Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1163/2021 02.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "Azərişıq" İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilməsi və nəticələrin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "Azərişıq" İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilməsi və nəticələrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Bakı Şəhəri Nizami Rayonu, Elşən Süleymanov küçəsində yerləşən 137 saylı evin 55 saylı mənzilində yaşayır. Mənzilin qarşısında gül çiçək əkmiş, ərazini setkalamış və mənzildən oraya pilləkən qoymuşdur. Bununla bağlı lazımi qurumlara məlumat vermişdir. Həmin sahənin işıqlandırmasını öz mənzilindən çəkmiş və hər ay mənzilinin sayğacına gələn borcu ödəyir. Həmin sahənin yan tərəfindən məcburi köçkün kimi məskunlaşan ailə yaşayır və onlardan biri sınıq naqillərlə onun setkasınıın yanı ilə qeyri qanuni qoşulma ediblər. O hər hansı bir qanunsuz qoşulma aparmamış, hətta bununla bağlı sahəyə baxan şəxslərə də məlumat vermişdir. Onun mənzilinə dair isə qanunsuz olaraq akt tərtib ediblər. Qeyd olunanlara əsasən "Azərişıq" İstehsalat Birliyi tərəfindən tərtib olunmuş 02.10.2020-ci il tarixli 192554 nömrəli aktın etibarsız hesab olunması və hüquqi nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddia tamamilə əsasızdır, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 02.10.2020-ci il tarixli NDM seriyalı 192554 nömrəli aktdan görünür ki, EEİQ-yə uyğun sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, məftillə açıq şəbəkə olan yerdən arxa hissədən sayğaca kənar xətt daxil olur. Abonent binanın arxasında zəbt olunmuş həyətyanı sahənin qapısını açmadığı üçün yükü ölçmək mümkün olmamışdır. Həmin aktın məzmunundan görünür ki,sayğac mənzilin daxilində deyil,kənarda yerləşir.Bundan başqa sayğaca qanunsuz qoşulmamanın məhz hazırkı iş üzrə cavabdeh Nümayəndə tərəfindən qoşulması barədə iş materiallarında sübutlar yoxdur. Məhkəmə hesab edir ki, tərtib olunmuş aktla mənzildə yaşayan şəxs tərəfindən sayğaca müdaxilə edilməsi öz təsdiqini tapmadığından cərimənin mənzildə yaşayan şəxsdən abonentin saldosuna əsasən tutulmasının hüquqi əsası yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, "Azərişıq" İstehsalat Birliyi tərəfindən tərtib olunmuş 02 oktyabr 2020-ci il tarixli, 192554 nömrəli akt etibarsız hesab olunsun və hüquqi nəticələri ləğv olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. "Azərişıq" İstehsalat Birliyi tərəfindən tərtib olunmuş 02 oktyabr 2020-ci il tarixli, 192554 nömrəli akt etibarsız hesab olunsun və onun hüquqi nəticələri ləğv olunsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-1163/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1163/2021
02.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver