Məhkəmə qərarları › İş №2(007)-1361/2019

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1361/2019

15.05.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1361/2019 15.05.2019 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, məhkəmə iclas katibi Rzayevə Zeynəb Azad qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «sağlamlığa dəymiş zərərin və mənəvi zərərin ödənilməsi tələbinə» dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanuna zidd hərəkətləri üzündən son iki ay ərzində səhətinə vurulan zərərin aradan qaldırılması üçün müalicə olunaraq xərclədiyi 1000 (bir min) manat məbləğində pul vəsaitinin, o cümlədən ona dəymiş mənəvi zərərə görə 5000 (bir beş min) manat məbləğində pul vəsaiti, cəmi 6000 (bir altı min) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.1952-ci il təvəllüdlüdür. ünvan 1 ünvanında yerləşən mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Ailələri ziyalıdır, ailə üzvlərinin hər biri ayrı-ayrılıqda ali təhsil almışdırlar. Ailə üzvləri kifayət qədər sakit təbiətlidir. Yaşadıqları məhəllədə qonşularla qarşılıqlı hörmət əsasında yaşayırlar. Ailə üzvlərinin hər birinin cəmiyyətdə, o cümlədən qonşular və qohumlar arasında xüsusi hörməti var. Uzaq qohumu, baldızının oğlu və hazırkı iddia ərizəsi üzrə cavabdeh qismində cəlb edilmiş xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh ona məxsu olan (055) ***-**-** nömrəli mobil telefonla ona və arvadına xx.xx.1956-cı il təvəllüdlü X1 zəng edərək, onu və ailə üzvlərini təhqir etmişdir, onların ünvanına və ailə üzvlərinə yaraşmayan tərzdə ən pis nalaiq ifadələrdən istifadə etmişdir. Belə ki, Cavabdeh tüfeyli həyat tərzi yaşayır, müntəzəm olaraq, öz valideynlərinə əl qaldıraraq, onları döyür, ahıl valideynlərinə qarşı fiziki və mənəvi zorakılıq tətbiq edir. Səbəb isə zor gücünə valideynlərinin evini satdıraraq onları evsiz-eşiksiz qoymaq istəyir. Sonuncu dəfə Məhəmməd anası Cəmilənin üzərinə ağ neft tökərək, onu diri-diri yandırmaq istəyirmiş. Lakin yaxınlığındakı insanlar məsləyə müdaxilə edərək, cavabdehin kibrit çəkməsinin qarşısını almışdırlar. Lakin buna baxmayaraq, ağ neftin insan dərisi üçün kəskin yandırıcı effekt verməsi üzündən Cəmilənin bədəninin əhəmiyyətli dərəcədə çox hissəsi yanmışdır. Bunu təsdiq edən tibbi sənədlər mövcuddur. Bununla bağlı olaraq, “Medical Plaza" tibb mərkəzindən də məlumat almaq olar. Sözü gedən səhiyyə müəssisəsində Cəmilənin müayinəsi zamanı müəyyən edilmişdirki, hətta onun bədənində "qayış" dediyimiz bel kəmərinin izləri də mövcuddur. Bundan başqa, sonralar məlum oldu ki, həmin gün Cəmiləni əvvəlcə əri Rəhim, daha sonra Məhəmməd döymüşdür. Hətta ona o da məlum oldu ki, elə vaxtlar olmuşdur ki, Cəmilə hamamda çimərkən Məhəmməd zor gücünə qapını açaraq, anasını saçından tutaraq sürüyərək hamam otağından bayıra çıxarmış və döymüşdür. O isə bunu eşidəndə, normal olaraq əsəb hissi keçirmiş və Cəmiləyə zəng edərək ona təsəlli vermək istəmişdir. Cəmilə isə öz növbəsində ona çox qorxduğunu, elə bunun üçün də əlaqədar qurumlara şikayət edə bilmədiyini bildirmişdir. Bunun üçün ondan kömək istədiyini də bildirdi. Bundan sonra, Cavabdeh ona məxsu olan (055) ***-**-** nömrəli mobil telefonla ona və arvadına xx.xx.1956-cı il təvəllüdlü X1 zəng edərək, iddiaçını və ailə üzvlərini təhqir etmişdir, onların ünvanına və ailə üzvlərinə yaraşmayan tərzdə ən pis nalaiq ifadələrdən istifadə etmişdir. Bunu hazırkı iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etdiyim “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə əldə edilmiş çıxarışların qeyd edildiyi CD ilə təsdiq edir. Bunun nəticəsidir ki, cavabdeh onu və ailə üzvlərini qohumlar arasında rüsvay edərək, bir sıra əlavə xoşagəlməz hərəkətlərə yol verir. Hətta bununla bağlı olaraq, dəfələrlə Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə və Prokurorluq orqanlarına da müraciət etmişlər. Lakin sözü gedən qurumlardan mövcud problemin həlli istiqamətində lazımı tədbirlər görülməmişdir. Elə ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bütün bu olanlara görə, o dərindən mənəvi sarsıntı çəkmişdir. Bununla da, fiziki sağlamlığına ciddi zərər dəymişdir. Bu mənəvi təsirin nəticəsi olaraq, əsəb hissi keçirmişdir. Bu hadisələr zamanı ürək təziqi kəskin artaraq, onu ölümcül vəziyyətə saldı. Təxminən 2 (iki) aydır ki, cavabdehin qanuna zidd hərəkətlərinin təsiri nəticəsində müalicə olunur. Bu iki ay ərzində ona və onun səhhətinə dəyən zərəri aradan qaldırmaq üçün müalicə olunaraq 1000 (min) manat məbləğində pul xərcləmişdir. Bundan başqa, hesab edir ki, Cavabdeh qanuna zidd hərəkətləri üzündən, ona dəymiş mənəvi zərərin pul ilə ifadə olunan dəyəri 5000 (beş min) manat məbləğindədir. Məhkəmə iclasında iddiaçı iddia tələbinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, cavabdeh öz anasına hədə-qorxu gəlmişdir, onu məcbur etmişdir ki, bacısına zənq edib, öz evinə dəvət etsin. Orada da onu döymək istəyirdi. Cavabdeh ailə qurmuşdur. Sonradan da onun ailəsi dağıldı və o, xalasını, yəni onun yoldaşını günahlandırmağa başladı. Hər dəfə yoldaşına zəng edir, onu nalayıq ifadələrlə, söyüşlə söyür. O, onu, bütün ailə üzvlərini təhqir edir. O və həyat yoldaşı cavabdehə görə nevroloji xəstəlikdən əziyyət çəkirlər. Yoldaşı onun ucbatından dəfələrlə xəstəxanaya düşürdü. Onun bütün pulları dərmanlara gedir. 15 fevral 2019-cu il tarixdə whatsapp yazışmasında onu və yoldaşını təhqir etmişdir. Təxminən 15-20 gün bundan qabaq yenə zənq edərək, onu və yoldaşını təhqir etmişdir. O, hamıya hədə-qorxu gəlir, hamını döyür. Hətta öz doğma anasına əl qaldırır. o cavabdehlərdən 500 manat tələb etməmişdir. Həmçinin o bildirmişdir ki, Cavabdeh həyat yoldaşının telefonuna zənq edib, onu və ailə üzvlərini təhqir edici sözlərlə söymüş, nalayıq ifadələrdən istifadə etmişdir. O, özü 7-8 ildir ki, yüksək təzyiq xəstələiyindən, həyat yoldaşı isə 15 ildir ki bu xəstəliklə yanaşı gərginlik xəstəliyindən də əziyyət çəkir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir. O bildirmişdir ki, iddianı qəbul etmir. İddiaçı cavabdeh qismində ona qarşı məhkəməyə verdiyi iddia ərizəsini əsassız və qeyri-qanuni hesab edir. Belə ki, iddiaçı iddia ərizəsində özünün və ailə üzvlərinin ziyalı, kifayət qədər sakit təbiətli, yaşadıqları məhəllədə qonşularla qarşılıqlı hörrmətdə olduğunu, qonşular, qohumlar arasında xüsusi hörmətini qeyd edir, lakin onun barəsdə isə göstərir ki, Cavabdeh tüfeyli həyat tərzi yaşayır, müntəzəm olaraq öz validnylərinə əl qaldırır, onları döyür, ahıl valideynlərinə qarşı fiziki və mənəvi zorakılıq tətbiq edir. Lakin o bildirmişdir ki, tüfeyli həyat tərzi keçirmir, halhazırda "xxxx" MMC-də mühafizəçi vəzifəsində işləyir, idmanın ağır atletika növü ilə məşğul olur və bu idman növü üzrə Respublikada müvafiq naliyyətlərim vardır. İddiaçı tələbində onun tərəfindən hansı tarixdə konkret olaraq ona qarşı edilən qeyri-qanuni hərəkətlərin nədən ibarət olduğunu qeyd etməmişdir. Sadəcə iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, guya cavabdeh onun həyat yoldaşı X1 zəng edərək onu və ailə üzvlərini təhqir etmiş, onların ünvanlarına ən pis nəlayiq ifadələrdən istifadə etmişdir. Təhqir və ən pis nəlayiq ifadələrin isə nədən ibarət olması da iddia əizəsində qeyd edilməmişdir. İddiaçının həyat yoldaşını və ailə üzvlərini təhqir etmədiyindən və onlara qarşı nəlayiq ifadələr işlətmədiyindən onlar ona qarşı məhkəmədə iddia qaldırmamışlar. İddiaçının isə özünə aid iddia ərizəsində həyat yoldaşının və ailə üzvlərinin hüquqlarının müdafiə etməsi onlar iddiaçı olmadığından və iddiaçıya etibarnamə vermədiyindən mövcud qanunvericiliyin tələblərinə tamamilə ziddir. O qeyd etmişdir ki, iddiaçının iddia ərizəsinin çox hissəsi guya onun valideynlərinə qarşı törətmiş olduğu qeyri-qanuni hərəkətlərdən ibarətdir: «valideynlərimi döyməyim», «onlara qarşı fiziki, mənəvi zor tətbiq etməyim», «zor gücünə evi satdıraraq onları evsiz-eşiksiz qoymağım», «anam Cəmilənin üzərinə ağ neft tökərək onu diri-diri yandırmaq istəməyim», «lakin bunun qarşısının alınması», «buna baxmayaraq ağ neftin insan dərisi üçün kəskin yandırıcı effekt verməsi üzündən Cəmilənin bədəninin əhəmiyyətli dəcədə çox hissəsinin yanması», «Cəmilənin bədənində «qayış» izlərinin olması», «anam Cəmiləni döyməyim», «anam Cəmilə hamamda çimərkən zor gücünə qapını açaraq onun saçından tutub sürüyərək hamam otağından çıxarmağım və döyməyim», «mənim iddiaçı və ailə üzvlərini qohumlar arasında rüsvay edərək, bir sıra əlavə xoşagəlməz hərəkətlərə yol verməyim» kimi ifadələri heç bir faktla sübut edilmir. Digər tərəfdən əgər o həqiqətən də anasına qarşı qeyri-qanuni hərəkətlərə yol vermişsə həmin qeyri-qanuni hərəkətlərin qarşısının alınması barədə müvafiq hüquq mühafizə orqanlarına müraciət etmək hüququ da iddiaçıya deyil, ona məxsusdur. İddiaçı iddia ərizəsində daha sonra qeyd edir ki, təxminən iki aydır ki, cavabdehin qanuna zidd hərəkətlərinin təsiri nəticəsində müalicə olunur, lakin hansı xəstəxanada müalicə olunmasını qeyd etmir. İddiaçının iddiada göstərdiyi iki ay ərzində ona və onun səhhətinə dəymiş zərəri aradan qaldırması üçün müalicəsinə sərf etdiyi 1000 manat məbləğində pul ilə əlaqədar da heç bir sübutu yoxdur. O qeyd etdiyi əsaslara görə iddiaçının ondan mənəvi zərərə görə 5000 manat da əlavə pul tələb etməsi əsassız və qeyri-qanunidir. İddiaçının iddia ərizəsində istinad etdiyi hallar sübut olunmadığından hesab edir ki, onun iddia ərizəsində qeyd etdiyi maddi və digər qanunvericilik aktları onun iddiasının məzmununa müvafiq deyildir. Həmçinin iddiaçı bir ay bundan əvvəl onun etirazda qeyd etdiyi ünvanına zəng edərək ondan guya ona və Fərqanəyə vurduğu mənəvi zərər görə qeyri-rəsmi olaraq 500 manat məbləğində pul istəmiş, əks halda onu məhkəməyə verib daha çox pul alacağı ilə hədələmişdir. Xalasının ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Onun yoldaşı ona böhtan atır. Deyilənlər yalandır. O xalasına demişdi ki, onun ucbatından ailəsini qoruyub-saxlaya bilməmiş, “ailəmi sən yıxmısan”. O da ona kobud cavab verdiyi üşün əsəbləşərək onu danlamış lakin, söyüş söyməmişdir. İddiaçının vəsatətinə əsasən dəvət olunmuş şahid X2 ifadəsində bildirmişdir ki, cavabdehin anasıdır. oğlu əsəbi olduğu üçün iddiaçını telefon vasitəsi ilə söyüb, lakin sonradan onlarla barışmağa cəğd etmişdir. İddiaçı bildirir ki, guya oğlu təhqir edici sözlərindən sonra o, sarsıntı keçirib və xəstəxnaya düşüb, lakin deyilənlər yalandı. İddiaçı və yoldaşı çoxdandır ki, müxtəlif xəstəliklərdən əziyyət çəkir və uzun müddətdir ki, mualicə alırlar. Oğlunun onların xəstələkləri ilə bağlı heç bir əlaqəsi yoxdur. Oğlu öz telefonu vasitəsi ilə iddiaçıya zənq edib. Onların arasında olan söhbət barədə xəbəri yoxdur. İddiaçı onlardan pul istəyir. Şəxsən ona zənq edib pul istəmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin Kərimov Tahir Xudaverdi oğluna ünvanlanmış xx.xx.2019-cu il tarixli 066-702K nömrəli məktubundan görünür ki, xx.xx.2019-cu il tarixli təhqir olunması ilə bağlı müraciəti ilə bağlı ona mülki qaydada məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan, "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli HR/19/0171 saylı arayışından görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixdən həmin cəmiyyətdə təhlükəsizlik işçisi vəzifəsində işləyir. İş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 33 nömrəli poliklinikasının 1-ci terapiya şöbəsinin vermiş olduğu İddiaçı məxsus Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, o xx.xx.2014-cü il tarixdə, xx.xx.2014-cü il tarixdə, xx.xx.2014-cü il tarixdə və xx.xx.2016-cı il tarixdə poliklinikada müayinələrdən keçmiş, ona “Gərginlik stenokardiyası stenikardik tutmalar”, “Supertoniya”, “Hipertoniya” xəstəliklərinin diaqnozu qoyularaq xx.xx.2019-cu ildə “Gərginlik stenokardiyon” və xx.xx.2019-cu ildə “Hipertoniya” xəstəliklərindən müalicə olunmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 33 nömrəli poliklinikasının 1-ci terapiya şöbəsinin vermiş olduğu X1 məxsus Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, o xx.xx.2016-cı il tarixdə, xx.xx.2016-cı il tarixdə, xx.xx.2016-cı il il tarixdə, xx.xx.2017-ci il tarixdə və xx.xx.2017-ci il tarixdə poliklinikada müayinələrdən keçmiş, ona “Gərginlik stenokardiy”, “Supertoniya”, “Hipertoniya” xəstəliklərinin diaqnozu qoyularaq xx.xx.2018-ci il tarixdə xx.xx.2018-ci il tarixdə və xx.xx.2019-cu il tarixdə “Hipertoniya” xəstəliyindən müalicə olunmuşdur. İddiaçı cavabdehin onun həyat yoldaşına zəng edərək onu, həyat yoldaşının və ailə üzvlərini nalayiq formada təhqir etdiyini qeyd edir. Məhkəmə ilk növbədə həmin məlumatın yayılmasının və bu məlumatın onun şərəf və ləyaqəti ləkələyən məlumatların təkzib edilməsi tələbinə dair iddia qaldırmağa müvafiq subyektiv hüququnun olub-olmamasını araşdırmağı zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə görə fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Azərbaycan Respublikası Konstitusiyanın 131-ci maddəsinin İ hissəsinə və «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinin 3-cü hissəsinin 1-ci bəndinə görə vahid məhkəmə təcrübəsinin formalaşdırılması səlahiyyəti Ali Məhkəməyə məxsusdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.1999-cu il tarixli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, maraqlı şəxslərin tələbləri üzrə vətəndaşın şərəf və ləyaqətinin müdafiəsinə qanunla onun ölümündən sonra yol verilir. Şərəf və ləyaqətin müdafiəsi üçün nəinki barələrində həqiqətə uyğun olmayan məlumatlar yayılmış şəxslər, habelə həmin məlumatların təkzib edilməsində öz maraqları olan digər şəxslər (vərəsələr, ailə üzləri, qohumlar, şərik müəlliflər və s.) də məhkəmədə iddia qaldıra bilərlər. Göründüyü kimi, Ali Məhkəmənin Plenumunun qərarında şəxsin şərəf və ləyaqətinin müdafiəsi şəxsin özü, ölümündən sonra isə belə məlumatların təksib edilməsində şəxsi maraqları olan ailə üzvlərinin də tələbi ilə mümkün olduğu müəyyən olunmuş və bu tip müdafiənin isə maraqlı şəxslərin tələbləri ilə realizəsinin mümkünlüyü vurğulanmışdır. Çünki, yalnız ölmüş şəxsin haqqında yayılmış məlumatlar əgər təhqir, yaxud böhtan mahiyyətindədirsə bu, onunla müəyyən bağlılığı olan şəxslərin şərəf və ləyaqətinə (şəxsiyyət haqlarına) müdaxilə təşkil edir və bunun nəticəsində həmin şəxslər məhkəmə müdafiəsi hüququndan yararlanırlar. Hazırki iddia tələbi üzrə məhkəmə araşdırılması ilə cavabdehin iddiaçının həyat yoldaşı X1 mobil telefonla zəng edərək onu və ailə üzvlərini təhqiqr etməsi iddia olunsada həmin şəxs tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılmamışdır. Bundan əlavə məhkəmə araşdırması ilə müəyyən olunur ki, iddiaçının cavabdehin hərəkətləri nəticəsində onun və həyat yoldaşının mənəvi sarsıntı keçirmələri, bununla bağlı həkimə müraciət etmələri, 1000 manat məbləğində pul vəsaitinin xərcləməklə maddi zərər çəkməsi iddiaçı tərəfindən sübut olunmur. İddiaçının məhkəməyə təqdim etmiş olduğu xəstəlik vərəqəsindən çıxarışlardan müəyyən olunur ki, iddiaçı və onun həyat yoldaşının səhətində olan xəstəliklər 2014 və 2016-cı illdən yaranmışdır. Qeyd olunan xəstəliklərin iddiaçıda 7-8 il bundan əvvəl, həyat yoldaşında isə 15 il bundan əvvəl yaranması iddiaçının məhkəmədə özü tərəfindən etiraf edilmişdir. Yəni iddiaçı və onun həyat yoldaşının səhətlərinə yaranmış xəstəliklərinin məhs cavabdehin hərəkətləri nəticəsində yaranması və bu xəstəliklə bağlı 1000 manat məbləğində xərcin çəkilməsi iddiaçı tərəfindən sübut olunmamışdır. İddiaçı tərəfindən imzalanaraq məhkəməyə təqdim olunmuş 535 manat dərman puluna dair xərclərin çəkilməsi, ona dair kassa çekləri və iddianın verilməsi ilə bağlı 100 manat vəkil xərcinə dair əlyazmasında göstərdiyi xərclər onun tərəfindən əsaslı sübutlarla təsdiq olunmamışdır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər eyni zamanda mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin qeyri-hüquqi (hüquqa zidd) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməllə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı İddiaçı Cavabdeh qarşı cavabdehin qanuna zidd hərəkətləri üzündən son iki ay ərzində səhətinə vurulan zərərin aradan qaldırılması üçün müalicə olunaraq xərclədiyi 1000 (bir min) manat məbləğində oul vəsaitinin, o cümlədən ona dəymiş mənəvi zərərə görə 5000 (bir beş min) manat məbləğində pul vəsaiti, cəmi 6000 (bir altı min) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin qanuna zidd hərəkətləri üzündən son iki ay ərzində səhətinə vurulan zərərin aradan qaldırılması üçün müalicə olunaraq xərclədiyi 1000 (bir min) manat məbləğində oul vəsaitinin, o cümlədən ona dəymiş mənəvi zərərə görə 5000 (bir beş min) manat məbləğində pul vəsaiti, cəmi 6000 (bir altı min) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar