Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1409/2021 02.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Fikrət Xasay oğlu Mirzəyevin sədrliyi, Məsləhətçi Ramil Firdun oğlu Qurbanovun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndənın iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilməsi və cərimənin silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilməsi və cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə vermişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qaz sayğacının istismar müddəti bitməsi ilə əlaqədar, yaşadığı ünvan 1 ünvanında 20 dekabr 2020-ci il tarixdə, Cavabdeh Bakı Regional Qazın Satışı Departamentinin işçiləri əməkdaşları, sayğacı dəyişən zaman bildirdilər ki, sayğac düzgün işləməyib və bu barədə yerində akt tərtib ediblər. Aktı imzalamaqdan etiraz etdi və bildirdi ki, o mövsumə görə hər ay smart kart vasitəsi ilə 60- 90 manat ödəyir. Lakin, Cavabdeh Bakı Regional Qazın Satışı Departamenti xəbərdarlıq göndərərək onun cavabdehə 2498,6 manat borcu olduğunu bildirdilər və ödəmədiyi halda 05.02.2021-ci il tarixdə xəbərdarlıq edilmədən qazın təhcizatın dayandırılacaqdır. Ona qanunsuz olaraq hesablanan borc tam olaraq silinməlidir, hesabından çıxarılan pul geri qaytarılmalıdır və akt ləğv olunmalıdır. Qeyd olunanlara əsasən Cavabdeh Bakı Regional Qazın Satışı Departamenti tərəfindən tərtib edilmiş MSk-29/1710-04828-1 nömrəli 13.01.2021-ci il tarixli aktın etibarsız hesab edilməsi və hesablanmış 2498.60 manat məbləğində borcu silinməsini və 31.05.2021-ci il tarixədək borc qismində hesablanmış 36 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, iddianı qəbul etmir. Vətəndaşın ünvanına quraşdırılan sayğac smart kart tipli sayğacdı, hesabına yüklədiyi məbləğə uyğun olaraq qaz sərfiyyatı olub. 22 dekabr 2020-ci il tarixdən smart sayğacın elektron hesablama mexanizmində yaranan qüsur səbəbindən abonentin ünvanına yeni sayğac quraşdırılıb və sayğacın göstəriciləri arasında fərqin 2501 manat məbləğində olduğu məlum olub. Hazırda vətəndaşın təbii qazdan istifadəyə görə yaranan borcu 2462,2 manatdır. Sayğac göstəricilərində fərq olduğu üçün 2501 manat borc yazılıb. Cavabdeh borcunu ödəməkdən yayınır. İddia təmin olunmamasını xahiş edir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan AR Dövlət Neft Şirkəti “Cavabdeh” İB-nin qaz sayğacının yoxlanması haqqında 13.01.2021-ci il tarixli MSK -29/1710-04828-1 nömrəli aktın məzmunundan görünür ki, “Cavabdeh” İB-nin SOCAR**********30991710X04828 saylı, 25.12.2020-ci il tarixli telefonoqramına əsasən 06.01.2021-ci il tarixdə əhali sektorunda istismarda olan BRQS Departamentindən Metrologiya Departamentinə gətirilmiş aşağıda nömrəsi qeyd olunan istehsalı G6 markalı İtron tipli qar sayğacı 06.01.2021-ci il tarixində dövlət yoxlaması nəticəsində yararsız olması müəyyən olunmuşdur. İş materiallarında olan **********38000 nömrəli abonentin saldosundan görünür ki, İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində 2191 manat borc möcuddur. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 22.12.2020-ci il tarixli ******* nömrəli aktın surətidən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış G-6 markalı itron tipli 1405AZ**********03 nömrəli sayğac yenisi ilə, G-6 markalı mexaniki tipli 28258680 nömrəli sayğacla əvəzlənmişdir. İş materiallarında olan Cavabdeh Bakı Regional Qazın Satışı Departamentinin xəbərdarlıq məktubundan görünür ki, İddiaçı 2498,6 manat borcunun olması barədə məlumatlandırılmış borcu ödəmədiyi halda 05.02.2021-ci il tarixdə xəbərdarlıq edilmədən qazın təhcizatın dayandırılacağı barədə xəbərdar olunmuşdur. İşin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, qaz sayğacının istismar müddəti bitməsi ilə əlaqədar ünvan 1 ünvanında 20 dekabr 2020-ci il tarixdə, Cavabdeh Bakı Regional Qazın Satışı Departamentinin əməkdaşları sayğacı dəyişən zaman sayğacın düzgün işləmədiyi müəyyən olunmuş və bu barədə yerində akt tərtib edilmişdir. AR Dövlət Neft Şirkəti “Cavabdeh” İB-nin qaz sayğacının yoxlanması haqqında 13.01.2021-ci il tarixli MSK -29/1710-04828-1 nömrəli aktına əsasən “Cavabdeh” İB-nin SOCAR**********30991710X04828 saylı, 25.12.2020-ci il tarixli telefonoqramına əsasən 06.01.2021-ci il tarixdə əhali sektorunda istismarda olan cayğac BRQS Departamentindən Metrologiya Departamentinə gətirilmiş G6 markalı İtron tipli qaz sayğacı 06.01.2021-ci il tarixində dövlət yoxlaması nəticəsində yararsız olduğu müəyyən olunmuşdur. Araşdırma zamanı müəyyən oluunmuşdur ki, abonentin saldosuna əsasən müəyyən edilmiş borc mənzildə quraşdırılmış qaz sayğacının bir müddət düzgün işləməməsi nəticəsində faktiki istifadə olunmuş qaz sərfiyyqtının ödənişdən kənarda qalan hissəsidir.Yəni,obonent qazdan istifadə etsə də,bunun müqabilində adekvat məbləğdə ödəniş etməmişdir. Bundan başqa,iddiaçı qüsurlu sayğacın yenisi ilə əvəz olunması barədə tərtib olunmuş MSk-29/1710-04828-1 nömrəli 13.01.2021-ci il tarixli aktın etibarsızlığını tələb edir.Lakin əqdin etibarsızlığına dələlət edən,Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrində təsbit edilmiş halları göstərməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən,bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar”sübut standartları tətbiq edilir(93-cü paraqraf) Məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb, sübutları qiymətləndirərək hesab edir ki, iddiaçı öz tələblərinin istinad etdiyi halları sübuta yetirə bilmədiyindən iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-1409/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1409/2021
02.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver