Məhkəmə qərarları › İş №2(007)-1302/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1302/2025

05.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1302/2025 05.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilə olan istifadə hüququn itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi:

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilə olan istifadə hüququn itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, iddianı təmin edib, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və yetkinlik yaşına çatmayan uşaqları X9, X10, X13, X14 onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 50 saylı evin, 17 saylı mənzil, yeni qaydalarla: AZ 1118. Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, giriş 388, M6, m1 mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 50 saylı evin 17 saylı mənzilini bacısı X6 07 aprel 2024-cii il larixdə AN- 1№ ******* saylı daşınmaz əmlakın alqı-salqı müqaviləsi əsasında Cavabdeh1 alıb. 25 oktyabr 2024-cii il tarixdə isə daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 50 saylı evin 17 saylı mənzilini ona bağışlayıb. Həmin mənzilə dair Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən onun adına 29 oktyabr 2024-cii il tarixli, ********** nömrəli çıxarış verilib. Alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh1 öhdəsinə götürüb ki, 1 ay ərzində ailə üzvləri ilə birlikdə mənzildən qeydiyyatdan çıxacaqlar. O, bu günə kimi düşünürdü ki, cavabdehlər qeydiyyatdan çıxıblar, lakin Asan 4 Xidmət Mərkəzindən əldə etdiyi arayışdan aydın olub ki, cavabdehlər qeydiyyatda qalıblar. Cavabdehlərin onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmaqları səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır.

İş materialları:

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2, Yeni qaydalarla: AZ1142, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçının mülkiyyətindədir.

4. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, ******* saylı arayışdan görünür ki, İddiaçı, X7, Cavabdeh2, xx.xx.2011-ci il təvəllüdlü X9, xx.xx.2015-ci il təvəllüdlü X8, Cavabdeh3 Abudətdar qızı, xx.xx.2012-ci il təvəllüdlü X17, xx.xx.2013-cü il təvəllüdlü X19 və Cavabdeh4 Abusətdar oğlu ünvan 2, Yeni qaydalarla: AZ1142, ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadırlar.

5. X7 ilə X6 arasında xx.xx.2023-cü tarixdə Bakı şəhəri 50 saylı notariat ofisində bağlanaraq reyestrdə 4Ə-597 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alqı-satqısına dair AN-İ seriyalı, ******* saylı müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 ünvan 2, Yeni qaydalarla: AZ1142, ünvan 1 ünvanında yerləşən mənzilini X2, onun mülkiyyətinə vermişdir; Müqavilənin 4-cü bəndinə əsasən satıcı mənzili 100000 manata satmış, alıcı isə həmin qiymətə almışdır; Müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür; Müqavilənin 11-ci bəndinə əsasən satıcı daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə xx.xx.2023-cü il tarixədək alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür; Müqavilənin 13-cü bəndinə əsasən satıcı xx.xx.2023-cü il tarixədək mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür;

6. xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X6 ünvan 2, Yeni qaydalarla: AZ1142, ünvan 1 ünvanında yerləşən mənzilini İddiaçı bağışlamışdır.

7. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.

8. Notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Cavabdeh3 Abudətdar qızı, Cavabdeh4 Abusətdar oğlu və Cavabdeh2 qeydiyyatda olduqları və X5 məxsus olan ünvan 2 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir, razıdırlar. Müqavilədə nəzərdə tutulmuş müddətdə əmlakı tərk etməyi və daimi qeydiyyatdan çıxmağı öhdəsinə götürürlər.

Tərəflərin izahatları:

9. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçı ərizə ilə məhkəməyə müraciət edəərk, məhkəmə iclasına gələ bilməyəcəyindən mülki işə onun iştirakı olmadan baxıb yekunlaşdırılmasını və iddianın təmin edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasında cavabdeh X7 izahat verərək, iddianın təmin edilməsinə etiraz etmədi.

11. Məhkəmə iclaslarının yeri və vaxtı barədə digər cavabdehlərə rəsmi qaydada bildiriş göndərilsə də, zərflər üzərində “bu ünvanda yaşamır” məzmununda qeydlər edilərək məhkəməyə geri qayıtmışdır.

12. Belə olan halda, məhkəmə işə iddiaçının və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

13. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirmişdir ki, iddiaçı onlarla əlaqə saxlaya bilməyib, bu səbəbdən məhkəmədə iddia qaldırıb. Ülhər Bayramova və Cavabdeh4 onun övladlarıdır. Mübahisəli mənzilə görə iyun ayına qədər ödənişləri ediblər. İddiaçı ilə 1 iyul tarixinədək mənzildən istifadə hüquqlarının saxlanılması barədə razılığa gəliblər.

İşin faktiki halı:

14. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, ünvan 2, Yeni qaydalarla: AZ1142, ünvan 1 ünvanında yerləşən mənzil cavabdeh X4 mülkiyyətində olmuşdur. O, mənzilini X1. X6 da xx.xx.2024-cü il tarixdə həmin mənzili İddiaçı bağışlamışdır. Bağışlama müqaviləsindən sonra həmin mənzilə İddiaçı mülkiyyət hüququ tanınmış və mənzil üzərində bu mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mənzilin köhnə sakini olan cavabdehlər mənzildən köçsə də, formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalmış, bu da iddiaçının xüsusi mülkiyyətində olan mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Bu səbəbdən iddiaçı məhkməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Məhkəmə baxışının hədləri:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Konstitusiyasının:

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.

19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun:

9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;

20. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolu:

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Məhkəmənin mövqeyi:

21. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.

22. Belə ki, ünvan 2, Yeni qaydalarla: AZ1142, ünvan 1 ünvanında yerləşən mənzil cavabdeh X4 mülkiyyətində olmuşdur. O, mənzilini X1. X6 da xx.xx.2024-cü il tarixdə həmin mənzili İddiaçı bağışlamışdır. Bağışlama müqaviləsindən sonra həmin mənzilə İddiaçı mülkiyyət hüququ tanınmış və mənzil üzərində bu mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Belə ki, X7 və X6 arasında alğı-satqı müqaviləsinin bağlanmasından sonra mənzil əvvəl X3, daha sonra isə xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinə əsasən iddiaçıya təhvil verilmişdir, cavabdehlər mənzildə yaşamır, mübahisəli mənzillə bağlı onun barəsində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edilmişdir. Bununla yanaşı, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mənzilin satılmasına etiraz etməmələri barədə notarial qaydada ərizə vermişlər. Cavabdehlərin hal-hazıradək mənzildə qeydiyyatda qalması mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozur.

23. Məhkəmə hesab edir ki, qeyd olunan mənzil üzərində mülkiyyət hüququ həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alındığı andan ona keçmiş və cavabdehlər mülkiyyət hüququnun tərkib hissəsi olan mənzildən istifadə hüququnu itirib. Ona görə də, iddia əsaslı olduğundan təmin edilməlidir.

24. MM-in 27-ci maddəsinin 2-ci bəndinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

25. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2011-ci il təvəllüdlü X9, xx.xx.2015-ci il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X17 və xx.xx.2013-cü il təvəllüdlü X11 yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır. 26 Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Nəticə:

28. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və onların yetkinlik yaşına çatmayan ailə üzvləri xx.xx.2011-ci il təvəllüdlü X9, xx.xx.2015-ci il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X17 və xx.xx.2013-cü il təvəllüdlü X11 ünvan 2, Yeni qaydalarla: AZ1142, ünvan 1 ünvanında yerləşən mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməli, məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilməlidir.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və onların yetkinlik yaşına çatmayan ailə üzvləri xx.xx.2011-ci il təvəllüdlü X9, xx.xx.2015-ci il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X17 və xx.xx.2013-cü il təvəllüdlü X11 ünvan 2, Yeni qaydalarla: AZ1142, ünvan 1 ünvanında yerləşən mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu İddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar