Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1503/2021 06.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçınə qarşı “qərarın müvafiq bəndinin etibarsız hesab olunması, hərəkətlərin qanunsuz hesab edilməsi və pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçınə qarşı “qərarın müvafiq bəndinin etibarsız hesab olunması, hərəkətlərin qanunsuz hesab edilməsi və pul” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MTK-nın ünvan 1 ünvanda inşa etdirdiyi çoxmərtəbəli, 4 girişli və 1 girişli 2 yaşayış binasının Bakı İH Başçısının 22.11.2012-ci il tarixli, 504 nömrəli və 28.02.2017-ci il tarixli, 448 nömrəli “İstismara qəbul edilmiş obyektin dövlət qəbul komissiyası aktının təsdiq olunması haqqında” Sərəncamları ilə istismara qəbul edildikdən sonra hər 2 binanın “Sahə mülkiyyətçilərinin böyük əksəriyyətinin 15.03.2020-ci və 11.08.2020-ci il tarixli “Ümumi Yığıncağı”nın Qərarlarına əsasən müstəqil təsəttüfat subyekti olmaqla İddiaçı” (İddiaçı MMMC) adlı qeyrikommersiya hüquqi şəxsi yaradılmış və yaradılmış Cəmiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin 11 avqust 2020-ci il tarixli, 1120- MM7-0180 saylı qərarı ilə ”İddiaçı” MMMC adı altında dövlət qeydiyyatına alınmış və bu qərar ilə ünvan 2 ünvanda yerləşən hər 2 binanın yerləşdiyi 0,7 torpaq sahəsində yerləşən bütün yaşayış və qeyri-yaşayış sahələri İddiaçı MMMC-nin idarəçiliyinə keçmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 122.1.3-cü maddəsinə əsasən İddiaçı MMMC-nin binanın əmlakının saxlanması üçün ödəniş haqları müəyyən etmək hüququ vardır. İddiaçı MMMC “Ümumi Yığıncağı”nın qərarına əsasən binaların saxlanması ilə bağlı çəkilən xərclərin (işçilərin əmək haqqı-2910 manat, DSMF-na köçürmələr-778 manat, İşsizlik fonduna köçürmə-32 manat, su vurma motorlarının sərf etdiyi elektrik enerjisi xərcləri-orta aylıq xərci-1300 manat, liftlərin servis xidməti haqqı-800 manat, zibilin daşınması-450 manat, telefon və ASAN imzanın saxlanması xərci 20 manat, bank xərcləri 20 manat, təsərrüfat (süpürgə, təmizlik bezləri, dəftərxana ləvazimatı və s.) 130 manat, su pulu və qrunt sulara dair xərc-30 manat, vergi və sair hesabatların verilməsi-100 manat, sair gözlənilməz xərclər (zirzəmiyə dolan suların çəkilməsi, liftlərin xarab olmuş hissələrinin yenisi ilə əvəzlənməsi və s)-197, cəmi 6797 manat), binalarda mülkiyyəti olan hər bir mülkiyyətçinin mülkiyyətində olan əmlakın hər bir kv.m-nə görə 0,22 manat, binanın təmiri və sair xərclər üçün isə 0,08 manat, cəmi isə hər 1 kv.m sahəyə görə 0,30 manat müəyyən edilmişdir. İddiaçı MMC-nin idarəçiliyində olan ünvan 3 ünvanda binada 22.10.2020-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş “Daşınmaz Əmlakın dövlət Reyestr nömrəsi **********00-05301-093107 və qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən ünvan 4 ünvandakı 82,8 kv.m sahə ünvan 5 qeydiyyatda olan Cavabdeh məxsusdur. Cavabdeh binada mülkiyyətə sahib olduğu əmlaka görə hər ay (82,8 kvm x 0,30man=24,84 manat olmaqla, 23 yanvar 2021-ci il tarixə kimi cəmi 74,52 manat ödəməli olduğu halda bundan boyun qaçırır. Qanunun tələbinə əsasən Cavabdeh mülkiyyətində olan əmlaka göstərilən xidmətlərlə bağlı İddiaçı MMMC-nə haqq ödəməyə borcludur. Bundan başqa, Cavabdeh iddia verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 20 manatın da İddiaçı MMMC-nin nəfinə tutulması zəruridir. Həmçinin, Cavabdeh borclu olduğu vəsaiti tələb etmək üçün İddiaçı MMMC iddia ərizəsi hazırlanıb onun məhkəmədə müdafiə edilməsi üçün fərdi qaydada fəaliyyət göstərən Vəkil2 ilə bağladığı 08.02.2021-ci il tarixli, 07 saylı müqaviləyə əsasən xidmət haqqı kimi ona ödənilmiş 250 manat pul da tələb edilib İddiaçı MMMC-nin nəfinə tutulması zəruridir. Cavabdeh 22.10.2020-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş “Daşınmaz Əmlakın dövlət Reyestr nömrəsi **********00-05301-093107 və qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən xüsusi mülkiyyətində olan və ünvan 4 ünvandakı 82,8 kv.m sahə üçün 22.10.2020-ci il tarixdən 23.01.2021-ci il tarixə kimi olan 3 ay xidmətə görə, hər ay (82,8 kvm x 0,30man=24,84 manat olmaqla, 23 yanvar 2021-ci il tarixə kimi cəmisi 74,52 manatın və dövlət rüsumu kimi ödənilmiş 20 manatın, fərdi qaydada fəaliyyət göstərən Vəkil2 ilə bağlanmış 08.02.2021-ci il tarixli 07 saylı müqaviləyə əsasən xidmət haqqı kimi ona ödənilmiş 250 manat pulun, cəmisi isə 344,52 manatın tutulub İddiaçı MMMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddia predmetinin əsası olanmülkiyyətində olmuş 82,8 kv.m. yaşayış sahəsi üçün 22.10.2020-ci il tarixdən 23.01.2021ci il tarixədək 3 ay xidmətə görə, hər ay 24,84 (82,8x0,3) manat olmaqla, cəmi 74,52 manatın tutulması tələbi barədə ona heç bir xəbərdarlıq etmədən, iddiaçının birbaşa məhkəməyə müraciət etməsi qanunvericiliklə ona verilmiş hüquqdan süi-istifadə etməsini müəyyən edir və törətdiyi qanunsuz hərəkətlərinin ört-basdır edilməsinə cəhd edir. Belə ki, iddiaçı tərəfindən onun bir mülkiyyətçi kimi MMMC-yə üzv qəbul edilməsi barədə iradə ifadəsi öyrəniİmədən, eləcə də MMMC-yə üzv olmaq niyyəti olmadığı təqdirdə ümumi mülkiyyətdə olan sahələrin saxlanması və s. bu kimi mütləq xərclərin ödənilməsinə dair MMMC ilə onun arasında müqavilə bağlanması təklif olunmadan və ümumiyyətlə həmin xərclər barədə MMMC-nin üzvlərinin ümumi yığıncağının qərarı və ya aylıq mütləq xərclər barədə hesab sənədi ona təqdim olunmadan, yəni tərəfindən mütləq ödəniləcək məbləğin hansı mənbələr hesabına yaranması səbəbləri barədə məlumat verilmədən birbaşa borcunun 350 manat olması və həmin 350 manat borca görə mənzilinə verilən elektrik enerjisinin dayandırılması hərəkətləri açıq-aşkar hüquqdan sui-istifadədir. Odur ki, MMMCnin idarə heyətinin sədri olan X3 onun qanunla müdafiə olunan hüquqlarına qarşı törətdiyi bilə-bilə qanunsuz əməllərinə məhkəmə vasitəsilə hüquqi qiymət verilməli və iddiaçının adından birbaşa çıxış edən həmin şəxsin bilə-bilə törətdiyi qanunsuz hərəkətləri nəticəsində ona dəymiş həm maddi, həm də mənəvi ziyan iddiaçıdan tutulmaqla ona ödənilməlidir. İddia ərizəsi hələ məhkəməyə təqdim olunmamışdan öncə MMMC-nin vəzifəli şəxsi kimi özünü təqdim edən Topçiyev Lətif onun qanunla qorunan hüquqularına qarşı bilə-bilə qanunsuz hərəkətlərə yol verdiyinə görə və onun açıq-aşkar vəzifəsindən sui-istifadə edərək, mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 81 saylı evin 222 saylı mənzilinə aid elektrik sayğacına qanunsuz olaraq müdaxilə etməklə, mənzilə verilən elektrik enerjisini qanunsuz olaraq dayandırdığı üçün, o cümlədən ümumi mülkiyyətdə olan sahələrin saxlanması və s. bu kimi mütləq xərclərin ödənilməsinə dair müvafiq sənədlərin təqdim olunmadığı barədə tərəfindən müvafiq dövlət orqanlarına, həmçinin iddiaçının özünə rəsmi müraciət olunmuşdur. Belə ki, mənzilin elektrik enerjisi dayandırıldığından o, həmin şəxsə yaxınlaşaraq, onunla “xxxx” ASC ilə bağlanmış müqaviləni və internet saytından çıxarışları ona göstərərək mənzilə verilon elektrik enerjisindən istifadəyə görə heç bir borc məbləğinin olmadığını, eləcə də qüvvədə olan qanunvericiliyin tələblərinə gorə mənzilə elektrik enerjisinin verilməsinin dayandırılması səlahiyyətlərinin yalnız və yalnız müqavilə tərəfi olan və normativ hüquqi aktların tələblərində nəzərdə tutulmuş şəxsin “xxxx” ASC-nin bu işə məsul vəzifəli şəxslərinin səlahiyyətinə aid olmasını, o cümlədən həmin şəxsin ümumiyyətlə bu cür səlahiyyətə malik olmadığını ona bildirmiş və elektrik enerjisinin verilməsini bərpa etməsini xahiş etmişdir. Digər tərəfdən, həmin şəxsə bildirmişdir ki, o, BDU-nin hüquq fakültəsinin tələbəsidir, yəni hal-hazırda oxuyur və heç bir yerdə işləmir, həmin mənzil atası tərəfindən onun üçün alınmış və yaşayış xərclərini, o cümlədən müvafiq məsrəfləri ödəməkdən ötrü həmin mənzili kirayə verməklə özünə gəlir əldə etməyə böyük ehtiyacı var. Mənzilə isə verilən elektrik enerjisi kəsildiyi təqdirdə, onu hər hansı bir şəxsin istifadəsinə kirayəyə verilməsi mümkünsüzdür. Mənzilin aylıq 250 manat dəyərində kirayəyə verilməsi ilə əlaqədar onunla razılıq əldə olunması barədə məlumat həmin şəxsin diqqətinə çatdırılmış və elektrik enerjisinin verilməsinin bərpa olunması xahiş olunmuşdur. Lakin həmin şəxs etik normalara zidd olaraq, ona qarşı çox kobudluqla bildirmişdir ki, onun kommunal xidmətlərə gorə 350 manatdan artıq borcu var, həmin borcu ödəmədiyi təqdirdə mənzilə işıq verilməyəcək və istədiyi yerə şikayət edə bilər. Həmin şəxsə bir daha bildirmişdir ki, o, mənzili 2020-ci ilin 22 oktyabrında almışdır və mənzilə gələndə görmüşdür ki, işıq kəsilmişdir. Eyni zamanda, kommunal xidmətlərə görə hər hansı bir ödəniş aparılması üçün mülki hüquq münasibətlərini tənzimləyən müqavilə olmalıdır və müqavilə şərtləri tərəflər arasında razılaşdırılmalıdır. Hal-hazırda isə onunla həmin şəxsin arasında hər hansı bir müqavilə münasibətləri mövcud deyildir və səbəbi müvafiq sənədlərlə təsdiq olunmamış 350 manat miqdarında borca görə ödəniş aparılmasına məcbur edilməyi açıqaşkar qanunsuzluqdur. Həmçinin həmin şəxsə bildirmişdir ki, hər hansı bir ödəniş aparılması söz vasitəsilə deyil, təqdim olunan hesab faktura sənədi ilə ödənilə bilər. Bu cür əməl isə vəzifə səlahiyyətlərindən sui-istifadə etmək deməkdir. Həmin şəxs çox əsəbi formada ona bildirmişdir ki, nə vaxta qədər kommunal borcu ödəməyəcək, mənzilinə işıq verilməyəcək. O ki, qaldı vəzifə səlahiyyətlərindən sui-istifadə edir, əcəb edir, gedib şikayət eləsin. O, 06 yanvar 2021-ci il tarixdə 102 xidmətinə şikayət etmiş və həmin gün bir neçə saatdan sonra işığın verilməsi bərpa olunmuşdur. Lakin növbəti gün yenə də həmin şəxs mənzilə verilən işığı kəsmiş və mənzil üzərində olan mülkiyyət hüququnu açıq-aşkar məhdudlaşdırmaqla, mənzili kirayəyə vermək hüququnu mümkünsüz etmişdir. Onun hərəkətlərindən yenidən polis bölməsinə şikayət etdikdə, ona bildirilmişdir ki, mübahisənin araşdırılması onların səlahiyyətlərinə aid məsələ deyildir. Ümumiyyətlə, elektrik enerjisinin verilməsinin dayandırılması, eləcə də elektrik xəttinin sayğacdan ayırmaqla bu və ya digər formada hər hansı bir müdaxilə olunmasına nəzarət edilməsi qanunla “xxxx” ASC-nin səlahiyyətlərinə aid olan məsələ olduğu üçün, həmin Cəmiyyətin qaynar xəttinə zəng olunmuş və elektrik enerjisinin verilməsinin dayandırılması səlahiyyətsiz şəxs tərəfindən aparıldığı üçün və heç bir borcun olmadığına görə xəttin qoşulması xahiş olunmuşdur. Lakin bu da heç bir nəticə verməmişdir. Sonra o, müvafiq orqanlara şikayət ərizəsi ilə müraciət etmişdir. “xxxx” ASC tərəfindən bildirilmişdir ki, mənzillərin elektrik enerjisi təchizatı istehlakçının borcu olduğu və müəyyən edilmiş müddət ərzində ödənilmədikdə, xəbərdarlıq edildikdən sonra yalnız enerji təchizatı müəssisəsi tərəfindən dayandırıla bilər. İddiaçı isə ona qarşı etdiyi bilə-bilə qanunsuz hərəkətlərini gizlətmək üçün, yəni mənzil üzərində mülkiyyət hüququna açıq-aşkar qanunsuz müdaxilə etdiyinə görə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edib ki, guya o, 22.10.2020-ci il tarixdən 23.01.2021-ci il tarixə kimi olan 3 ay xidmətə görə, hər ay 24,84 (82,8x0,3) manat olmaqla, cəmi 74,52 manatı MMMC-yə ödəməkdən imtina etmişdir. İddiaçının göstərilən dəlili yalnız və yalnız onun formal mülahizələrə və fərziyyələrə əsaslanmışdır. Belə ki, iddia ərizəsinə də MMMC-nin ümumi yığıncağının qərarı əlavə olunmamış, yəni mütləq ödənilməli olan məbləğin miqdarının yaranması səbəbləri və müəyyən olunma faktorları yalnız söz birləşmələrinə və ifadələrinə əsaslanmamalıdır. Faktiki olaraq mühasibat sənədləri əsasında müəyyən edilməsini təsdiq edən müvafiq sənədlərlə sübut olunmamışdır. Bundan başqa, hər hansı bir sənədlə də təsdiq olunmur ki, aylıq ödəniş haqqı barədə onunla MMMC arşında müqavilə mövcuddur və ya aylıq ödənilməli olan məbləğ barədə ona hər hansı bir formada xəbərdarlıq edilmişdir. Əksinə, tərəfindən ödənilməsi tələb olunan 350 manat məbləğin hansı mənbələr hesabına yaranması üçün MMMC-yə edilən rəsmi müraciətinə isə hal-hazıradək cavab belə verilməmişdir. İddiaçı tərəfindən onun mülkiyyət hüququna qarsı edilən bilə-bilə qanunsuz və qərəzli hərəkətlərinə məruz qaldığı üçün, ona məxsus mənzili satmaq məcburiyyətində qalmış və həmin mənzili ucuz qiymətə satmışdır. Hesab edir ki, iddiaçının tələbi əsassız olduğundan rədd edilməlidir. MMMC tərəfindən onun hüquqlarına qarşı edilən hərəkətləri qanunsuz hesab edir, ona dəymiş maddi və mənəvi ziyan ödənilməlidir. İşin mübahisəsiz halları aşağıdakılardan ibartdir: mənzil üzərində 22.10.2020-ci il tarixdən mülkiyyət hüququ yarandığı an-yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaranmışdır. MMMC-nin üzvü deyil və sairə mülkiyyətçisi kımı yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqların ödənilməsi üçün onunla MMMC arasında müqavilə bağlanmamış, bununla da MMMC və MMMC-nin idarə heyəti tərəfindən qanunla müəyyən edilmiş vəzifə yerinə yetirilməmiş və ümumiyyətlə müqavilənin bağlanmasına təşəbbüs göstərilməmişdir. MMMC tərəfindən yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödəniş sənədləri ümumiyyətlə ona təqdim olunmamışdı. Heç bir ödəniş sənədi təqdim olunmadan, şifahi olaraq 350 manat borcun ödənilməsi tələb edilmiş və qanunsuz olaraq mənzilə verilən elektrik enerjisi MMMC tərəfindən dayandırılmışdır. Tərəfindən ödənilməsi tələb olunan 350 manat məbləğin hansı mənbələr hesabına yaranması üçün MMMC-yə edilən rəsmi müraciətə hal-hazıradək cavab verilməmişdir. Mənzilin kirayəyə verilməsi mümkün olmamış və mənzil digər şəxsə satılmışdır. MMMC tərəfindən mənzilə verilən olektrik enerjisinin dayandırılması mənzil üzərində olan mülkiyyət hüququnun qanunsuz olaraq məhdudlaşdırmasını müəyyən edir. MMMC tərəfindən heç bir əsası olmayan 350 manat borcun olmasına dair şifahi məlumat verilməsindən başqa, ümumiyyətlə ona heç bir vaxt və heç bir ödəniş sənədi təqdim olunmamışdır. Əgər olunmuşdursa, yəqin ki, həmin sənədlər məhkəmə iş materiallarına təqdim olunardı. Bundan başqa iddia ərizəsində Bakı şəhəri, Nizami rayonu, 2566-67-ci məhəllədə inşa edilən çoxmərtəbəli, 4 girişli və 1 girişli 2 yaşayış binasının bütünlükdə MMMC-nin idarəçiliyinə təqdim olunması göstərilsə də, yəni 5 girişli çoxmərtəbəli yaşayış binalarının ümumilikdə mənzillərinin faktiki sahələrinin miqdarı barədə heç bir məlumat göstərilməmişdir. Yəni, iş materiallarına təqdim olunmasa da, iddia ərizəsində göstərilən- MMMC-nin ümumi yığıncağının qərarına əsasən binaların saxlanması ilə bağlı çəkilən xərclərin hər ay üzrə cəmi-6797 manat, 82,8 kv.m. yaşayış sahəsi üçün, 1 kv.m. üçün 0,3 və hər ay 24,84 manat müəyyən edilməsi nəzərə alınsa, 5 girişli çoxmərtəbəli yaşayış binalarının ümumilikdə mənzillərinin faktiki sahələrinin 22.656,7 kv.m. (6797/0,3) təşkil etdiyi müəyyən edilər. Hansı ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin internet saytından çıxarılmış “Tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı informatik və statistik xarakterli məlumat”a əsasən Bakı şəhəri, Nizami rayonu, 2566-cı məhəllə ünvanda, 5 girişli çoxmərtəbəli yaşayış binasının mənzilərinin ümumi sahəsinin faktiki miqdarı 89.400 kv.m. göstərilmişdir. Deməli, faktiki sahənin 89.400 kv.m. və aylıq xərclərin 6797 manat olması nəzərə alınsa, böyük səriştə və xüsusi savad, o cümlədən bacarıq tələb olunmur ki, binaların saxlanması ilə bağlı çəkilən xərclərə nisbətdə onun tərəfindən hər ay mütləq ödənilməli olan haqqın - 6,29 (6797/39.400=0,076x82,8) manat olması müəyyən edilər. Nəticə etibarı ilə, iddiaçı tərəfindən ona həmin məlumatların verilməməsi, hətta yazılı qaydada rəsmi müraciətinə məhəl qoymaması onu sübut edir ki, MMMC hazırkı tələbini birbaşa məhkəməyə təqdim etməklə, onun tərəfindən mülkiyyət hüququna qarşı edilən bilə-bilə qanunsuz və qərəzli hərəkətlərinin ört-basdır edilməsinə, eləcə də müvafqi maddi hüquq normalarının tələbləri ilə vəzifələrinə aid olan məsələləri yerinə yetirməməsinin gizlədilməsinə cəhd etmişdir. Açıq-aşkardır ki, MMMC tərəfindən onun mənzil üzərində mülkiyyət hüququ qanunsuz və əsassız olaraq məhdudlaşdırıldığından, həmin mənzili öz iradə ifadəsinə uyğun istifadə edə bilmədiyindən, həmin mənzili tələm-tələsik 14.500 manat ucuz qiymətə satdığından, eyni zamanda 1188 manat vergi ödədiyindən və kirəyə verə bilmədiyi üçün 500 manat, toplam 16.188 manat maddi ziyan dəymişdir. Hansıki, mənzili 2020-ci ilin dekabr ayından başlayaraq hər ay 250 manat olmaq şərti ilə iki aylığına kirayə verməyə razılaşmışdır. Lakin MMMC-nin ona qarşı törətdiyi deliktə məruz qaldığı üçün həmin mənzili öz iradə ifadəsinə uyğun istifadə edə bilməmişdir və ona faktiki olaraq, iki aylıq kirayə haqqı miqdarında, yəni 500 (250x2) manat dəyərində maddi ziyan dəymişdir. Bundan başqa MMMC-nin ona qarşı qanunsuz hərəkətlərinin davamlı olduğunu və israrlı olaraq ona qarşı qərəzli rrıövqe nümayiş etdirdiyinə görə məcbur olub, 114.500 manata aldığı mənzili tələm-tələsik 100.000 manata, yəni 14.500 manat ucuz qiymətə satmışdır və bunun nəticəsində də ona 14.500 manat maddi ziyan dəymişdir. Belə ki, MMMC-nin ona qarşı etdiyi qanunsuz hərəkətlərinə son qoyulsaydı, mənzilin istifadəyə (kirayə) verilməsindən gəlir əldə edə bilərdi və mənzili tələm-tələsik ucuz qiymətə satmazdı. Bununla yanaşı, mənzilin satışına görə 1188 manat vergi ödəmişdir. Göstərilən normativ hüquqi aktların tələblərinə əsaslanaraq, ona dəymiş 16.188 manat maddi ziyanın cavabdehdən tutulmasını və ona ödənilməsini xahiş edir. Cavabdeh tərəfindən ona qarşı edilmiş bilə-bilə qanunsuz və qərəzli hərəkətləri nəticəsində ona mənəvi cəhətdən də ziyan dəymişdir ki, həmin ziyanın 10.000 manat hesablamaqla, ona ödənilməsini xahiş edir. İddiaçı MMMCnin vəzifəli şəxsi olan Topçiyev Lətifin əməlində vəzifə səlahiyyətlərindən sui-istifadə etmə hərəkətlərinə yol verilməsi istisna edilmir. İddiaçı MMMC-nin vəzifəli şəxsi olan Topçiyev Lətif vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, onun qanunla müdafiə olunan hüququna qarşı bilə-bilə qanunsuz hərəkətlərə yol vermişdir. Bundan başqa, ondan əsassız və qanunsuz olaraq 350 manat pul tələb etməklə özünə maddi neymət əldə olunmasına cəhd etmişdir. Hazırda ona qarşı edilən bilə-bilə hüquqa zidd hərəkətlər nəticəsində ona ziyan dəymişdir ki, bu da Azərbaycan Respublikası CM-nin 308-ci maddəsində qeyd olunan cinayət tərkibinin yaranmasını istisna etmir. İddiaçı MMMC-nin iddia tələbinin rədd olunmasına, İddiaçı MMMC (İdarə Heyətinin sədri X4) ona verilmiş hüquqdan sui-istifadə edərək, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 81 saylı evin, 222 saylı mənzili üzərində mülkiyyət hüququnu məhdudlaşdırmaqla, həmin mənzilə aid elektrik sayğacına müdaxilə etmə və mənzilə verilən elektrik enerjisinin dayandırılması, ümumi mülkiyyətdə olan sahələrin saxlanması və s. bu kimi mütləq xərclərin ödənilməsinə dair müqavilənin bağlanmasına təşəbbüs göstərməməklə, qanunvericiliklə üzərinə düşən vəzifəni icra etməməsi və müvafiq ödəniş sənədləri təqdim olunmadan 350 manat pul ödənişinin tələb olunması və mənzilə verilən elektrik enerjisinin təkrar dayandırılmasına; ödənişlərlə əlaqədar müqavilənin bağlanması, əsası olmayan 350 manat borc məbləğinin yaranması səbəblərinin açıqlanması və s. barədə cavabdehə ünvanlanmış rəsmi müraciət ərizəsinə cavab verilməməsi hərəkətlərinin qanunsuz hesab edilməsinə, İddiaçı MMMCnin (İdarə Heyətinin sədri X3) qanunsuz hərəkətləri nəticəsində məcburiyyət qarşısında qalaraq mənzili tələm-tələsik ucuz qiymətə satlıdığına görə 14.500 manat və vergi ödənişi 1188 manat, toplam 16.188 manat dəymiş maddi ziyanın İddiaçı MMMC-dən tutulması və ona ödənilməsinə, mənzili 2020-ci ilin dekabr ayından başlayaraq hər ay 250 manat olmaq şərti ilə iki aylıq, yəni 500 manat əldən çıxmış faydanın İddiaçı MMMC-dən tutulması və ona ödənilməsinə, 10.000 manat mənəvi ziyanın, 100 manat hüquqi xidmətə görə və 30 manat dövlət rüsumunun İddiaçı MMMC-dən tutulması və ona ödənilməsinə dair qətnamə çıxarılmasını, İddiaçı MMMC-nin idarə heyətinin sədri X3 hərəkətlərində Azərbaycan Respublikası CM-nin 308-ci maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsi istisna edilmədiyindən onun barəsində xüsusi qərardad çıxarmaqla, prokurora xəbər verilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə dəqiqləşdirmə vermiş, göstərmişdir ki, məhkəmənin hazırlıq iclasında iddiaçının nümayəndəsi tərəfindən təqdim olunmuş sənədlər və suallara verdiyi cavablarla müəyyən olunmuşdur ki, MMMC-nin 01.09.2020-ci il tarixli iclasında qəbul olunmuş qərarın 6-cı, yəni “B.Əsgərovun təklif etdiyi məsələ və 2 saylı əlavədə təsdiq edilmiş xərclər smetası əsasında mülkiyyətində olan sahənin hər kv.m-i üçün hər ay 0,3 manat kommunal xərcin bütün mülkiyyətçilər tərəfindən mütləq qaydada ödənilməsi təyin edilsin.” bəndinin 0,3 manat kommunal xərcin hesablanması hissəsində heç bir hüquqi əsası olmamış və ədalətli bölgü aparılmamışdır. Birincisi, qeyd etmək lazımdır ki, “xxxx” MMMC-nin xərclər smetasında Bakı şəhəri, Nizami rayonu, 2566-67-ci məhəllədə inşa edilən çoxmərtəbəli, 4 girişli və 1 girişli 2 yaşayış binasının mənzillərin ümumi sahəsi- 38.681,9 kv.m. və hər kv. düşən idarəçilik xərci 0,16 manat göstərildiyi halda, sonradan mənzillərin yaşayış sahələrinin 19.713,3 kv.m. və qeyri-yaşayış sahələrinin 3256,7 kv.m. və 560 kv.m. və hər kv. düşən idarəçilik xərci 0,29 manat, orta hesabla həmin xərcin 0,22 manat və binanın təmir və s. xərclərinin (35%)-0,08 manat və yekunda kommunal haqqın hər kv.m. üçün 0,3 manat müəyyən edilməsinin heç bir hüquqi əsası yoxdur. Hesab edir ki, bu cür hesablama qaydasının qanuni əsası olmadığından və bu cür hesablama qaydası ilə tələb olunan mütləq ödəniş haqqları altında əldə olunmuş külli miqdarda əlavə pul vəsaitləri yalnız və yalnız MMMC-nin idarə heyətinin sədri Lətif Topçiyevin özünə qanunsuz olaraq maddi neymət əldə edilməsinə yönəlmiş bir əməldir. Belə ki, məhkəmə iş materiallarına təqdim edilən smeta xərclərində etiraf olunur ki, MMMC-nin bir ay ərzində 6767 manat xərci mövcuddur. Həmin xərclərin ayrı-ayrılıqda bölmələri ilə razı olmasa da, şərti olaraq həmin 6767 manat xərclərin faktiki mütləq ödəniş haqqlarının tərkib hissəsi kimi qəbul etsə belə, nəticə etibarı ilə hər ay demək olar ki, ümumilikdə 12.749,58 manat pul yığılır ki, həmin məbləğdən də 6767 manat xərclər çıxıldıqdan sonra, yerdə qalan 5982,58 manat pul vəsaiti MMMC-nin idarə heyətinin sədri Lətif Topçiyevin sərəncamına keçir. Mənzillərin ümumi sahəsi ilə qeyri-yaşayış sahələrinin cəmi 42.498,6 kv.m. (38681,9 + 3256,7 + 560) təşkil edir. Hər kv.m. üçün mütləq ödəniş xərcinin 0,3 manat olması əsasında hər ay ərzində 12.749,58 manat (42498,6 kv.m. x 0,3 manat) pul məbləğinin yığılmasını müəyyən etmək olar. Deməli, hər ay ümumilikdə 5982,58 manat (12.749,58 manat - 6767manat) artıq pul vəsaitinin tələb olunması müəyyən edilir. Faktiki sahənin 42.498,6 kv.m. və aylıq xərclərin 6797 manat olması nəzərə alınsa, binaların saxlanması ilə bağlı çəkilən xərclərə nisbətdə onun tərəfindən hər ay mütləq ödənilməli olan haqqın - 13,25 (6767/42.498,6 = 0,16x82,8) manat olmasını müəyyən etmək olar. Odur ki, 3 ay ərzində cəmi 39,75 manatın ödənilməsi tələb oluna bilərdi. Hansı ki, MMMC-nin idarə heyətinin sədri Lətif Topçiyev bilə-bilə qanunsuz hərəkətlərə yol verməklə əvvəlcə ondan 350 manat, sonra isə qanunsuz hərəkətlərini ört-basdır etməkdən ötrü hazırda da məhkəmə vasitəsi ilə əsası olmayan 74,52 manat pul vəsaiti tələb edir. Yuxarıda qeyd etdiyi kimi xərclər smetası ilə şərti razılaşmalarının səbəbi ondan ibarətdir ki, iş materialları ilə və MMMC-nin verdiyi izahatı ilə sübut olunur ki, həmin xərclərin, o cümlədən benzin-30 manat, orta hesabla elektrik enerjisinin-1300 manat, vergi hesabatlarının verilməsi-100 manat və s. bu kimi xərclərin hesablanması qaydası hər hansı bir hüquqi əsasa söykənmir. Bundan başqa, yaşayış sahələrinə görə hər bir kv.m. üçün 0,16 manat müəyyən edildiyi halda, qeyri-yaşayış sahələri də nəzərə alınmaqla, həmin məbləğin 0,29 manata çatdırılmasının, yaşayış sahələri üçün tələb olunan mütləq ödəniş haqqları ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olunması üçün nəzərdə tutulan qeyri-yaşayış sahələrinə görə mütləq ödənilməli olan haqqların eyniləşdirilməsi səbəblərinin və həmin haqqların bərabərləşdirilməsinın səbəblərinin MMMC-nin nümayəndəsi tərəfindən izah olunmaması, eyni zamanda təyin olunmuş ödəniş haqqının hesablanmasının ədalətli olmaması, MMMC-nin idarə heyətinin sədri tərəfindən mütləq ödəniş haqqından əlavə bilə-bilə qanunsuz olaraq əlavə vəsaitlərin yığılması onu sübut edir ki, ondan tələb olunan əvvəlcə 350 manat, sonra isə məhkəmə vasitəsilə 74,52 manat məbləğ həm qanunsuz, həm də əsassızdır. İkincisi, hesab edir ki, MMMC-nin 01.09.2020-ci il tarixli iclasında qəbul olunmuş qərarın 6-cı, yəni “B.Əsgərovun təklif etdiyi məsələ və 2 saylı əlavədə təsdiq edilmiş xərclər smetası əsasında mülkiyyətində olan sahənin hər kv.m.-i üçün hər ay 0,3 manat kommunal xərcin bütün mülkiyyətçilər tərəfindən mütləq qaydada ödənilməsi təyin edilsin.” bəndinin 0,3 manat hesablanması hissəsində əsaslı olmadığına, o cümlədən bütün mülkiyyətçilər tərəfindən mütləq qaydada ödənilməsi tələb olunan haqqın düzgün və ədalətli bölgüsü aparılmadığı üçün və faktiki xərclərə mütənasib təyin edilmədiyinə görə qərar həmin hissədə etibarsız hesab edilməlidir. Odur ki, aparılan araşdırma zamanı qarşılıqlı iddia ərizəsində göstərilənlər də nəzərə alınmaqla, qarşılıqlı iddia tələbinin dəyişdirilməsi zəruriyyəti yaranmışdır. İddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMMC-nin iddia tələbinin rədd olunmasına, iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMMC-nin 01.09.2020-ci il tarixli iclasında qəbul olunmuş qərarın 6-cı, yəni “B.Əsgərovun təklif etdiyi məsələ və 2 saylı əlavədə təsdiq edilmiş xərclər smetası əsasında mülkiyyətində olan sahənin hər kv.m.-i üçün hər ay 0,3 manat kommunal xərcin bütün mülkiyyətçilər tərəfindən mütləq qaydada ödənilməsi təyin edilsin.” bəndinin 0,3 manat kommunal xərcin hesablanması hissəsində etibarsız hesab edilməsinə, iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMMC (idarə heyətinin sədri X4) ona verilmiş hüquqdan sui-istifadə edərək, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 81 saylı evin, 222 saylı mənzili üzərində mülkiyyət hüququnu məhdudlaşdırmaqla, həmin mənzilə aid elektrik sayğacına müdaxilə etmə və mənzilə verilən elektrik enerjisinin dayandırılması, ümumi mülkiyyətdə olan sahələrin saxlanması və s. bu kimi mütləq xərclərin ödənilməsinə dair müqavilənin bağlanmasına təşəbbüs göstərməməklə, qanunvericiliklə üzərinə düşən vəzifəni icra etməməsi və müvafiq ödəniş sənədləri təqdim olunmadan 350 manat pul ödənişinin tələb olunması və mənzilə verilən elektrik enerjisinin təkrar dayandırılması, ödənişlərlə əlaqədar müqavilənin bağlanması, əsası olmayan 350 manat borc məbləğinin yaranması səbəblərinin açıqlanması və s. barədə cavabdehə ünvanlanmış rəsmi müraciət ərizəsinə cavab verilməməsi hərəkətlərinin qanunsuz hesab edilməsinə, iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMMC-nin (idarə heyətinin sədri X3) qanunsuz hərəkətləri nəticəsində məcburiyyət qarşısında qalaraq mənzili tələm-tələsik ucuz qiymətə satdığına görə 14.500 manat manat və vergi ödənişi 1188 manat, toplam 15.688 manat dəymiş maddi ziyanın İddiaçı MMMC-dən tutulması və ona ödənilməsinə; mənzili 2020-ci ilin dekabr ayından başlayaraq hər ay 250 manat olmaq şərti ilə iki aylıq, yəni 500 manat əldən çıxmış faydanın İddiaçı MMMC-dən tutulması və ona ödənilməsinə, 10.000 manat mənəvi ziyanın, 100 manat hüquqi xidmətə görə və 30 manat dövlət rüsumunun İddiaçı MMMCdən tutulması və ona ödənilməsinə dair qətnamə çıxarılmasını, İddiaçı MMMC-nin idarə heyətinin sədri X3 hərəkətlərində Azərbaycan Respublikası CM-nin 308-ci maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsi istisna edilmədiyindən onun barəsində xüsusi qərardad çıxarmaqla, prokurora xəbər verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edib, qarşılıqlı iddianı isə qəbul etməyib, ərizənin məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Cavabdeh “makler”dir və mənzil alqı-satqısı ilə məşğuldur, ona görə onun mənzili baha qiymətə alaraq sonradan ucuz qiymətə saması barədə dəlili əsassızdır. Cavabdeh əvvəllər də “xxxx” MTK-nın inşa etdiyi digər binadan mənzil alaraq orada yaşamış, sonradan arvadı ilə aralarında münaqişə yarandığı üçün mənzili başqa şəxsə satmış, hazırda sözügedən mənzili almışdır. İşdə olan kommunal xidmətlərə görə borcu ödəməli olması barədə 23 yanvar 2021-ci il tarixli bildiriş Cavabdeh tərəfindən qəbul edilməmişdir, buna baxmayaraq 23 yanvar tarixindən əvvəl cavabdehə üç dəfə bildirilmişdir ki, borcu var, onu ödəməlidir. İlkin iddianın təmin olunmasını, qarşılıqlı iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMMC-nin nümayəndəsi Nümayəndə digər nümayəndənin dəlillərini müdafiə edərək, ilkin iddianın təmin olunmasını, qarşılıqlı iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə icasında qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, ilkin iddianı isə qəbul etməyib, ərizənin məzmununa uyğun izahat verərək, ilkin iddianın rədd olunmasını, qarşılıqlı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ilkin və qarşılıqlı iddialar təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsi tərəfindən verilmiş 1120-MM7-0180 qeydiyyat nömrəli “Qeyri-kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında Şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı 11 avqust 2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır; -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsi tərəfindən verilmiş 05/2432-14 qeydiyyat nömrəli “Qeyri-kommersiya qurumlarının dövlət reyestri”ndən çıxarışından görünür ki, fəaliyyət ərazisi Bakı şəhəri, Nizami rayonu, 2566- 67-ci məhəllə, ev 81 olan İddiaçı fəaliyyət predmeti və məqsədi yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdir; -İddiaçı MMMC-nin 01 sentyabr 2020-ci il tarixli “Ümumi Yığıncağı”nın qərarına əsasən binaların saxlanması ilə bağlı çəkilən xərclər - işçilərin əmək haqqı-2910 manat, DSMF-na köçürmələr-778 manat, işsizlik fonduna köçürmə-32 manat, su vurma motorlarının sərf etdiyi elektrik enerjisi xərcləri-orta aylıq xərci-1300 manat, liftlərin servis xidməti haqqı-800 manat, zibilin daşınması-450 manat, telefon və ASAN imzanın saxlanması xərci 20 manat, bank xərcləri 20 manat, təsərrüfat (süpürgə, təmizlik bezləri, dəftərxana ləvazimatı və s.) 130 manat, su pulu və qrunt sulara dair xərc-30 manat, vergi və sair hesabatların verilməsi-100 manat, sair gözlənilməz xərclər hər ay 3% (zirzəmiyə dolan suların çəkilməsi, liftlərin xarab olmuş hissələrinin yenisi ilə əvəzlənməsi və s)-197 manat, cəmi 6797 manat), binalarda mülkiyyəti olan hər bir mülkiyyətçinin mülkiyyətində olan əmlakın hər bir kv.m-nə görə 0,22 manat, binanın təmiri və sair xərclər üçün 0,08 manat, cəmisı hər 1 kv.m sahəyə görə 0,30 manat kommunal haqqı müəyyən edilmişdir; -Hüquqi yardımın göstərilməsi haqqında” 09 fevral 2021-ci il tarixli 07 nömrəli müqavilədən görünür ki, həmin müqavilə İddiaçı MMMC-nin qanuni təmsilçisi X4 ilə fərdi qaydada fəaliyyət göstərən Vəkil2 arasında bağlanmışdır, müqavilənin predmeti iddia ərizəsi hazırlayıb məhkəməyə verilməsi və məhkəmədə təmsil etməkdir, hüquqi yardıma görə haqq 250 manat məbləğində müəyyən edilmiş, 08 fevral 2021-ci il tarixli müqavilə əsasında həmin haqq ödənilmişdir; -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən 82,80 kv.m sahəsi olan mənzil 22 oktyabr 2020-ci il tarixdə tam payda Cavabdeh adına qeydiyyata alınmışdır. -İddiaçı MMMC-nin 23 yanvar 2021-ci il tarixli M/222 nömrəli bildirişindən görünür ki, ünvan 8 ünvanda yerləşən binanın 222 nömrəli mənzilinə görə 23 yanvar 2021-ci il tarixədək 74,52 manat kommunal borcunun yaranması barədə Cavabdeh bildirilmiş, kommunal haqqını tez bir zamanda MMMC-yə ödəməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Qarşılıqlı iddia ərizəsinə əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: -Daşınmaz əmlakın alqı-satqısına dair 19 noyabr 2020-ci il tarixdə notarial qaydada bağlanmış AN-İ ******* nömrəli müqavilənin surətindən görünür ki, X6 ünvan 7 ünvanında yerləşən 82,8 kv.m mənzili 114.500 manata Cavabdeh satmışdır; -Daşınmaz əmlakın alqı-satqısına dair 07 fevral 2021-ci il tarixdə notarial qaydada bağlanmış AN-İ ******* nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh ünvan 7 ünvanında yerləşən 82,8 kv.m mənzili 100.000 manata X1; Məhkəmə tədqiqi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsi tərəfindən verilmiş 05/2432-14 qeydiyyat nömrəli “Qeyri-kommersiya qurumlarının dövlət reyestri”ndən çıxarışına əsasən fəaliyyət ərazisi Bakı şəhəri, Nizami rayonu, 2566-67-ci məhəllə, ev 81 olan İddiaçı mənzil mülkiyyətçiləri qeydə alınmışdır, həmin MMMC-nin müştərək cəmiyyətinin fəaliyyət predmeti və məqsədi yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdir. İddiaçı MMMC-nin 01 sentyabr 2020-ci il tarixli “Ümumi Yığıncağı”nın qərarına əsasən binaların saxlanması ilə bağlı çəkilən xərclər, kommunal haqqlar müəyyən edilmişdir. Hazırda ilkin İddiaçı MMMC həmin 81 nömrəli binanın 222 nömrəli mənzilinin mülkiyyətçisi olmuş Cavabdeh qarşı iddia qaldıraraq ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin, kommunal xidmətlərə görə haqqın ödənilməsini tələb edir, Cavabdeh tərəfindən isə həmin MMMC-yə qarşı xərclərlə bağlı qərarın müvafiq bəndinin etibarsız hesab olunması, hərəkətlərin qanunsuz hesab edilməsi və pul tutulması ilə bağlı iddia qaldırılmışdır. Məhkəmə ilk növbədə İddiaçı MMMC-nin Cavabdeh qarşı ilkin iddia tələbi ilə bağlı hüquqi qiymətləndirmə aparır və qeyd edir ki, həmin tələbin əsası, cavabdehin xüsusi mülkiyyətində olan ünvan 7 ünvanındakı 82,8 kv.m sahə üçün 22.10.2020-ci il tarixdən 23.01.2021-ci il tarixə kimi olan 3 ay xidmətə görə (hər ay 82,8 kv.m x 0,30man=24,84 manat olmaqla) cəmi 74,52 manat pulun tutulması ilə bağlıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 122.1.3-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək hüququ vardır; 122.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır; 137.5-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər; 142.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanılır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən idarəedici təşkilat seçilərkən, həmin binanın hər bir sahə mülkiyyətçisi ilə ümumi yığıncağın qərarında göstərilən şərtlərlə və bu Məcəllənin 141-1.2-ci maddəsi nəzərə alınmaqla idarəetmə müqaviləsi bağlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 29 dekabr 2015-ci il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin müvafiq normalarına əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. Mülki qanunvericiliyə görə, iradə açıqlanmayıbsa və ya istiqamətlənməsi lazım gələn iradə ifadəsi iqstiqamətlənməmişsə, müqavilələr baxımından razılaşma olmayıbsa, aydın məsələdir ki, əqd də əmələ gəlmir. Müqavilə növündə əqdlərin əmələ gəlməsi baxımından isə, həm də tərəflər arasında razılıq da tam olmalıdır. Əks halda müqavilə növündə əqd əmələ gəlməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. İlkin iddia ərizəsinin məzmunu, təqdim edilmiş sübutların tədqiqi ilə müəyyən edilmiş nəticə o olmuşdur ki, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti olan İddiaçı MMMC ilə çoxmənzilli binanın sahə mülkiyyətçisi olan Cavabdeh arasında ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı ödəməli olmasına dair yazılı müqavilə mövcud olmamışdır. Konstitusiya Məhkəməsinin istinad olunan qərarla gəldiyi digər nəticəyə görə, mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq qaydada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü nəzərdə tutmur. Belə ki, Məcəllənin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Cavabdeh da müştərək cəmiyyətdə iştirak etməməsi onun hüququ olmuşdur. Onun belə hüququ olmasına baxmayaraq isə, ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı ödəməli olmuşdur. Lakin tərəflər arasında yuxarıda göstərilən qaydada hüquq münasibətlərinin yaranması üçün müvafiq müqavilə mövcud olmadığına görə, məhkəmə hesab edir ki, iddia tələbinin həmin hissədə əsası yoxdur, cavabdehdən əmlaka göstərilən kommunal xidmətlərlə bağlı pul tələb edilə bilməz. Məhkəmə əlavə olaraq qeyd edir ki, İddiaçı MMMC-nin 23 yanvar 2021-ci il tarixli M/222 nömrəli bildirişinə əsasən cavabdehin 23 yanvar 2021-ci il tarixədək 74,52 manat kommunal borcunun yaranması barədə xəbərdarlıq bildirişinin tərtib edilməsi hüquq münasibətlərinin yaranmasını tənzimləyən, tələb etmə hüququnu müəyyən edən sənəd qismində müqavilə hesab edilə bilməməklə yanaşı, həmin bildiriş cavabdeh tərəfindən alınmamışdır, cavabdehin bildirişi almaqdan imtina etməsi barədə iddiaçının özü tərəfindən bildirişin üzərində qeydiyyat aparılmış, bu imtina üçüncü şəxslərin iştirakı ilə sənədləşdirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə ilkin iddia tələbinin dövlət rüsumuna görə ödənilmiş 20 manat pulun və vəkillə bağlanmış müqaviləyə əsasən xidmət haqqı kimi ona ödənilmiş 250 manat pulun tutulması ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, həmin tələblər iddianın birinci hissəsindəki tələbdən irəli gələn törəmə tələblərdir, nə qədər ki, tələbin əsas hissəsi təmin edilməmişdir, törəmə tələblərin də təmini üçün hər hansı əsas yoxdur. Bununla yanaşı nəzərə alınmalıdır ki, iddia tələbi təmin edilmədiyindən dövlət rüsumu cavabdehə aid edilə və tutula bilməz, hüquqi yardımın göstərilməsi haqqında 09 fevral 2021-ci il tarixli müqaviləyə əsasən isə, həmin müqavilə İddiaçı MMMC-nin qanuni təmsilçisi X4 ilə fərdi qaydada fəaliyyət göstərən Vəkil2 arasında bağlanmışdır, müqavilənin predmeti iddia ərizəsi hazırlayıb məhkəməyə verilməsi və məhkəmədə təmsil etmək olmuşdur. Müqavilənin mətnindən və mənasından açıq-aydın məlum olur ki, həmin müqavilə və orada göstərilməsi nəzərdə tutulan xidmətlər İddiaçı MMMC-nin adından iddia ərizəsi hazırlayıb məhkəməyə verilməsi və məhkəmədə təmsil etmə ilə bağlı nəzərdə tutulmuşdur, müqavilənin məhz Cavabdeh qarşı iddia tələbi üzrə, onun hərəkətlərindən məhkəmə müdafiəsi üçün bağlandığı öz əksini tapmamışdır, o cümlədən hüquqi yardıma görə 250 manat məbləğində haqqın MMMC-nin hesabından məxaric edildiyini, silindiyini və ya hüquqi yardım göstərən şəxsin hesabına köçürüldüyünü, nağd ödənildiyini təsdiq edən sübutlar da mövcud deyildir. Belə olan halda, məhkəmə hesab edir ki, ümumilikdə əsassız olan ilkin iddia tələbi təmin edilməməlidir. Məhkəmə daha sonra iddiaçı Cavabdeh İddiaçı MMMC-yə qarşı qarşılıqlı iddia tələbi ilə bağlı hüquqi qiymətləndirmə aparır və qeyd edir ki, həmin tələb bir neçə hissədən ibarətdir, ona görə tələblərə ayrılıqda hüquqi qiymət verilməlidir. Birinci tələb, İddiaçı MMMC-nin 01.09.2020-ci il tarixli iclasında qəbul olunmuş qərarın 6-cı, yəni “B.Əsgərovun təklif etdiyi məsələ və 2 saylı əlavədə təsdiq edilmiş xərclər smetası əsasında mülkiyyətində olan sahənin hər kv.m.-i üçün hər ay 0,3 manat kommunal xərcin bütün mülkiyyətçilər tərəfindən mütləq qaydada ödənilməsi təyin edilsin.” bəndinin 0,3 manat kommunal xərcin hesablanması hissəsində etibarsız hesab edilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 45.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının üçdə ikisindən az olmayan səs çoxluğu ilə qəbul edilən bu Məcəllənin 43.2.1-43.2.3-cü maddələrində nəzərdə tutulmuş qərarlar istisna olmaqla, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səsə qoyulmuş qərarları yığıncaqda iştirak edən ümumi səslərin səs çoxluğu ilə qəbul edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarları həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilmiş qaydada protokollarla rəsmiləşdirilir. Həmin Məcəllənin 45.6-cı maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bu Məcəllənin tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o halda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və ya belə qərarın qəbul edilməsinin əleyhinə səs vermiş olsun və həmin qərarla onun hüquqları və qanuni mənafeləri pozulmuş olsun. Belə şikayət haqqında məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddətində verilə bilər. Məlumdur ki, qarşılıqlı iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı MMMC-nin arasında ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin, habelə kommunal xidmətlərə görə haqqın ödənilməsinə dair yazılı müqavilə mövcud olmamışdır, bu səbəbdən məhkəmə hesab etmişdir ki, belə haqqın tutulması MMMC tərəfindən tələb edilə bilməz. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının mübahisələndirilən 01 sentyabr 2020ci il tarixli iclasında qəbul olunmuş qərarın Cavabdeh hüquqlarını və qanuni mənafelərini pozduğu qənaətinə gəlinməsi üçün əsaslar yoxdur, şərait artıq dəyişmişdir. Belə ki, MMMC-nin idarəçiliyinə verilmiş C.Naxçıvanski küçəsindəki 81 nömrəli binada mülkiyyətində olan 222 nömrəli mənzili Cavabdeh 07 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında satmışdır, mənzil həmin vaxtdan Cavabdeh istifadəsində və ya mülkiyyətində deyildir, binanın kommunal xərcinin hesablanması qayda və nəticələri yalnız mənafeyinə toxunan şəxs və ya şəxslər tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 122.1.1-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq hüquqları vardır. Məhkəmə qeyd edir ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində nəzərdə tutulduğu qaydada çoxmənzilli binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı hüquq kimi müəyyən edildiyi kimi, eynilə çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakın saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq da Mənzil Məcəlləsinin 122.1.1-ci maddəsinə uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüququ kimi müəyyən edilmişdir. Ona görə də qarşılıqlı iddianın İddiaçı MMMC-nin ümumi mülkiyyətdə olan sahələrin saxlanması və s. bu kimi mütləq xərclərin ödənilməsinə dair müqavilənin bağlanmasına təşəbbüs göstərməməsinin qanunsuz hesab edilməsi ilə bağlı iddia tələbinin əsası yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qarşılıqlı iddiaçı Cavabdeh xüsusi mülkiyyət hüququ ilə adına qeydiyyata alınmış Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 81 saylı evin 222 saylı mənzili üzərində öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və dair sərəncam vermək hüquqları olmuş, bu hüquqlarından istifadə etmişdir, onun mülkiyyət hüququnun məhdudlaşdırılmasına, mənzilə aid elektrik sayğacına müdaxilə edilməsinə və mənzilə verilən elektrik enerjisinin dayandırılmasına dair sübutlar mövcud deyildir. Qarşılıqlı iddiaçının müvafiq ödəniş sənədləri təqdim olunmadan 350 manat pul ödənişinin tələb olunması barədə irəli sürdüyü dəlilin də əsası yoxdur, ilkin iddiaçı tərəfindən ümumi əmlakın saxlanması və təmiri üzrə xərclər, kommunal xidmətlərə görə haqq qismində cəmi 74,52 manat pul tələb edilmişdir, hansı ki, məhkəmə tərəfindən belə qənaətə gəlinmişdir ki, həmin tələb əsassız olduğundan təmin oluna bilməz. Mənzilə verilən elektrik enerjisinin dayandırılması, bu dayandırmanın məhz cavabdeh İddiaçı MMMC və ya onun müvafiq səlahiyyətli şəxsləri tərəfindən həyata keçirilməsi, cavabdehə ünvanlanmış rəsmi müraciət ərizəsinə cavab verilməməsi barədə mötəbər sübutlar mövcud deyildir. Bu zaman nəzərə alınmalıdır ki, Cavabdeh MMMC-yə 2021-ci iln yanvar ayında müraciət etdikdən sonra, 07 fevral 2021-ci il tarixdə ərizəsində ünvanı kimi göstərdiyi mənzili satmışdır. Məhkəmə iddia tələbinin cavabdeh İddiaçı MMMC-nin (idarə heyətinin sədri X3) qanunsuz hərəkətləri nəticəsində məcburiyyət qarşısında qalaraq mənzili tələm-tələsik ucuz qiymətə satdığına görə 14.500 manat manat və vergi ödənişi 1188 manat, toplam 15.688 manat dəymiş maddi ziyanın tutulmasına dair hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmədə tədqiq edilən daşınmaz əmlakın alqısatqısına dair 07 fevral 2021-ci il tarixdə notarial qaydada bağlanmış AN-İ ******* nömrəli müqaviləyə əsasən Cavabdeh ünvan 7 ünvanında yerləşən 82,8 kv.m mənzili 100.000 manata X2, notariat əməliyyatının həyata keçirilməsində şəxsən iştirak etmiş, müqavilə tərəfi kimi onun hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmiş, müqavilənin 21-ci bəndinə əsasən isə bəyan edilmişdir ki, həmin müqaviləni bağlamaq üçün müqavilə tərəflərinə kənar təsirlər olmamışdır. Buradan da görünür ki, qarşılıqlı iddiaçının iddia tələbinin əsası kimi irəli sürdüyü dəlilin əsası yoxdur, o, mülkiyyətçi olaraq əmlaka dair sərbəst və notariat qaydada müqavilə bağlayaraq müəyyən etdiyi və razılaşıb qəbul etdiyi məbləğə həmin əmlakını satmişdır, ona görə qarşılıqlı iddia həmin hissədə də təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin “mənzili 2020-ci ilin dekabr ayından başlayaraq hər ay 250 manat olmaq şərti ilə iki aylıq, yəni 500 manat əldən çıxmış faydanın İddiaçı MMMC-dən tutulması”na dair hissəsinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddiaçı bu tələbini onunla əsaslandırmışdır ki, o, mənzili 2020-ci ilin dekabr ayından başlayaraq hər ay 250 manat olmaq şərti ilə iki aylığına kirayə verməyə razılaşmış, cavabdeh MMMC-nin ona qarşı törətdiyi deliktə məruz qaldığı üçün mənzili öz iradə ifadəsinə uyğun istifadə edə bilməmiş, nəticədə ona həmin məbləğdə ziyan dəymişdir. Halbuki, cavabdeh tərəfindən qarşılıqlı iddiaçıya, onun özünün qeyd etdiyi qaydada mülki hüquq pozuntusu (delikt) törədilməsi faktı müəyyən edilməmişdir, digər yandan isə qarşılıqlı iddiaçı mənzili real olaraq kirayə verməmiş, mənzil kirayəsi ilə məşğul olması ilə bağlı sübut təqdim etməmişdir, onun bu iddia tələbinin hüquqi əsası yoxdur, ona görə iddia həmin hissədə də təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin “10.000 manat mənəvi ziyanın tutulması”na dair hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı həmin tələbini cavabdeh tərəfindən ona qarşı edilmiş bilə-bilə qanunsuz və qərəzli hərəkətləri nəticəsində ona mənəvi ziyan dəydiyi ilə əsaslandırmışdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Halbuki, qarşılıqlı iddiaçı Cavabdeh iddia tələbinin əsaslılığına, yəni hansı fiziki və mənəvi sarsıntılar keçirməsi, bu sarsıntıların cavabdehin hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında hansı səbəbli əlaqənin olmasını təsdiq edən, ümumiyyətlə ona mənəvi ziyan vurulmasına dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, mənəvi ziyanla bağlı iddia tələbi də təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin “100 manat hüquqi xidmətə görə və 30 manat dövlət rüsumunun tutulması”na dair hissəsinə yuxarıda istinad edilən Azərbaycan Respublikası MPM-nin 119.1 və 121.1-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət verərək qeyd edir ki, iddia təmin edilmədiyi üçün dövlət rüsumu və ya digər xərclər cavabdehdən tutula bilməz, eyni zamanda qarşılıqlı iddiaçı hüquqi xidmətə görə müqavilə bağlaması və xidmət haqqı qismində pul ödəməsi barədə sübutlarını da təqdim etməmişdir. Ona görə məhkəmə hesab edir ki, qarşılıqlı iddianın həmin hissədə də təmin edilməsi üçün qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda istər ilkin iddia üzrə iddiaçı, istərsə də qarşılıqlı iddia üzrə iddiaçı iddia ərizəsində göstərdikləri dəlillərini sübut edə bilməmişlər. Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı Cavabdeh yuxarıda irəli sürdüyü iddia tələbləri ilə yanaşı İddiaçı MMMC-nin idarə heyətinin sədri X3 hərəkətlərində Azərbaycan Respublikası CM-nin 308-ci maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsi istisna edilmədiyindən onun barəsində xüsusi qərardad çıxarmaqla, prokurora xəbər verilməsini xahiş etmişdir. Məhkəmə nəzərə alır ki, tərəflər mübahisənin mülki mühakimə üsulu qaydasında araşdırılması üsulunu seçmişlər, həmin icraatda işə baxılarkən isə adıçəkilən vəzifəli şəxsin hərəkətlərində cinayətin, o cümlədən Azərbaycan Respublikası CM-nin 308-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi halı müəyyən edilməmişdir, ona görə qarşılıqlı iddiaçının həmin xahişinin təmin olunması üçün əsaslar yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “Cavabdeh 22.10.2020-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş “Daşınmaz Əmlakın dövlət Reyestr nömrəsi **********00-05301-093107 və qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən xüsusi mülkiyyətində olan və ünvan 4 ünvandakı 82,8 kv.m sahə üçün 22.10.2020-ci il tarixdən 23.01.2021-ci il tarixə kimi olan 3 ay xidmətə görə, hər ay (82,8 kvm x 0,30man=24,84 manat olmaqla, 23 yanvar 2021-ci il tarixə kimi cəmisi 74,52 manatın və dövlət rüsumu kimi ödənilmiş 20 manatın, fərdi qaydada fəaliyyət göstərən Vəkil2 ilə bağlanmış 08.02.2021-ci il tarixli 07 saylı müqaviləyə əsasən xidmət haqqı kimi ona ödənilmiş 250 manat pulun, cəmisi 344,52 manatın tutulub İddiaçı MMMC-yə verilməsi” tələbinə dair ilkin iddiası təmin edilməsin. İddiaçı Cavabdeh “ İddiaçı MMMC-nin 01.09.2020-ci il tarixli iclasında qəbul olunmuş qərarın 6-cı, yəni “B.Əsgərovun təklif etdiyi məsələ və 2 saylı əlavədə təsdiq edilmiş xərclər smetası əsasında mülkiyyətində olan sahənin hər kv.m.-i üçün hər ay 0,3 manat kommunal xərcin bütün mülkiyyətçilər tərəfindən mütləq qaydada ödənilməsi təyin edilsin.” bəndinin 0,3 manat kommunal xərcin hesablanması hissəsində etibarsız hesab edilməsi, iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMMC (idarə heyətinin sədri X4) ona verilmiş hüquqdan sui-istifadə edərək, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 81 saylı evin, 222 saylı mənzili üzərində mülkiyyət hüququnu məhdudlaşdırmaqla, həmin mənzilə aid elektrik sayğacına müdaxilə etmə və mənzilə verilən elektrik enerjisinin dayandırılması, ümumi mülkiyyətdə olan sahələrin saxlanması və s. bu kimi mütləq xərclərin ödənilməsinə dair müqavilənin bağlanmasına təşəbbüs göstərməməklə, qanunvericiliklə üzərinə düşən vəzifəni icra etməməsi və müvafiq ödəniş sənədləri təqdim olunmadan 350 manat pul ödənişinin tələb olunması və mənzilə verilən elektrik enerjisinin təkrar dayandırılması, ödənişlərlə əlaqədar müqavilənin bağlanması, əsası olmayan 350 manat borc məbləğinin yaranması səbəblərinin açıqlanması və s. barədə cavabdehə ünvanlanmış rəsmi müraciət ərizəsinə cavab verilməməsi hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMMC-nin (idarə heyətinin sədri X3) qanunsuz hərəkətləri nəticəsində məcburiyyət qarşısında qalaraq mənzili tələm-tələsik ucuz qiymətə satdığına görə 14.500 manat manat və vergi ödənişi 1188 manat, toplam 15.688 manat dəymiş maddi ziyanın İddiaçı MMMC-dən tutulması və ona ödənilməsi; mənzili 2020-ci ilin dekabr ayından başlayaraq hər ay 250 manat olmaq şərti ilə iki aylıq, yəni 500 manat əldən çıxmış faydanın İddiaçı MMMC-dən tutulması və ona ödənilməsi, 10.000 manat mənəvi ziyanın, 100 manat hüquqi xidmətə görə və 30 manat dövlət rüsumunun İddiaçı MMMC-dən tutulması və ona ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan, iddia ərizələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1503/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1503/2021
06.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver