Məhkəmə qərarları › İş №2(007)-1440/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1440/2024

14.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1440/2024 14.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh mənzilinə mütəmadi olaraq su axıdılması səbəbindən vurduğu maddi zərərə görə 5000 (beş min) manat, mənəvi zərərə görə 1000 (min) manat, məhkəmənin hesabına dövlət rüsumu olaraq ödənilən 80 (səksən) manat olmaqla, ümumilikdə 6080 (altı min səksən) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 16 saylı binanın 67 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 01477938 saylı Çıxarış verilmişdir. Yaşadığı bina 5 (beş) mərtəbəli binadır. Onun mənzili binanın 1-ci mərtəbəsində yerləşir və ümumi sahəsi 57.5 kv.m olmaqla 3 otaqdan ibarətdir. Cavabdeh mənzili binanın 2-ci mərtəbəsində yerləşir, üç otaqdan ibarətdir. Cavabdehin mənzilindən neçə illərdir ki mütəmadi olaraq onun mənzilinə su axıdılır. Son vaxtlar isə suyun axması mütəmadi xarakter daşıyır. Bu barədə cavabdehə dəfələrlə irad tutaraq narazılığını bildirərək, mənzilindən su axıdılmasının qarşısını alması, təqsiri üzündən vurulmuş zərəri ödəməsi xahiş edilsə də, cavabdeh sözlərə əhəmiyyət verəmiş, mənzildən axıdılan suyun qarşısı almamışdır. Cavabdehin mənzilindən onun mənzilinə dəfələrlə suyun axması nəticəsində mənzilin yararsız vəziyyətə düşməsi barədə Mənzil İstismar Sahəsinə də şikayət edilmiş və mənzilə baxış keçirərək, mənzilə axıdılan suyun və su axıdılması nəticəsində mənzilə vurulan zərər barədə "AKT" tərtib edilməsini xahiş etmişdir. Müraciət əsasında 121 Saylı MKİS-nin işçiləri 13 fevral 2024-cü il tarixdə mənzilə baxış keçirərək, "AKT" tərtib etmişlər. "AKT"-da göstərilir ki, "Baxış zamanı aşkar olundu ki, B.Nuriyev küçəsi 16 Saylı binanın 67 saylı mənzilinə həmin binanın 69 saylı mənzilindən vanna otağına su axıdılır. Mənzilə su axması nəticəsində mənzilin hamamı, mətbəxi, dəhlizin bir hissəsi tamamilə yararsız vəziyyətə düşmüş, divarları çürüyüb ovxalanıb tökülmüş,elektrik xətti sıradan çıxmış, su axması nəticəsində qapı şişmiş-örtülmür, mənzildən üfunət iyi gəlir, mənzildə yaşamaq dözülməz olmuşdur. Evin təmiri üçün material almaq, usta pulu və sair xərclər lazımdır. Cavabdehin təqsiri üzündən ailəliklə mənəvi əzab çəkir, narahatçılıqları olmuş, əsəb keçirmişlər. Cavabdeh isə, mənzilə axan suyun qarşısını almır, vurulmuş zərəri aradan qaldırmır.

İş materialları :

2. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nizami rayonu MKTB-nin 121 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli, 106 nömrəli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 16 saylı evin 67 nömrəli mənzilində qeydiyyatdadır.

3. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nizami rayonu MKTB-nin 121 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, aktda qeyd edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 16 saylı evin 67 nömrəli mənzildə yaşayan İddiaçı müraciəti ilə əlaqədar həmin ünvana keçirilən baxış zamanı həmin ünvanda üst mərtəbədə yerləşən X2 məxsus 69-cu mənzildən 67-ci mənzilin vanna otağına su axıdılması nəticəsində otağa zərər dəymişdir.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanı İddiaçı mülkiyyətindədir.

5. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 80 manat dövlət rüsumu ödənilmişdir.

Tətbiq edilən hüquq :

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa.

7. “Dövlət rüsumu haqqında” Qanun :

5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.

Məhkəmənin mövqeyi :

8. Məhkəmə iddia ərizəsini araşdıraraq qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələblərinə riayət etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.

9. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsində iddiaçının və cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) göstərilməlidir.

10. İddia ərizəsi öyrənilərkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar göstərilməmişdir. Həmçinin ərizənin öyrənilməsi zamanı müəyyən edilmişddir ki, ərizədə cavabdehin adı Cavabdeh, həmçinin X1 qeyd edilmişdir. Bu səbəbdən cavabdehin şəxsiyyətini müəyyən etmək tərəfimizdən mümkün olmamışdır.

11. Mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.

Nəticə :

12. Beləliklə, məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələbinə riayət olunmadığı üçün İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.

13. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 80 (səksən) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, VÖEN: **********; Əməliyyat İD: 421454865; qəbzin nömrəsi : 6739; büdcə təsnifat kodu : 142211, GPP qəbz nömrəsi : **********; tarix: xx.xx.2024, saat: 09:52) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.

14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. İddiaçı göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Ödənilmiş 80 (səksən) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, VÖEN: **********; Əməliyyat İD: 421454865; qəbzin nömrəsi : 6739; büdcə təsnifat kodu : 142211, GPP qəbz nömrəsi : **********; tarix: xx.xx.2024, saat: 09:52) dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar