Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1142/2022 13.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndələri X3 və X5, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı "xxxx" tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “pul” tələbinə dair qarşılıqlı iddiaları ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı "xxxx" tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhərinin baş planına əsasən paytaxtın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev metrostansiyası yaxınlığında ötən əsrin 40-50-ci illərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, yararsız binaların da sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. Buna görə də Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 15 Aprel 2014-cü il tarixli 161 saylı sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.ünvan 3də torpaq sahəsi İddiaçı MTK-nın istifadəsinə verilib. Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev 2 (B.Çobanzadə 2) ünvandakı 14 mənzilli üçmərtəbəli bina Bakı Şəhər İcra Hakimiyyəti Başçısının qeyd olunan sərəncamı ilə İddiaçı MTK-ya ayrılmış torpaq sahəsində yerləşir. Həmin yaşayış binası 20-ci əsrin 50-ci illərində tikilib, köhnə və istifadəyə yararsızdır, binanın istismar müddəti bitib, qəzalı vəziyyətdədir, binada yaşamaq, fəaliyyət göstərmək həyat və səhhət üçün təhlükəlidir, o, hər an uça və bədbəxt hadisələr törədə bilər. Bu barədə 11 fevral 2016-cı il tarixli akt tərtib edilib. İddiaçı MTK-nın qeyd edilən sərəncamının icrası ilə bağlı Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.ünvan 3də mövcud yaşayış və qeyri-yaşayış tikililərinin dəyərinin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi işlərini həyata keçirərək binadakı yaşayış sahələrinin, o cümlədən qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri ilə razılıq əldə edərək onların yaşayış və qeyri-yaşayış sahələrinin əvəzləşdirilməklə sakinlərin köçürülməsini həyata keçirir. İddiaçı MTK ilə cavabdeh arasında da 27 iyul 2021-ci il tarixli müqavilə bağlanılıb. Həmin müqaviləyə əsasən, cavabdehin istifadəsində olmuş Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 2 nömrəli binanın yarım zirzəmi mərtəbəsinin bir hissəsində ümumi sahəsi 78,2 kv.m olan qeyri-yaşayış sahəsinin əvəzinə, MTK-nın Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.ünvan 3 ünvanda inşa edəcəyi 4 saylı binanın 1-ci mərtəbəsindəki ümumi sahəsi 85.68 kv.m qeyri-yaşayış sahəsini tikilib cavabdehə verilməsi nəzərdə tutulub. Müqavilənin 1.2-ci bəndinə əsasən 85,68 kv.m qeyri-yaşayış sahəsini təmirli vəziyyətdə cavabdehə təhvil verilməsi göstərilib. Müqavilənin 1.3-cü bəndində isə qeyri-yaşayış sahənin boşaldılması ilə əlaqədar cavabdehə köçdüyü vaxtdan başlayaraq yeni qeyri-yaşayış sahəsi təhvil verilənədək hər ay 400 (dörd yüz) manat olmaqla kirayə haqqı ödənilməsi qeyd edilib. Müqavilədə qeyri-yaşayış sahəsinin təmirli vəziyyətdə cavabdehə təhvil verilməsi texniki səhvə yol verilməklə yazılıb. Belə ki, iddiaçı ilə cavabdeh arasında yeni tikilən binada cavabdehə ayrılan sahənin iddiaçı tərəfindən təmir edilməsi barədə razılaşma olmayıb. Eyni zamanda boşaldılan qeyriyaşayış sahəsinə görə kirayə haqqı ödənilməsi mümkün deyil. Belə ki, kirayə haqqı yalnız söküləcək binadan köçürülmüş yaşayış sahələrinin sahiblərinə verilə bilər. Cavabdeh isə qeyri-yaşayış sahəsində yaşamadığından ona yeni qeyri-yaşayış sahəsi tikilənədək kirayə haqqının ödənilməsi mümkün deyil. Göstərilənlərlə əlaqədar iddiaçı tərəfindən cavabdehə bildiriş göndərilərək 27 iyul 2021-ci il tarixli müqavilənin “1.2-ci bəndi “Mülkiyyətçi”nin istifadəsində olan qeyri-yaşayış sahəsinin əvəzinə “Kooperativ” həmin ünvanda inşa edəcəyi 4 saylı binanın 1-ci mərtəbəsindəki ümumi sahəsi 85,68 kv.m qeyri-yaşayış sahəsini “Mülkiyyətçi”yə təhvil verir.” Redaksiyasında verilməsi, 1.3-cü bəndin çıxarılması təklif edilib. Cavabdeh xx.xx.2021-ci il tarixdə iddiaçıya yazılı cavabında bildirib ki, 27 iyul 2021-ci il tarixli müqavilədə hər hansı bir texniki səhv baş verməyib, müqavilə tərəflər arasında olan razılaşmaya əsasən bağlanıb, müqavilənin şərtlərinin dəyişdirilməsinə etiraz edərək qəbul etmir və müqavilə öhdəliklərinin icra edilməsini xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 482 saylı qərarına əsasən Bakı şəhərində mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsi, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsi nəzərdə tutulub. Buna görə də, iddiaçı ilə cavabdeh arasında bağlanmış 27 iyul 2021-ci il tarixli müqavilənin 1.2-ci Mülkiyyətçinin istifadəsində olan qeyri-yaşayış sahəsinin əvəzinə “Kooperativ” həmin ünvanda inşa edəcəyi 4 saylı binanın 1-ci mərtəbəsindəki ümumi sahəsi 85,68 kv.m qeyriyaşayış sahəsini “Mülkiyyətçiyə təhvil verir.”, kimi qeyd edilməsi, müqavilə mətnindən 1.3cü bəndin çıxarılması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə baxışı zamanı ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçı ilə cavabdeh arasında notarial qaydada təsdiq olunmaqla bağlanmış 27 iyul 2021-ci il tarixli müqavilənin 2.1-ci bəndinin “Müqavilə üzrə tərəf, Cavabdeh xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsini boşaldaraq, əmlakın hüquqmüəyyənedici sənədi ilə birlikdə İddiaçı Mənzil Tikinti Kooperativinə təhvil verməyi, İddiaçı Mənzil Tikinti Kooperativi isə bunun müqabilində Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.ünvan 3də inşa edilən 4 saylı binanın, yarı zirzəmi mərtəbəsindəki, ümumi sahəsi 85.68 kv.m qeyri-yaşayış sahəsini Cavabdeh mülkiyyətinə verməyi.” kimi göstərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı mübahisənin həqiqi hallarını təhrif etməklə tamamilə əsassız tələblər irəli sürmüşdür. Belə ki, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən 2 nömrəli binanın yarım zirzəmi mərtəbəsinin bir hissəsində ümumi sahəsi 78,2 kv.m olan qeyri-yaşayış sahəsi onun müllkiyyətində olub. Həmin ərazidə cavabdeh təşkilat tərəfindən hündür mərtəbəli yaşayış binalarının tikilməsi ilə bağlı onlara 2021-ci ilin əvvəllərində müraciət olunmuşdur və həmin qeyri-yaşayış sahəsinin onlara təhvil verilməsi müqabilində cavabdeh İddiaçı Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.ünvan 4 ünvanda inşa edəcəyi 4 saylı binanın 1-ci mərtəbəsində ümumi sahəsi 85,68 kv.m qeyriyaşayış sahəsinin təmirli şəkildə ona təhvil veriləcəyini və həmin qeyri-yaşayış sahəsi ona təhvil verilənə qədər kirayə haqqı qismində aylıq 400 manat məbləğində kompensasiyanın ona ödəniləcəyi ilə bağlı razılaşma əldə olunmuşdur, daha sonra cavabdehin özünün təklifi ilə həmin şifahi razılaşma 27 iyul 2021-ci ildə Bakı şəhəri 50 saylı Notariat ofisində müqavilə şəklində bağlanmış və qeyd edilən müqavilə üzrə cavabdeh bu öhdəliyi öz üzərinə götürmüşdür. Bu müqavilənin 2.1-ci bəndinə əsasən xüsusi mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 78.2 kv.m olan qeyri-yaşayış sahəsini boşaldaraq, əmlakın hüquq müəyyənedici sənədi ilə birlikdə İddiaçı Mənzil Tikinti Kooperativinə təhvil verməyi, İddiaçı Mənzil Tikinti Kooperativi isə bunun müqabilində, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsində yerləşən 2532-ci məhəllədə inşa edilən 4 saylı binanın, 1-ci mərtəbəsindəki, ümumi sahəsi 85.68 kv.m olan qeyri-yaşayış sahəsini təmirli vəziyyətdə onun mulkiyyətinə verməyi, eyni zamanda onu yeni qeyri-yaşayış sahəsi ilə təmin edilənədək kirayə haqqı qismində, hər ay 400 manat məbləğində kompensasiya ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh təşkilat bu günə qədər müqavilənin 2.1-ci bəndində göstərilən bu öhdəliyini icra etməmiş və tərəfindən pretenziya ilə müraciət edilməsinə baxmayaraq icra etməkdən qəsdən yayınır. Bununla bağlı həmin müqavilənin 2.1-ci bəndinin icrası ilə bağlı onun tərəfindən cavabdeh təşkilata 2022-ci ilin fevral ayında pretenziya ilə müraciət edilmiş, lakin cavabdeh tərəfindən ona har hansı bir cavab verilməmişdir. Odur ki, hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, cavabdeh təşkilatla aralarında bağlanmış 27 iyul 2022-ci il tarixli, 3M-660 nömrəli müqavilənin 2.1-ci bəndinin tələblərini pozmuş, öhdəliklərini icra etməmişdir və bununla bağlı bugünkü günə ona 2800 manat borcu yaranmışdır. Bundan əlavə, cavabdehin müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəliklərini icra etməməsi və qəsdən icra etməməsi, cavabdehin müqavilənin bu şərtini gələcəkdə də icra etməməsinə dair onda əsaslı şübhələr yaratmışdır. Buna görə də, cavabdehlə aralarında Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmış 27 iyul 2022-ci il tarixli, 3M-660 nömrəli müqaviləyə əsasən cavabdehin bugünə qədər yaranmış 2800 manat borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, həmin müqavilənin 2.1-ci bəndində göstərilən Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsində yerləşən 2532-ci məhəllədə inşa edilən 4 saylı binanın, 1-ci mərtəbəsindəki, ümumi sahəsi 85.68 kv.m olan qeyri-yaşayış sahəsinin təmirli vəziyyətdə iddiaçının mulkiyyətinə verənə qədər aylıq kirayə haqqı qismində 400 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 25 may 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin vəkili və nümayəndəsi Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, tərəflər arasında Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmış 27 iyul 2022-ci il tarixli, 3M-660 nömrəli müqaviləyə əsasən cavabdehin bugünə qədər yaranmış 4000 manat borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, həmin müqavilənin 2.1-ci bəndində göstərilən Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsində yerləşən 2532-ci məhəllədə inşa edilən 4 saylı binanın, 1-ci mərtəbəsindəki, ümumi sahəsi 85.68 kv.m olan qeyri-yaşayış sahəsinin təmirli vəziyyətdə iddiaçının mulkiyyətinə verənə qədər aylıq kirayə haqqı qismində 400 manat məbləğində pulun cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X6 və iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyib, ərizənin dəlillərinə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, onlar qarşı tərəfə barışıq təklif etmişlər. Bundan əlavə, MTK kirayə haqqını yalnız yaşayış sahəsindən köçürülmüş sakinlərə verir. Qeyri-yaşayış sahəsi isə icarəyə verilməyib. Qarşı tərəf oradan gəlir əldə etmirdi. Ümumiyyətlə qeri-yaşayış sahəsi təmirli ola bilməz, çünki nə kimi fəaliyyət göstərəcəyi əvvəlcədən məlum olmur. İlkin iddianın təmin olunmasını, qarşılıqlı iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X7 və X6 iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etmədikləini, ərizənin dəlillərinə uyğun izahat verdi və ilkin iddianın təmin olunmasını, qarşılıqlı iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdehin vəkili və nümayəndəsi Vəkil qarşılıqlı iddianı müdafiə edib, ilkin iddianı isə qəbul etməyib, ərizənin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, MTK tərəfindən onlara edilən təklifə barışıq demək olmaz. Çünki, MTK öz mənafeyinə və özünə uyğun şərtlərlə barışıq təklif edir. Vətəndaşın istəkləri isə nəzərə alınmır. Hazırkı mərhələdə barışıq yoxdur. Tərəflər arasında 2 müqavilə var, biri tərəflərin öz aralarında bağladıqları müqavilədir, digəri isə notariusda bağlanan müqavilədir. Birinci müqavilədə əgər texniki səhv olmuş olsa idi notarial qaydada təsdiq olunmuş müqavilədə düəliş edərdilər, lakin hər iki müqavilə eyni məzmunludur. Tərəflər müqavilədəki şərtlərlə razılaşıblar, sadəcə bina sökülüb artıq indi qarşı tərəf öhdəliklərini yerinə yetirmək istəmir. İlkin iddianın rədd olunmasını, qarşılıqlı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 15 aprel 2014-cü il tarixli, 161 saylı sərəncamının surətindən görünür ki, İddiaçı Mənzil Tikinti Kooperativinin 04 mart 2014-cü il tarixli, 06 saylı müraciətini nəzərə alaraq, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532-ci məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin kooperativin istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsinin qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilməsi İddiaçı Mənzil Tikinti Kooperativinə tapşırılmışdır. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X1 Ekspertiza Baş İdarəsinin 11 yanvar 2021-ci il tarixli, 30754 saylı rəyindən görünür ki, ekspertlər İddiaçı MTK üçün ayrılmış Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532-ci məhəllədə yaşayış binaları üzrə tikinti layihələri ilə razı olduqları barədə rəy vermişlər. - Yaşayış evinə keçirilən texniki baxış haqqında 11 fevral 2016-cı il tarixli aktın surətindən görünür ki, sözügedən ünvanda komissiyanın iştirakı ilə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, bina 1950-ci ildə inşa olunmuşdur, 2 mərtəbəlidir, binada 14 mənzil mövcuddur. Binanın bünövrəsi dəmir-beton lentvaridir, divarlarda bəzi hissələrdə çatlar var, pilləkən qəfəsinin yükdaşıyıcı konstruksiyalarında aşınmalar var, karniz elementləri qəzalı vəziyyətdədir, dam örtüyünün texniki vəziyyəti qeyriqənaətbəxşdir, binanın istismar müddəti bitib, şəhərsalma və tikinti normalarına cavab vermir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən 78.2 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi Cavabdeh tam payda xüsusi mülkiyyətindədir. - Bakı şəhəri 50 saylı notariat ofisində İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmaqla reyestrdə 3M-660 nömrə ilə qeyd edilmiş 27 iyul 2021-ci il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən tərəflər, İddiaçı MTK tərəfindən Bakı şəhəri İcra Hakimiyyətinin 15 aprel 2014-cü il tarixli 161 saylı sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532-ci məhəllədə tikiləcək çoxmərtəbəli yaşayış binasının inşa edildiyi ərazidə yerləşən, Cavabdeh xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin əvəzinə yeni tikilən yaşayış binasında qeyri-yaşayış sahəsi verilməsi şərti ilə boşaltdıraraq sökülməsi və müvafiq dövlət qeydiyyatının ləğv edilməsi barədə razılığa gəldilər. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, müqavilə üzrə tərəf Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 78.2 kv.m olan qeyri-yaşayış sahəsini boşaldaraq, əmlakın hüquqmüəyyənedici sənədi ilə birlikdə İddiaçı MTK-ya təhvil verməyi, İddiaçı MTK isə bunun müqabilində Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsində yerləşən 2532-ci məhəllədə inşa edilən 4 saylı binanın, 1-ci mərtəbəsindəki, ümumi sahəsi 85.68 kv.m olan qeyri-yaşayış sahəsini təmirli vəziyyətdə Cavabdeh mülkiyyətinə verməyi, eyni zamanda Cavabdeh yeni yaşayış sahəsi ilə təmin edilənədək kirayə haqqı qismində hər ay 400 manat məbləğində kompensasiya ödəməyi öhdəsinə götürür. Müqavilə tərəflərinə onların hüququ və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2021-ci il tarixli müqaviləyə dəyişiklik edilməsi barədə bildirişdən görünür ki, İddiaçı MTK-nın sədri Cavabdeh ünvanlandığı bildirişdə notarial qaydada bağlanmış müqavilədə qeyri-yaşayış sahəsinin təmirli vəziyyətdə verilməsi və hər ay 400 manat kirayə haqqının səhvən qeyd olunduğunu bildirərək, müqavilənin mətnində dəyişiklik edilməsini təklif etmişdir. - xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh İddiaçı MTK-nın müqaviləyə dəyişiklik edilməsi ilə bağlı təklifinə cavab olaraq qeyd etmişdir ki, bildirişdə qeyd olunan müqavilənin bəndlərində hər hansı texniki səhv baş verməmiş, müqavilə tərəflərin arasında olan razılaşmaya əsasın bağlanmış, hər hansı səhv olmadığından müqavilənin şərtlərinin dəyişdirilməsinə etiraz etdiyini bildirmiş və müqavilə öhdəliklərinin İddiaçı MTK tərəfindən icra edilməsini xahiş etmişdir. - xx.xx.2022-ci il tarixli Pretenziyadan görünür ki, Cavabdeh “Orbita MTK”-ya həmin tarixdə ünvanlandığı məktubda tərəflər arasında bağlanmış müqavilənin 2.4-cü bəndinə əsasən hazırki pretenziya ilə MTK-ya müraciət etdiyini, müqavilənin 1.3-cü bəndinin icra edilməsini və müqavilə üzrə aylıq 400 manat məbləğində pulun və cari tarixədək ödənilməmiş ümumilikdə 2800 manat (7 ay x 400=2800) məbləğində pulun pretenziyanın alındığı gündən 3 gün müddətində ona ödənilməsini xahiş etmiş, əks halda hüquqlarının müdafiəsi üçün müqavilənin 1.10-cu bəndinə əsasən məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh mülkiyyətindəki ünvan 7 ünvanında olan qeyri-yaşayış sahəsinin yerləşdiyi, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532-ci məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin kooperativin istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsinin qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilməsi İddiaçı Mənzil Tikinti Kooperativinə tapşırılmışdır. Bundan sonra, qeyd olunan ünvanda yerləşən yaşayış evinə komissiyanın iştirakı ilə keçirilmiş baxış zamanı binanın divarlarında bəzi hissələrdə çatların olması, pilləkən qəfəsinin yükdaşıyıcı konstruksiyalarında aşınmaların olması, karniz elementlərinin, binanın dam örtüyünün texniki vəziyyətinin qeyri-qənaətbəxş olması, o cümlədən binanın istismar müddətinin bitməsi, şəhərsalma və tikinti normalarına cavab vermədiyi müəyyən edilmişdir. Bundan sonra, İddiaçı MTK-nın müraciətinə əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X1 Ekspertiza Baş İdarəsinin 11 yanvar 2021-ci il tarixli, 30754 saylı rəyi ilə, ekspertlər İddiaçı MTK üçün ayrılmış Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532-ci məhəllədə yaşayış binaları üzrə tikinti layihələri ilə razı olmaları barədə rəy vermişlər. İddiaçı MTK Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 15 aprel 2014-cü il tarixli, 161 saylı sərəncamına əsasən yaşayış binasının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün binanın mülkiyyətçiləri ilə o cümlədən, Cavabdeh ilə qarşılıqlı razılıq əldə etmişlər. Bununla əlaqədar, tərəflər arasında 27 iyul 2021-ci il tarixdə Bakı şəhəri 50 saylı notariat ofisində müqavilə bağlanmış, həmin müqavilənin 1.1-ci bəndinə əsasən tərəflər, İddiaçı MTK tərəfindən Bakı şəhəri İcra Hakimiyyətinin 15 aprel 2014-cü il tarixli 161 saylı sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532-ci məhəllədə tikiləcək çoxmərtəbəli yaşayış binasının inşa edildiyi ərazidə yerləşən, Cavabdeh xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin əvəzinə yeni tikilən yaşayış binasında qeyri-yaşayış sahəsi verilməsi şərti ilə boşaltdıraraq sökülməsi və müvafiq dövlət qeydiyyatının ləğv edilməsi barədə razılığa gəldilər. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, müqavilə üzrə tərəf Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 78.2 kv.m olan qeyri-yaşayış sahəsini boşaldaraq, əmlakın hüquqmüəyyənedici sənədi ilə birlikdə İddiaçı MTK-ya təhvil verməyi, İddiaçı MTK isə bunun müqabilində Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsində yerləşən 2532-ci məhəllədə inşa edilən 4 saylı binanın, 1-ci mərtəbəsindəki, ümumi sahəsi 85.68 kv.m olan qeyri-yaşayış sahəsini təmirli vəziyyətdə Cavabdeh mülkiyyətinə verməyi, eyni zamanda Cavabdeh yeni yaşayış sahəsi ilə təmin edilənədək kirayə haqqı qismində hər ay 400 manat məbləğində kompensasiya ödəməyi öhdəsinə götürür. Müqavilə tərəflərinə onların hüququ və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdar edilmişlər. Eyni zamanda müəyyən olundu ki, qeyd olunan bina söküldükdən sonra İddiaçı MTK Cavabdeh müqaviləyə dəyişiklik barədə bildiriş göndərmişdir. Hazırda ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK 27 iyul 2021-ci il tarixdə bağlanmış müqavilədə Cavabdeh səhvən “təmirli” qeyri-yaşayış sahəsinin və qeyri-yaşayış sahəsi təhvil verilədək hər ay 400 manat kirayə haqqının veriləcəyinin qeyd edildiyini, buna görə də müqaviləyə dəyişiklik edilməklə sözügedən bəndlərin müqavilədən çıxarılmasını xahiş edir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh isə müqavilədə hər hansı səhvin olmadığını və müqavilə öhdəliklərinin yerinə yetirilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Qeyd edilənlərlə müəyyən olundu ki, tərəflər 27 iyul 2021-ci il tarixdə notariat ofisində iradə ifadələrini nümayiş etdirərək müqavilə bağlamışlar, bu zaman onlara hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətlərinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. Müqavilə üzrə tərəf Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 78.2 kv.m olan qeyri-yaşayış sahəsini boşaldaraq, əmlakın hüquqmüəyyənedici sənədi ilə birlikdə İddiaçı MTK-ya təhvil verməyi, İddiaçı MTK isə bunun müqabilində Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsində yerləşən 2532-ci məhəllədə inşa edilən 4 saylı binanın, 1-ci mərtəbəsindəki, ümumi sahəsi 85.68 kv.m olan qeyri-yaşayış sahəsini təmirli vəziyyətdə Cavabdeh mülkiyyətinə verməyi, eyni zamanda Cavabdeh yeni yaşayış sahəsi ilə təmin edilənədək kirayə haqqı qismində hər ay 400 manat məbləğində kompensasiya ödəməyi öhdəsinə götürür. İlkin iddia üzrə iddiaçının təqdim etdiyi sübutlar əsasında, məhkəmə tədqiqinin nəticəsi olaraq müqaviləyə hər hansı dəyişikliyin edilməsinə əsas olan hal müəyyən edilməmişdir. Belə ki, tərəflər arasında iki müqavilə bağlanmışdır. İlkin müqavilənin 1.2-ci bəndindən görünür ki, “Mülkiyyətçi”nin istifadəsində olan qeyri-yaşayış sahəsinin əvəzinə “Kooperativ” həmin ünvanda inşa edəcəyi 4 saylı binanın 1-ci mərtəbəsindəki ümumi sahəsi 85.68 kv.m olan qeyri-yaşayış sahəsini təmirli vəziyyətdə “Mülkiyyətçi”yə verir. Digər eyni tarixli notarial qaydada təsdiq olunmuş müqavilənin 2-ci bəndində İddiaçı MTK isə bunun müqabilində Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsində yerləşən 2532-ci məhəllədə inşa edilən 4 saylı binanın, 1-ci mərtəbəsindəki, ümumi sahəsi 85.68 kv.m olan qeyri-yaşayış sahəsini “TƏMİRLİ” vəziyyətdə Cavabdeh mülkiyyətinə verməyi, eyni zamanda Cavabdeh yeni yaşayış sahəsi ilə təmin edilənədək kirayə haqqı qismində hər ay 400 manat məbləğində kompensasiya ödəməyi öhdəsinə götürür. Göründüyü kimi “TƏMİRLİ” sözü xüsusilə böyük hərflərlə dırnaq arasında yazılmışdır və tərəflər müaviləni imzalayan zaman aydın görünürdü. Bundan başqa göründüyü kimi ilkin iddia üzrə iddiaçı "xxxx" barədə iddia tələbi ilə (xx.xx.2022) qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı MTK-nə kirayə haqqının ödənilməsinə dair Pretenziya məktubu (xx.xx.2022) göndərdikdən sonra məhkəməyə müraciət etmişdir. Qeyd olunanlardan əlavə məhkəmə araşdırması zamanı ilkin iddia üzrə İddiaçı MTKnın nümayəndəsi iddia tələbinin dəqiqləşdirməsi ilə məhkəməyə müraciət edərək «İddiaçı Mənzil Tikinti Kooperativi isə bunun müqabilində Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.ünvan 3də inşa edilən 4 saylı binanın, yarı zirzəmi mərtəbəsindəki, ümumi sahəsi 85.68 kv.m qeyri-yaşayış sahəsini Cavabdeh mülkiyyətinə verməyi.” kimi göstərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.» İlkin iddia üzrə iddiaçı sonuncu dəqiqləşmədə müqavilənin şərtlərini tamamilə dəyişdirərək artıq təmirsiz, kirayə haqqı ödənilmədən birinci mərtəbədən yox yarı zirzəmi mərtəbəsindəki qeyri-yaşayış sahəsini Cavabdeh mülkiyyətinə verməyi öhdəsinə götürməsi barədə müqavilədə dəyişiklik edilərək qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. Göründüyü kimi Cavabdeh müqaviləni pozmamışdır və üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada yerinə yetirmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən müqaviləyə dəyişiklik və əlavələr müqavilənin digər müddəaları ilə eyni qüvvəyə malik olmaqla tərəflərin qarşılıqlı yazılı razılığı ilə edilməsi nəzərdə tutulmuşdur. Lakin tərəflərin qarşılıqlı yazılı razılığı ilə dəyişiklik və əlavələr olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia üzrə iddianın təmin edilməsi üçün əsaslar yoxdur və ilkin iddia üzrə İddiaçı MTK-nin "xxxx" tələbi ilə məhkəməyə müraciət etməsini MTK-nin öz öhdəliyini icra etməsindən yayınma kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qarşılıqlı iddia üzrə iddiaçının tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, tərəflər 27 iyul 2021-ci il tarixli müqavilə ilə öz üzərlərinə öhdəliklər götürmüşlər, müqavilə üzrə tərəf Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 78.2 kv.m olan qeyri-yaşayış sahəsini boşaldaraq, əmlakın hüquqmüəyyənedici sənədi ilə birlikdə İddiaçı MTK-ya təhvil verməyi öhdəsinə götürməklə öz öhdəliyini yerinə yetirsə də, İddiaçı MTK müqavilə üzrə üzərinə düşən öhdəliyə əməl etməmişdir. Buna görə də, qarşılıqlı iddia əsaslı olduğundan təmin edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda ilkin iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir, ona görə ilkin iddia təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, ilkin iddianın əsassızlığı ilə bağlı məhkəmənin müəyyən etdiyi hallar özlüyündə qarşılıqlı iddianın əsaslı olmasını sübut edir, buna görə də qarşılıqlı iddia təmin edilməlidir. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla qarşılıqlı iddiaçının hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir, əksinə, tədqiq edilmiş sübutlarla ilkin iddiada öz əksini tapan hallar təkzib olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmış 27 iyul 2021-ci il tarixli 3M-660 nömrəli müqaviləyə əsasən 27 iyul 2021-ci il tarixdən 27 may 2022-ci il tarixədək 4000 (dörd min) manat məbləğində pul vəsaiti İddiaçı Mənzil Tikinti Kooperativindən tutularaq Cavabdeh ödənilməli, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmış 27 iyul 2021-ci il tarixli 3M-660 nömrəli müqavilənin 2.1-ci bəndində göstərilən Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsində yerləşən 2532-ci məhəllədə inşa edilən 4 saylı binanın, 1-ci mərtəbəsindəki, ümumi sahəsi 85.68 kv.m olan qeyri-yaşayış sahəsinin təmirli vəziyyətdə Cavabdeh mülkiyyətinə verilənə qədər hər ay kirayə haqqı qismində 400 (dörd yüz) manat məbləğində pul İddiaçı MTK-dan tutularaq Cavabdeh ödənilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərə aid edilməlidir. Şərh olunalara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmış 27 iyul 2021-ci il tarixli 3M-660 nömrəli müqaviləyə əsasən 27 iyul 2021-ci il tarixdən 27 may 2022-ci il tarixədək 4000 (dörd min) manat məbləğində pul vəsaiti İddiaçı Mənzil Tikinti Kooperativindən tutularaq Cavabdeh ödənilsin. İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmış 27 iyul 2021-ci il tarixli 3M-660 nömrəli müqavilənin 2.1-ci bəndində göstərilən Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsində yerləşən 2532-ci məhəllədə inşa edilən 4 saylı binanın, 1-ci mərtəbəsindəki, ümumi sahəsi 85.68 kv.m olan qeyri-yaşayış sahəsinin təmirli vəziyyətdə Cavabdeh mülkiyyətinə verilənə qədər hər ay kirayə haqqı qismində 400 (dörd yüz) manat məbləğində pul İddiaçı MTK-dan tutularaq Cavabdeh ödənilsin. Məhkəmə xərcləri tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-1142/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1142/2022
13.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver