Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1235/2024 23.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı Cavabdeh qarşı “evin qaytarılması və ya pulun hesaba köçürülməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “evin qaytarılması və ya pulun hesaba köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı müvafiq prosessual pozuntulara yol verməklə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Məhkəmə işin mahiyyətinə toxunmadan ilk öncə qeyd edir ki, iddiaçı cavabdehdən aldatma yolu ilə ailələrinə məxsus Bekı şəhəri, ünvan 1 ünvanındakı evlərinin geri qaytarılması və ya evin hazırki qiymətlə pulun hesabına köçürülməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən alternativ tələb irəli sürülmüşdür ki, bu hal yolverilməzdir. Buna görə də, iddiaçı öz tələbini konkretləşdirərək dəqiq olaraq mübahisəli evin geri qaytarılmasını yoxsa pulun verilməsini tələb etməsini müəyyən etməli, bu tələblərdən biri ilə məhkəməyə müraciət etməli, iddia tələbini əsaslandırmalıdır. Pul tələbi ilə məhkəməyə müraciət edilərkən, iddia tələbində geri qaytarılması tələb olunan məbləğ dəqiq göstərilməli və həmin məbləğ üzrə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci bəndinin tələbinə uyğun olaraq dövlət rüsumu ödənilməlidir. Əgər, iddiaçı mübahisəli mənzilin geri qaytarılmasını tələb edirsə, iddiaçının tələbi mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında olduğu üçün iddia daşınmaz əşyanın olduğu yerə görə verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmçinin belə mübahisələr üzrə daha obyektiv və hərtərəfli araşdırmanın aparılması məqsədilə mülki işin mübahisəli əmlakın yerləşdiyi məhkəmədə baxılması da daha məqsədəmüvafiq hesab edilir. Bununla əlavə, evin qaytarılması tələbi qiymətləndirilməyən iddia olduğu üçün belə tələb ilə məhkəməyə müraciət edilərkən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci bəndinə əsasən 100 manat dövlət rüsumu ödənilməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən Mülki Prosessual Məcəllənin 149-cu maddəsinin tələbləri də pozulmuşdur. Belə ki, iddiaçı tərəfindən mübahisəli mənzilin onun mülkiyyətində olması barədə sübut, həmçinin X1 ilə Cavabdeh arasında bağlanılmış AN-İ ******* saylı xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə notariat işinin müvafiq qaydada təsdiq edilmiş surəti iddia ərizəsinə əlavə edilməmişdir. İddiaçı iddia tələbində iddianın təmin olunması üçün cavabdehin əmlakına həbs qoyulmasını xahiş etmişdir. Halbuki, qeyd olunan hal ilə bağlı iddiaçı tərəfindən ayrıca icraat qaydasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci maddəsi üzrə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizə verilməli, həmin ərizə qanunvericiliyə uyğun qaydada əsaslandırılmalı və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.4-cü bəndinə əsasən bu Qanunun müvafiq olaraq 8.1-ci və ya 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 10 faizi (hər bir halda 10 manatdan az olmamaqla) məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən, bu məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-150, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “evin qaytarılması və ya pulun hesaba köçürülməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardad İddiaçı tərəfindən ödənilmiş 30 manat (şəxsiyyət vəsiqəsinin Fini: xxxxxxx, qəbzin nömrəsi: 3783, “ASAN ödəniş” sistemində qəbzin nömrəsi:**********13, tarix: xx.xx.2024-cü il) dövlət rüsumunun qaytarılması üçün əsasdır. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1235/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1235/2024
23.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver