Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1223/2021 23.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X15 Mirzəyevin sədrliyi, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, X1, İddiaçılar İddiaçı1 və X11 iştirakı ilə, İddiaçılar İddiaçı1 və X11 cavabdeh X3 qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və X11 cavabdeh X3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini onunla əsaslandırdı ki,İddiaçı1 2017-ci ilin yayında Məmmədxanov Rafailin mobil telefonunun sıradan çıxması (xarab oiması) ilə əlaqədar öz doğma oğlu Fomin V.N. vasitəsilə X8 Galaxy Y S5360 mobil telefonunu vermişdir. X6 sözlərinə görə tikinti firmasının qeydiyyatdan keçirilməsi üçün pulunun olmamasına görə onun oğlu Fomiıı V.N. vasitəsilə cavabdeh Məmmədxanov Rafailə 70 (yetmiş) manat pul vermişdir.X12 mobil telefonunu söndürərək ona həmin pulu qaytarmamışdır. Məmmədxanov Rafailə verilən Samsung mobil telefonu yaxşı işlək vəziyyətdə idi və alış vaxtı 180 (yüz səksən) manat dəyərində idi. Samsung mobil telefonu ilə birlikdə Məmmədxanov Rafailə telefonun orijinal qablaşdırması, orijinal qulaqcıqlar, telefondan istifadə təlimatı və telefonun alınması haqqında qəbz də verilmişdir. Məmmədxanov Rafail ona 70 manat həcmində pul məbləğini və şifahi sözləşmə üzrə Samsung mobil telefonuna görə 50 manat məbləğində pul məbləğini qaytarmağı vəd etmişdir. Odur ki, qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin olunması, X2 onun xeyrinə 120 manat borcun,vurulmuş mənəvi ziyana görə 100 manat pulun və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçı X14 iddia tələbini onunla əsaslandırdı ki, atasının cavabdeh Fafail Məmmədxanova qarşı iddialarını təsdiq edir. 2018-ci ildə şəxsən Məmmədxanov Rafail ona 1500 (min beş yüz) manat həcmində borcu olması haqqında iltizam yazmışdır. Tərəflər arasında sövdələşmə faktı 19 fevral 2018-ci il tarixində baş tutmuşdur. Rafail Məmmədxanov rus dilində olan iltizamda şəxsən yazmışdır: Mən, X5, pasport AZE 0*******, X13 1500 (min beş yüz) manat borcluyam. Yaxın üç ay müddətində borcu qaytarmağı öhdəmə götürürəm”.Bundsn sonra Məmmədxanov Rafail mobil telefonunu söndürərək pulu qaytarmadı. Həmçinin o, Fomin V.N. məlumat verir ki, Məmmədxanov Rafail əvvəllər məhkum olunmuşdur və dələduzluğa və əmlak oğurluğuna görə məsuliyyətə cəlb olunmuşdur. Məmmədxanov Rafail şəxsən ona saxlandığı yerin fotoşəkillərini göstərmişdir. Odur ki, qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin olunması, X2 onun xeyrinə 1500 manat borcun,1500 manat pul məbləğinin 3 il-36 ay ərzində istifadəsinə görə 5%,yəni 225 mant pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsində göstərilir ki, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçılar İddiaçı1 və X14 ərizə ilə məhkəməyə müracət edərək, cavabdehə qarşı iddia tələbinə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmiş və cavabdeh məhkəməyə gəlmədiyi üçün işə qiyabi icraat qaydasında baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iddiaçıların izahatlarını dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: 19.02.2018-ci il tarixli qəbzdə qeyd olunur ki, “Mən, X5, pasport AZE 0*******, X13 1500 (min beş yüz) manat borcluyam. Yaxın üç ay müddətində borcu qaytarmağı öhdəmə götürürəm”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin halları ilə müəyyən olundu ki, X5 İddiaçı1 2017-ci ilin yayında Məmmədxanov Rafailin mobil telefonunun sıradan çıxması (xarab oiması) ilə əlaqədar oğlu Fomin V.N. vasitəsilə X8 Galaxy Y S5360 mobil telefonunu vermişdir. X6 sözlərinə görə tikinti firmasının qeydiyyatdan keçirilməsi üçün pulunun olmamasına görə onun oğlu Fomiıı V.N. vasitəsilə cavabdeh Məmmədxanov Rafailə 70 (yetmiş) manat pul vermişdir.X12 mobil telefonunu söndürərək ona həmin pulu qaytarmamışdır. Bundan başqa, 19.02.2018-ci il tarixdə iddiaçı X10 3 ay müddətinə 1500 manat almış,lakin öz vədinə əməl etməmiş və pulu qaytarmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, X2 İddiaçı1 xeyrinə 120 manat borc,vurulmuş mənəvi ziyana görə 100 manat pul, X11 xeyrinə 1500 manat borc,1500 manat pul məbləğinin 3 il-36 ay ərzində istifadəsinə görə 5%,yəni 225 manat pul,iddiaçıların xeyrinə 30 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. X2 İddiaçı1 xeyrinə 120 manat borc,vurulmuş mənəvi ziyana görə 100 manat pul, X11 xeyrinə 1500 manat borc,1500 manat pul məbləğinin 3 il-36 ay ərzində istifadəsinə görə 5%,yəni 225 manat pul,iddiaçıların xeyrinə 30 manat ödənilmiş dövlət rüsumu tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Tərəflərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-1223/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-1223/2021
23.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver