Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1170/2021 22.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, İddiaçı, Cavabdeh “Cavabdeh” İB-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Cavabdeh” İstehsalat Birliyinə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Cavabdeh” İstehsalat Birliyinə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, “Cavabdeh” İstehsalat Birliyinin Bakı X4 Departameti tərəfindən tərtib edilmiş 31 oktyabr 2020-ci il tarixli ******* saylı aktının etibarsız sayılması və 928,80 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Cavabdeh” İstehsalat Birliyinin Bakı X4 Departamenti barəsində 31 oktyabr 2020-ci il tarixli ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması” haqqında akt tərtib edilmişdir. 02 dekabr 2020-ci il tarixdə ödəniş edərkən ona məlum olmuşdur ki, 2018-ci ildə qaz sayğacı dəyişdirləndə həmin sayğacdan çıxan plasmas boruda deşik aşkar oluduğu üçün akt tərtib olunmuş və ona 928,80 manat məbləğində borc hesablanmışdır. Sayğac dəyişdirilərkən o iştirak elməmişdir, departamentin işçiləri həmin sayğacın dəyişdirilməsinin yeni sayğacla əvəzlənməsi kimi bildirmişlər, sayğacda dəliyin olmasını ona göstərməmişlər. Sayğacən nə vaxt ekspertizaya göndərilməsi ona məlum olmamışdır. Bu barədə o, ancaq 2 ildən sonra bilmiş, həmin qərarla razı olmadığına görə də “Cavabdeh” İstehsalat Birliyinin Bakı X4 Departamentinə ərizə ilə müracit etmişdir. Bakı X4 Departamenti tərəfindən ona ünvanlanmış 10.12.2020-ci il tarixli SOCAR**********30560046X02076 saylı məklubda göstərmişdir ki, 31.01.2018-ci ildə ona məxsus G-4 markalı, smart iton tipli 202AQ**********0 zavod nömrəli qaz sayğacı 31.01.2018-ci ildə “qaz sayğacının çıxarılması, quraşdırılıması və istismara qəbulu haqqında” ******* saylı akt əsasında dəyişdirilərək yeni, smart tipli qaz sayğacı ilə əvəzləşdirilmiş və yoxlamaya göndərilmişdir. Sənaye və məişət qaz sayğaclarının yoxlanılması labaratoriyasının 02.03.2018-ci il MSK 29\1710-00096 saylı aktında “xətalar normadan artıqdır, sayğac minimal sərfiyyatda -100 faiz nisbi xətala işləyir, xətalar normadan artıqdır, sayğac minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi, sayğacın çıxış plasmas borusı deşildiyi, sayğac F-044 rejimindən çıxarıldığı, sayğacın dövrəsi üst hissədən deformasiyaya uğradığı” qeyd olunmuşdur. Labarotoriyanın rəyinə əsasən 31.10.2018-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunaraq 928,80 manat məbələğində dəymiş ziyan hesablanmışdır. Cavabdehin nümayəndələri 01.06.2018-ci il tarixdə ona (fiziki şəxs İddiaçı Şəmsoddin oğluna) məxsus olan qaz sayğacına texniki baxış keçirmiş, çıxış plasmasunda bir yerdən deşik olduğu aşkar etmişlər, akta görə ona 928,10 manat məbləğində borc yazılmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31.10.2018-ci il tarixli ******* saylı akt tərtib edilərkən o, iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdmişdir. Əlavə olaraq bildirdi ki, hal-hazırda hər ay 70-80 manat məbləğində pul ödəmişdir. Sayğacı 2018-ci il yanvar ayının axırında dəyişmişlər. Yeni sayğac quraşdırılandan əvvəl də, sonra da eyni ödənişləri etmişdir. sayğac quraşdırılan zaman və ondan sonra onun tərəfindən hər hansı müdaxilə edilməmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi X2 izahat verərək bildirdi ki, boru sayğacın içərisində olur. Çıxış hissədə defraqmadır. Plasmas boruda deşik olanda qaz hesabatının azalmasına səbəb olur. Qaz sayğaçı çıxarılarkən -665 kub üzərində göstərici olmuşdur. İddiaçının istifadəsinə olan sayğac dəyişdirilərkən nöqsan aşkar olunmuşdur. Sayğacın dəyişdirilməsinin səbəbi isə qaz sərfiyyatının az hesablanması olmuşdur. Sayğac çıxarılanda üzərində 66 manatlıq borc olmuşdur. Kartda pul bitəndə qaz dayanmalıdır. Ekranda elektron hissə işləməmişdir. Evə 665 kub qaz gedib ama klapan bağlanmamışdır. Qazana dolub keçən hissədə deşik olsa klapan bağlanmayacaq və hesabat düz getməyəcəkdir. Sayğac çıxarılarkən möhürə müdaxilə edilmədiyi müəyyən edilmişdir. Laboratoriya müayinəsi zamanı sayğacın daxilində nasazlıq aşkar edilmişdir. Sayğacda yaranmış nasazlıq yeni sayğacın quraşdırılması zamanı da yarana bilərmiş. Yeni sayğacı Cavabdeh qurumlarının əməkdaşları tərəfindən quraşdırılmışdır. Əlavə olaraq qeyd etmişdir ki, köhnə sayğacının daxili mexanizmi işləkmiş, lakin elektron göstərici işləmirmiş. Qeyd edilənlərə əsəsən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı X4 Departamentinin 10 dekabr 2020-ci il tarixli məktubundan görünür ki, sizə məxsus mənzilin qaz xəttinin üzərində quraşdırılmış G-4 markalı smart itron tipli 1202AQ**********0 zavod nömrəli qaz sayğacı 31.01.2018-ci il tarixli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akt əsasında dəyişdirilərək yeni G-4 markalı smart itron tipli 1702AZ**********28 saylı qaz sayğacı ilə əvəzlənmiş və yoxlamaya göndərilmişdir. SOCAR İTRİ-nin Sənaye və məişət qaz sayğaclarını yoxlanması laboratoriyasının 02.03.2018-ci il tarixli MSK 29/1710-00096 saylı aktında “xətalar normadan artıqdır, sayğac minimal sərfiyyatda - 100 faiz nisbi xətayla işləyir, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi, sayğacın çıxış plastmas borusu deşildiyi, sayğac F-044 rejimindən çıxarılıdığı, sayğacın gövdəsi üst hissədən deformasiyaya uğradığı" qeyd olunmuşdur. Laboratoriyanın rəyinə əsasən 31.10 2018-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" akt tərtib olunaraq 928,80 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bildirirlər ki, borc noyabr 2020-ci il tarixdə İddiaçı yüklədiyi məbləğdən hissə-hissə tutulmaq şərti ilə smart kartına yönləndirilmış və 07.12.2020-ci il tarixdə istehlakçı hesabında 913,80 manat borc mövcuddur və tərəfindən ödənilməlidir. - “Cavabdeh” İstehsalat Birliyinin MSK-28/1710-00096 saylı aktından görünür ki, 1202AQ**********0 nömrəli sayğac “Cavabdeh” İstehsalat Birliyinin SOCAR**********30991710X00096 saylı, 14 ferval 2018-ci il tarixli telefonoqramına əsasən 16 fevral 2018-ci il tarixində əhali sektorunda istismarda olan Bakı RQOQX Departamentindən İnformasiya Tesnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını yoxlanması laboratoriyasına aparılmış Fransa istehsalı G4 və G6 markalı smart-kart tipli qaz sayğacları 02 mart 2018-ci il tarixində Dövlət yoxlaması nəticəsində yararsız hesab olunur. - “Cavabdeh” İstehsalat Birliyinin 31.10.2018-ci il tarixli ******* saylı aktından görünür ki, İddiaçı Şəmşəddin oğluna məxsus G-4 markalı, smart iton tipli 202AQ**********0 zavod nömrəli qaz sayğacına keçirilən baxış zamanı məlum olmuşdur ki, Cavabdeh” İB-nin 28/1710-00096 saylı rəyinə əsasən xətalar normadan artıqdır. Hesablama sərfiyyatı minimal həddə keçən qazın həcmini qeyd etmir. Sayğacın çıxış plastmas borusu deşilmişdir. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31.10.2018-ci il tarixli ******* nömrəli aktdan görünür ki, G-4 markalı, smart iton tipli 1702AZ**********28 saylı qaz sayğacına keçirilən baxış zamanı məlum olmuşdur ki, Cavabdeh” İB-nin 28/1710-00096 saylı rəyinə əsasən xətalar normadan artıqdır. Hesablama sərfiyyatı minimal həddə keçən qazın həcmini qeyd etmir. Sayğacın çıxıs plastmas borusu deşilmişdir. Qaz işlədici avadanlıqlar - PQ-3, Kombi qeyd edilmiş və müvafiq olaraq hesablanma aparılaraq 0,8*6*180=864, 2,6*18*180=8424, cəmi 9288 kub metr sərfiyyat hesablanmışdır. - Abonentin saldosundan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzildə İddiaçı Şəmşəddin oğlu adlı abonentə 31.01.2018-ci il tarixdə Smart G-4 İTRON DİAFRAQMA markalı, 1702AZ**********28 saylı sayğac quraşdırılmışdır, abonent kodu **********00230dur. - Abonentin saldosuna əsasən (11/2020) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 928,80 manat pul abonentdən tələb olunur. - Abonentin saldosundan görünür ki, Quliyev Tələf tərəfindən 2014-cü il tarixində 600 manat, 2015-ci il tarixində 500 manat, 2016-cı il tarixində 520 manat, 2017-ci il tarixində 691 manat, 2018-ci il tarixində 749 manat, 2019-cu il tarixində 614 manat, 2020-ci il tarixində 573 manat ödəniş edilmişdir. - 31.01.2018-ci il tarixli, AK-1/23207 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, Müqavilə üzrə Paylayıcı adlanacaq “Cavabdeh” İB şəxsində bir tərəfdən və bundan sonra İstehlakçı adlanacaq İddiaçı Şəmşəddin oğlunun şəxsində Azərbaycan Respublikasının mülki qanunvericiliyinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il “12” may tarixli “80” №-li qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na uyğun olaraq Müqavilə bağlamışlar. Müqavilənin 1-ci maddəsinə əsasən Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 11.01.2021-ci il tarixdə 30,00 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan yaşayış sahəsində qaz sayğacı dəyişdirilərək dövlət yoxlamasından keçirilməsi üçün göndərilmiş, daha sonra itirilmiş qazın bərpası üçün “Cavabdeh” İstehsalat Birliyi tərəfindən hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və respublika Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, sayğaca kənardan müdaxilə edilməmiş, sayğacın daxilində nasazlıq olmuşdur. Həmin nasazlıq kənar müdaxilə nəticəsində əmələ gəlmişsə, bu yalnız sayğac quraşdırılan və möhürlənən zaman mümkün imiş. Sayğacı isə vətəndaş deyil, “Cavabdeh” İstehsalat Birliyinin əməkdaşları tərəfindən quraşdırıldığından vətəndaşın bu hala görə məsuliyyətini təsdiq edən sübut təqdim edilməmişdir. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən qaz sərfiyatına görə yeni sayğac quraşdırılmamışdan əvvəl və quraşdırıldıqdan sonra eyni məbləğlərdə ödənişlər edilmiş, yəni edilmiş ödənişlərdə hər hansı bir dəyişiklik və ya kəskin fərqlər yaranmamışdır. Eyni zamanda köhnə sayğacın daxili mexanizmi işlək vəziyyətdə olmuş, elektron göstərici isə işləməmişdir. Bununla da, məhkəmə, hazırki iş üzrə iddiaçının təqsirinin müəyyən olunmadığını, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır və qaz sayğacı düzgün işləmədiyi halda, sayğacın göstəricilərinə əsasən deyil, “Cavabdeh” İB tərəfindən hesablanan 928,80 manat məbləğində pulun istehlakçıdan tələb edilməsini ağlabatan mühakimə hesab etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməli, dövlət rüsumu qismində ödənilmiş 30,0 manat məbləğində pul dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, “Cavabdeh” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 31 oktyabr 2018-ci il tarixli ******* saylı akt etibarsız hesab edilməli, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (Abonent kodu: **********00230) qaz sərfinə görə istehlakçı İddiaçı hesablanmış 928,80 manat məbləğində borc silinməlidır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Cavabdeh” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 31 oktyabr 2018-ci il tarixli ******* saylı akt etibarsız hesab edilsin. ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (Abonent kodu: **********00230) qaz sərfinə görə istehlakçı İddiaçı hesablanmış 928,80 manat məbləğində borc silinsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin, dövlət rüsumu qismində ödənilmiş 30,0 manat məbləğində pul dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(007)-1170/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1170/2021
22.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver