Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1308/2021 20.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Fikrət Xasay oğlu Mirzəyevin sədrliyi, Məsləhətçi Ramil Firdun oğlu Qurbanovun katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdeh “Cavabdeh” İB-nə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “Cavabdeh” İB-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçinin mənzilinə quraşdırılan qaz sayğacını 2020-ci ilin iyul ayında laboratoriya yoxlaması üçün söküb aparmışlar, sentyabr ayında isə yenisi ilə əvəz etmişlər. Əvvəlki sayğacın balansında 80 manatlıq qaz olmuşdur. Yeni quraşdırılan sayğaca görə isə ona 340 manat cərimə borcu yazıblar. Mənzilin sayğacı blokda quraşdırılmış və həmin sayğacın üstunə bərk əşya düşərək plombu zədələmişdir. İddiaçının hər hansı bir müdaxiləsi olmamışdır. Qeyd olunanlara əsasən məhkəmədən xahiş edir ki, İddiaçı mənzilində quraşdırılmış sayğaca görə hesablanmış 340 manat cərimənin silinməsi barədə qətnamə çıxardasınız. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı sayğaca müdaxilə etmişdir, ona görə də iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 30.08.2018-ci il tarixli ******* nömrəli aktdan görünür ki, TQİQna uyğun yoxlama aparılan zaman məlum olmuşdur ki, mənzilin sayğacına baxış keçirərkən dövlət plombu aşkar olunmamışdır. Cavabdeh İB tərəfindən aparılan araşdırmaya əsasən 11.11.2012-ci il tarixdə quraşdırılmış G-4 markalı 1202AQ**********8 nömrəli qaz sayğacına texniki baxış keçirilərək, xüsusi nömrəli plombun vurulması təmin edilmişdir. Plomb aşkar olunmadığı üçün, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında “30.03.2018-ci il tarixli ******* saylı akt tərtib olunaraq 345.60 manat dəymiş ziyan hesablanmışdır. Göründüyü kimi sadalanan akta və rəyə görə plombun qırılması aşkar olunsa da abonent tərəfindən həmin sayğaca müdaxilə olunması öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, tərtib olunmuş aktla mənzildə yaşayan şəxs tərəfindən sayğaca müdaxilə edilməsi öz təsdiqini tapmadığından cərimənin mənzildə yaşayan şəxsdən abonentin saldosuna əsasən tutulmasının hüquqi əsası yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yaşayan İddiaçı qarşı “Cavabdeh” İB tərəfindən hesablanılmış 340 manat borc silinmələdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Abonent İddiaçı(abonent kodu **********01140, ünvan Bakı şəhəri Nizami Rayonu Naxçıvanski ev 1,mənzil 114) “Cavabdeh” İB tərəfindən hesablanmış 340 manat borc silinsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-1308/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1308/2021
20.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver