Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1324/2022 11.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1950 (min doqquz yüz əlli) manat pulun və 01.06.2021-ci il tarixdən 01.01.2021ci il tarixə qədər Azərbaycan Respublikası Mərkəzi Bankın məlumatına əsasən Bankın illik uçot dərəcəsi hesablamaqla 770 (yeddi yüz yetmiş) manat cəmi 2720 (iki min yeddi yüz iyirmi) manat məbləğində pulun və ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun alınaraq mənə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2021-ci ilin iyun ayının əvvəllərində ona məxsus olan Astara şəhəri, H.Əliycv prospektində yerləşən icarəyə götürdüyü ət dükanı üçün soyuducu sifariş vermək üçün Tap.az saytından axtarış aparmış, həmin saytda bir səhifədən Aynur adlı qadının ***-***-**-** saylı mobil nömrəsini və həmin qadının soyuducu firmaları ilə əlaqəsinin olduğunu görmüşdür. Həmin nömrə ilə əlaqə saxlayıb həmin soyuduculardan icarəyə götürdüyü ət dükanı üçün sifariş etmək istədiyini bildirmiş, Aynur adlı qadın ona soyuducu ustası olan Cavabdeh2 adlı şəxsin ***-***-**-** saylı mobil nömrəsini verərək Elnurla əlaqə saxlamağını istəmişdir. Cavabdeh2 adlı şəxsin mobil nömrəsi ilə əlaqə saxlayaraq bir ədəd soyuducu sifariş vermək istədiyini bildirmiş, Elnur adlı şəxs ona soyuducu ustası olduğunu və 01 ədəd soyuducunu ona hazırlayıb göndərəcəyini bildirmişdir. Bunun müqabilində ondan 1800 manat pul alacağını demişdir. O, Cavabdeh2 adlı şəxslə razılaşmış və MilliÖn vasitəsi ilə Elnurun şəklini çəkib ona göndərdiyi Unibanka aid **********453894 nömrəli, Cavabdeh1 Aslan oğluna məxsus albalı kartına müxtəlif vaxtlarda 1000 manat bir, 400 manat bir, 200 manat da bir olmaqla ümumilikdə 1600 manat pul köçürmüşdür. Daha sonra Cavabdeh2 ilə əlaqə saxlayıb soyuducunu istəyəndə Cavabdeh2 01 ədəd ət doğramaq üçün stol və 01 ədəd ət kəsmək üçün xüsusi hazırlanmış bıçaq da sifariş vermişdir. Həmin stol və bıçaq üçün də ayrıca 350 manat əlavə pul həmin karta yükləmişdir. Üzərindən bir müddət keçdikdən sonra həmin Elnur adlı şəxsin soyuducunu və digər ləvazimatları gecikdirdiyini görüb Cavabdeh2 ilə əlaqə saxlamış, soyuducunun göndərməsini istədikdə Elnur müxtəlif bəhanələr gətirərək soyuducunu göndərməmişdir. O, Cavabdeh2 adlı şəxsin ona şəklini çəkib atdığı Cavabdeh1 Aslan oğluna məxsus Unibanka aid **********453894 nömrəli albalı kartına 1950 manat pul yükləmişdir. O, Nizami Rayon 25-ci Polis şöbəsinə müraciət etmiş, Cavabdeh2 və Cavabdeh1 izahatlarında ondan aldıqları pulları etiraf etmişdir. Sonradan 04.10.2021-ci il tarixdə Cinayət işinin başlanması rədd edilmişdir. Ona görə də onun cavabdehlər Cavabdeh2 və X2 1950 (min doqquz yüz əlli) manat məbləğində pulun məhkəmə qərarı əsasında cavabdehlərdən alınıb ona ödənilməlidir. Odur ki, həmin pulların cavabdehdən alınması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Həmçinin cavabdehlər 01.06.2021-ci il tarixdən 01.01.2021-ci il tarixə qədər pulları qanunsuz olaraq özlərində saxlamış və ondan faydalanmışdırlar. 01.06.2021-ci il tarixdən başlayaraq 7 ay üçün əldən çıxmış fayda (qazanc) kimi faizlərini də tələb edir. Azərbaycan Respublikası Mərkəzi Bankın məlumatına əsasən Bankın illik uçot dərəcəsi hesablamaqla 770 (yeddi yüz yetmiş) manat təşkil edir. Cavabdehlərdən 770 (yeddi yüz yetmiş) manat məhkəmə qaydasında tutulub ona ödənilməlidir. Buna görə də həmin pulların cavabdehdən alınması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, cavabdehlərdən həmin pullar məhkəmə qərarı əsasında alınıb mənə ödənilməlidir. Cavabdeh1 məhkəməyə 01.04.2022-ci il tarixdə ərizə ünvanlayaraq bildirmişdir ki, 2021-ci ilin iyun ayında qonşusu Cavabdeh2 ona müraciət edərək işi ilə bağlı ona pul məbləği göndəriləcəyini bildirmiş və bank kartının olmaması ilə bağlı ondan ona bank kartını verməyini xahiş etmişdir. O da bank kartını ona təqdim etmişdir. Bir neçə dəfə Cavabdeh2 pul məbləğləri göndərilmiş və o, həmin bank kartına gələn pul məbləğlərini çıxarmışdır. Qonşusu Cavabdeh2 soyuducu ustası kimi tanıyır. Həmin pulların kim tərəfindən göndərildiyi barədə məlumatı və həmin şəxslə heç bir əlaqəsi olmamışdır. 2021ci ilin sentyabr ayında Bakı şəhəri Nizami rayonu 25-ci Polis Bölməsindənin polis əməkdaşı ona zəng edərək onu bölməyə dəvət etmişdir. Qonşusu Cavabdeh2 İddiaçı müəyyən pul məbləği qarşılığında soyuducu təhvil verəcəyini vəd etdiyini, lakin pul məbləğini almasına baxmayaraq, həmin sifariş edilmiş soyuducunu sifarişçiyə təhvil vermədiyini və bununla bağlı İddiaçı şikayətçi olduğunu bildirmişdir. Bununla əlaqədar o, qonşusu Cavabdeh2 ilə əlaqə saxlamış və çox keçmədən o, özü onun olduğu həmin Polis Bölməsinə yaxınlaşmışdır. Polis əməkdaşları tərəfindən hər ikisinim ifadəsi alınmışdır. O, həmin pul məbləğinin Cavabdeh2 göndərilməsi və pulun onun tərəfindən kartdan çıxarıldığı faktını təsdiqləmiş, Cavabdeh2 da həmin pul məbləğinin ona göndərildiyini, sadəcə olaraq bank kartının olmadığından onun bank kartından istifadə etdiyini, o cümlədən bu işlə bağlı onun heç bir əlaqəsinin olmadığını yazılı şəkildə təsdiq etdi. İddiaçı tanımır, onunla heç bir əlaqəsi olmamışdır. O, ümumiyyətlə usta deyil, dövlət işində çalışır. Bu işlə bağlı onun heç bir əlaqəsi yoxdur. O, sadəcə qonşusu Cavabdeh2 xahişi ilə ona pul göndəriləcəyi ilə bağlı bank kartını istifadə etmək üçün vermişdir. Həmin pul məbləğinin Cavabdeh2 göndərilməsini və pulun onun tərəfindən kartdan çıxarılmasını şahid qismində təsdiq etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahta verdi və iddianın təmin edilməsini xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, 4 dəfə maşın tutaraq Cavabdeh2 yanına gəlmiş, lakin Cavabdeh2 soyuducunu düzəltdiyini bildirsə də, ona verməmiş, Bakıya gələn vaxt telefonları açmamış, Elnurdan alınacaq ləvazimatları sonradan almaq üçün bankdan pul götürmüş, bu pulla həmçinin əlavə işlərini də görmüş, sonuncu dəfə avqust ayında kredit götürmüşdür. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 iddianı qismən qəbul etdiyini, 770 manat pulu qəbul etmədiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, İddiaçı ona soyuducu, stol və ət doğrayan üçün xüsusi bıçaq sifariş vermişdir. Sonra stolu bəyənməyərək götürməmişdir. O, Şabana soyuducu üçün 2 gün gözləməsini bildirmiş, 2 gün gözləməmiş, sonra başqa yerdən soyuducu aldığını bildirmişdir. O, soyuducu üçün 1600 manat, stol üçün 200 vermişdir. O, sonra düzəltdiyi soyuducunu başqasına satmış və stolu da dostundan almış və Şaban balaca olduğunu, istəmədiyini demiş, o da stolu dostuna qaytarmışdır. Onun kartı olmadığı üçün Şaban pulu Cavabdeh1 kartına köçürmüş və İlfanın bu işə heç bir aidiyyəti olmamışdır. O, 1950 manatı qəbul etdiyini və hissə-hissə ödəyəcəyini, 267 manat pensiya aldığını bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 03.10.2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı DİN-in 102 zəng mərkəzi xidmətinə və Astara RPŞ-yə ərizə ilə müraciət edərək Cavabdeh2 soyuducu almaq məqəsədi ilə Cavabdeh1 məxsus kartına ümumi 1400 manat öul köçürdüyünü, Elnur adlı şəxsin isə onu aldadaraq soyuducunu göndərməməsini bildirərək həmin şəxslərin tapılaraq məsuliyyətə cəlb olunmalarını xahiş etmiş, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi Cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, 2021-ci ilin iyun ayının əvvəllərində ona məxsus olan Astara şəhəri H.Əliyev prospektində yerləşən icarəyə götürdüyü ət dükanı üçün soyuducu sifariş vermək üçün Cavabdeh2 adlı şəxsin mobil nömrəsi ilə əlaqə saxlayaraq bir ədəd soyuducu sifariş vermək istədiyini bildirmiş, Cavabdeh2 01 ədəd soyuducunu ona hazırlayıb göndərəcəyini bildirmişdir. Bunun müqabilində ondan 1800 manat pul alacağını demişdir. O, Cavabdeh2 adlı şəxslə razılaşmış, MilliÖn və Unibanka aid **********453894 nömrəli, Cavabdeh1 Aslan oğluna məxsus albalı kartına müxtəlif vaxtlarda 1000 manat bir, 400 manat bir, 200 manat olmaqla ümumilikdə 1600 manat pul köçürmüşdür. Daha sonra Cavabdeh2 ilə əlaqə saxlayıb soyuducunu istəyəndə Cavabdeh2 01 ədəd ət doğramaq üçün stol və 01 ədəd ət kəsmək üçün xüsusi hazırlanmış bıçaq da sifariş vermişdir. Həmin stol və bıçaq üçün də ayrıca 350 manat əlavə pul həmin karta yükləmişdir. Cavabdeh2 adlı şəxsin ona şəklini çəkib atdığı Cavabdeh1 Aslan oğluna məxsus Unibanka aid **********453894 nömrəli albalı kartına ümumilikdə 1950 manat pul yükləmiş və bu Nizami Rayon 25-ci Polis şöbəsinin 03.10.2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ilə də müəyyən olunmuşdur. Cavabdeh2 1950 manat məbləği qaytaracağını bildirsə də, həmin məbləğ ödənilmədiyi üçün ididaçı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini qaytarmağı öhdəsinə götürür; 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Məhkəmə ilk öncə borc məbləğinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulması ilə bağlı bildirir ki, iddia Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Belə ki, Məmmədov X1 Elnur Qənbər oğlundan sifariş vermş, ləvazimatları vermək öhdəliyini Cavabdeh2 öhdəliyinə götürmüş, həmin məbləğ Cavabdeh2 ödənilmək məqsədi ilə Cavabdeh2 kartı olmadığı üçün Cavabdeh1 kartına köçürülmüş və Cavabdeh1 oğlu da həmin pulu Cavabdeh2 göndərmişdir. Göründüyü kimi Cavabdeh1 oğlunun bu işə heç bir aidiyyəti olmadığından iddia ona münasibətdə təmin edilməməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, iddiaçı Məmmədov X1 Elnur Qənbər oğlundan müxtəlif əşyalar almaq məqsədilə 1950 manat pul ödəmiş, lakin, Cavabdeh2 öhdəliyini yerinə yetirməmiş və nə həmin əşyaları verməmiş, nə də iddiaçı tərəfindən ödənilmiş əşyaların dəyərini qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, Cavabdeh2 İddiaçı soyuducu və müxtəlif mətbəx əşyaları hazırlamaq və ona vermək öhdəliyi götürmüş, ancaq öhdəliyini yerinə yetirməmiş, əşyaları ona verməmiş, eyni zamanda İddiaçı tərəfindən həmin əşyalar üçün ödənilmiş 1950 manat vəsaiti Məmmədov X1 Elnur Qənbər oğlundan tələb etsə də həmin məbləği qaytarmamışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh2 borcu etiraf etdiyindən, həmin borc məbləğini ödəməlidir. Belə ki, Cavabdeh2 həm məhkəmə iclasında, həm də 03.10.2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda izahatında İddiaçı 1950 manatı soyuducu yığmaq üçün və müxtəlif mətbəx əşyaları yığmaq üçün aldığını, həmin əşyaları bir həftə gecikdirdiyi üçün ondan almadığını və o da soyuducunu sökərək başqa soyuducu yığdığını, digər əşyaları isə dəyər dəyməzinə satdığını, həmin vaxt pandemiya olduğu və maddi vəziyyəti pis olduğu üçün İddiaçı pulu qaytara bilmədiyini etiraf etmiş və 1950 manatı hissə-hissə ödəyəcəyini bildirmişdir. Bununla da məhkəmə bildirir ki, Cavabdeh2 tərəfindən 1950 manat İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı iddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 770 manat məbləğində əldən çıxmış fayda tələb etməsi hissəsi əsassızdır. Belə ki, iddiaçı cavabdehlərin həmin pul vəsaitini özlərində saxlamaqla hansı fayda əldə etmələrini və özü tərəfindən həmin vəsaiti hansı qaydada istifadə etməklə faydalana biləcəyi barədə, həmçinin cavabdeh Elnurdan alınacaq ləvazimatları sonradan almaq üçün bankdan pul götürməsini, sonuncu dəfə bankdan avqust ayında kredit götürməsini, bu pulla həmçinin əlavə işlərini də görməsini, pulun qaytarılmasına görə dörd dəfə maşın tutaraq Cavabdeh2 yanına gəlməsini bildirsə də bunlarla bağlı məhkəməyə heç bir mötəbər sübut növü təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 İddiaçı xeyrinə 1950 manat və dövlət rüsumuna görə ödənilmiş 50 manat vəsaitin əvəzi olmaqla, ümumilikdə 2000 manat tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Mı̇ kayilov Elnur Qənbər oğlundan İddiaçı xeyrinə 1950 manat və dövlət rüsumuna görə ödənilmiş 50 manat vəsaitin əvəzi olmaqla, ümumilikdə 2000 manat tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1324/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1324/2022
11.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver