Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1352/2023 22.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı1, onun vəkili və nümayəndəsi Vəkil, İddiaçılar İddiaçı2 və İddiaçı3 qanuni nümayəndəsi İddiaçı1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 (qanuni nümayəndəsi İddiaçı1) Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 (qanuni nümayəndəsi İddiaçı1) Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X13 tərəfindən iddiaçılara İddiaçı1 vurmuş olduğu 3863 (üç min səkkiz yüz atmış üç) manat + 30.000 (otuz min) manat maddi, Ömər Əkbər oğluna vurmuş olduğu 576 manat + 15.000 (on beş min) manat dəyərində maddi zərərin, iddiaçı Banu Əkbər qızına vurmuş olduğu 800 (səkkiz yüz) manat + 15.000 (on beş min) manat maddi, iddiaçılara vurmuş olduğu 100.000 (yüz min) manat dəyərində mənəvi zərərin, 426 (dörd yüz iyirmi altı) manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçılara verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar qeyd olunan ünvanda yaşayırlar. Cavabdeh onların yaxın qohumlarıdır. Belə ki, İddiaçı1 Vəli Əkbər oğlunun mərhum oğlu X14 ilə 2015-ci ilin sentyabr ayında faktiki ailə qurmuşdular. Lakin nikahları rəsmi qeydə alınmamışıdır. Onların faktiki nikahından iki uşaqları doğulub və hər iki uşağın atası olmasını mərhum Əkbər Vəli oğlu etiraf edib. Bu səbəbdən hər iki uşaq mərhum atalarının soyadı ilə adlandırılıb. Onun iki azyaşlı uşağı-hazırki iddiada iddiaçılar cavabdehin mərhum oğlu Əkbərin uşaqlarıdır. Cavabdeh X13 iddiaçılara və eyni zamanda mərhum Əkbər Vəli oğluna qarşı 06 aprel 2020-ci ildə qəsdlə ağır cinayət hadisəsi törətmişdir. Həmin hadisə nəticəsində mərhum Əkbər almış olduğu yanıq xəsarətlərindən faciəvi surətdə xəstəxanada vəfat etmiş, iddiaçılardan Banu Əkbər qızı və Nərgiz ağır yanıq xəsarətləri almış, həm Ömər, həm də Banu atalarını itirmişlər. Bununla da azyaşlı uşaqları və o, həm maddi, həm də mənəvi ziyan çəkmişlər. Cavabdehin qəsdlə törətmiş olduğu cinayət hadisəsi zamanı İddiaçı1 məxsus 23 adda əşya-yəni 250 manat dəyərində 1 ədəd 2015-ci ildə alınmış “İndesit markalı soyuducu, 250 manat dəyərində 1 ədəd 2017-ci ildə alınmış “İndesit markalı paltaryuyan maşın, 100 manat dəyərində 1 ədəd 2015-ci ildə alınmış dəmir metaldan iki nəfərlik çarpayı və sair cəmi 3863 manat dəyərində şəxsi əmlakı, azyaşı oğlu İddiaçı3 576 manat dəyərində maddi ziyan vurmuşdur. Bu barədə qanuni qüvvəsini almış müvafiq məhkəmə hökmünü iddia ərizəsinə əlavə edirlər. Eyni zamanda cavabdeh onlara qarşı qəsdlə törətmiş olduğu cinayət hadisəsi nəticəsində onların sağlamlıqlarına qəsdlə ağır xəsarət yetirmiş, onların eybəcər hala düşməsinə, uzun müddət müalicələr almaqlarına, estetik əməliyyatlara məruz qalmalarına səbəb olmuşdur. Baş vermiş hadisədən uzun müddət keçməsinə baxmayaraq onlar hələ də sağlamlıqlarına qovuşmamışlar. Nərgiz və Banu dəfələrlə əməliyyatlara məruz qalmalarına baxmayaraq, hələ də tam sağalmamışlar. Onlar üçün doğma və yaxın olan insanı-həyat yoldaşını, azyaşlı uşaqları isə atalarını itiriblər. Əməliyyat xərcləri ödəməyə, dava dərman almağa, nəqliyyat xərcləri ödəməyə, xüsusi geyimlər almağa məcbur olmuşlar. Onlar hesab edirlər ki, cavabdehin təqsiri ucbatından onlar həm maddi ziyan, həm də mənəvi ziyan çəkmişlər və həmin maddi və mənəvi ziyan cavabdeh tərəfindən onlara ödənilməlidir. Zərərin əvəzinin ödənilməsinin mütləqlik xarakteri şəxsiyyət və mülkiyyət toxunulmazlığı haqqında Konstitusiya müddəalarına əsaslanılır. Konstitusiya müddəlarına əsasən şəxsiyyət və mülkiyyət toxunulmazlığı hüquqlarını pozan hər cür hərəkətin qarşısı qətiyyətlə alınmalı və onun nəticəsində dəymiş zərərin əvəzi mütləq ödənilməlidir. İddiaçı1 məhkəmə hökmündə də göstərildiyi kimi cavabdeh tərəfindən ona vurulmuş maddi ziyanı 3863 (üç min səkkiz yüz atmış üç) manat + 30.000 (otuz min) manat qiymətləndirir. Azyaşlı oğlu Ömərə vurulmuş maddi ziyanı 576 manat + 15.000 (on beş min) manat, qızı Banuya vurulmuş maddi ziyanı 800 manat + 15.000 manat qiymətində dəyərləndirir. Eyni zamanda iddiaçılara cavabdeh tərəfindən vurulmuş mənəvi ziyanı isə cəmi 100.000 (yüz min) manat dəyərində dəyərləndirir. Belə ki, cavabdehin onlara qarşı qəsdlə və xüsusi amansızlıqla törətmiş olduğu cinayət hadisəsi nəticəsində onlar doğmalarını - yəni Nərgiz əri Əkbər Vəli oğlunu, iki azyaşlı uşağı isə atalarını itirib. Ciddi mənəvi sarsıntılar keçirmiş, işgəncəyə və dözülməz ağrılara məruz qalmışlar. Uzun müddətdir ki, müalicə alırlar və dəfələrlə əməliyyat olunmuşlar. Hələ bundan sonra bir neçə dəfə əməliyyat olunmağa məcburdurlar. Cavabdeh cinayət məsuliyyətinə cəlb olunub. Lakin onlara vurmuş olduğu maddi və mənəvi ziyana görə cavab verməyib. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət edirlər. İstəyirlər ki, cavabdeh törətmiş olduğu əmələ görə mülki qaydada da cavab versin. Onlara vurmuş olduğu ziyanı tam şəkildə ödəsin. İddiaçılar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh qəsdən törətdiyi xüsusilə ağır cinayət nəticəsində iddiaçılardan İddiaçı1 vurulan 31227 (otuz bir min iki yüz iyirmi yeddi) manat, azyaşlı övladları Banu Əkbər qızına vurulan 11745 (on bir min yeddi yüz qırx beş) manat, Ömər Əkbər oğluna vurulan 1022 (bir min iyirmi iki) manat, ümumilikdə 43994 (qırx üç min doqquz yüz doxsan dörd) manat maddi ziyanın, iddiaçılara vurulan 80000 (səksən min) manat dəyərində mənəvi ziyanın, 426 (dörd yüz iyirmi altı) manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçılara verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar qeyd olunan ünvanda yaşayırlar. Cavabdeh onların yaxın qohumlarıdır. Belə ki, İddiaçı1 Vəli Əkbər oğlunun mərhum oğlu X14 ilə 2015-ci ilin sentyabr ayında faktiki ailə qurmuşlar. Lakin nikahları rəsmi qeydə alınmamışıdır. Onların faktiki nikahından iki uşaqları doğulub və hər iki uşağın atası olmasını mərhum Əkbər Vəli oğlu etiraf edib. Bu səbəbdən hər iki uşaq mərhum atalarının soyadı ilə adlandırılıb. Onun iki azyaşlı uşağı-hazırki iddiada iddiaçılar cavabdehin mərhum oğlu Əkbərin uşaqlarıdır. Cavabdeh iddiaçılara və eyni zamanda mərhum Əkbər Vəli oğluna qarşı 06 aprel 2020-ci il tarixdə xüsusilə ağır cinayət hadisəsi törətmişdir. Cavabdeh qəsdən yaşadıqları Şəmkir rayonunun Aşağı Seyfəli kəndində yerləşən evə və onların üzərinə benzin tökməklə törətmiş olduğu həmin hadisə nəticəsində mərhum Əkbər Vəli oğlu almış olduğu yanıq xəsarətlərindən faciəvi surətdə xəstəxanada vəfat etmiş, iddiaçılardan Banu Əkbər qızı və Nərgiz Zahiddin qızının ağır yanıq xəsarətlərindən müalicəsi uzun illərdir davam edir. Cavabdeh qəsdən törətdiyi xüsusilə ağır cinayət nəticəsində azyaşlı Banu və Ömər atalarını itirmişlər. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-198/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 120.2.4, 29. 120.2.4, 29. 120.2.7, 29.120.2.9. 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirli bilinərək cəzasının 02 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 19 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 1(100)-198/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli hökmün 22 və 24-cü vərəqələrindən görünür ki, zərərçəkmiş şəxs İddiaçı1 təqsirləndirilən şəxs Cavabdeh qarşı mülki iddiası mənzil və onun daxilindəki əşyaların hüquqi rejimi müəyyən edilmədiyindən baxılmamış saxlanılmış və mülki iddiaçıya mülki məhkəmə qaydasında iddia vermək hüquqları izah edilmişdir. Cavabdeh qəsdən törətdiyi xüsusilə ağır cinayət nəticəsində iddiaçılar İddiaçı1 vurulan 3863 (üç min səkkiz üyz altmış üç) manat + 30000 (otuz min) manat maddi, Ömər Əkbər oğluna vurulan 576 (beş yüz yetmiş altı) + 15000 (on beş min) manat, Banu Əkbər qızına vurulan 800 (səkkiz yüz) manat + 15000 (on beş mir) manat maddi ziyanın, iddiaçılara vurulan 100000 (yüz min) manat dəyərində mənəvi ziyanın, 426 (dörd yüz iyirmi altı) manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçılara verilməsinə dair qətnamə qəbul edilməsi barədə xx.xx.2023-cü il tarixli iddia ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh yaşadıqları Şəmkir rayonunun Aşağı Seyfəli kəndində yerləşən evi qəsdən yandırmaqla törətdiyi xüsusilə ağır cinayət nəticəsində İddiaçı1 məxsus qiyməti 8000 manat olan yataq və qonaq mebellərinin dəsti, 1 ədəd qiyməti 320 manat, əyarı 583 olan 4 qram qızıl bilərzik, 1 ədəd qiyməti 400 manat, əyarı 583 olan qızıl üzük, 1 ədəd qiyməti 147 manat 2,45 qram, əyarı 583 olan qızıl üzük, 1 ədəd qiyməti 500 manat olan «İndezit» markalı paltaryuyan maşın, 1 ədəd qiyməti 700 manat olan «İndezit» markalı soyuducu, 1 ədəd qiyməti 200 manat olan «Boş» markalı tozsoran, 1 ədəd qiyməti 450 manat olan «Samsunq» markalı mobil telefon, 1 ədəd qiyməti 200 manat olan köhnə model televizor, 1 ədəd qiyməti 120 manat olan «Philips» markalı ütü, 1 ədəd qiyməti 18 manat olan «Tefal» markalı çaynik, 1 ədəd qiyməti 150 manat olan «Braun» markalı blendr dəsti, 1 ədəd qiyməti 70 manat olan saç feni, 1 ədəd qiyməti 250 manat olan «Panasonik» markalı ətçəkən maşın, 1 ədəd qiyməti 120 manat olan «Sokany» markalı sokçəkən maşın, 1 ədəd qiyməti 60 manat olan mikser, 1 ədəd qiyməti 250 manat olan «Panasonik» markalı elektrik termos, 1 ədəd qiyməti 70 manat olan bıçaq dəsti, 1 ədəd qiyməti 120 manat olan çəngəl-bıçaq dəsti, 2 ədəd qiyməti 24 manat olan şirəli vedrə, 2 ədəd qiyməti 300 manat olan xalça, 1 ədəd qiyməti 35 manat olan divar saatı, 1 ədəd qiyməti 70 manat olan divan-kreslo örtüyü, qiyməti 16 manat olan 2 ədəd şamdan, 1 ədəd qiyməti 1200 manat olan «Samsung» markalı nootbuk, 1 ədəd qiyməti 1000 manat olan qalın-tül pərdə, 1 ədəd qiyməti 120 manat olan qazan dəsti, 1 ədəd qiyməti 560 manat olan 8 qram qızıl boyunbağı, 1 ədəd qiyməti 200 manat, əyarı 583 olan, 3 qram qızıl üzük, 1 ədəd qiyməti 400 manat olan qaz tükündən yastıq, 12 ədəd qiyməti 100 manat olan mütəkkələr, 1 ədəd qiyməti 400 manat olan taxt döşəyi, 1 ədəd qiyməti 100 manat olan yorğan, 4 ədəd qiyməti 360 manat olan yorğan, 1 ədəd qiyməti 200 manat olan yataq dəsti, 1 ədəd qiyməti 140 manat olan döşək, 1 ədəd qiyməti 200 manat olan dəsmal dəsti, qiyməti 130 manat olan 7 ədəd karniz, 3 ədəd qiyməti 100 manat olan süfrə, 1 ədəd qiyməti 170 manat olan taxt örtüyü, 1 ədəd qiyməti 60 manat olan taxt örtüyü, qiyməti 1200 manat olan çay və yemək servizi, 3 ədəd qiyməti 105 manat olan meyvə qabı, 2 ədəd qiyməti 100 manat olan güldan, 6 ədəd qiyməti 48 manat olan qəndqabı, qiyməti 50 manat olan mürəbbə qabı dəsti, qiyməti 95 manat olan 7 ədəd su bakalları, qiyməti 34 manat olan «Luminark» markalı su bakallan, qiyməti 25 manat olan çərəz qabı, qiyməti 8 manat olan 2 ədəd oxlov, qiyməti 5 manat olan 4 ədəd şüşə salfet qabı, qiyməti 18 manat olan 6 ədəd saxlama qabı, qiyməti 14 manat olan 2 ədəd çörək qabı, 1 ədəd qiyməti 60 manat, Türkiyə istehsalı olan paltar qurudan, 1 ədəd qiyməti 15 manat olan kartof-soğan qabı, qiyməti 20 manat olan 6 ədəd yeni çay dəsmalı, 1 ədəd qiyməti 19 manat olan termos, qiyməti 12 manat olan 2 ədəd süzgəc, 1 ədəd qiyməti 28 manat olan 4 litrlik su süzən, qiyməti 6 manat olan duzistiot qabı, 1 ədəd qiyməti 15 manat olan paltar səbəti, 1 ədəd qiyməti 15 manat olan şotka-xəkəndaz, qiyməti 18 manat olan 2 ədəd 3 litrlik şirəli qazan, qiyməti 50 manat olan 2 ədəd qalın sini, 1 ədəd qiyməti 40 manat olan «Krosna» aparatı, qiyməti 12 manat olan 2 ədəd bulud, qiyməti 36 manat olan 24 ədəd boşqab, qiyməti 36 manat olan 24 ədəd göyərti qabı, qiyməti 24 manat olan 12 ədəd aş qabı, qiyməti 40 manat olan 24 ədəd kasa, qiyməti 60 manat olan 24 ədəd pendir qabı, qiyməti 12 manat olan 12 balaca boşqab, qiyməti 125 manat olan 5 ədəd cins şalvarlar, qiyməti 185 manat olan 3 ədəd toy donu, 1 cüt qiyməti 25 manat olan yay ayaqqabısı, 1 cüt qiyməti 30 manat olan yay ayaqqabısı, qiyməti 25 manat olan yay köynəkləri, qiyməti 10 manat olan 10 dəst corab, 1 ədəd qiyməti 7 manat olan qış kalqotqası, qiyməti 200 manat olan 10 ədəd uzun qol köynək, 1 cüt qiyməti 40 manat olan qış ayaqqabısı, qiyməti 130 manat olan 2 ədəd gödəkçə, 1 ədəd qiyməti 20 manat olan papaq, 1 cüt qiyməti 5 manat olan əlcək, 1 ədəd qiyməti 30 manat olan qadın ətiri, 1 cüt qiyməti 25 manat olan gümüş sırğa, 1 cüt qiyməti 7 manat olan ev ayaqqabısı, 1 ədəd qiyməti 25 manat olan üst geyimi, qiyməti 40 manat olan 12 ədəd xrustal stəkan, qiyməti 30 manat olan 12 ədəd nəlbəki, qiyməti 30 manat olan «armudu» stəkan-nəlbəki dəsti yandırılıb məhv edilməklə həmin əşyalarının qiyməti 21227 (İyirmi bir min iki yüz iyirmi yeddi) manat, azyaşlı övladları İddiaçı2 məxsus 1 ədəd qiyməti 70 manat olan gödəkçə, 1 ədəd qiyməti 13 manat olan papaq-şərf, qiyməti 3 manat olan 1 dəst əlcək qiyməti 30 manat olan 2 cüt qış ayaqqabısı, qiyməti 25 manat olan 1 cüt yay ayaqqabısı, qiyməti 6 manat olan 2 cüt ev ayaqqabısı, qiyməti 50 manat olan 1 cüt krasovka, qiyməti 10 manat olan 10 ədəd corab, qiyməti 30 manat olan 1 dəst tumanköynək, qiyməti 20 manat 4 ədəd kalqotka, qiyməti 72 manat olan 4 ədəd «cins» şalvar, qiyməti 100 manat olan 10 ədəd yay köynəyi, qiyməti 120 manat olan 8 ədəd qış köynəyi, qiyməti 40 manat olan 3 ədəd qısa ayaqlı şalvar, qiyməti 400 manat olan 583 əyarlı 5 qram 1 cüt qızıl sırğa, qiyməti 320 manat olan 503 əyarlı 4 qram qızıl bilərzik, 1 ədəd qiyməti 50 manat olan dəmir çarpayı, qiyməti 100 manat olan oyuncaqlar, 1 ədəd qiyməti 150 manat olan velosiped, 1 ədəd qiyməti 20 manat olan məktəbli sumkası, qiyməti 20 manat olan saç sancaqları, qiyməti 35 manat olan 2 ədəd gecə lampası, 1 ədəd qiyməti 70 manat olan «Nikon» markalı şəkil çəkən aparat yandırılıb məhv edilməklə həmin əşyalarının qiyməti cəmi 1745 (bir min yeddi yüz qırx beş) manat, İddiaçı3 məxsus qiyməti 85 manat odlan 2 odəd gödəkcə, qiyməti 13 manat olan 2 dəst papaq-şərf, qiyməti 72 manat olan 4 ədəd «cins» şalvar, qiyməti 30 manat olan 7 ədəd tuman-köynək, qiyməti 200 manat olan 15 ədəd yeni köynək, qiyməti 5 manat olan 1 cüt həyət şəp-şəpi, qiyməti 3 manat olan 1 cüt ev şəp-şəpi, qiyməti 30 manat olan 2 cüt yay ayaqqabısı, qiyməti 25 manat olan 1 cüt krasovka, qiyməti 100 manat olan 10 ədəd qış köynəkləri, qiyməti 60 manat olan 5 ədəd qısa ayaqlı şalvarlar, qiyməti 20 manat olan 4 ədəd kalqotka, qiyməti 150 manat olan uşaq çarpayısı, qiyməti 100 manat olan döşək dəsti, qiyməti 130 manat olan uşaq arabası, qiyməti 5 manat olan 1 ədəd top, qiyməti 17 manat olan 1 ədəd oyuncaq maşın, qiyməti 12 manat olan 1 ədəd oyuncaq «dovşan», qiyməti 30 manat olan 2 ədəd vanna, qiyməti 35 manat olan 1 ədəd uşaq döşəyi yandırılıb məhv edilməklə həmin əşyalarının qiyməti cəmi 1022 (bir min iyirmi iki) manat təşkil edir. xx.xx.2020-ci il tarixdə qəsdən törədilmiş yanğın hadisəsi nəticəsində yaşadıqları Şəmkir rayonunun Seyfəli kəndində yerləşən evlərində aldıqları ağır yanıq xəsarətlərindən sonra o, azyaşlı qızı İddiaçı2, mərhum həyat yoldaşı X14 Bakı Şəhəri X19nin tabeçiliyindəki 5 saylı X3 Şöbəsində əməliyyat olunaraq tibbi müalicə almışlar. Onlar əməliyyat xərclərini ödəməyə, dərman ləvazimatları və vasitələrini almağa, nəqliyyat xərcləri ödəməyə, xüsusi geyimlər almağa məcbur olmuşlar. Həmçinin keçən 3 ildən artıq müddət ərzində o və qızı Banu ağır yanıq xəsarətlərindən müalicə olunmağı üçün Rusiya Federasiyasından və Respublika daxilindəki apteklərdən baha qiymətə tapılan tibbi dərman vasitələrini və tibb ləvazimatlarını almış və almaqda da davam edirlər. Fizioterapiya aparatı alınmaqla 2 il ərzində gündəlik fizioterapiya prosedurlarından keçmişlər. Yanma nəticəsində sifətlərinin eybəcərləşdirilməsinə səbəb olan xəsarətlərdən müalicə olunmaq üçün hər birinin qiyməti 500 manat təşkil edən sifət üçün maskalar (maskanın altından sürtülmək üçün bahalı gellər) alınmışdır. Əllərinə hazırlanan 4 ədəd korset bandajlar 400 manat təşkil edir. Onun və azyaşlı qızı İddiaçı2 3 ildən artıq müddət ərzində davam edən tibbi müalicə xərcləri hər biri üçün 10000 (on min) manat olmaqla, cəmi 20000 (iyirmi min) manat təşkil edir, müalicə davam etdikcə xərclər artmaqda da davam edir. Cavabdeh yaşadıqları Şəmkir rayonunun Aşağı Seyfəli kəndində yerləşən evi qəsdən yandırmaqla törətdiyi xüsusilə ağır cinayət nəticəsində İddiaçı1 dəymiş maddi ziyan tibbi müalicə xərcləri ilə birlikdə 31227 (otuz bir min iki yüz iyirmi yeddi) manat, azyaşlı övladları İddiaçı2 dəymiş maddi ziyan tibbi müalicə xərcləri ilə birlikdə 11745 (on bir min yeddi yüz qırx beş) manat, İddiaçı3 dəymiş maddi ziyan 1022 (bir min iyirmi iki) manat olmaqla iddiaçılara dəymiş maddi ziyan ümumilikdə 43994 (qırx üç min doqquz yüz doxsan dörd) manat təşkil edir. İlkin müraciət zamanı iddia ərizəsinə əlavə edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-198/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli hökmünün 8-ci vərəqində zərərçəkmiş şəxs kimi dindirilmiş İddiaçı1 ifadəsindən görünür ki, Cavabdeh yaşadıqları Şəmkir rayonunun Aşağı Seyfəli kəndində yerləşən evi qəsdən yandırmaqla törətdiyi xüsusilə ağır cinayət nəticəsində yanaraq məhv edilmiş yuxarıda qeyd olunan əşyalar göstərilmişdir. Həmin hökmün 13-cü vərəqində xx.xx.2020-ci il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, baxış keçirilərkən Şəmkir rayonunun Aşağı Seyfəli kəndindəki yanmış evin tərkibindəki otaqların daxilində olan əşyalar yanğının termiki təsirinə məruz qalmış və yanğın nəticəsində tamamilə yanaraq kömürləşmiş, otaqların yanmış taxta döşəməsi üzərində evdəki əşyaların sonrakı qalıqları qalmışdır. Həmçinin hökmün 16-cı vərəqində məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/922 nömrəli rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində ekspertiza tədqiqatına təqdim edilə bilinməyən əvvəllər istismar edilmiş tədqiqat obyektlərinin (yanmış əşyaların), 06 aprel 2020-ci il tarixə, Respublikadaxili orta bazar pərakəndə satış qiymətləri nəzəri hesablama yolu ilə şərti olaraq təxminən müəyyən edilmişdir. Ekspertiza tədqiqatına təqdim edilə bilinməyən, qərarın təsviri hissəsində göstərilən, lakin qiymətləndirilməyən digər əşyalar üzrə faktiki ekspert baxışı keçirilmədən, onların konkret olaraq modelini, əmtəə görünüşünü, yararlığını, texniki göstəricilərini, hansı vəziyyətdə olmasını, mənəvi və fiziki köhnəlməyə hansı dərəcədə məruz qalmasını müəyyən etmədən onlar üzrə tədqiqat və qiymətləndirmə aparılmamışdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-198/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli hökmünün 15-ci vərəqindən görünür ki, məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 21 may 2020-ci il tarixli, 346 №-li rəyindən görünür ki, İddiaçı1 almış olduğu xəsarətlər bədən səthinin 40 %-ni əhatə edən sifətin, boynun, hər iki qulaq seyvanlarının, hər iki yuxarı ətrafların, döş qəfəsinin ön səthinin, sol aşağı ətrafın ll-İİİA-İİİB dərəcəli termiki yanıq yaraları tez alışan mayenin (maddənin) ola bilsin benzinin alışmasından baş vermiş alovun yerli təsirindən törənmişdir, xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Qeyd olunan hökmün 16-cı vərəqindən görünür ki, məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 21 may 2020-ci il tarixli, 347 №-li rəyindən görünür ki, X7 almış olduğu xəsarətlər bədən səthinin 60 %-ni əhatə edən sifətin, boynun, hər iki qulaq seyvanlarının, hər iki yuxarı və aşağı ətrafların İİİA-İİİB-İV dərəcəli termiki yanıq yaraları, sağ əlin V barmağının yanığından sonrakı amputasiyası tez alışan mayenin (maddənin) ola bilsin benzinin alışmasından baş vermiş alovun yerli təsirindən törənmişdir, xx.xx.2020ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Həmin hökmün 16-cı vərəqindən görünür ki, məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 05 may 2020-ci il tarixli, 37 №-li rəyindən görünür ki, mərhum X9 meyitində sifətin, boynun, hər iki yuxarı ətrafların, gövdənin ön və arxa səthinin, hər iki aşağı ətrafların ümumi bədən səthinin 90-95-ni əhatə edən İİİA-İİİB-İV dərəcəli termiki (alov) yanıq xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər həyatı olub, mərhumun 5 saylı Şəhər Klinki Xəstəxanasının Yanıq Şöbəsində daxil olduğu vaxtdan 3-4 gün əvvələ uyğun gəlməklə xx.xx.2020-ci il tarixdə tez alışan maddənin (mayenin) ola bilsin ki, benzinin alışmasından baş vermiş alovun yerli təsirindən törənmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir, ölümlə birbaşa səbəbli əlaqəlidir. X9 ölümünə səbəb almış olduğu yanıq yaraları nəticəsində baş vermiş orqanizmin ümumi intoksikasiyası olmuşdur, ölüm xx.xx.2020-ci il tarixdə saat 16:30-da 5 saylı Şəhər Klinki Xəstəxanasının Yanıq Şöbəsində baş vermişdir. Cavabdehin törətmiş olduğu xüsusilə ağır cinayət əməli nəticəsində iddiaçılar arzuolunmaz faciəvi vəziyyətə düşmüşlər, xüsusilə ailələrinə yeganə dolanışıq xərci gətirən, qayğı və keşiyində dayanan X9 qayğılarından və xidmətindən o və azyaşlı övladları məhrum olmuşlar. Həmçinin cavabdehin onlara qarşı qəsdlə törətdiyi cinayət hadisəsi nəticəsində onların sağlamlıqlarına qəsdlə ağır xəsarətlər yetirilmiş, eybəcər hala düşmələri, estetik cərrahi əməliyyatlara məruz qalmalarına səbəb olmuşdur. O və azyaşlı övladı Banu Əkbər qızı cinayət hadisəsi nəticəsində eybəcər hala düşməklərindən və aldıqları ağır yanıq xəsarətlərindən uzun illərdir tibbi müalicə almaqla (müalicələri hazırda da davam etdirilir) mənəvi iztirablar çəkirlər. O və azyaşlı övladı Banu Əkbər qızı dəfələrlə cərrahi əməliyyatlara məruz qalmalarına baxmayaraq hələ də sağlamlıqlarına qovuşa bilməmişlər. Cavabdehin onlara qarşı törətmiş olduğu xüsusilə ağır cinayət əməli nəticəsində onlar fiziki iztirablar formasında mənəvi zərər vurulmuşdur. Bu səbəbdən cavabdeh tərəfindən onlara dəymiş mənəvi zərər 80000 (səksən min) manat təşkil edir. Onlar hesab edirlər ki, cavabdehin təqsiri ucbatından onlar həm maddi, həm də mənəvi ziyan çəkmişlər və həmin maddi və mənəvi ziyan cavabdeh tərəfindən onlara ödənilməlidir. Bütün bunlar nəzərə alınaraq, Cavabdeh qəsdən törətdiyi xüsusilə ağır cinayət nəticəsində iddaçılardan İddiaçı1 vurulan 36227 (otuz altı min iki yüz iyirmi yeddi) manat, azyaşlı övladları Banu Əkbər qızına vurulan 16745 (on altı min yeddi yüz qırx beş) manat, Ömər Əkbər oğluna vurulan 1022 (bir min iyirmi iki) manat, ümumilikdə 43994 (qırx üç min doqquz yüz doxsan dörd) manat maddi ziyanın, iddiaçılara vurulan 80000 (səksən min) manat dəyərində mənəvi ziyanın, 426 (dörd yüz iyirmi altı) manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçılara verilməsinə dair qətnamə qəbul edilməsi təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək təmin edilməsini, onlara dəymiş maddi və mənəvi ziyanın ödənilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçılar İddiaçı2 və İddiaçı3 qanuni nümayəndəsi İddiaçı1 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh 1 saylı cəzaçəkmə müəssisəsinin elektron poçt ünvanı vasitəsilə ərizə göndərərək bildirmişdir ki, iddia tələbini qəbul etmir və iddianın təmin olunmamasını xahiş edir. Əlavə olaraq bildirir ki, iddiaçıların onun mənzilində heç bir qeydiyyatları yoxdur. Cavabdeh 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyindən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ seriyalı, 083385 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 12 may 2020-ci il tarixdə 202 nömrə ilə qeyd edilmişdir. - AZ-İİİ seriyalı, 583507 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 17 fevral 1988-ci ildə Şəmkir rayonunda anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında X12 qeyd edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, Cavabdeh Şəmkir rayonu, Seyfəli kəndində qeydiyyatdadır. - Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-198/2020 nömrəli, xx.xx.2020-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 120.2.4, 29,120.2.4, 29,120.2.7, 29,120.2.9, 186.2.1 və 186.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının CM-nin 120.2.4, 29,120.2.4, 29,120.2.7, 29,120.2.9-cu maddələri ilə 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının CM-nin 186.2.1 və 186.2.2-ci maddələri 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Cavabdeh qəti olaraq 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X15, zərərçəkmiş şəxslər İddiaçı1 və X12 təqsirləndirilən şəxs Cavabdeh qarşı mülki iddiaları baxılmamış saxlanılmış və mülki iddiaçılara Cavabdeh qarşı mülki məhkəmə qaydasında iddia vermək hüquqları izah edilmişdir. - Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının Aşağı Seyfəli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli arayışının surətindən görünür ki, İddiaçı1 və İddiaçı2 Şəmkir rayonu Aşağı Seyfəli kəndində yaşayırlar. - Azərbaycan respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. - Vİİİ-MЮ seriyalı, 577693 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada tərcümə olunmuş surətindən görünür ki, İddiaçı2ovna 23 may 2016-cı ildə Rusiya, Moskva şəhərində anadan olmuşdur. Ata qrafasında X14, ana qrafasında İddiaçı1 qeyd edilmişdir. - İ-MЮ seriyalı, 829915 nömrəli atalığın müəyyən olunması barədə şəhadətnamənin notarial qaydada tərcümə olunmuş surətindən görünür ki, X1 Banu Əkbərovnanın atası müəyyən olundu. Bu barədə atalığın müəyyən olunması haqqında akt qeydləri kitabında 2016-cı ilin iyun ayının 17 günündə 15 nömrəli akt qeydində uşağa İddiaçı2ovna soyadı verilmişdir. - Şəmkir Rayonu İcra Hakimiyyəti Başçısının Aşağı Seyfəli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 16 iyul 2023-cü il tarixli arayışının surətindən görünür ki, İddiaçı1 Şəmkir rayonu Aşağı Seyfəli kəndində yaşayır. Özü, əri və uşaqları 2018-ci ildən Aşağı Seyfəli kəndində qayınatası Cavabdeh təsərrüfatına qeydiyyata düşmüşlər. Yaşadıqları fərdi yaşayış evində yanğın çıxması nəticəsində evin tamamilə yararsız hala düşməsi və yaşayış üçün yararlı vəziyyətdə olmaması, əri X9 vəfat etməsi və özünün yaşayış yerini dəyişib atası evinə qayıtması səbəbindən 2020-ci ildən Nərgiz Zahiddin qızının özü və uşaqları atası evinə qeydiyyata düşmüşlər. - “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X27 "X19" X20 17 iyul 2023-cü il tarixli məktubundan görünür ki, vətəndaşlar X14 xx.xx.2020-ci il tarixdə Yanıq xəstəliyi: “Bütün bədənin llla-lllb-İV dərəcəli termiki (alov) yanığı, yanıq şoku, ən ağır dərəcə. S(=92-95%). YTYY” diaqnozu ilə reanimasion şöbəyə qəbul olunmuşdur. xx.xx.2020-ci il saat 16:30 vəfat etmişdir. İddiaçı1 Yanıq xəstəliyi: “Sifətin boyunun, hər iki qulaqın, başın tüklü hissəsinin, hər iki yuxarı, ətrafların, döş qəfəsinin ön səthinin, sol aşağı ətrafın ll-llla-lllb dərəcəli termiki (alov) yanığı. (S=40%) Alt göz qabaqlarının dartıcı və gözün acıq qalması” diaqnozu ilə qəbul olmuşdur. Xəstə xx.xx.2020-ci il tarixdə kafi vəziyyətdə evə ambulator müalicəyə yazılmışdır. X2 xəstəliyi :xəstəyə Sifətin, hər iki qulağın, başın tüklü hissəsinin, boyunun hər iki yuxarı və aşağı ətrafların, llla-lllb-İV dərəcəli termiki (alov) yanığı (S=60%). Sağ əlin V barmağının orta falanqa səviyyəsində amputasiyası diaqnozu ilə qəbul olmuşdur. Xəstə xx.xx.2020-ci il tarixdə kafi vəziyyətdə evə ambulator müalicəyə yazılmışdır. Hər iki xəstəyə bir neçə əməliyyatlar icra olunub. Həmin dövrdə icbari tibbi sığortanın tətbiqinə başlanmadığı üçün tibbi sərfiyyatın xərcini xəstə yaxınları qarşılayıb. - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 426 manat ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu Aşağı Seyfəli kəndində cinayət hadisəsi baş vermişdir. Cavabdeh ona məxsus evi, həyat yoldaşını, oğlunu, iddiaçıları yandırmaqla ağır nəticələrə səbəb olmaqla, özgənin əmlakını qəsdən məhv edərək zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmuşdur. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-198/2020 nömrəli, xx.xx.2020-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikasının CM-nin 120.2.4, 29,120.2.4, 29,120.2.7, 29,120.2.9, 186.2.1 və 186.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının CM-nin 120.2.4, 29,120.2.4, 29,120.2.7, 29,120.2.9-cu maddələri ilə 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının CM-nin 186.2.1 və 186.2.2-ci maddələri 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Cavabdeh qəti olaraq 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində cavabdehin oğlu X14 vəfat etmiş, İddiaçı1, İddiaçı2 və İddiaçı3 ağır yanıq xəsarətləri almışlar. Hazırda iddiaçılar onlara dəymiş maddi və mənəvi ziyanın cavabdehdən tutulmasını tələb edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin faktiki hallarından və sübut kimi qəbul olunan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-198/2020 nömrəli, xx.xx.2020-ci il tarixli hökmünün surətindən görünür ki, “Cavabdeh xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən adam öldürməklə digər şəxsi qəsdən həyatdan məhrum etmiş, həmçinin xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla 3 nəfəri, o cümlədən təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan 2 nəfər azyaşlını qəsdən öldürməyə, yəni iki və daha çox şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, eləcə də yandırmaqla və ağır nəticələrə səbəb olmaqla özgənin əmlakını qəsdən məhv edərək zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmuşdur”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. İstinad olunan maddələrin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Qanunvericiliyin tələbinə görə zərərin mövcud olması, həmin zərərin cavabdehin qanunsuz hərəkəti nəticəsində vurulması, vurulmuş maddi və mənəvi zərərlə törətdiyi cinayət arasında səbəbli əlaqənin olması və cavabdehin təqsiri, işin halları və qanuni qüvvəsini almış xx.xx.2020-ci il tarixli məhkəmə hökmü ilə müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin “Cavabdeh qəsdən törətdiyi xüsusilə ağır cinayət nəticəsində iddiaçılardan İddiaçı1 vurulan 31227 (otuz bir min iki yüz iyirmi yeddi) manat, azyaşlı övladları Banu Əkbər qızına vurulan 11745 (on bir min yeddi yüz qırx beş) manat, Ömər Əkbər oğluna vurulan 1022 (bir min iyirmi iki) manat, ümumilikdə 43994 (qırx üç min doqquz yüz doxsan dörd) manat maddi ziyanın tutularaq iddiaçılara ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-198/2020 nömrəli, xx.xx.2020ci il tarixli hökmünün 3-cü və 4-cü səhifəsindən görünür ki, “İddiaçı1 məxsus 23 adda əşyaların yanması nəticəsində cəmi 3863,00 manat ziyan vurulmuşdur”. Odur ki, baş vermiş yanğın nəticəsində İddiaçı1 məxsus əşyalara vurulan zərərə görə 3863 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2022-ci il Qərarında qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.4-сü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işlərə baxan məhkəmələr üçün yalnız cinayətin törədilib-törədilməməsi və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi hissəsində məcburi qüvvəyə malikdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-198/2020 nömrəli, xx.xx.2020-ci il tarixli hökmünün 3-cü və 4-cü səhifəsindən görünür ki, “İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 21 may 2020-ci il tarixli, 346 №-li rəyindən görünür ki, İddiaçı1 almış olduğu xəsarətlər – bədən səthinin 40%-ni əhatə edən sifətin, boynun, hər iki qulaq seyvanlarının, hər iki yuxarı ətrafların, döş qəfəsinin ön səthinin, sol aşağı ətrafın İİ-İİİA-İİİB dərəcəli termiki yanıq yaraları tez alışan mayenin (maddənin) ola bilsin benzinin alışmasından baş vermiş alovun yerli təsirindən törənmişdir, qərarda qeyd olunan müddətə və şəraitə xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. (c.2, i.v. 141-144) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibbi ekspertizasının 21 may 2020-ci il tarixli, 347 №-li rəyindən görünür ki, İddiaçı2ovnanın almış olduğu xəsarətlər – bədən səthinin 60%-ni əhatə edən sifətin, boynun, hər iki qulaq seyvanlarının, hər iki yuxarı və aşağı ətrafların İİİA-İİİB-İV dərəcəli termiki yanıq yaraları, sağ əlin V barmağının yanığından sonrakı amputasiyası tez alışan mayenin (maddənin) ola bilsin benzinin alışmasından baş vermiş alovun yerli təsirindən törənmişdir, qərarda qeyd olunan müddətə və şəraitə xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. (c.2, i.v. 146-149) Göründüyü kimi yanğın nəticəsində iddiaçılar İddiaçı1 və İddiaçı2 maddi ziyan dəymiş, onlar dəfələrlə əməliyyat olunmuşlar. Lakin buna baxmayaraq əvvəlki sağlamlıqları bərpa olunmamışdır. “Tibbi Ərazi Bölmələrini İdarə etmə Birliyi" X27 "X19" X20 17 iyul 2023-cü il tarixli məktubundan görünür ki, “hər iki xəstəyə bir neçə əməliyyatlar icra olunub. Həmin dövrdə icbari tibbi sığortanın tətbiqinə başlanmadığı üçün tibbi sərfiyyatın xərcini xəstə yaxınları qarşılayıb.” Odur ki, iddia tələbi maddi ziyan hissəsində qismən təmin olanaraq Cavabdeh İddiaçı1 vurulan maddi zərərə görə 10000 manat, İddiaçı2 vurulan maddi zərərə görə 10000 manat müalicə xərci tutulmalıdır. İddiaçılar səhhətlərinə vurulan zərərə görə tələb etdikləri maddi ziyanla bağlı “Tibbi Ərazi Bölmələrini İdarə etmə Birliyi" X27 "X19" X20 17 iyul 2023-cü il tarixli məktubundan başqa məhkəməyə əlavə sübut təqdim etməsələr də, ağır dərəcəli yanıq xəsarətləri aldıqları açıq-aşkar müəyyən olunur və təbii ki, həmin xəsarətlərin müalicə və dəfələrlə əməliyyat olunması kifayət qədər xərc tələb edir. Bu baxımdan məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı2 səhhətlərinə vurulan maddi zərərə görə müəyyən olunan 10000 manatı ağlabatan və ədalətli hesab edir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan CD disk və fotəşəkillərdən görünür ki, iddiaçılara maddi ziyan dəymişdir. Məhkəmə iddia tələbinin mənəvi ziyanın tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndi ilə Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda ödənilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İşin hallarını nəzərə alaraq və qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçılar mənəvi sarsıntı keçirmişdir, buna görə də, mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdırlar. Qeyd olunan Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İş materiallarına əlavə olunmuş şəkillərlə və işin halları ilə müəyyən olunur ki, iddiaçılar üzlərində və bədənlərinin müxtəlif yerlərində ağır dərəcəli yanıqlar almışlar və dəfələrlə əməliyyatlar keçirmişlər buna baxmayaraq sağlamlıqları tam bərpa olmamışdır eybəcərləşmə və şikəstlik yaranmışdır. Məhkəmə hesab edir ki, İddiaçı1 ərini, İddiaçı2 və İddiaçı3 atalarını itirməsi, bundan başqa hər dəfə ağrılı əməliyyatlar keçirmələri, artıq əvvəlki saglamlıq və görünüşlərini bərpa edə bilməmələri iddiaçılara böyük mənəvi sarsıntı və mənəvi iztirablar vermişdir. Belə olan halda məhkəmə, iddiaçıların keçirdiyi mənəvi sarsıntıların xarakterini və ağırlığını nəzərə alaraq, iddiaçılara vurulmuş mənəvi zərərin əvəzi qismində ağlabatan və ədalətli məbləğ kimi cavabdehdən iddiaçıların hər birinə 20000 manat, ümumilikdə 60000 manatın alınıb, iddiaçılara verilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı1 vurulan maddi zərərə görə 13863 manat (3863 manat əşyalara görə + 10000 manat müalicə xərci), İddiaçı2 vurulan maddi zərərə görə 10000 manat, mənəvi ziyana görə iddiaçıların hər birinə 20000 manat, ümumilikdə 60000 manat məbləğində pul və ödənilmiş 426 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı1 ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı1 vurulan maddi zərərə görə 13863 manat (3863 manat əşyalara görə+10000 manat müalicə xərci), İddiaçı2 vurulan maddi zərərə görə 10000 manat, mənəvi ziyana görə iddiaçıların hər birinə 20000 manat, ümumilikdə 60000 manat məbləğində pul və ödənilmiş 426 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı1 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-1352/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1352/2023
22.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver