Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1161/2023 20.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı Eyvazova Sevı̇ l Zahı̇ d qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi pul vəsaitinin qaytarılması və əşyaların çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi pul vəsaitinin qaytarılması və əşyaların çıxarılması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Hülya yataq dəsti və matras alınması barədə onunla Cavabdeh arasında xx.xx.2022-ci il tarixli müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə tərəfindən ödənilmiş 1500 manat pulun Cavabdeh alınaraq ona verilməsi, həmin yataq dəsti və matrasın yaşadığı ünvandan cavabdeh tərəfindən məcburi qaydada çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 16 noyabr 2022-ci ildə Nizami rayonu, Qara Qarayev prospekti “Praqa” restoranının arxasında yerləşən “Belinay” mebel dükanında 1500 manat dəyərində olan Türkiyə istehsalı olan Hulya yataq dəstini bəyənərək 200 manat beh ödəyib yataq dəstini sifariş vermişdir. Onlar belə razılaşmışlar ki, yerdə qalan 1300 manatı mebellər evə çatdırıldıqdan sonra ödəsin. Ona həmin vaxt xx.xx.2022-ci ildə mebellərin yaşadığı ünvana çatdırılacağı bildirilmiş və bu barədə qaimə təqdim edilmişdir. 4 gün keçdikdən sonra mebellər gətirilib quraşdırılmamış, bu barədə mağazaya zəng edib əlaqə saxlayanda isə özünü müdir kimi təqdim edən şəxs onu telefonda təhqir etmişdir. O, məcburiyyətdən xx.xx.2022-ci ildə DİN-in zəng-məlumat xidmətinə müraciət edərək, xx.xx.2022-ci il tarixində Nizami rayonu, Qara Qarayev pr, “Praqa” restoranının arxasında yerləşən “Belinay” mebel salonuna 200 manat beh ödəyərək mebel sifariş verdiyini, lakin hələ də mebelin gətirilmədiyini, mebel salonunun müdiri Cavabdeh onu təhqir etdiyini bildirmiş, onun şikayətindən sonra həmin gün gecə saat 11-də mebellər yaşadığı Nizami rayonu, Keşlə qəsəbəsi, M.Ağayev küçəsi, ev 45/3 ünvanına çatdırılmışdır. O, qalan 1300 manat ödənişi etdikdən sonra, mebellər evinə yığılmış və adını bilmədyi 2 usta tərəfindən quraşdırılmışdır. Daha sonra isə mebellərə baxan zaman yataq dəstinin xarab olduğunu, mənə türk mebeli adından Bakı istehsalı olan “Embapanel” yataq mebel verildiyini görmüşdür. xx.xx.2022-ci ildə dükanın müdiriyyətinə zəng edib iradını bildirdikdə isə ona bir daha onları narahat etməməsini söyləyib onu təhqir etdilər. Eləcə də ustaların gətirdiyi matras mebelə uyğun olmadığına görə, həmin matrası geri qaytarıb xx.xx.2022-ci ildə pufinq ilə matrası gətirdilər. O, həmin vaxt mebelləri qaytarmaq istəsə də, onlar razı olmadılar ki, müdiriyyət demədən onlar geri qaytarma edə bilməzlər. O, məcburiyyət qarşısında qalıb təkrarən 102 xidmətinə, sonra isə Nizami RPİ-nin 25-ci PŞ-nə müraciət etmişdir. Onun müraciəti əsasında toplanmış material xx.xx.2022-ci il tarixli, 10964 nömrəli məktub ilə 23-cü PB-nə göndərilmiş və xx.xx.2022-ci il tarixdə həmin PB-nin təhqiqatçısı polis baş leytenantı X1 icraatına daxil olmuşdur. Material daxil olduqdan sonra onu dəvət edib ərizə və izahatını almaq, məlumatı dəqiqləşdirmək əvəzinə cinayət işinin başlanması rədd edilmişdir. Bu barədə həmin bölməyə getdikdə isə, ona bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə edildi. Cavabdeh xx.xx.2022-ci il tarixli qaimədə və razılaşmada sifariş verdiyi malların Türkiyə istehsalı olmasını bildirmişdir. Lakin mallar gətiriləndə məlum olmuşdur ki, həmin mallar keyifiyyətsiz olmaqla Bakı şəhərində sex istehsalıdır. Məhkəmə iclasında iddiaçı Eyvazova Sevı̇ l Zahı̇ d qızı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O əlavə olaraq bildirdi ki, keçən il “Belinay” mebel salonundan mebel bəyənib götürmüş, ilkin ödəniş kimi 200 manat ödəmiş, qalan hissəsini də sonra ödəyəcəyini söyləmişdir. O, pulu birinci dəfə mağazada satıcıya ödəmişdir. Onun satıcıya da yazığı gəlmişdir. Satıcı onun qarşısında ağlayırdı, onun da pulunun vermədiklərini, həmin pulu ona ödəsə aparıb kirayə pulunu verəcəyini söyləmişdir. Ona mebeli bazar ertəsi, 2-3 günə gətirəcəklərini söyləsələr də dedikləri vaxtda gətirmədilər. Sonradan 102 Polis xidmətinə müraciət etmiş və bundan sonra mebeli xx.xx.2021-ci il tarixdə, saat 00:00-da gətirdilər. Gətirdikləri zaman mebelə açıb baxmaq istəmiş, lakin tələsik halda ondan ödəməli olduğu 1300 manat tələb etdilər və o da həmin məbləği mebeli gətirən sürücüyə ödəmişdir. O, ona qəbz vermələrini istəmiş, onlar da ona sadəcə bir kağız vermişlər, həmin sənəndin surətini işə də əlavə etmişdir. Onunla nə müqavilə imzalanmış, nə də mebelə zəmanət verilməmişdir. Həmçinin, o, 200 manat beh verdiyi üçün müqavilə bağlamağı söyləmiş, lakin heç nə etməmişlər. Qarantiyanı, puf döşəyini də tələb etdiyi halda onu da verməmişlər. Yerdə qalan məbləği ödədikdən sonra 2 fəhlə mebeli quraşdırmaq üçün işlərini davam etdirmişlər. Mebelə baxıb onun pis vəziyyətdə olduğunu görmüş, fəhlələr də mebeli düzgün yerləşdirməmişlər. Onlardan bunun nə olduğunu soruşanda ona nə sifariş veribsə onu gətirdiklərini demişlər. Mebelə baxdıqda görmüşdür ki, ona “Embawood” mebel mağazasının mebelini gətiriblər. “Embawood” mebel mağazasının rəsmi emblemi olan mebeli ona Türkiyə istehsalı olan mebel adı ilə satmışdırlar. Evin divar kağızlarını cırmış, tavanı pis vəziyyətə salmış, mebeli yerləşdirərkən şifonerin tac kimi olan hissəsini kəsmişlər. O, həmin hissəni özündə saxlamışdır. O, mebeli ötən il almış, lakin hələdə istifadə etməmişdir. Mebelə ödədiyi 1500 manat pul isə heyif olmuşdur. Zəng vurub əlaqə saxlayanda onu təhqir edirlər. “İnstagram” sosial şəbəkəsində səhifələrinə yazaraq ona qarşı niyə belə bir dələduzluq etdiklərinin səbəbini soruşmuşdur. Əvəzində onu təhqir etdilər, hədə qorxu gəldilər, onu ələ saldılar, 1500 manatın cüzi məbləğ olduğunu söyləyərək onu ələ saldılar. O, mebeli qaytarıb, əvəzində 1500 manat pulu almaq ya da yeni mebel gətirmələrini demişdir. Müdirləri də deyir ki, o, “Galenvagen” markalı avtomobil sürür. Xüsusilə də “İnstagram”da yazışdığı xanım onu təhqir etmişdir. Ona evində yüksək məbləğ dəyərində olan mebellər olduğunu söyləmişdir. Lakin o, 1500 manat pulun onun üçün vacib bir məbləğ olduğunu demişdir. Hətta onun yanında polis əməkdaşı əlaqə saxlamış, onun ağlının olmadığını demişdir. O da onun ağılsız olduğunu sübut etməyi onlara söyləmişdir. Mebel onda olsa da istifadə etmir. O, hər dəfə onlara narazılığını bildirmişdir. Hər dəfə də mebel mağazasına getdikdə mağazanın adının dəyişdiyini “Belinay”, sonra dəqiq xatırlamasa da “Home” olaraq dəyişdiyini görmüşdür. İnstagram sosial şəbəkəsində yazışdığı xanımın da səhifəsinin adı belə olmuşdur. Bir çox insan həmin mebel mağazasından şikayət ediblər. Nərimanov rayonunda vəkil vasitəsilə bir xanım ərizə də yazmışdır. Mebeli satan şəxsin nömrəsi var idi, amma adını bilmirdi. Adını soruşanda onu yenə ələ salır, təhqiramiz sözlər işlədir, adını demək istəmirdi. Vəkil sistemdə nömrəsi ilə axtaranda ad və soyadının Cavabdeh olduğu məlum olmuşdur. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi ilə Eyvazova Sevı̇ l Zahı̇ d qızının Cavabdeh Hülya yataq dəsti-başlıq, matras (aşağısında sandığı olacaq) almış, Eyvazova Sevı̇ l Zahı̇ d qızı 200 manat beh olmaqla 1500 manat ödəniş etmişdir. Daha sonra Eyvazova Sevı̇ l Zahı̇ d qızı xx.xx.2022-ci il tarixdə DİN-in 102 zəng-məlumat xidmətinə müraciət edərək, xx.xx.2022-ci il tarixdə “Belinay” mebel salonuna 200 manat beh ödəyərək mebel sifariş verdiyini, lakin bu günə kimi mebeli gətirməmələrini, müdirin (***-***-**-**) onu telefonda təhqir etdiyini bildirmişdir. Eyni zamanda Eyvazova Sevı̇ l Zahı̇ d qızı xx.xx.2022-ci il tarixdə ərizə ilə Nizami RPİ-nin 25-ci PŞ-nə müraciət edərək, əlavə olaraq ona 4 gün müddətində mebellər evə gətirildikdən sonra yerdə qalan 1300 manat pulu verəcəyini dediklərini, aradan 4 gün keçdikdən sonra mebellərin gəlmədiyini, onlara zəng edib şikayətin bildirdikdən sonra mebellərin gətirilib quraşdırıldığını, 1300 manat pulunu alıb getdikdən sonra mebellərə baxan zaman yataq dəstinin oturacağının xarab olduğunu gördüyünü, həmin dükanın ona türk mebeli adından Bakı istehsalı olan mebelləri verdiklərini bildirmişdir. Bakı şəhəri Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsi Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ilə toplanmış material üzrə cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş səs yazıları ilə iddiaçının mebellərin quraşdırılmasından və keyfiyyətindən narazı olduğunu bildirərək nöqsanların aradan qaldırılmasını tələb etmişdir. Hazırda iddiaçı cavabdehlə bağladığı müqavilənin ləğv edilməsi, ona ödədiyi məbləği, ona verilən mebel əşyalarının məcburi qaydada çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 589.2-ci maddəsinə əsasən əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. Məhkəmə iddia tələbinin “onunla Cavabdeh arasında xx.xx.2022-ci il tarixli müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə tərəfindən ödənilmiş 1500 manat pulun Cavabdeh alınaraq ona verilməsi” hissəsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. Hazırda qarşı tərəf iddiaçı ilə bağladıqları müqavilənin şərtini pozmuş və ona lazımi keyfiyyətli olmayan əşyaları vermişdir. Bu iş materiallarına əlavə edilmiş fotoşəkillər və videogörüntülər ilə də öz təsdiqini tapmışdır. Nöqsanların aradan qaldırılması və ya ödədiyi vəsaitin qaytarılması üçün iddiaçı mebel mağazası ilə müxtəlif formada əlaqə saxlasa da yenə də nöqsanlar aradan qaldırılmamış və iddiaçının onlara ödədiyi 1500 manat vəsait ona qaytarılmamışdır. Hansı ki, MM-nin 587.1.2-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını tələb etsin. Eyni zamanda, 587.2.1-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Hansı ki, cavabdeh tərəfindən iddiaçının qeyd etdikləri və təqdim etdiyi sübutların əksini təsdiq edən hər hansı sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, qanunvericiliyin qeyd olunan müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli, tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli müqavilə ləğv edilməli, cavabdehdən 1500 manat vəsait iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə həmçinin iddia tələbinin “həmin yataq dəsti və matrasın yaşadığı ünvandan cavabdeh tərəfindən məcburi qaydada çıxarılması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir. Belə ki, MM-nin 587.5-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Hazırda qeyd olunan əşyalar iddiaçı istədiyi keyfiyyətdə olmadığından və onun tərəfindən istifadə edilmədiyindən, həmçinin alqı-satqı qiymətinin iddiaçıya qaytarılması müəyən edildiyindən ”Hülya” yataq dəsti və matras iddiaçının yaşadığı ünvandan cavabdeh tərəfindən məcburi qaydada çıxarılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, “Hülya” yataq dəsti və matras alınması barədə İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə ləğv edilməli, həmin müqavilə üzrə İddiaçı tərəfindən ödənilmiş 1500 manat pul Cavabdeh alınaraq ona verilməli, “Hülya” yataq dəsti və matrasın İddiaçı yaşadığı ünvan 1 ünvanından Cavabdeh tərəfindən məcburi qaydada çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad olduğu 135 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə ləğv edilməli, həmin müqavilə üzrə İddiaçı tərəfindən ödənilmiş 1500 manat pul Cavabdeh alınaraq ona verilsin. “Hülya” yataq dəsti və matrasın İddiaçı yaşadığı ünvan 1 ünvanından Cavabdeh tərəfindən məcburi qaydada çıxarılsın. Cavabdeh 135,0 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Baki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1161/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-1161/2023
20.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver