Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1148/2025 10.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə1, Cavabdeh2, onun nümayəndəsi Nümayəndə2, X1 iştirakları ilə, İddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri üzrə Nizami rayon məhkəməsinə müraciət edərək məhkəmədən, cavabdehlər X9 və Cavabdeh2 bankdan götürdüyü və hələ ödəmədiyi, lakin bu şəxslər tərəfindən mənimsənilmiş 1027 (bir min iyirmi yeddi) manat pulun və banka ödədiyi 520 (beş yüz iyirmi) manat faiz borcunun, ümümilikdə 1547 (bir min beş yüz qırx yeddi) manat pulun və məhkəmə rüsumu kimi ödədiyi 100 (yüz) manat pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1999-cu ildə anadan olmaqla hazırda Salyan rayonunun Kürsəngi kəndində yaşayır. O həm danışa bilmir, həm də eşitmə qabiliyyəti məhduddur. Eləcə də şəkər xəstəliyindən əziyyət çəkir. Cavabdehlərlə o, internetdə tanış olmuşdur. Bu şəxslər mobil telefonda internetlə ona yazdılar ki, Bakı şəhərinin Nərimanov rayonunda avtomaşınları park etmək üçün "parkovşik" ştatının olmasını bildirərək onlarla görüşməyini bildirmişlər. O da valideyinlərini başa salmışdır ki, işləmək üçün Bakıya gedir. xx.xx.2024-cü ildə o, avtobusla Bakı şəhərinə getmiş və həmin şəxslərlə Bakı şəhərində Xalqlar Dostluğu stansiyasının yanında görüşmüşlər. Sonradan bu şəxslər onu aldadaraq əvvəlcə Kapital banka aparmışlar ki, onun adına pul götürsünlər. Lakin bankdan onlara pul verməmişlər. Sonradan onu aldadaraq yaxınlıqdakı telefon mağazasında onlayn qaydada Kapital bankdan onun adına 2027 (iki min iyirmi yeddi) manat kredit götürmüşlər. Sonradan onun mobil telefonunu oğurlayaraq aparmışlar. Onun adına götürdükləri krediti də götürərək mənimsəmişlər. Həmin şəxslər ilkin olaraq onun 1200 manatını almışlar. Sonradan isə kartda pul qalmasını bilib telefonla birlikdə onun şəxsiyyət vəsiqəsini və kartdakı pulunu oğurlayaraq aparmışlar. O, bununla bağlı Nərimanov rayon Pİ-nin 18-ci polis bölməsinə şikayət etmişdir. Həmin işlə əlaqədar araşdırma aparılmış, lakin iş tam araşdırılmadan cinayət işi başlanması rədd olunmuşdur. Lakin polis onun mobil telefonunun 250 manat pulunu alaraq ona qaytarmışdır. Eləcə də, həmin şəxslərdən onun bankdan götürdüyü pulun 1000(bir min) manatını alaraq ona qaytarmışlar. Hazırda onun həmin şəxslərdə onun banka ödəniləsi 1027 man pulu və ödəmədiyi faiz borcları qalmışdır. Bu səbəbdən də o, bu şəxslər tərəfindən mənimsənilmiş 1027 man pulunu və faiz borclarını tələb edir.
İş materialları :
3. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”dan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X8 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
4. xx.xx.2024-cü il tarixli, TT**********800100 nömrəli qəbzdən görünür ki, GTZK8638312B299 saylı kredit müqaviləsi üzrə Nümayəndə1 tərəfindən 1000 manat məbləğində ödəniş edilmişdir.
5. xx.xx.2024-cü il tarixli, TT**********852600 nömrəli qəbzdən görünür ki, GTZK8638312B299 saylı kredit müqaviləsi üzrə Nümayəndə1 tərəfindən 600 manat məbləğində ödəniş edilmişdir.
6. xx.xx.2025-ci il tarixli, TT**********125200 nömrəli qəbzdən görünür ki, GTZK8638312B299 saylı kredit müqaviləsi üzrə Nümayəndə1 tərəfindən 200 manat məbləğində ödəniş edilmişdir.
7. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə AZ96AİİB410100H**********299 bank hesabından 1956.19 manat 4098****67096309 nömrəli hesaba köçürülmüşdür.
8. "xxxx" ASC tərəfindən İddiaçı məxsus AZ96AİİB410100H**********299 nömrəli hesaba dair xx.xx.2024-xx.xx.2024-cü il tarixli dövrü əhatə edən çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixində 2027 manat kredit verilmiş. Həmin tarixdə verilmiş kredit məbləğindən 20.27 manat nəğdləşdirmə komissiyası, 40.54 manat bank zəmanəti komissiyası çıxılmışdır.
9. "xxxx" ASC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, GTZK8638312B299 nömrəli kredit müqaviləsindən görünür ki, bank kreditdən istifadə edilməsi və ödənilməsi üçün müştərinin adına 410100H**********299 saylı cari hesab açmağı, 59 ay müddətinə, illik 26.2% dərəcəsi ilə, 2027 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür.
10. "xxxx" ASC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, GTZK8638312B299 nömrəli kredit müqaviləsinə Əlavədən görünür ki, İddiaçı 59 ay müddətinə, xx.xx.2024-cü il tarixdən xx.xx.2029-cu il tarixinədək hər ay 61.43 manat olmaqla, 2027 manat əsas, 1600.08 manat faiz ödəniş etməlidir.
11. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı adına olan GTZK8638312B299 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə əsas borc üzrə 317.81 manat, faiz borcu üzrə isə 29.14 manat təşkil edir.
12. İş materiallarına “whatsapp” mobil tətbiqində aparılan yazışmalara dair fotoşəkillər əlavə edilmişdir.
13. **********7 nömrəli xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 523915xxxxxx8479 nömrəli hesabdan 416973xxxxx1710 nömrəli hesaba 220 manat məbləğində vəsait köçürülmüşdür.
14. Köçürmə əməliyyatına dair fotoşəkildən görünür ki, 416973xxxxx1710 nömrəli hesaba 60 manat məbləğində vəsait köçürülmüşdür.
15. İş materiallarına CD disk əlavə edilmişdir.
16. İş materiallarına əlavə edilmiş İddiaçı məxsus olan kart hesabından çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə qeyd edilən ardıcıllıqla ayrı-ayrılıqda 90, 60, 100 və 1000 manat, xx.xx.2024-cü il tarixdə isə 706 manat məbləğində vəsait kartdan köçürülmüşdür. Çıxarış ilə müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə 1000 manat və xx.xx.2024-cü il tarixdə 706 manat Cavabdeh1 məxsus olan kart hesabına və 90, 60, 100 manat məbləğində vəsait isə xx.xx.2024-cü il tarixində 416973xxxxx3382 nömrəli kart hesabına köçürülmüşdür. 17.xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 36 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
18. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh2 köməkliyi ilə "xxxx"dan kredit götürmüş və götürdüyü kredit məbləği onun "xxxx"da olan kart hesabına köçürülmüşdür. Həmin kredit məbləğindən kreditin götürüldüyü gün, yəni xx.xx.2024-cü il tarixində dostu Elcanın xahişi ilə ona borc olaraq 90 və 100 manat məbləğində pul vəsaiti vermişdir. Həmçinin həmin tarixdə dostu Elcanın tanışı olan Cavabdeh1 1000 manat məbləğində vəsaiti borc olaraq vermişdir. Həmin günün səhərisi, yəni xx.xx.2014-cü il tarixdə Emil ilə görüşmüş, görüş zamanı Emil ona məxsus olan “Redmi” markalı mobil telefonu baxmaq üçün götürmüş, telefonu verdikdən sonra Emil telefonu götürərək qaçmışdır. Daha sonra onlara məlum olmuşdur ki, Emil telefon vasitəsilə onun kart hesabından 706 manat məbləğində pul vəsaitini öz kart hesabına köçürmüşdür. Polis idarəsində yazılmış izahat yalandır, o, polis idarəsində həmin məzmunda izahat verməmişdir. Həmçinin bildirmişdir ki, polis idarəsində ona 1000 manat məbləğində pul vəsaiti verilmişdir.
19. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, Şahin ondan kredit götürməsində köməklik etməsini istəmiş və o, Şahinə kredit götürməkdə köməklik etmişdir. Şahin tərəfindən ona kredit vəsaitindən 90 və 100 manat borc olaraq verilmişdir. Həmin gün dostu Emildə onlarla görüşmüş və Şahin tərəfindən Emilə 1000 manat pul vəsaiti borc olaraq verilmişdir. Həmin pul vəsaitindən Emil ona 500 manat məbləğində pul vəsaiti vermişdir. Daha sonra Emil ona zəng vurub ki, onunla Şahin arasında əlaqə yaratsın ki, qalan məbləği də ondan alsın. O, telefon vasitəsilə onlar arasında əlaqə yaratmış və ikisi ayın 10-u yenidən görüşmüşlər. Görüşdən sonra Emil ona bildirmişdir ki, o, Şahinin telefonunu oğurlamış və pulu çəkmişdir. O, polis idarəsində olan zaman 280 manat məbləğində pul vəsaiti ödəniş etmiş, həmin vəsait polisin kart hesabına köçürülmüşdür.
20. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, Emil başqa şəxsə münasibətdə də eyni əmələ yol vermişdir. Həmin şəxsə dəymiş ziyanı Emilin atasının xahişi ilə o, ödəmişdir. Daha sonra isə Emilin atası ilə əlaqə saxlaya bilməmiş, onun ödədiyi pulu geri qaytarmamışlar. Emil tərəfindən Elcana 500 manat məbləğində pul vəsaitinin ödənilməsinin səbəbi də həmin onlar tərəfindən ödənilən vəsaitlə bağlı olmuşdur. Həmçinin bildirmişdir ki, polis idarəsində olan zaman Elcanı saxlayan zaman onlar tərəfindən ilk öncə 300 manat ödəniş edilmiş, ondan sonra Elcanı buraxmışlar ki gedib düzəldib ödəniş etsin. Daha sonra Elcan gedib işləyib polisin kart hesabına ümumilikdə 280 manat ödəniş etmişdir. Həmin polisə ödənilən 300 manat vəsaiti daha sonra geri tələb edib almışlar.
21. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin həmin bildirişin ona rəsmən təqdim olunması barədə məlumat olmadığından məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. MKTD 1 saylı Xüsusi təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin xx.xx.2025ci il tarixli məktubuna əsasən məhkəmə bildirişinin Cavabdeh1 Faiq oğluna təqdim edilməsi müəyyən edilmişdir.
İşin faktiki halı :
22. İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 eşitmə və nitq qüsurlu şəxslərdir. İddiaçı Cavabdeh2 ilə sinif yoldaşı olmuş və digər cavabdeh olan Cavabdeh1l Faiq oğlunu da onun vasitəsi ilə tanımışdır.
23. İddiaçı ilə "xxxx" ASC ilə arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, GTZK8638312B299 saylı kredit müqaviləsinə əsasən iddiaçıya 2027 manat məbləğində kredit verilmiş, komissiyalar çıxdıqdan sonra 1956.19 manat məbləğində pul vəsaiti iddiaçının "xxxx" ASC-də olan kart hesabına köçürülmüşdür.
24. İddiaçı tərəfindən Cavabdeh2 məxsus kart hesabına xx.xx.2024-cü il tarixində 60 manat, 90 manat və 100 manat məbləğində vəsait köçürülmüşdür. Həmin vəsaitdən 90 manat və 100 manat iddiaçı tərəfindən cavabdehə borc olaraq verilmiş, 60 manat məbləğində vəsait iddiaçının xərci ilə əlaqədar köçürülmüşdür. Həmin tarixdə İddiaçı tərəfindən həmçinin Cavabdeh1 məxsus kart hesabına 1000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Həmin vəsait iddiaçı tərəfindən cavabdehə borc olaraq verilmişdir.
25. Cavabdeh1 iddiaçının etibarından sui-istifadə etməklə ona məxsus olan “Redmi 8” markalı mobil telefonu xx.xx.2024-cü il tarixdə ələ keçirmiş və telefonda olan mobil tətbiq vasitəsi ilə iddiaçıya məxsus olan kart hesabından 706 manat məbləğində pul vəsaitini özünəməxsus olan kart hesabına köçürmüşdür.
26. İddiaçı tərəfindən Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə müraciət edilmiş və onun müraciət əsasında araşdırma aparılmış, aparılan araşdırma nəticəsində Cavabdeh1 əməlində İddiaçı etibarından sui-istifadə etməklə 200 manat dəyərində olan “Redmi” markalı mobil telefonu əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməklə dələduzluq etməsi faktı müəyyən edilsədə, dələduzluq yolu ilə əldə edilən əmlakın dəyəri 200 manat təşkil etdiyindən cinayət işinin başalnılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.
27. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi tərəfindən araşdırılma aparılan zaman iddiaçıya polis idarəsində 1000 manat məbləğində vəsait ödənilmmişdir.
28. Cavabdeh2 tərəfindən polis idarəsində araşdırma aparılan zaman 280 manat məbləğində vəsait ödəmişdir.
Məhkəmə baxışının hədləri:
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsa slandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
Məhkəmənin mövqeyi :
32. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
33. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “1547 manat pul vəsaitinin tutulması”na dair iddia tələbini cavabdehlərin onu aldadaraq onun adına götürdükləri kredit müqaviləsi üzrə qalıq 1027 manat əsas borc və ödənilmiş 520 manat faiz borcunun cavabdehlərdən tutulmalı olması ilə əsaslandırmışdır.
34. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı irəli sürülən 1547 manat məbləğində pul vəsaitinin tutulması tələbinə 2 istiqamət üzrə hüquqi qiymət verilməsini zəruri hesab edir:
1. Borc müqaviləsi üzrə cavabdehlər tərəfindən öhdəliyin yerinə yetirilməməsi.
2. Dəymiş maddi ziyanın əvəzinın tutulması;
İddia tələbinin borc müqaviləsi ilə cavabdehlərin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsinə dair hissəsi ilə bağlı:
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir.
36. Tələbin qanuni əsası dedikdə isə qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
37. İşin müəyyən edilmiş faktiki halı ondan ibarətdir ki, İddiaçı Cavabdeh2 köməkliyi ilə "xxxx" ASC-dən xx.xx.2024-cü il tarixdə 2027 manat kredit götürmüş və komissiyalar çıxıldıqdan sonra 1956.19 manat məbləğində vəsait iddiaçıya məxsus "xxxx" ASC-də olan kart hesabına köçürülmüşdür. Həmin gün iddiaçı Cavabdeh2 90 manat və 100 manat olmaqla, cəmi 190 manat, Cavabdeh1 Fai oğluna 1000 manat məbləğində borc vermişdir. Qeyd edilənlər həm iddiaçı, həm də cavabdehin məhkəmə iclasında verdiyi izahat, həmçinin məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə öz təsdiqini tapmışdır.
38. Belə ki, "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş İddiaçı məxsus olan 4098********6309 nömrəli kart hesabına dair çıxarışa əsasən müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə kart hesabının son rəqəmi 3382 ilə bitən karta (Cavabdeh2 izahatına əsasən ona məxsus olan) ayrı-ayrılıqda 90 manat, 60 manat və 100 manat məbləğində vəsait köçürülmüşdür. xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında son rəqəmləri 3382 olan kart hesabının Cavabdeh2 məxsus olduğu müəyyən edilmişdir.
39. Həmçinin həmin çıxarışa əsasən müəyyən edilir ki, həmin gün iddiaçıya məxsus olan kart hesabından Cavabdeh1 məxsus olan kart hesabına 1000 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
40. Belə olan halda məhkəmə qeyd etməyi zəruri hesab ki, hazırki iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsi təşkil edir.
41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
42. Məhkəmə həmçinin onuda qeyd edir ki, mülki qanunvericiliyə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır(739.2 m).
43. Tərəflərin izahatlarından göründüyü kimi Cavabdeh2 ilə iddiaçı arasında bağlanılmış borc müqaviləsinin predmetini 190 manat, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış borc müqaviləsinin predmetini 1000 manat təşkil etmişdir.
44. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında etibarlı borc müqaviləsi bağlanmışdır.
45. Həmçinin işin tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, işin Nərimanov rayon Polis idarəsində araşdırılması zamanı cavabdehlər tərəfindən iddiaçıya 1000 manat məbləğində ödəniş edilmişdir.
46. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında Cavabdeh1 anası ilə telefon vasitəsilə əlaqə saxlanılan zaman cavabdehin anası bildirmişdir ki, onun tərəfindən polis idarəsində 1500 manat məbləğində ödəniş edilmişdir (cavabdeh nitq qüsurlu olduğuna görə özü ilə əlaqə saxlamaq mümkün olmamışdır). Lakin cavabdehin anası tərəfindən məhkəməyə qeyd edilən halı təsdiq edən sübut təqdim edilməmişdir.
47. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh2 tərəfindən işin polis idarəsində araşdırılması zamanı 280 manat məbləğində vəsait ödənilmişdir.
48. Belə ki, Cavabdeh2 ilə Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis şöbəsinin əməkdaşı (cavabdehə məxsus telefona, yazışmalara baxış keçirilməklə nömrənin eynilik təşkil etməsi müəyyən edilib) arasında aparılmış “whatsapp” yazışmaları tədqiq edilən zaman müəyyən edilmişdir ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə 220 manat, xx.xx.2024-cü il tarixdə 60 manat ödəniş edilmişdir.
49. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçıya cavabdehlər tərəfindən 1000 manat məbləğində pul vəsaitinin ödənilməsi işin mübahisəsiz halı olduğundan və həmin vəsaitin 280 manatının Cavabdeh2 tərəfindən ödənilməsi müəyyən edildiyindən iddiaçının Cavabdeh2 qarşı iddia tələbi təmin edilə bilməz.
50. Belə ki, işin mübahisəsiz halıdır ki, iddiaçı tərəfindən Cavabdeh2 cəmi 190 manat məbləğində vəsait borc olaraq verilmiş və həmin vəsait cavabdeh tərəfindən iddiaçıya ödənilməklə borc müqaviləsindən irəli gələn öhdəlik tam şəkildə icra edilmişdir.
51. Müəyyən edilmişdir ki, cavabdeh tərəfindən artıq vəsaitin ödənilməsinin səbəbi iddiaçı tərəfindən Cavabdeh1 borc olaraq verilmiş 1000 manat məbləğində vəsaitin 500 manat hissəsi Emil tərəfindən Elcana verildiyindən həmin vəsaitin polis idarəsində ondan tələb edilməsi olmuşdur.
52. Cavabdeh2 nümayəndəsi Cavabdeh1 tərəfindən Cavabdeh2 500 manat məbləğində pul vəsaiti verilməsini onlar arasında mövcud olmuş borc münasibəti ilə əsaslandırmışdır.
53. Məhkəmə qeyd edir ki, cavabdehlər tərəfindən iddiaçıya ödənilmiş 1000 manat məbləğində vəsaitdən Cavabdeh2 tərəfindən ödənilmiş vəsait çıxıldıqdan sonra qalan 720 manat məbləğində vəsait Cavabdeh1 iddiaçı qarşısında borc müqaviləsindən irəli gələn öhdəliyi üzrə hesablanmalıdır.
54. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh1 şifahi borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməməsi işin məhkəmə tərəfindən tədqiq edilmiş halları ilə müəyyən edildiyindən cavadehin iddiaçı qarşısında şifahi borc müqaviləsindən irəli gələn icra edilməmiş öhdəliyi olan 280 manat məbləğində pul vəsaiti iddiaçıya qaytarmalıdır.
55. Məhkəmə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə Cavabdeh2 məxsus olan kart hesabına köçürülmüş 60 manat məbləğində pul vəsaitinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, işin məhkəmə iclasında araşdırılması zamanı müəyyən edilmişdir ki, həmin vəsait iddiaçının şəxsi xərcləri ilə bağlı köçürülmüşdür. Belə ki, iddiaçı izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə cavabdehlərlə birlikdə ictimai iaşə obyektində yeyibiçdikdən sonra qıza verməsi üçün Elcana 60 manat məbləğində pul vəsaiti vermişdir. Bildirmişdir ki, hər biri ayrı-ayrılıqda 60 manat məbləğində pul vəsaiti ödəniş etmişdir.
İddia tələbinin “dəymiş maddi ziyanın əvəzinın tutulması” hissəsi ilə bağlı:
56. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.
57. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
58. İşin faktiki halı odur ki, Cavabdeh1 iddiaçının etibarından sui-istifadə etməklə ona məxsus olan “Redmi 8” markalı mobil telefonu xx.xx.2024-cü il tarixdə ələ keçirmiş və telefonda olan mobil tətbiq vasitəsi ilə iddiaçıya məxsus olan kart hesabından 706 manat məbləğində pul vəsaitini özünəməxsus olan kart hesabına köçürməklə ona ziyan vurmuşdur.
59. İddiaçı tərəfindən Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə müraciət edilmiş və onun müraciət əsasında araşdırma aparılmış, aparılan araşdırma nəticəsində Cavabdeh1 əməlində İddiaçı etibarından sui-istifadə etməklə 200 manat dəyərində olan “Redmi” markalı mobil telefonu əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməklə dələduzluq etməsi faktı müəyyən edilsədə, dələduzluq yolu ilə əldə edilən əmlakın dəyəri 200 manat təşkil etdiyindən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.
60. Məhkəmə qeyd edir ki, işin faktiki halları baxımından iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntusuna” dair müddəaları nəzərdən keçirilə bilər.
61. Mülki qanunvericiliyə əsasən hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl mülki hüquq pozuntusudur (1096.1m). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (1097.1 m).
62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18.04.22ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
63. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.
64. Belə olan halda məhkəmə tərəfindən iddianın təmin edilib-edilməməsi məsələsi araşdırılarkən yuxarıda qeyd olunanlara əsasən ilk öncə mülki hüquqi məsuliyyətin yaranması üçün əsas olan dörd şərtin mövcud olub-olmaması məsələsi araşdırılaraq iddia tələbinə müvafiq hüquqi qiymət verilməlidir.
65. Hazırki mülki iş üzrə delikt öhdəliyinin yaranması üçün ilk şərt olan zərərin mövcud olması işin mübahisəsiz halıdır.
66. Belə ki, işin tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus kart hesabından xx.xx.2024-cü il tarixində Cavabdeh1 məxsus kart hesabına 706 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
67. İşin digər mübahisəsiz halı isə ondan ibarətdir ki, xx.xx.2024-cü il tarixində iddiaçıya məxsus olan mobil telefon Cavabdeh1 tərəfindən iddiaçının etibarından suiistifadə etməklə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilmişdir.
68. Məhkəmə iclasında tədqiq edilmiş "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, 706 manat məbləğində vəsait cavabdehə məxsus olan kart hesabına saat 19:28-də köçürülmüşdür. Cinayət işinin rədd edilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, iddiaçının anası X5 xx.xx.2024-cü il tarixində DİN-in 102 xidmətinə müraciət edərək naməlum şəxs tərəfindən onun oğluna məxsus olan telefonun əlindən alınaraq qaçması barədə məlumat vermişdir. Həmin qərardan görünür ki, hadisə saat 18:30-18:50 radələrində baş vermişdir.
69. Həmçinin Cavabdeh2 izahatında bildirmişdir ki, Cavabdeh1 həmin gün axşam onunla əlaqə saxlayan zaman iddiaçıya məxsus olan telefonu və pulu ələ keçirdiyini bildirmişdir.
70. Məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə İddiaçı 706 manat məbləğində zərər vurulması, zərərin Cavabdeh1 qanunsuz, təqsirli hərəkəti nəticəsində vurulması, cavabdehin qanunsuz hərəkəti ilə zərər arasında səbəbli əlaqə olması işin mübahisəsiz hallarıdır.
71. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh2 tərəfindən artıq ödənilmiş 90 manat məbləğində vəsait (280-190 manat) cavabdeh X6 tərəfindən iddiaçıya vurulmuş 706 manat məbləğində zərərdən çıxılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya dəymiş 706 manat zərərdə birbaşa olmasa da, dolayı yolla Cavabdeh2 da təqsiri vardır.
72. Məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 digər Cavabdeh2 tanış etmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh1 Cavabdeh2 zəng vuraraq iddiaçıya məxsus olan kartda qalan pul vəsaitini əldə etməsi üçün onları yenidən əlaqələndirmələrini istəmiş və Cavabdeh2 da onları əlaqələndirmişdir.
73. Belə ki, o, izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixində onlar görüşdən ayrıldıqdan sonra Cavabdeh1 onunla əlaqə saxlayaraq İddiaçı olan qalan pul vəsaitini ələ keçirmək üçün onunla iddiaçı arasında əlaqə yaratmasını xahiş etmiş və o, iddiaçı ilə cavabdehi telefon vasitəsilə əlaqələndirmiş, onlar aralarında danışaraq görüşüblər.
74. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə,
75. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh2 tərəfindən ödənilmiş 90 manat məbləğində vəsaiti Cavabdeh1 tələb etmək hüququ vardır.
76. Müəyyən edilmişdir ki, Cavabdeh2 iddiaçı ilə Cavabdeh1 əlaqələndirilməsində vasitəçi kimi iştirak etsə də, iddiaçıya vurulan zərər birbaşa olaraq Cavabdeh1 tərəfindən vurulmuşdur. Qeyd olunanlara əsasən zərərin birbaşa olaraq Cavabdeh1 tərəfindən vurulması iş materialları ilə müəyyən edildiyindən iddia tələbi vurulmuş maddi ziyana dair hissədə Cavabdeh2 münasibətdə təmin edilə bilməz.
77. Həmçinin iddiaçı "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi üzrə ödənilməli olan faiz ödənişlərinin də cavabdehlərdən tutulması tələbini irəli sürmüşdür.
78. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı özü şəxsən "xxxx" ASC ilə kredit müqaviləsi bağlayaraq kreditdən istifadə etməyi və yaranmış borclarını (əsas, faiz borcunu, xidmət haqqı, dəbbə borcu) müqavilə ilə müəyyən edilmiş qaydada geri qaytarmağı öhdəsinə götürmüşdür.
79. İddiaçı krediti müqaviləsini cavabdehlərin aldatması nəticəsində bağladığını bildirsə də, qeyd edilən hal öz təsdiqini tapmamışdır.
80. Müəyyən edilmişdir ki, kredit müqaviləsi bağlanılan zaman iddiaçı ilə birlikdə cavabdehlərdən yalnız Cavabdeh2 onun yanında olmuş və həmin kredit müqaviləsinin bağlanılmasında Cavabdeh2 tərəfindən hər hansı bir təsir olması sübuta yetirilə bilməmişdir.
81. Məhkəmə iclasında cavabdeh izahatında bildirmişdir ki, iddiaçı ayaqları ağrıdığı üçün kredit götürmək istədiyini bildirmiş, bunun üçün ondan kömək istəmişdir. O isə ona kredit götürməkdə köməklik etmişdir. Qeyd edilən hal iddiaçı tərəfindən də təsdiq edilmişdir. Odur ki, iddia tələbinin kredit müqaviləsi üzrə faiz borcunun cavabdehlərdən tutulmasına dair hissəsi əsaslı hesab edilə bilməz.
82. Məhkəmə qeyd edir ki, iddia tələbinin dəymiş ziyana dair hissədə hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən, iddia tələbi qismən, yəni maddi zərər hissəsində Cavabdeh1 münasibətdə 616 manat (706-90 manat) məbləğdə təmin olunmalıdır.
Məhkəmə xərcləri :
83. İddiaçı məhkəməyə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulması tələbini irəli sürsə də, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəzbindən görünür ki, 36 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
84. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
85. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.
86. İddia tələbi qismən təmin edildiyinə, məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 mütəxəssisin köməyindən istifadə etdiyinə görə mütəxəssis X3 iştirak etdiyi və işə baxılmasında məhkəməyə göstərdiyi köməyə görə Cavabdeh2 100 manat məbləğində pul vəsaiti tutularaq mütəxəssis X3 (Kod:201508; CİF:2263904; Valyuta:AZN; VÖEN:990003611; Müxbir hesab:AZ37NABZ********************; SWİFT:AİİBAZ2X; Hesablaşma hesabı:AZ33AİİB********************; Təyinatda mütləq göstərilməli A.S. X7; Kart hesabı:********************) hesabına köçürülməlidir.
Nəticə :
87. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 cəmi 896 (səkkiz yüz doxsan altı) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır.
88. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 896 (səkkiz yüz doxsan altı) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Mütəxəssis xərci olaraq 100 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq mütəxəssis X3 (Kod: 201508; CİF: 2263904; Valyuta: AZN; VÖEN: 990003611; Müxbir hesab: AZ37NABZ********************; SWİFT: AİİBAZ2X; Hesablaşma hesabı: AZ33AİİB********************; Təyinatda mütləq göstərilməli A.S.A X7; Kart hesabı: ********************) hesabına köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva