Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1396/2022 11.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “hüquqi faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “hüquqi faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, onun, yəni 26 avqust 1957-ci ildə Ucar rayonu, Bərgüşad kəndində anadan olmuş, Ərizəçi doğum haqqında Ucar rayonu Bərgüşad kənd soveti tərəfindən 18 noyabr 1958-ci il tarixdə tərtib edilmiş 65 nömrəli doğum akı qeydinin düzgün olmaması müəyyən edilməsi və doğum haqqında akt qeydləri kitabına dəyişilik edilərək ana qrafasında “X5” əvəzinə “X6” qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi 26 avqust 1957-ci ildə Ucar rayonunun Bərgüşad kəndində anadan olmuşdur. Ona doğum haqqında şəhadətnamə Ucar rayonunun Bərgüşad kənd soveti tərəfindən 18 noyabr 1958-ci il tarixdə verilmişdir. Lakin onun adına doğum haqqında şəhadətnamə verilərkən şəhadətnamənin ana qrafasında anasının adı “Sara” kimi yazılmışdır, lakin anasının adı bütün sənədlərdə “Sarı” kimi yazılmışdır. Hal-hazırda anası rəhmətə getmiş və doğum haqqında şəhadətnamədə düzəliş edilməsi zərurət yaranmışdır. Doğum haqqında şəhadətnamədə olan səhvin düzəldilməsi ilə bağlı Nizami rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, müraciətin təmin olunmasından imtina olunmuşdur. Bu səbəbdən qeyd olunan yanlışlığın aradan qaldırmaq üçün ərizə ilə məhkəməyə müraciət elmək məcburiyyətindədir. Hesab edir ki, onun yəni, 26 avqust 1957-ci ildə Ucar rayonu, Bərgüşad kəndində anadan olmuş Ərizəçi doğum haqqında Ucar rayonu Bərgüşad kənd soveti tərəfindən 11 noyabr 1958-ci il tarixdə tərtib edilmiş 65 nömrəli doğum akt qeydinin düzgün olmaması müəyyən edilməsi və doğum haqqında akt qeydləri kitabına dəyişiklik edilərək ana qrafasında “X5” əvəzinə “X6" qeyd olunmalıdır. Ərizəçi nümayəndəsi Nümayəndə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraicət edərək, 26 avqust 1957-ci ildə Ucar rayonu, Bərgüşad kəndində anadan olmuş Ərizəçi doğum haqqında Ucar rayonu Bərgüşad kənd soveti tərəfindən 18 noyabr 1958-ci il tarixdə tərtib edilmiş 65 nömrəli doğum akı qeydinin düzgün olmaması müəyyən edilməsi və doğum haqqında akt qeydləri kitabına dəyişiklik edilərək ana qrafasında “X5” əvəzinə “X7” qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizənin ərizəsini müdafiə edib, onun dəlillərinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Ucar rayonu, Bərgüşad kəndində yerləşən sahəsi 0,659948 ha torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 104,5 kv.metr olan fərdi yaşayış evi 21.06.2021-ci il tarixdə xüsusi mülkiyyət kimi (A və A1 fədi yaşayış evi və ümumi birgə torpaq sahəsi) X2 adına qeydiyyata alınmışdır; - AZE seriyalı, 04055826 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 1934cü ildə Ucar rayonunun Bərgüşad kəndində anadan olmuşdur, Ucar rayonunun Bərgüşad kəndində qeydiyyata alınmışdır; - AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 26 avqust 1957-ci ildə Ucar rayonunda anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyata alınmışdır; - ünvan 2 dekabr 1963-cü il tarixdə verilmiş АЗ seriyalı 587048 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 26 avqust 1957-ci il tarixdə Ucar rayonunun Bərgüşad kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 18 noyabr 1958-ci il tarixdə 65 № ilə qeyd edilmişdir. X11, anası X3r; - AZ-İ seriyalı 360541 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 10 iyun 2009-cu-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 17 iyun 2009-cu il tarixdə 22 nömrəsi ilə qeyd edilmişdir; - Maraqlı şəxs 11.03.2022-ci il tarixli, 05Q-535/15 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı (rayon qeydiyyat şöbəsi) tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Hazırkı halda ərizənizə dair sənədlər Şöbə tərəfindən araşdırılarkən onun doğum haqqında akt qeydinizdə dəyişikliyin (düzəlişin) edilməsinə kifayət qədər əsasların olmadığı, eyni zamanda qanunvericiliyə əsasən Şöbənin hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi səlahiyyətinin olmadığı üçün müraciətin təmin edilməsi imkan xaricindədir. Göstərilənlərə əsasən məhkəməyə müraciət etməyiniz tövsiyə olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi 26 avqust 1957-ci ildə Ucar rayonunun Bərgüşad kəndində anadan olmuşdur. Ərizəçinin anasının adı X7 olmuşdur. Ucar rayonunun Bərgüşad kənd sovetində 18 noyabr 1958-ci il tarixdə tərtib edilmiş 65 nömrəli akt qeydində isə ərizəçinin ana adı qrafasında X5 qeyd olunmuşdur. Ərizəçi doğum haqqında akt qeydindən dəyişiklik edilməsi üçün müraciət etsə də, qeydiyyat şöbəsi zəruri zəruri sənədlər olmadığından doğum haqqında akt qeydində dəyişiklik edilməsindən imtina edilmişdir. Lakin anasına məxsus bütün sənədlərdə adı X1 qeyd olunmuşdur. Həmin düzəlişin edilməsi ilə bağlı Nizami rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Bu səbəbdən hazırda məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar MPM): 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: şəxslərin qohumluq münasibətlərinin; şəxsin öhdədə olması faktının; doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; ərarvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; bədbəxt hadisə faktının; müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; atalığın etiraf olunması faktının; qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır; Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həqiqətən də, Ərizəçi 26 avqust 1957-ci ildə Ucar rayonunda anadan olmuşdur. Onun anası X4r. Onun doğumu 18 noyabr 1958-ci ildə Ucar rayonunun Bərgüşad kənd sovetində qeydə alınsada, həmin akt qeydində onun anasının adı “X7” əvəzinə səhvən “X5” kimi yazılmışdır. İşin hallarından görünür ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ərizəçiyə zəruri sənədlərin hazırlanması üçün lazımdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə ərizə təmin edilməli, 26 avqust 1957-ci ildə Ucar rayonunun Bərqüşad kəndində anadan olmuş Ərizəçi doğumu haqqında Ucar rayonu Bərqüşad kənd soveti tərəfindən 18 noyabr 1958-ci il tarixdə tərtib edilmiş 65 nömrəli akt qeydinin düzgün olmaması müəyyən edilməli, həmin akt qeydində dəyişiklik edilərək ana qrafasında “X5” əvəzinə “X7” qeyd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 26 avqust 1957-ci ildə Ucar rayonunun Bərqüşad kəndində anadan olmuş Ərizəçi doğumu haqqında Ucar rayonu Bərqüşad kənd soveti tərəfindən 18 noyabr 1958-ci il tarixdə tərtib edilmiş 65 nömrəli akt qeydinin düzgün olmaması müəyyən edilsin. Həmin akt qeydində dəyişiklik edilərək ana qrafasında “X5” əvəzinə “X7” qeyd edilsin. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1396/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1396/2022
11.05.2022 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver