Məhkəmə qərarları › İş №2(007)-1342/2019

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1342/2019

28.03.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1342/2019 28.03.2019 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülzaim qızının sədrliyi məhkəmə iclas katibi X4 katibliyi cavabdeh 52 saylı Notoriat Kontorunun nümayəndəsi X3 iştirakı ilə İddiaçılar X1, İddiaçı3 Abdulrov qızının, İddiaçı2 və Cavabdeh1 cavabdeh 52 saylı Notoriat Kontoruna qarşı «razılıq ərizələrin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçılar X2, İddiaçı3 Abdulrov qızı, İddiaçı2 və Cavabdeh1 cavabdeh 52 saylı Notoriat Kontoruna qarşı «razılıq ərizələrin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçılar X2, İddiaçı3 Abdulrov qızı, İddiaçı2 və Cavabdeh1 məhkəmə iclaslarına gəlməmişlər, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 işin mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 259.0.7.-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmçinin məhkəmə qeyd etməlidir ki, iddiaçılar iddia ərizəsini tərtib edərkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq tərtib etməmiş, Məhkəmənin adını düzgün qeyd etməmiş və ünvanı göstərməmişlər. Bu səbəbədən də, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən, ərizə həmin Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də həmin Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə, iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanlar aradan qaldırılmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.5.-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 263-264-cü, 267-268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçılar X2, İddiaçı3 Abdulrov qızı, İddiaçı2 və Cavabdeh1 cavabdeh 52 saylı Notoriat Kontoruna qarşı «razılıq ərizələrin etibarsız hesab edilməsi» tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nizami rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar