwing”) sağrı budlar (troxanterik lipomatoz).
40. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X7 "X13" MMC-də iddiaçıya “Liposaksiya, lipofilinq və Kudzafu üsulu ilə Xİ-Xİİ cüt qabırğaların sıxılması” cərrahiyyə əməliyyatları icra etməsi üçün səlahiyyətli olmuşdur.
41. Məhkəmə qeyd edir ki, ekspert rəyinə əsasən cərrahiyyə əməliyyatlarından sonra iddiaçıda sol tərəfli hemotoraks qeyd edilib, yəni qabırğaarası nahiyəyə qan yığılıb, qanın yığılması toxuma xüsusiyyətlərindən asılı olaraq bu tip əməliyyatlarda rast gəlinə bilir. Aparılmış kompyüter tomoqrafiya müayinələrində ağciyərin zədələnməsi qeyd edilməyib. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfin əməllərində hər hansı bir qanun pozuntusu aşkarlanmamış, iddiaçıya “Liposaksiya, lipofilinq və Kudzafu üsulu ilə Xİ-Xİİ cüt qabırğaların sıxılması” cərrahiyyə əməliyyatları Səhiyyə sistemində mövcud klinik protokolların tələblərinə uyğun olmuşdur.
42. Qeyd edilməlidir ki, iddiaçı ona 25000 manat məbləğində maddi ziyan dəydiyini qeyd etsə də, iş materialları ilə onun müvafiq əməliyyatın icra olunması üçün 700 manat, müayinəsi və yoxlanışlarla bağlı müxtəlif məbləğlərdə ödənişlər etməsi müəyyən edilsə də, həmin məbləğ tamamilə öz təsdiqini tapmışdir.
43. Belə ki, məhkəmə araşdırması zamanı Cavabdeh MMC-nin Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçı maddi ziyan vurulması halı müəyyən edilməmiş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmamışdır.
44. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublıkasının Qanununun 25-ci maddəsinə əsasən, Hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir. Vətəndaş onun sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlərlə bilavasitə tanış olmaq və onlarla bağlı başqa mütəxəssislərdən məsləhət almaq hüququna malikdir.
45. Hazırkı halda da iddiaçı Cavabdeh MMC-də ona icra ediləcək əmliyyatlar və nəticələrinə dair məlumatlandırılmış, məhkəməyə xx.xx.2023-cü ildə “Tibbi xidmətlərin göstərilməsi barədə” müqavilə və iddiaçı tərəfindən imzalanmış “Xəstənin razılıq forması” adlı sənəd təqdim edilmişdir. Belə ki, iddiaçıya Cavabdeh MMC-də “Liposaksiya, lipofilinq və Kudzafu üsulu ilə Xİ-Xİİ cüt qabırğaların sıxılması” cərrahiyyə əməliyyatları taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmiş və xx.xx.2023-cü il tarixində kafi vəziyyətdə evə buraxılmışdır. Əməliyyatlarından sonra xx.xx.2024-cü il tarixdə ona X3 İnstitutunda “Soltərəfii laxtalanmış hemotoraks” diaqnozu təyin edilmiş, Soltərəfii laxtalanmış hemotoraks iltihab mənşəli olmuş və yenidən formalaşmışdır. Bunun da aparılmış əməliyyatı ilə səbəbli əlaqəsinin olması müəyyən edilməmişdir.
46. Nəticədə məhkəmə araşdırması zamanı iddia tələbində qeyd edildiyi kimi İddiaçı iddia ərizəsində qeyd etdiklərini öz təsdiqini tapmamış, onun əməliyyatı düzgün, normativ normalar əsasında, səhiyyə sistemində mövcud olan protokollara uyğun aparılmışdır. İddiaçı tərəf isə qeyd edilən halı təkzib edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
47. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
46. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68)
47. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
48. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbini qeyd olunan hallara münasibətdə sübut edə bilməmiş və onun iddia ərizəsində göstərdiyi faktlar öz təsdiqini tapmamışdır.
49. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh MMC-yə qarşı “ona vurulmuş 25000 (iyrimi beş min) manat məbləğində maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
50. Məhkəmə iddia tələbinin ikinci, yəni “dəymiş mənəvi ziyana görə 20000 manat pulun cavabdehdən tutulmasına” münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
51. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəlləin 21 və 23cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.
52. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.
53. Həmin Qərarın 8-ci bəndi ilə Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda ödənilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
54. Göründüyü kimi, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir.
55. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-1097-ci maddələrinin tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməlin hüquqazidd olmalıdır; ikincisi-törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü-mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır.
56. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
57. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənəvi ziyana görə 20000 manat pulun ödənilməsi” tələbinə dair iddiası təmin edilməlidir.
Nəticə:
58. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 cəlb edilməklə Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
Məhkəmə xərcləri:
59. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
60. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli olmadığından, iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 cəlb edilməklə Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədirlik edən: Qumru Əliyeva