Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1414/2024 20.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh Haqverdi oğlundan 900 manat məbləğindən pulun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh uzun müddətdir ki, tanıyır. O, 23-cü polis idarəsində sahə müvəkkili işləyirdi. Vasif bir gün ona maşının kreditini ödəyə bilmədiyini qeyd edərək ona pul verə bilərsən deyə yalvarmışdır. O qızıl-ziynət əşyasını götürərək Gənclikdə yerləşən lombarda qoyaraq 900 manat pul götürmüş və Vasifə vermişdir. Vasif əvəzində maaş kartını vermişdir. Lakin maaş vaxtı gələndə o kartdan pul çıxara bilməmişdir Çünki kartda pul yox idi. Vasifdən ona verdiyi pulu ala bilmir. Telefonu söndürüb, özü də yoxa çıxıb. Buna görə də o Nərimanov 16-cı Polis bölməsinə müraciət etmişdir. Şikayət ərizəsinə xx.xx.2023-cü ildə Polis Mehman baxmışdır. Ona mülkü qaydada məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Vasifin səs yazısı olan kaseti ərizəyə əlavə etmişdir.
İş materialları :
3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nərimanov Rayon Polis İdarəsi 16cı Polis Şöbəsinin İddiaçı ünvanlandırdığı məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə yazılmış ərizə əsasında müraciətə tərəflərindən baxılmış və mülki qaydada rayon Məhkəməsinə müraciət edilməsi tövsiyyə edilmişdir.
4. İş materiallarına bir ədəd CD əlavə edilmişdir.
5. Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin xx.xx.2010-cu il tarixli qərarına əsasən verilmiş AA seriyalı 212620 nömrəli Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı daimi yaşayış yeri olan Cəbrayılı 1993-cü ildə tərk etmişdir və hazırda Nizami rayonunda müvəqqəti olaraq məskunlaşmışdır.
Tərəflərin izahatları :
6. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, cavabdeh 700 manat pul borcunu qəbul edirsə, 700 manat versə də razı olar.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə baxış iclasında Cavabdeh ilə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə görüntülü telefon əlaqəsi saxlanılmış, onun şəxsiyyəti müəyyən edilmiş və iddiaçının ona qarşı olan iddia tələbi barədə məlumat verilmişdir. Cavabdeh izahatında iddia tələbini qismən qəbul edərək, iddiaçıya 700 manat borcu olduğunu, həmin məbləği ödəməyə imkanı olduğunu, lakin hazırda xarici ölkədə olduğu və oturum almadığı üçün ödəniş edə bilmədiyini bildirmişdir.
İşin faktiki halı :
8. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında şifahi borc müqaviləsi bağlanmışdır. Şifahi borc müqaviləsi üzrə Cavabdeh borcu olması işin mübahisəsiz halıdır.
Məhkəmə baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Məhkəmənin mövqeyi :
15. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
16. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir.
17. Tələbin qanuni əsası dedikdə isə qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
18. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh şifahi borc müqaviləsi bağlanmışdır.
19. Belə ki, məhkəmə iclasında Cavabdeh ilə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə görüntülü telefon əlaqəsi saxlanılan zaman Cavabdeh iddia tələbini qismən qəbul edərək İddiaçı 2000 manat məbləğində borc aldığını və hazırda iddiaçıya 700 manat borcu olduğunu qəbul etmişdir.
20. Belə olan halda məhkəmə qeyd etməyi zəruri hesab ki, hazırki iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsi təşkil edir.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
22. Məhkəmə həmçinin onuda qeyd edir ki, mülki qanunvericiliyə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə yazılı və şifahi formada bağlana bilər. Lakin qanunvericilikdə borc müqaviləsi predmetinin məbləğindən asılı olaraq müqavilənin forma tələbi müəyyən edilmişdir. Belə ki, müqavilənin predmetinin məbləği üç min manatdan çox olduğu halda borc müqaviləsinin yazılı formada bağlanılması tələbi müəyyən edilmişdir (740.2 m).
23. Tərəflərin izahatlarından göründüyü kimi tərəflər arasında bağlanmış borc müqaviləsinin predmetinin məbləği 2000 manat təşkil etmişdir.
24. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında etibarlı borc müqaviləsi bağlanmışdır.
25. Cavabdeh aldığı borc məbləğini qaytarmaması cavabdehin etiraf etməsi ilə müəyyən edildiyindən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək borc məbləğin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur.
26. Məhkəmə cavabdehin iddiaçıya 900 manat məbləğində borcunun olmasına dair iddia tələbinə münasibət bildirirərək qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında şifahi borc müqaviləsi bağlanıldığından, yazılı müqvilə olmadığından, həmçinin iş materiallarına əlavə edilmiş CD diskində cavabdehin iddiaçıya məhz 900 manat məbləğində borcunun olmasını qeyd etmədiyindən və iddiaçınında bunu sübut edəcək dəlili olmadığından, məhkəmə iclasında cavadehin 700 manat məbləğində borcunun olduğunu etiraf edərək iddiaçıya 700 manat məbləğində borcunun qaytaracağını bildirdiyindən və iddiaçının da buna etirazı olmadığlından, iddia tələbi həmin hissədə qismən təmin olunmalıdır.
27. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən iddia tələbindən kənara çıxmamaq şərtilə, qeyd edir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
28. Məhkəmə cavabdehin iddianı etiraf etməsi ilə bağlı qeyd edir ki, cavabdehin iddianı etiraf etməsi, qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə cavabdehin iddianı etirafı qəbul olunmalıdır.
29. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən qeyd edir ki, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
30. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh şifahi borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməməsi işin məhkəmə tərəfindən tədqiq edilmiş halları ilə müəyyən edildiyindən cavadehin iddiaçı qarşısında şifahi borc müqaviləsindən irəli gələn icra edilməmiş öhdəliyi olan 700 manat borcu iddiaçıya qaytarmalıdır.
Məhkəmə xərcləri :
31. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
32. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər.
33. Həmçinin 8.1.1-ci maddəyə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir.
34. Belə olan halda məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyi və iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir.
Nəticə :
35. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməməli, Cavabdeh 700 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli və 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 700 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim Starə Əliyeva