Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1330/2025 11.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə Açar sözlər: (pul, alqı-satqı müqaviləsi) X2 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İlkin iddia üzrə iddiaçı,qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun vəkilnümayəndəsi Vəkil iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “pul” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İlkin iddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat məbləğində pulun və tərəfindən ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh ona vurulmuş maddi ziyana görə manat məbləğində 5000 pulun, mənəvi ziyana görə 3000 manat və dəbbə pulu kimi 5000 manat məbləğində pulun, tərəfindən ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə onun arasında xx.xx.2024-cü il tarixdə ümumi sahəsi 66.5 kv.mctr olan daşınmaz əmlakın 121000 manat müqabilində alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 13-cü bəndinə əsasən cavabdehlə aralarında olan razılaşmaya görə, cavabdeh və onun ailə üzvləri xx.xx.2024cü il tarixədək həmin mənzildən çıxmağı öz üzərinə götürmüşdür. Həmin razılaşdırılmış vaxt cavabdeh və onun ailə üzvlərinin nə zaman çıxacaqlarını soruşduğu zaman onların yeni ev tikdirdiklərini və evin hələ də tamamlanmadığı üçün satdıqları mənzildən çıxmalarının mümkün olmadığını bildirmişlər. Buna görə də ondan onlara əlavə olaraq 2 ay möhlət verməyini və evin tikintisinin başa çatdırılması üçün də 700 manat borc verməyini istədi. Cavabdeh 700 manat borc və əlavə 2 ay möhlət versə də, razılaşdırılmış əlavə vaxt bitdikdən sonra onlardan mənzili nə vaxt tərk edəcəklərini soruşduqda yenidən əlavə müddət və evin tikintisi üçün əlavə borc istəmişdir. Bu zaman ona kirayədə qaldığı üçün ödədiyi pulu da ondan tələb edəcəyini bildirmiş və cavabdehə əlavə 2000 manat məbləğində borc və 2 ay yenidən möhlət vermişdir. Cavabdehə 4 ay möhlət verdiyi üçün kirayədə qalmaq məcburiyyətində qalmışdır və 4 ay ərzində aylıq 500 manat olmaqla ümumilikdə 2000 məbləğində kirayə pulu ödəmişdir. xx.xx.2016-cı il tarixdən cavabdeh ona satdığı mənzilin istiliklə təmin olunması üçün heç bir ödəniş etməmiş və nəticədə X1 ASC-ə 300 manat məbləğində borc yaranmışdır. Aralarında bağlanan alqı-satqı müqaviləsinin 10-cu bəndinə əsasən mənzilin qaz, su, işıq və elektrik enerjisinin istifadəsi və digər təchizatı üçün bütün xərclər satıcıya məxsusdur. Odur ki, cavabdehə onun inşa etdiyi evin başa çatdırılması üçün ilkin olaraq 700 manat və daha sonra 2000 manat məbləğində borc vermişdir. Əlavə olaraq cavabdehə verdiyim 4 ay möhlət ərzində kirayədə qaldığım üçün aylıq 500 manat olmaqla, ümumilikdə 2000 məbləğində kirayə xərci olmuşdur. Cavabdehin mənzilin istiliklə təmin olunması üçün X1 ASC-ə olan 300 manat borc məbləği də ona ödənilməlidir. Yuxanda göstərilənləri nəzərə alaraq hesab edir ki, cavabdehdən ümumilikdə 5000 manat pul tutularaq ona ödənilməlidir. Buna baxmayaraq o qeyd edilən məbləği ödəmədən mənzilin açarlarını ona təhvil vermədən, təxminən sentyabr ayının ortaları qaçıb getmişdir. Qarşılıqlı iddia tələbi: İddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 2000 manat borcun, 750 manat vəkilə ödədiyi pulun və 48 manat dövlət rüsumunun tutularaq ona ödənəliməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbinin əsaslandırıldığı hallar: Qarşılıqlı iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə göstərilmiş xüsusatların çox hissəsi reallığa uyğun olmayan yalanlardır. Belə ki, cavabdehlə onun arasında xx.xx.2024-cü il tarixdə ümumi sahəsi 66.5 kv.metr olan daşınmaz əmlakın 121000 manat müqabilində alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 13-cü bəndinə əsasən cavabdehlə aralarında olan razılaşmaya görə, o və onun ailə üzvləri 15.09,2024-cü il tarixədək həmin mənzildən çıxmağı öz üzərinə götürmüşdür. Cavabdehlə həmin mənzili 126000 manat müqabilində alqı satqı edəcəklərini razılaşmışlar və cavabdeh ona kart vasitəsi ilə 700 manat beh atmışdır. Həmin dediyi 700 manat borc atdığı behdir ki, kartına atdığı vaxt bəllidir və bu o dediyi kimi alqı-satqıdan sonra yox, əvvələ təsədüf edir. Sonradan həyat yoldaşı Adil ona zəng edərək bildirmişdir ki, hal-hazırda 121000 manat əlində pul var, 5300 manatı o, çıxana kimi ona çatdıracaq. O, mənzildə 2 ay əlavə qalmaq istədiyini bildirmiş və hər ayına 500 manat verməyi qərarlaşdırmışdır və borcdan 1000 silərək aralarında 4300 manat borc qalmışdır. O da, ona bildirmişdir ki, borcu verəndə birlikdə gedərlər, o da qeydiyyatdan çıxar. İyul ayının axırı ona 2000 manat pul ödəmişlər və aralarında 2300 manat borc qalmışdır. Qoyduğu vaxt bitmiş və o, evdən çıxmalı olmuş və ona bildirmişdir ki, 1 həftə ona vaxt versin, o isə “yox, onda 500 manat da ver mənə”, o isə razılaşmamışdır və xx.xx.2024-cü il tarixində 166 yük daşıma xidmətinin vasitəsi ilə ünvandan veşlərini çıxartmışdır. Əlaqə saxlayıb bildirmişdir ki, gəlsin açarı götürsün, pulunu da versin, cavabdeh isə ona bildirmişdir ki, açarı makler Turala versin. O, pulunu tələb etdikdə isə, “səbrli ol verəcəm” demişdir. Bir neçə dəfə pulunu tələb etsə də, müxtəlif bəhanələrlə pulu verməkdən boyun qaçırmışdır. O, məcbur olub bu barədə polisə müraciət etmişdir. Dindirilmə zamanı çıxış yolunu onu şərləməkdə görüb onun onlara borcu olduğunu iddia etmişlər və bunlarda şikayət vermişlər. Hal-hazırda ona olan borcu verməmək üçün uydurma hekayə fikirləşib məhkəməyə ərizə təqdim etmişlər. Dedikləri iddianın sadəcə 300 manat istilik pulu hissəsi düzdür və pulu 2300 manat borcdan çıxmağa hazırdır. Yazdıqlarının hər biri sübutlarla sübuta yetir və həmin sübutları məhkəməyə təqdim etmişdir. İş materialları: xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ****0194 saylı karta 700 manat pul göndərilmişdir. AZ-İ seriyalı, ******* saylı, xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən əmlak Cavabdeh tərəfindən İddiaçı 121000 manat dəyərində satmışdır. Müqavilənin 11-ci bəndinə əsasən satıcı xx.xx.2024-cü il tarixdə əmlakı alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 121242 manat məbləğində pul alqı-satqı müqaviləsi üzrə ödənilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən əmlak tam pay haqqı ilə İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə reyestrdə xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə qeyd aparılmışdır. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ****7678 saylı karta 2000 manat pul göndərilmişdir. Cavabdeh məhkəməyə sübut qismində təqdim etdiyi “whatsapp” tətbiqində aparılmış sms danışıqların ekran rəsmindən görünür ki, “Adil ev alan” adı ilə qeyd edilmiş şəxs yazaraq qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə-“...bizim aramızda 2300 manat pul qalıb, o da propiskanın pulu. Biz sizə 4300 qalmışdıq borclu. 2000 dünən ödədik..”, "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli bildiriş-xəbərdarlığından görünür ki, Nizami, ünvan 2 ünvanına 282.67 manat borc yaranmışdır. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 70 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh tərəfindən 48 manat dövlət rüsumu ödənilmişdir. Qəbzin surətindən görünür ki, Cavabdeh tərəfindən Bakı şəhəri 9 saylı Vəkil Bürosuna 750 manat ödəniş edilmişdir. İş materiallarına 03 ədəd videogörüntünü özündə əks etdirən 01 ədəd, səs yazısını özündə əks etdirən 01 ədəd, sms yazışmaları özündə əks etdirən 01 ədəd, video görünütüləri əks etdirən 01 ədəd olmaqla, ümumilikdə 04 ədəd CD disk əlavə edilmişdir. Polis Şöbəsindən əldə edilmiş sənədlərin (izahatlar, ərizələr və.s) surəti iş materiallarına əlavə edilmişdir. İşdə iştirak edən şəxslər: Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı ilkin iddia tələbini müdafiə edib izahatında göstərdi ki, ilkin iddia üzrə cavabdeh o evi vərəsəliklə əldə etmişdir. Demişdir ki, yarı hissəsini qardaşına verəcək. Amma qardaşına heçnə verməmişdir. Tikdirdiyi evdəki ustaların pulunu verməmişdir. İndi onlar zəng edirlər, burada olmadıqlarını deyir. İndi tikdirdiyi evin sahəsi 120 kv.m-dir. Onlar aldığı evi hazırda təmir edir və problemlər həddən artıq çoxdur. Yazışmalarda 19 sentyabrda yoldaşı demişdir ki, “mənim sənə borcum yoxdur, sentyabrın 8-dən sənin vaxtın gedir”. Səs yazısı var orada deyir ki, “məni niyə məhkəməyə verirsən?” Qarşılıqlı iddia ərizəsində 126 000 manat göstərir. Amma 24-cü PB-da yazdığı izahatda 127 min manat qeyd etmişdir. Göstərilənlərə əsasən ilkin iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, onlar yazışmaları təqdim etmişlər. Orada ilkin iddiaçının yoldaşı demişdir ki, “2000 manat ödədim, qeydiyyatda olanların hər biri üçün 500 manatdan çıxartsa, mənim borcum yoxdur, hələ sizin borcunuz var”. İlkin iddiaçının 2300 manat borcu var, qeydiyyatdan çıxarma 3000 manat edər deyə borcum yoxdur demişdir. İlkin iddia tələbini qəbul etmirlər. Özləri açarı Turala verərsiz deyiblər. Qeydiyyatdan çıxan gün pul veriləcək deyə razılaşıblar. Pulu verməmək üçün gəlməmişlər. 300 manat istilik puluna görə qəbul edirlər, 2000 manat tələb edirlər. Odur ki, qarşılıqlı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 569.2. Əgər alğı-satqı müqaviləsinin icrası müddətinin pozulduğu halda alıcının ona marağının itməsi müqavilədən aydın şəkildə irəli gəlirsə, belə müqavilə qəti müəyyənləşdirilmiş müddətədək icra edilmək şərti ilə bağlanmış sayılır. Satıcı müqavilədə müəyyənləşdirilmiş müddət çatanadək və ya müddət keçdikdən sonra həmin müqaviləni yalnız alıcının razılığı ilə icra edə bilər. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını, şahidlərin ifadəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Məhkəmə ilkin və qarşılıqlı iddia tələblərinə ümumilikdə qiymət verməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə, 121000 manat İddiaçı tərəfindən ödənilməklə, ünvan 3 ünvanında yerləşən əmlakın alqısatqı müqaviləsinin bağlanması, müqavilə üzrə satıcının xx.xx.2024-cü il tarixdə əmlakı alıcının faktiki sahibliyinə verməsini öhdəlik götürməsi işin mübahisəsiz halıdır. İlkin iddia üzrə İddiaçı qeyd etmişdir ki, alqı-satqı müqaviləsi bağlandıqdan sonra 4 ay kirayə mənzildə qalmış, 500 manat kirayə haqqı ödəmişdir, buna görə də 2000 manatı cavabdehdən tələb edir. Bundan başqa cavabdehə evin tikintisi məqsədilə 700 manat bir, 2000 manat bir olmaqla, ümumilikdə 2700 manat borc vermiş, həmçinin onun əvəzinə istilik təchizatına 300 manat pul ödəmişdir. Beləliklə cavabdehin ona 5000 manat borcu yaranmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qeyd etmişdir ki, alqı-satqı müqaviləsində əmlakın dəyəri faktiki olaraq 121000 manat kimi göstərilsə də, onlar öz aralarında həmin dəyəri 126000 manat kimi razılaşdırmış, beləliklə İddiaçı ona 5000 manat borcu qalmışdır. Sonuncu 700 manat beh verdiyindən ümumi borc 4300 manat olaraq qalmış, həmin puldan cavabdeh İddiaçı 300 manat Azəristilik təchizatına ödədiyindən, həmçinin 2000 manat isə ona kart vasitəsilə göndərdiyindən, cavabdehin ona 2000 manat borcu qalmışdır. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək qeyd edir ki, sözügedən 700 manat pul ilkin iddiaçının öz ərizəsində qeyd etdiyindən fərqli olaraq, alqı-satqı müqaviləsi bağlanmazdan öncə kart hesabına göndərilmişdir. Məhkəmə mövcud alqı-satqı təcrübəsini, habelə həmin məbləğin xx.xx.2024-cü il tarixdə kart hesabına köçürüldüyünü, bundan sonra xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsinin bağlandığını da nəzərə alaraq qeyd edir ki, sözügedən 700 manat məbləğinin tərəflər arasında razılaşdırılmış “beh” olması həqiqətə uyğundur. Məhkəmə iclasında izahat verərkən ilkin iddia üzrə İddiaçı məhkəməyə təqdim edilmiş sms yazışmalarının həyat yoldaşı Adil tərəfindən aparılmasını qeyd etmişdir. Həmin yazışmalarda “Adil” adlı şəxs xx.xx.2024-cü il tarixdə Cavabdeh yazdığı mesajında göstərmişdir: “...bizim aramızda 2300 manat pul qalıb, o da propiskanın pulu. Biz sizə 4300 qalmışdıq borclu. 2000 dünən ödədik..” Bundan başqa iş materiallarında olan ödəniş qəbzindən görünür ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh kart hesabına 2000 manat pul köçürülmüşdür. Belə olan halda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh öz iddia ərizəsində qeyd etdiyi, ümumilikdə 4300 manat puldan 2000 manatın İddiaçı tərəfindən ödənilməsi faktı iş materiallarında olan sübutlarla təsdiq olunur. Məhkəmə hesab edir ki, alqı-satqı ərizəsində evin dəyərinin 121000 manat kimi qeyd edilməsinə baxmayaraq, ilkin iddiaçı tərəfindən əlavə olaraq, beh də nəzərə alınmaqla 2700 manat pulun Cavabdeh ödənilməsi, tərəflər arasında aparılmış sms yazışmada ilkin iddiaçının həyat yoldaşı olan Adilin 4300 manat borcları olduğunu qeyd etməsi halında, evin dəyərinin tərəflər arasında başqa qiymətə razılaşdırılması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının iddia tələbi əsaslıdır, həmçinin qarşıqlılı iddiaçının öz tələbində istinad etdiyi hallar iş materiallarında olan sübutlarla tam sübuta yetirilir. Məhkəmə ilkin iddiaçının 4 ay üçün ödədiyi kirayə haqqını tələb etməsinə münasibətdə qeyd edir ki, tərəflər arasında razılaşdırılmış müqaviləyə əsasən satıcı xx.xx.2024-cü il tarixdə mənzili alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürmüş və tərəflər bu barədə razılıq əldə etmişlər. İşin hallarından aydın olur ki, satıcı mənzili 17-20 sentyabr aralığında tərk etmiş, məhkəməyə təqdim edilmiş videoçəkiliş ilə isə müəyyən edilir ki, ilkin iddiaçı 20 sentyabr tarixdə mənzilə daxil olmuşdur və mənzil satıcı tərəfindən boşaldılmışdır. Məkhəmə həmçinin qeyd edir ki, iddiaçı bu müddət üçün ödədiyi kirayə haqqını tələb etsə də, həmin kirayə haqqını ödədiyini təsdiq edən sübutlarını (kirayə müqaviləsi, qəbz və.s) məhkəməyə təqdim etməmişdir. Həmçinin müqavilədə xx.xx.2024-cü il tarixdə mənzilin faktiki təhvil verilməsi nəzərdə tutulsa da, həmin müddət üçün satıcı tərəfindən alıcıya hər hansı məbləğin ödənilməsi barədə razılıq mövcud olmamışdır. Məhkəmə ilkin iddiaçının iddia ərizəsində 700 manat məbləği cavabdehə borc verməsinə münasibətdə qeyd edir ki, yuxarıda göstərilənlər də nəzərə alınmaqla, iddiaçı həmin məbləği alqı-satqıdan sonra, cavabdehə tikinti işlərini aparması üçün borc qismində verdiyini qeyd etsə də, müəyyən edilmişdir ki, həmin məbləğ alqı-satqıdan öncə beh qismində verilmişdir. Məhkəmə tələbin 2000 manat borcun qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğ evin tərəflər arasında razılaşdırılmış dəyəri üçün ödənilən məbləğ olmuş, bu hal məhkəməyə təqdim edilmiş sms yazışmalarda da öz əksini tapmışdır. Məhkəmə Azəristilik təchizatına ödənilmiş 300 manat pulun tutulmasına münasibətdə qeyd edir ki, ilkin iddiaçının cavabdehə ümumilikdə 2300 manat borcu qalmışdır, həmin 300 məbləğin ilkin iddiaçı tərəfindən Cavabdeh əvəzinə ödənilməsi faktı sonuncu tərəfindən etiraf edilmiş və aralarında olan ümumi borcdan çıxılmışdır. Belə olan halda həmin məbləğin tutulmasına zərurət qalmamışdır. Məhkəmə ilkin iddiaçının 5000 manat məbləğində dəbbə pulu tələb etməsinə münasibətdə qeyd edir ki, bu tələb özlüyündə ilkin tələbdən törəmə tələbdir. Məhkəmə hesab edir ki, ilkin iddiaçının “pul” tələbinin təmin edilməsi üçün əsaslar olmadığından, həmin tələbdən törəmə olan “dəbbə pulunun ödənilməsi” tələbi də təmin edilməməlidir. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçılar öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda ilkin iddia üzrə iddiaçı iddia ərizəsində göstərdiyi dəlillərini sübut edə bilməmişdir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə ilkin iddia tələbinin mənəvi ziyanın cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, bu tələb özlüyündə ilkin tələbdən (pul tələbi) törəmə tələbdir. İlkin tələb yuxarıda göstərilənlər əsasında təmin edilmədiyindən, hazırki mənəzi ziyanın ödənilməsi tələbi də təmin edilə bilməz. Bundan başqa məhkəmə həmçinin qeyd edir ki, iddiaçı ona dəymiş mənəvi ziyanın məhz nədə ifadə olunmasını əsaslandırmamış, buna dair sübutlarını məhkəməyə təqdim etməmişdir.
Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 115-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; cavabdehin axtarılması ilə əlaqədar xərclər; qətnamənin icrası ilə əlaqədar xərclər; məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya aid edilməli, qarşılıqlı iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən hüquqi xidmət göstərilməsi məqsədilə ödənilmiş 750 manat pul vəsaiti də qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməlidir.
Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “pul” tələbinə iddiası təmin edilməməli, qarşılıqlı iddia təmin edilməli, İddiaçı 2000 manat pul vəsaiti tutularaq Cavabdeh ödənilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 48 manat dövlət rüsumunun və 750 manat hüquqi xidmət göstərilməsi üçün ödənilmiş pulun əvəzi İddiaçı tutularaq Cavabdeh ödənilməli, ilkin iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə İddiaçı aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı 2000 manat pul vəsaiti tutularaq Cavabdeh ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 48 manat dövlət rüsumunun və 750 manat hüquqi xidmət göstərilməsi üçün ödənilmiş pulun əvəzi İddiaçı tutularaq Cavabdeh ödənilsin. İlkin iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə İddiaçı aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Rauf Əhmədov