Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1274/2023 03.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Əliyeva Şəhrəbanı Əziz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1439,49 (bir min dörd yüz otuz doqquz manat 49 qəpik) manat məbləğində pulun, həmçinin iddia verilməsi üçün tərəfindən ödənilmiş 35 (otuz beş) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 1474,49 (bir min dörd yüz yetmiş dörd manat 49 qəpik) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə bir yerdə işlədiyi zaman cavabdeh ondan "xxxx" ASC-dən pul götürə bilməsi üçün ona zamin olmağımı xahiş etmişdir. O, bir yerdə işlədiklərindən onun təklifi ilə razılaşmışdır və onlar birlikdə "xxxx" ASC-nin Qaradağ filialına getmişlər. "xxxx" ASC-nin Qaradağ filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 162-xx.xx.2014-128 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən borcalana 60 ay müddətinə illik 22 faiz dərəcəsi ilə hesablanmaqla 10000 manat məbləğində kredit verilmişdir. Həmin kredit öhdəliyinin təmin edilməsi üçün Bankla onun arasında xx.xx.2014-cü il tarixli. 162-xx.xx.2014-128 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh “Azərbaycan Beynəlxalq Bankı" ASC qarşısında üzərinə götürdüyü kredit öhdəliklərini yerinə yetirmədiyindən həmin bank pulu zamin olduğum üçün ondan tələb etmişdir. Bankın həmin tələbi əsasında o, xx.xx.2018-ci il tarixdə və xx.xx.2018-ci il tarixdə ayrı-ayrılıqda 120 manat, ümumlikdə 240 manat pulu ‘'Azərbaycan Beynəlxalq Bankı” ASC-nin bank hesabına keçirmişdir. Sonradan nə o, nə də cavabdeh tərəfindən "xxxx" ASC-dən götürülən kredit məbləği ödənilmədiyindən "xxxx" ASC iddiaçı qismində cavabdehlər qismində Cavabdeh və ona qarşı “kredit borcunun tutulması”na dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakə şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-267/2019 saylı, xx.xx.2019 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi və cavabdchlər Cavabdeh və İddiaçı Qafar qızından birgə qaydada əsas borc üzrə 5549,23 (beş min beş yüz qırx doqquz manat, iyirmi üç qəpik) manat, faiz borcu üzrə 2187,90 (iki min yüz səksən yeddi manat, doxsan qəpik) manat, cərimə borcu üzrə 100 (yüz) manat, habelə 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının əvəzi olmaqla, cəmi 7867,53 (yeddi min səkkiz yüz altmış yeddi manat, əlli üç qəpik) manat məbləğində pulun alınaraq "xxxx" ASC-yə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmiş, icra mərhələsində isə həm Cavabdeh tərəfindən, həm də onun pensiya kartından ümumulikdə 1199,49 manat pul tutularaq "xxxx" ASC-уə ödənilmişdir (bu halı təsdiq edən "xxxx" ASC-nin Qaradağ filialı tərəfindən verilmiş 6-2- 48/2-54/2023 saylı, xx.xx.2023-cü il tarixli məktub iddia ərizəsinə əlavə edilmişdir). Hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-267/2019 saylı, xx.xx.2019 saylı qətnaməsi üzrə verilmiş icra sənədi tam icra olunmuş və tələbkar "xxxx" ASC-nin Qaradağ filialı tərəfindən icra sənədi üzrə icraata xitam verilməsinə dair ərizə ilə müvafiq icra orqanlarına müraciət edilmişdir (bu halı təsdiq edən "xxxx" ASC-nin Qaradağ filialı tərəfindən verilmiş 6-2-22/2-1707/2023 saylı, xx.xx.2023-cü il tarixli məktub iddia ətizəsinə əlavə edilmişdir). O, cavabdehi axtarıb ondan zamin kimi ödədiyi ümumilikdə 1439,49 manat məbləğində pulu tələb etmək istəsə də, onu tapmaq mümkün olmamışdır. Buna görə də, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Hesab edir ki, Cavabdeh 1439,49 (bir min dörd yüz otuz doqquz manat 49 qəpik) manat məbləğində pul tutularaq ona ödənilməlidir. Bundan əlavə, cavabdehə qarşı yönəlmiş tələb üzrə iddianın məhkəmədə qaldırılması üçün 35 (otuz beş) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə hesab edir ki, Cavabdeh 1439,49 (bir min dörd yüz otuz doqquz manat 49 qəpik) manat məbləğində pul, həmçinin iddia verilməsi üçün tərəfindən ödənilmiş 35 (otuz beş) manat məbləğində dövlət rüsumu, ümumilikdə 1474,49 (bir min dörd yüz yetmiş dörd manat 49 qəpik) manat məbləğində pul tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyi qeyd etdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə dəfələrlə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının yazılı razılığı əsasında işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-267/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən göünür ki, cavabdehlər Cavabdeh və İddiaçı Qafar qızından birgə qaydada əsas borc üzrə 5549,23 (beş min beş yüz qırx doqquz manat, iyirmi üç qəpik) manat, faiz borcu üzrə 2187,90 (iki min yüz səksən yeddi manat, doxsan qəpik) manat, cərimə borcu üzrə 100 (yüz) manat, habelə 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının əvəzi olmaqla, cəmi 7867,53 (yeddi min səkkiz yüz altmış yeddi manat, əlli üç qəpik) manat məbləğində pulun alınaraq "xxxx" ASC-yə verilməsi qət edilmişdir. - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 6-2-22/2-1707/2023 saylı məlumatından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006 - 267/2019 saylı qətnaməsinə əsasən X1 və İddiaçı Qatar qızından birgə qaydada "xxxx" ASC-nin xeyrinə cəmi 7867,53 manat məbləğində borcun tutulması qət edilmişdir. İcra sənədi aidiyyəti uzrə icra qurumlarına icraya yönəldilmiş və müvafiq qaydada icraata başlanılmışdır. Tələbkar tərəf olaraq bildirlər ki, borclular tərəfindən borc tam ödənilmişdir. - "xxxx" ASC tərəfindən Əzizova əbibə Qafər qızına ünvanlanmış xx.xx.2023-cü il tarixli, 6-2-48/2-54/2023 saylı məktubundan görünür ki, xx.xx.2014-cü il tarixində Cavabdeh verilən 10000 AZN məbləğində olan 203CRL********** NO referensli kreditə görə zamin kimi onun kartından ödənilən vəsaitlərin siyahısı aşağıdakılardır: xx.xx.2019- 247 AZN, 11.09 2019-148 AZN, xx.xx.2019 - 150 AZN, xx.xx.2019 150 AZN, 09.12 2019 - 10 AZN, xx.xx.2020 125 AZN, xx.xx.2020- 150 AZN, xx.xx.2022 - 136 AZN, xx.xx.2023 - 83.49 AZN. - "xxxx" ASC-nin möhürü ilə təsdiq edilmiş qəbzdən görünür ki, Cavabdeh kredit ödənişi üzrə xx.xx.2018-ci il tarixdə 120 manat ödəniş edilmişdir. - "xxxx" ASC-nin möhürü ilə təsdiq edilmiş qəbzdən görünür ki, Cavabdeh kredit ödənişi üzrə xx.xx.2018-ci il tarixdə 120 manat ödəniş edilmişdir. - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 35 manat dövlət rüsumu ödənilmişdir; Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh 60 ay müddətinə illik 22 faiz dərəcəsi ilə hesablanmaqla 10000 manat məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli 162- xx.xx.2014-128 saylı zaminlik müqaviləsinə əsasən zamin İddiaçı Cavabdeh xx.xx.2014-cü il tarixli, 162-xx.xx.2014-128 nömrəli kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə Cavabdeh ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Lakin Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş və nəticədə, onun "xxxx" ASC-yə borcu yaranmışdır. Cavabdeh əsas borclu olaraq Bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün iddiaçı ümümilikdə 240 manat bankın hesabına ödəniş etmişdir. Bundan sonra isə Bank borcun tutulmasına dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsinə Cavabdeh və İddiaçı Qafar qızından birgə qaydada cəmi 7867,53 (yeddi min səkkiz yüz altmış yeddi manat, əlli üç qəpik) manat məbləğində pulun alınaraq "xxxx" ASC-yə verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icra məhələsində 1199,49 manat məbləğində pul iddiaçının pensiya kartından tutulmuşdur. Hazırda iddiaçı kredit müqaviləsi üzrə onun tərəfindən zamin qismində "xxxx" ASC-nin hesabına köçürülmüş ümumilikdə 1439,49 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər; 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur; 475.3-ci maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda göstərilən müddəalarının tələblərinə istinadən qeyd edir ki, iddiaçı (zamin) İddiaçı hesabından (borclu) Cavabdeh borcu üzrə 1439,49 manat məbləğində pul tutulmuşdur. Hazırda iddiaçının həmin məbləği Cavabdeh tələb etmək hüququ yaranmışdır. Belə olan halda, məhkəmə iddianı əsaslı hesab edir və onun təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 241.4-ci maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 35 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1439,49 manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 35 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1439,49 manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 35 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1274/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-1274/2023
03.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver