Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1470/2024 27.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 3000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1998-ci ildən X3 Donanmasında matros kimi xidmət edir. 2022-ci ilin oktyabr ayında tanışı Böyükağa adlı şəxsin vasitəsi ilə Cavabdeh ilə tanış olmuşdur. Əsəd Dəniz və Liman Agentliyində işlədiyini və attestasiyalarda, dərəcələrin artırılmasında köməklik edə biləcəyini demişdir. O, Donanmada növbətçi keçmək istədiyi üçün Əsədə bu barədə demişdir. Əsəd matros kateqoriyasını bir pillə artırıb növbətçi keçməyin ona 1200 manata başa gələcəyini bildirmişdir. Beləliklə, o Əsədə 1200 manat pulu hissə-hissə nağd olaraq vermişdir. Sonra, Böyükağa da işində irəliləyiş etmək istəmiş və 1000 manat da o, Əsədə verəsi olmuşdur. Həmin vaxt pulu olmadığı üçün həmin pulu o vermişdir. Sonra da Əsəd dedikcə, xırdaxırda 800 manat pul vermişdir. Nəticədə Əsəd onun 3000 manat pulunu almışdır və nə ona, nə də Böyükağaya heç bir iş görməmişdir. İşi alınmadığı üçün Böyükağa da onun yerinə verdiyi 1000 manatı qaytarmamışdır. O, bu barədə polisə müraciət etmişdir. Bakı Metropolitenində Polis İdarəsinin İstintaq qrupunun 16 dekabr 2023-cü il tarixli qərarı ilə cinayət işi başlanması rədd edilmişdir. Əsəd dindirmələrdə verdiyi ifadələrlə derdiklərini təsdiq etmişdir. Bundan başqa, X1 da dediklərini məhkəmədə təsdiq edəcəkdir.
İş materialları :
3. Bakı Metropolitenində Polis İdarəsinin İstintaq qrupunun baş müstəntiqi, polis mayoru Kənan Rzayev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, İddiaçı ərizəsi əsasında toplanılmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır.
4. Suraxanı RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Cavid İskəndərov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “toplanmış materialın ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət hadisəsinin Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşən "xxxx" QSC-nin “20 Yanvar” stansiyasının yeraltı keçidində başa çatmasını nəzərə alıb vət. İddiaçı müraciəti əsasında toplanmış 06 oktyabr 2023-cü il tarixli, HK-1/l864 nömrəli material araşdırmanın davam etdirilməsi məqsədi ilə ərazi aidiyyəti üzrə Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenin İstintaq qrupuna göndərilməsi qərara alınmışdır.
5. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 50 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
6. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, o cavabdehə özü 1200 manat məbləğində pul vəsaiti vermişdir. Həmin məbləğin 500 manatını kart hesabına pul köçürməklə, 400 manatını isə əlbəəl vermiş, 300 manatını isə hissə-hissə cavabdehə vermişdir. 980 manat pul vəsaitini isə dostu Xankişiyev Böyükağayanın pulu olmadığı üçün ona vermiş və o, cavabdehə ona da köməklik etməsi üçün vermişdir. Həmin pul vəsaitini dostunun əvəzinə o verdiyi üçün tələb edir. 800 manat pul tələbi isə ona dəymiş maddi ziyanla bağlıdır. Belə ki, o kreditə pul götürüb cavabdehə vermişdir. Həmçinin polis idarəsinə və digər orqanlara müraciət edib getməyi, itiridiyi vaxtı ilə bağlı 800 manat pulu tələb edir.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
8. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halı :
9. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, cavabdeh İddiaçı Cavabdeh onun Donanmada növbətçi vəzifəsinə keçirilməsində köməklik etməsi üçün cavabdehə 1200 manat məbləğində pul vəsaiti vermişdir.
10. İddiaçı tələb etdiyi pul vəsaitinin 980 manat hissəsi dostu Xankişiyev Böyükağayanın işində köməklik edilməsi məqsədilə cavabdehə verilməsi üçün onun tərəfindən dostu Böyükağaya verilmişdir.
11. İddiaçı tərəfindən ödənilən pul vəsaiti cavabdeh tərəfindən qaytarılmadığı üçün iddiaçı hüquq mühafizə orqanlarına müraciət etmiş, lakin iddiaçının müraciətində göstərdiyi xüsusatlar mülki münasibətlərdən əmələ gəldiyi üçün xx.xx.2023-cü il tarixində “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmiş və mövcud məsələ ilə əlaqədar mülki qaydada ümumi məhkəməyə müraciət edilməli olduğu iddiaçıya izah edilmişdir. Beləliklə də, iddiaçı mövcud mübahisə ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Məhkəmə baxışının hədləri:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
15. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
Məhkəmənin mövqeyi :
16. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
17. Məhkəmə ilk növbədə qeyd edir ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 3000 manat pul vəsaitinin tutulması tələbini 3 əsas ilə irəli sürmüşdür.
18. Belə ki, iddia tələbinin:
1. 1200 manat pul vəsaitinin ödənilməsinə dair hissəsi onun donanmada növbətçi vəzifəsinə keçirilməsində köməklik etməsi üçün cavabdehə ödənilən məbləğ ilə bağlıdır;
2. 1000 manat hissəsi dostu Xankişiyev Böyükağayanın işində köməklik edilməsi məqsədilə cavabdehə verilməsi üçün onun tərəfindən dostu Böyükağaya verilmiş MƏBLƏĞ ilə bağlıdır;
3. 800 manat hissəsi isə onun kreditə pul götürüb cavabdehə verməsi, həmçinin polis idarəsinə və digər orqanlara müraciət edib getməsi, itiridiyi vaxtı ilə əlaqədar cavabdeh tərəfindən ona vurulan maddi ziyan ilə bağlıdır.
İddia tələbinin 1200 manat pul vəsaitinin ödənilməsinə dair hissəsi ilə bağlı:
19. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.
20. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
21. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı 1200 manat pul vəsaitinin tutulması tələbini onun donanmada növbətçi vəzifəsinə keçirilməsində köməklik etməsi üçün cavabdehə pul vəsaitinin verilməsi, lakin cavabdeh tərəfindən heç birin işin görülməməsi və ödənilmiş pul vəsaitinin qaytarılmaması ilə əsaslandırmışdır.
22. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, nəzərdən keçirilən halda, iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntusuna” ilə bağlı müddəaları nəzərdən keçirilə bilər.
23. Belə ki, məhkəmə qeyd edir ki, cavabdehin hərəkətləri (donanmada növbətçi vəzifəsinə keçirilməsində köməklik edilməsi) qanuni əsaslara söykənməmişdir. Yəni, qanunverici şəxsin vəzifədə irəli çəkilməsi və ya başqa vəzifəyə keçirilməsi, sertifikasiyanın keçirilməsi ilə bağlı prosedur qaydaları müəyyən etmişdir ki, cavabdehin də müəyyən pul müqabilində, hər hansı qanuni prosedurdan kənar qaydada hərəkəti əsassız və qanunsuz olmaqla, sonda iddiaçıya ziyan vurulması ilə nəticələnmişdir (tərəflər arasında hər hansı qanuni müqavilə münasibətləri olmamışdır). Eyni zamanda, cavabdehin cinayət təqibi qaydasında məsuliyyətə cəlb olunmaması faktı (əməldə dələduzluq cinayətinin tərkibinin olmaması əsası ilə xitam verilmişdir) şəxsin mülki məsuliyyətini istisna etməməklə, əməlinin (hərəkətinin) aldatma yolu ilə pul alaraq iddiaçıya ziyan vurması (delikt törətməsi), nəticəsinə gəlməyi istisna etmir.
24. MM-nin 1096-cı, 1097.1-ci və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir.
25. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.
26. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki cavabdehin təqsirli, hüquqazidd hərəkəti nəticəsində iddiaçıya 1200 manat məbləğində maddi ziyan vurulmuşdur.
27. Belə ki, cavabdehin ibtidai istintaq vaxtı verdiyi izahatlardan aydın olur ki, cavabdeh iddiaçıdan onun sertifikasiyasının təzələnməsi və diplom alması üçün 1200 manat məbləğində pul vəsaiti almışdır.
28. Məhkəməsi həmçinin qeyd edir ki, cavabdeh həmin pul vəsaitini iddiaçıya qaytarması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh ibtidai istintaq zamanı verdiyi izahatda da iddiaçıdan aldığı pul vəsaitini maddi sıxıntıları olduğu üçün ödəyə bilmədiyini bildirmişdir.
29. Məhkəmə qeyd edir ki, cavabdehin təqsirli hüquqazidd hərəkəti nəticəsində iddiaçıya 1200 manat məbləğində zərər vurulması iş materialları ilə öz təsdiqini tapdığından, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
30. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan həmin hissədə təmin edilməlidir.
İddia tələbinin 1000 manat pul vəsaitinin ödənilməsinə dair hissəsi ilə bağlı:
31. Məhkəmə qeyd edir ki ki, iddiaçı iddia tələbinin 1000 manat məbləğinin cavabdehdən tutulması hissəsini dostu Xankişiyev Böyükağanın da işində köməklik etməsi məqsədilə cavabdehə həmin pul vəsaitinin verilməsi ilə əsaslandırmışdır.
32. İddiaçı məhkəmə iclasında verdiyi izahatda dostu Xankişiyev Böyükağanın pulu olmadığı üçün 980 manat pul vəsaitini onun da işində köməklik edilməsi məqsədilə cavabdehə verməsi üçün dostuna borc verdiyini bildirmişdir.
33. Həmçinin Cavabdeh ibtidai istintaqda verdiyi izahatda 980 manat pul vəsaitini Xankişiyev Böyüağadan 980 manat pul aldığını bildirmişdir.
34. Belə olduğu halda məhkəmə qeyd edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Belə ki, hazırkı halda da iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “borc müqaviləsinə” ilə bağlı müddəaları nəzərdən keçirilə bilər.
35. Həmin normananın tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
36. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
37. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
38. Göründüyü kimi iddia ərizəsi ilə müraciət etmək hüququ hələ iddia etmək hüququna malik olmaq demək deyildir.
39. İşin məhkəmə tərəfindən araşdırılan hallarından görünür ki, iddiaçı dostunun işində də köməklik göstərməsi məqsədilə cavabdehə vermək üçün dostuna borc verdiyi pul vəsaitini cavabdehdən tələb edir.
40. Belə olduğu halda məhkəmə qeyd edir ki, İddiaçı cavabdehdən həmin pul vəsaitini tələb etməkdə subyektiv hüququ yoxdur.
41. Belə ki, cavabdehdən həmin pul vəsaitini Xankişiyev Böyükağa məhkəmədə iddia qaldırmaqla tələb etmək hüququna malikdir.
İddia tələbinin 800 manat pul vəsaitinin ödənilməsinə dair hissəsi ilə bağlı :
42. İddiaçı iddia tələbinin 800 manat pul vəsaitinin cavabdehdən tutulması hissəsini cavabdehə pul verərkən bankdan kredit götürməsi, həmçinin dövlət orqanlarına edilmiş müraciətlərlə əlaqədar işdən çıxaraq həmin orqanlar gedib-gəlməsi zamanı pulu və vaxtının getməsi ilə əsaslandırmışdır.
43. Məhkəmə qeyd edir ki qanuni əsası kimi Mülki Məcəllənin 21-ci maddəsi nəzərdən keçirilə bilər. Həmin normaya əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
44. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkəti nəticəsində ona 800 manat məbləğində maddi ziyan vurulmasını sübut edə bilməmişdir.
45. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddənin məzmunundan göründüyü kimi sübut edilməli hallar dedikdə isə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar, cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
47. Ona görə də məhkəmə hesab edir ki, mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
48. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
50. Beləliklə, məhkəmə qeyd edir ki, iş üzrə iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi hala dair sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi həmin hissədə təmin oluna bilməz.
Məhkəmə xərcləri :
51. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 50 manat dövlət rüsumu ödənilmişdir.
52. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir.
53. Belə olduqda məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyinə görə, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 32 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödəniməlidir.
Nəticə :
54. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 32 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.
55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1200 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi qismində 32 manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddiaçı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim Starə Əliyeva