Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-144/2022 02.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 cəlb edilməklə “ümumi paylı mülkiyyətdə olan evdən payının naturada ayrılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 cəlb edilməklə “ümumi paylı mülkiyyətdə olan evdən payının naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq prosesdə iştirak etmək üçün gələ bilmədiyini nəzərə alaraq işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılaraq qeyd edilən müraciətin müzakirəsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyindən və cavabdeh tərəf işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmədə iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 işə mahiyyəti üzrə baxılması xahişi qanunvericilikdə müəyyən edilmədiyindən hazırki iddiaya münasibət və ya mülahizə kimi qiymətləndirilərək, nəzərə alınmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 cəlb edilməklə “ümumi paylı mülkiyyətdə olan evdən payının naturada ayrılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-144/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-144/2022
02.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver