Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1411/2024 12.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı Cavabdeh qarşı “pul və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “pul və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus əşyaların qaytarılmaması ilə bağlı 12566 manat məbləğində pulun, mənəvi zərərin əvəzi olaraq 4000 manat pulun tutulmasına və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 140 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi qeyd edilən ərizə ilə məhkəməyə müraciət edərkən qanunvericiliyin müvafiq tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsinə əlavə edilmiş: - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 18 mart 2013-cü il tarixli, 2(007)- 172/2013 nömrəli qətnaməsinin surətindən görünür ki, “cehiz və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, iddiaçıya məxsus əmlaklar yataq dəsti (çarpayı, şifoner, komod və stol)- 1 ədəd, uşaq yataq dəsti - 1 ədəd, divankreslo dəsti, kəfkirli saat 1 ədəd, qorka 1 ədəd, soyuducu - 1 ədəd, stol - 1 ədəd, stul 6 ədəd, mebel qapı - 1 ədəd, xalça 2 ədəd, qırmızı rəngli bogema kravin rumka ilə 6 ədəd, xrustal bagema kravin rumka ilə - 6 ədəd, bogema meyvə qabı yaşıl - 2 ədəd, bogema konfet qabı göy rəngli 2 ədəd, xrustal güldan - 1 ədəd, madonna güldan – 1 ədəd, madonna uzun meyvə qabı 2 ədəd, madonna ağzı qapalı qənd qabı - 1 ədəd, xrustal iri rumka - 5 ədəd, xrustal orta rumka - 6 ədəd, xrustal rumka araq stəkanı - 6 ədəd, xrustal uzun mürəbbə qabı - 2 ədəd, xrustal hündür meyvə qabı - 1 ədəd, xrustal ağzı qapalı konfet qabı - 2 ədəd, dərin dayaz kasa qab dəsti- 60 ədəd, kravin rumkası 6 ədədli - 2 dəst, çay stəkanı xrustal - 6 ədəd, nəlbəki - 6 ədəd, oxlov 1 ədəd, dayaz, qab 3 buludlu - 10 ədəd, kasa balaca - 6 ədəd , kasa yekə -6 ədəd , çörək qabı 2 ədəd, madonna salfet qabı- 2 ədəd, çay dəstgahı 6 rumkalı - 1 dəst, padnos - 2 ədəd, 3 mərtəbəli madonna qab- 2 ədəd, dəmir çaynik, qəfədan- 1 dəst, tok çayniki - 1 ədəd, sokçəkən maşın - 1 ədəd, ütü- 1 ədəd, vedrə yekə - 1 ədəd, vanna yekə 2 ədəd, vedrə zibil üçün - 1 ədəd, su fincanı - 1 ədəd, divan kreslo üstü boz qara rəngli 1 dəst, slolüstü (kotanlı) - 2 ədəd, zərli qara- 1 ədəd, jurnal üstü süfrə (qara zərli)- 1 ədəd, stolüstü bənövşəyi gül 1 ədəd, kofe dəsti (göy)-6 ədəd, çay dəstgahı (madonna göy)- 6 fincanlı -1 dəst, balaca içi qırmızı sulu rumka - 3 ədəd, zərli iri tort qabı boz - 1 ədəd, narıncı rəngdə 6 dayaz boşqabı, səd buludlu 1 ədəd, qaşıq dəsti - bıçaq, çay, xörək, limon qaşığı, tort qaşığı- 12 ədəd, iri qaşıq dəsti- 6 ədəd, çörək kəsmək üçün yaşıl kauçuk dəst 1 bıçaqlı - 1 dəst, emal olunmuş göy qazan dəsti 5 ədəd, sarımsaq əzən, qayçılı bıçaq dəsti taxtada- 1 dəst, çilçıraq - İ ədəd, yastıq - 3 ədəd, iki yataqlı döşək - 1 ədəd, iki yataqlı yorğan 1 ədəd, uşaq üçün yastıq - 1 ədəd, uşaq üçün döşək - 2 ədəd, uşaq üçün yorğan 2 ədəd, uşaq üçün yataq örtüyü (çəhrayı)- 1 dəst, pərdə kətan - 2 ədəd, üstü tünd qırmızı rəngli 2 ədəd, adyal - 1 ədəd, tünd qırmızı rəngli yataq örtüyü - 2 yastıqlı - 1 dəst, kostyum şalvarla- 1 dəst, kostyum ətəklə- 1 dəst, şalvar cins - 2 ədəd, cins kapri 1 ədəd, yupka - 1 ədəd, köynəklər qış üçün- 6 ədəd, köynəklər yay üçün - 11 ədəd, toy geyimi don ağlı-qaralı - 1 ədəd, tək atlasdan kostyum 1 ədəd, jaket - 2 ədəd, çanta- 3 ədəd, ayaqqabı payız- 3 ədəd, boyun şərfləri- 3 ədəd, kəmərlər - 2-3 ədəd, saç- feni 1 ədəd, fen dəsti, qızın geyimləri: payız kurtkası 3 ədəd, palto 2 ədəd, papaq - 2 ədəd, çəkmə - 2 cüt, yay ayaqqabısı - 4 cüt. payız, ayaqqabısı 4-5 cüt, idman dəsti- 4 ədəd, jaket - 2 ədəd, köynəklər, alt paltarı, kalqotka və s. oyuncaq iri maşın, at, maral, yekə oyuncaqlar - Cavabdeh alınaraq İddiaçı verilməsi və 20 manat dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməsi, qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(007)-833/2020 nömrəli qərardadı ilə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan İddiaçı Cavabdeh qarşı “cehiz və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(007)- 1683/2022 nömrəli qətnaməsi ilə İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsi cəlb edilməklə Cavabdeh qarşı “əşya və əmlakların dəyərinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2(007)- 3089/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “əşya və əmlakların yararsız hala salınması ilə bağlı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilmişdir. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(007)- 591/2023 nömrəli qərardadı ilə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaları” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Daha sonra İddiaçı Cavabdeh qarşı “əşya və əmlakların əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və mülki iş 2(007)-1466/2023 nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı iddia ərizəsində Cavabdeh ona məxsus əşyaların yararsız hala salınması ilə bağlı olaraq 13870 manat məbləğində pulun tutulmasına və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 132 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2(007)- 1466/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “əşya və əmlakların əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilmiş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. İddiaçı Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2(007)- 1466/2023 nömrəli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(007)-1466/2023 nömrəli qərardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1466/2023 nömrəli, 14 aprel 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-3879/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1466/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə eyni tələblə (Cavabdeh ona məxsus əşyaların yararsız hala salınması ilə bağlı olaraq 13870 manat məbləğində pulun tutulmasına və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 132 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.) iddia ərizəsində heç bir dəyişiklik etmədən eyni ərizə ilə yenidən məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2(007)- 2711/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “əşya və əmlakların əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilmiş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. İddiaçı Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2711/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2711/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2711/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin və şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6405/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Nizami Rayon Məhkəməsinin 2(007)-2711/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı onun şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göründüyü kimi iddiaçı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yalnız formal olaraq tələbin adını dəyişməklə artıq dəfələrlə hüquqdan suiistifadə edərək məhkəməyə müraciət etmişdir və qeyd olunan məsələ ilə bağlı müxtəlif vaxtlarda qərarlar qəbul olunmuşdur. Həmin tələbə artıq yuxarı instansiya məhkəməsi tərəfindən qiymət verilmiş, birinci instansiya məhkəməsinin qərardadı qüvvədə saxlanılmışdır. Lakin buna baxmayaraq iddiaçı təkrar olaraq eyni tələblə məhkəməyə müraciət edərək, hazırki iddia ərizəsində eyni adda olan əşyaları düzgün hesablamamaqla sadəcə məbləği dəyişmiş və mənəvi zərər tələb etmişdir. İddia tələbindən göründüyü kimi qeyd olunan mənəvi zərər əsas tələbdən törəmə tələbdir. Həmçinin mənəvi zərərin tələb olunması iddiaçı tərəfindən ayrıca iddia tələbi kimi qaldırıla bilər. İddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməkdə əsas məqsədi qeyd olunan əşyaların dəyərinin alınmasıdır. İddia ərizəsinin mənəvi zərər tələbinə dair hissəsini isə iddiaçı məhkəmə tərəfindən iddia ərizəsinə eyni tərəflər arasında, eyni predmet barəsində mübahisə kimi qiymət verilməməsi üçün formal olaraq qoymuşdur. Belə ki, iddiaçı tələb etdiyi mənəvi zərərlə bağlı iddia ərizəsinə heç bir sübut əlavə etməmişdir. Göründüyü kimi iddiaçı artıq dəfələrlə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən hesab edirəm ki, İddiaçı hazırki iddia ərizəsi Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə verilmədiyindən, yəni eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iddia ərizəsinin məhkəmə icraatı mümkün deyil və yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Bundan başqa iş materiallarına əlavə edilmiş 25460 nömrəli mədaxil qəbzindən ("xxxx" ASC, VÖEN: **********, əməliyyat İD: 416321347, qəbz nömrəsi: 25460, terminal nömrəsi: K0116013, büdcə səviyyə kodu: 142211, GPP qəbz nömrəsi: **********, tarix: xx.xx.2024, saat: 10:17) görünür ki, İddiaçı hazırki iş üzrə ərizə ilə məhkəməyə müraciət edərkən 140 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə əsasən, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Beləliklə, mülki işin məhkəmə icraatı mümkün olmadığından, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edildiyindən, iddia ərizəsi əlavə edilmiş sənədlərlə geri qaytarılmalı, iddiaçı tərəfindən ödənilmiş 140 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 114, 153, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “pul və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 140 manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, VÖEN: **********, əməliyyat İD: 416321347, qəbz nömrəsi: 25460, terminal nömrəsi: K0116013, büdcə səviyyə kodu: 142211, GPP qəbz nömrəsi: **********, tarix: xx.xx.2024, saat: 10:17) dövlət büdcəsindən qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-1411/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1411/2024
12.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver