Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1509/2021 16.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-nin vəkili və nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “bazar dəyərinin qiymətləndirilməsi haqqında hesabatın etibarsız hesab edilməsi və mövcud bazar qiymətinə uyğun yenidən qiymətləndirilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “bazar dəyərinin qiymətləndirilməsi haqqında hesabatın etibarsız hesab edilməsi və mövcud bazar qiymətinə uyğun yenidən qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1993-cü ildə ermənilər Ağdam rayonunu işğal etdikdən sonra o və ailə üzvləri məcburi köçkün olaraq Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom yaşayış sahəsində məskunlaşmışdırlar. Qonşuluqlarında isə Ağdam rayonundan məcburi köçkün X11 ailəsi ilə birlikdə yaşayırdı. Mərhum anası X5 da onların qonşuluğunda yaşamışdır. “Bakı Metropoliteninin Perspektiv İnkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il tarixli 1408 saylı Sərəncamı ilə təsdiq olunmuş “Bakı Metropoliteni Xətlərinin X12” və “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı”nda İİİ Yeni (Bənövşəyi) xəttin “Xocəsən'’ elektrik deposu, “Avtovağzal’’, B-2, B-3, B-4 stansiyalarının tikintisi nəzərdə tutulmuşdur. Bununla bağlı, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 22.10.2015-ci il tarixli Sərəncamı ilə Binəqədi rayonu, Xocasən-Lökbatan yolunun şərq hissəsində “Xocəsən” elektrik deposuna çəkilməsi nəzərdə tutulan dəmiryol xəttinin layihələndirilməsi məqsədi ilə 05.08.2011-ci il tarixli 357 saylı Sərəncamla 23.7 ha torpaq sahəsinə bitişik 2.466 ha torpaq sahəsi "xxxx" QSC-nindaimi istifadəsinə ayrılmışdır. Azərbaycan Respublikası Baş Nazirinin müavininin 31.08.20 1 6 - c ı il tarixli 17/3800-12 saylı məktubuna əsasən köçürülməsi nəzərdə tutulan evlərin sahiblərinə kompensasiya ödənilməsi məqsədi ilə Binəqədi Rayon İcra Hakimiyyətinin bank hesabına 4368758,0 (dörd milyon üç yüz altmış səkkiz min yeddi yüz əlli səkkiz) manat vəsait keçirilmişdir. Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom adlanan vaşayış massivi ünvanda yerləşən və mərhum anası X4 məxsus olan fərdi yaşayış evinin (sənədlərdə “C” tikilisi) Xocəsən Avtovağzal arası metro tunellərinin və Xocəsən elektrik deposuna dəmir yolu xəttinin çəkilməsi dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar X5 ilə Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyəti arasında bağlanmış 27 dekabr 2016-cı il tarixli müqaviləyə əsasən alınıb və hazırda sökülüb. Mərhum anası X5 ilə Bakı şəhər Binəqədi rayon icra Hakimiyyəti arasında bağlanmış 06 dekabr 2016-ci il tarixli 16 saylı müqaviləyə əsasən 31843 kvadrat metr sahəyə görə 154710 (yüz, əlli dörd min yeddi yüz on) manat pul kompensasiya kimi ona ödənilib. X1 müqavilə imzalandıqdan və kompensasiya məbləğini aldıqdan bir müddət sonra, 03.02.2011 -ci il tarixdə vəfat edib. X9 məxsus evdə (sənədlərdə "B’' tikilisi) Zərifə Allahverdiyevaya məxsus köməkçi sahə kimi göstərilərək söküləcək evlərin siyahısına salınıb, amma həmin ev sökülməyib. Çünki, həmin ev tikilən tuneldən təhlükəsiz məsafədə yerləşir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli 2-1(81)-3886/2018 saylı qərarına əsasən X9 məxsus ev Xocəsən Avtovağzal arası metro tunellərinin və Xocəsən elektrik deposuna dəmir yolu xəttinin çəkilməsi dövlət proqramı çərçivəsində köçürüləcək evlərin siyahısından çıxarılıb. Həmin qərar qanuni qüvvəyə minib. Ona məxsus ''A” tikilisinin bir hissəsi hazırda sökülüb. Müqavilə ilə əlaqədar danışıqlar və yerində baxış keçirilən zaman məsul şəxslər tərəfindən bizə deyilirdi ki, ona və X9 məxsus evlər sökülməyəcək. Lakin müqavilə imzalandıqdan sonra bizə bildirildi ki, müqavilədə yalnız X4 və onunla bir evdə yaşayan qardaşına məxsus ev deyil ona və X9 məxsus evlər də qeyd olunub, ona görə də evləri sökülməlidir. X15 - prezident Mehriban xanım Əliyevaya müraciətlərdən sonra söküntünü dayandırdılar. Lakin yenə də evlərini sökəcəkləri ilə, yaşadıqları evin işığını, suyunu, qazını kəsəcəkləri ilə onları hədələməkdə davam edir və hər dəfə mərhum anası ilə bağlanan müqaviləyə istinad edirlər. Halbuki, həmin müqavilədə qeyd olunanları o, indi də oxuya bilmir. Hərflər o qədər xırda yazılıb ki, orada yazılanları böyüdücü olmadan oxumaq mümkün deyil. Həmin bazar dəyərinin hansı meyara əsasən müəyyən olunduğu hesabatdan məlum olmur. Belə ki, hesabatda qeyd olunub ki, “qiymətləndirici qiymətləndirilən obyektə uyğun olan obyektlərin satışlar bazarında faktiki baş tutmuş alqısatqılar haqqında məlumat toplaya bilmədi'’. Buna baxmayaraq qiymətləndirici bu tipli evlərin satış qiymətlərini" təhlil edərək X4 aid yaşayış evinin 1 kv.m. 500 manat, həyət tikililərinin 1 kv.m. 300 manat qiymətləndirilib. Bu qiymətləndirmə yalnışdır və kompensasiyanın ödənilməsi zamanı əsas kimi qəbul edilə bilməz. Məsələ burasındadır ki, eyni məqsədlə, eyni obyekt barəsində və təxminən eyni vaxtda "xxxx" MMC tərəfındən hazırlanan analoji hesabatda tam fərqli qiymətləndirmə müəyyən edilib. Belə ki, həmin hesabata əsasən ona məxsus evin (sənədlərdə “A” tikilisi kimi qeyd olunub) ümumi sahəsi 141.76 kv.m., X9 məxsus evin (sənədlərdə “B” tikilisi) sahəsi 98.73 kvm., mərhum anası X4 məxsus evin (sənədlərdə “C” tikilisi) sahəsi isə 78.30 kvm- dir. Bu halda, həmin üç evin ümumi sahəsi sənədlərdə 318.43 kvm. kimi qeyd olunub. "xxxx" MMC tərəfindən hazırlanan analoji hesabatda X4 məxsus olan yaşayış evi kimi təqdim olunan obyektin bazar dəyərinin 307.200 (üç yüz yeddi min iki yüz) manat məbləğində olduğu müəyyən edilib. Bu məbləğin üstünə 20 faiz əlavə etsək (61440 manat) bu halda, həmin obyektə görə yuxanda qeyd olunduğu kimi 154710 əvəzinə 368640 manat kompensasiya ödənilməlidir. Hazırda həmin qiymətləndirmələrin heç biri ona məxsus evin qiymətləndirilməsi üçün əsas kimi götürülə bilməz. Çünki, ona, anasına və X9 məxsus evi də daxil etməklə aparılan qiymətləndirməyə uygun müqavilə baglanıb ki, guya bu üç ev hamısı mərhum anasına məxsusdur. Halbuki, X9 məxsus ev ümumiyyətlə sökülməli deyildi. Cavabdeh tərəfindən hazırlanan hesabatın saxtakarlığını sübut edən məqamlardan biri də odur ki, Sevinc Məmmədovanın evi sənədlərdə həyət tikilisi kimi qeyd olunub. lakin bu ayrıca girişi olan yaşayış evidir. Bu ev sökülmədiyi üçün yerində baxış keçirməklə onun həyət tikilisi olmadığını, hesabatın isə saxtakarlıqla tərtib edildiyini sübut etmək çox rahatdır. Mərhum anası X4 məxsus ev də (sənədlərdə “C‘’ tikilisi) sənədlərdə həyət tikilisi kimi qeyd olunub. Lakin o da yaşayış evi olub və bu xüsusat cavabdeh tərəfi təmsil edən ekspertlərdən ibarət komissiya üzvlərinin çəkdikləri fotoşəkillərlə təsdiq olunur. 2016-cı ilin iyul ayında dəvət olunmuş ekspert qrupunun nümayəndələrinin iştirakı ilə həqiqətən onun evinə baxış keçirilib. Evin eskizi tərtib edilərək müvafiq akt yazılıb və evin şəkilləri çəkilərək işə əlavə olunub. Lakin o zaman tərtib olunan sənədlərin sürətləri ona təqdim edilməmişdir. O zaman o, ev barədə tərtib edilmiş bütün sənədlərinin sürətlərini tələb etməyinə baxmayaraq, həmin sənədlərin sürətlərini ona verməkdən imtina etdilər. Yerində baxış keçirən cavabdeh tərəfi təmsil edən komissiya üzvləri bu evlərin girişlərinin ayrı olduğunu, hər evdə yaşayış olduğunu müşahidə etsələr də, sənədləşdirməni düzgün aparmayıblar. Həmin vaxtı mənimlə qanunla nəzərdə tutulan qaydada müqavilə bağlanmamışdır. Digər tərəfdən, yaşayış olan evin guya həyət tikilisi kimi təqdim edilməsinə onların heç bir marağı ola bilməzdi. O, evin qalan hissəsinin sökülməsini istəmir, çünki hazirda ailəsi ilə birlikdə həmin evdə yaşayır. Eyni zamanda qeyd edir ki, həmin evin sökülməsi üçün hazırda elə bir zərurət yoxdur. Çünki, yeraltı metro xətti artıq çəkilib, onun evinin bir hissəsinin və anasına məxsus evin sökülmüş hissəsində isə avtomobil yolu çəkilib hazırda onun yaşadıgı evə hər hansı təhlükə mövcud deyildir. Buna baxmayaraq, əgər həqiqətən bu evin dövlət ehtiyacları üçün alınmasına zərurət varsa, o, evinin sökülməsinə etiraz etmir. Lakin hesab edir ki, bu halda qiymətləndirmə düzgün meyarlar əsasında müəyyən edilməlidir. Qiymətləndirilən əmlakın bazar dəyərini müəyyən etmək üçün qiymatləndirmə obyektinin analoqu kimi oxşar şəraitdə sövdələşmə qiyməti məlum olan və qiymətləndirmə obyekti ilə iqtisadi, maddi, texniki və digər xarakteristikaları üzrə oxşarlıq təşkil edən başqa bir obyektlə müqayisə bu halda məqsədə müvafiq olardı. Oxşar şəraitdə sövdələşmə qiyməti məlum olan 2013-cü ildə Bakı şəhəri Sabunçu rayonu Böyük Şor qəsəbəsində inşa olunan olimpiya stadionun ətrafında yolların, tunellərin və piyada keçidlərinin tikintisi altına düşən maneələrin hər biri üçün (hüquq və fiziki şəxslərə məxsus yaşayış və qeyri-yaşayış obyektləri və torpaq sahələri) dövlət ehtiyacı üçün plana düşməsi ilə əlaqədar qiymətləndirməni əsas kimi götürməklə iqtisadi, maddi, texniki və digər xarakteristikaları üzrə oxşarlıq təşkil edən obyektləri Xocəsəndəki obyektlərin analoqu kimi götürməklə kompensasiyanın verilməsi üçün daha düzgün meyarlara əsaslanmaq mümkündür. Belə ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1 (82)-1830/2014 saylı 29.10.2014-cü il tarixli hazırda qanuni qüvvədə olan Qərarıra əsasən müəyyən olunur ki, Böyük Şor qəsəbəsində inşa olunan olimpiya stadionunun ətrafında yolların, tunellərin və piyada keçidlərinin tikintisi altına düşən maneələrin hər biri üçün dövlət ehtiyacı üçün plana düşməsi ilə əlaqədar qiymətləndirmə aparılarkən yaşayış evlərinin 1 kv.metr sahəsinə 850 manatdan, xidməti tikililər üçün hər kv.metr 600 manatdan, zirzəmi üçün hər kv.metr 200 manatdan, daş hasar üçün hər kv.metr 50 manatdan hesablanıb. Bu halda, qiymətləndirilmə iqtisadi, maddi, texniki və digər xarakteristikaları üzrə oxşarlıq təşkil edən qiymətləndimə obyektinin analoquna uyğun aparılmaqla ona məxsus evin (sənədlərdə “A” tikilisi kimi qevd olunub) dəyəri (14176 kvrn. X 850 manat = 120496 manatdır. Bundan əlavə, “A” tikilisində yerləşən 15 kv.metr zirzəmiyə görə (15 kvm. X 200 manat) 3000 manat, 20 ədəd ağaca görə (biri 60 manatdan) 1200 manat, sökülən hər kv.metr hasara görə (16 x 50 manat) 800 manat kompensasiya ödənilməlidir. Bu halda təkcə ona məxsus sahəsi 14176 kvm. olan evin dəyəri nəzərdə tutulan 20 faiz və qanunvericilikdə nəzərdə tutulan narahatlıga görə 10 faiz (həmin evdə 10 ildən çox yaşadıgı üçün) hesaba alınmaqla (123496 + 3000 + 1200 + 800 = 125496 X 30 faiz = 163144 manatdır. Göründüyü kimi, hesabat hazırlanarkən cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə düzgün əməl edilməyib və məqsədli şəkildə yaşayış evləri həyət tikilisi kimi qeyd olunaraq kompensasiya məbləgi azaldılıb. “Bakı Metropoliteni QSC ilə "xxxx" MMC arasında bağlanan K/111 saylı, 25.07.2016-cı il tarixli müqavilənin şərtinə uyğun olaraq “Dövlət ehtiyacları üçün alınan daşınmaz əmlak üçün kompensasiya məbləğinin hesablanması ilə bağlı tərtib olunan hesabatda Bakı Metropoliteninin İİİ yeni (Bənövşəyi) xəttinin “Xocəsən-Avtovağzal” sahəsi ünvanda yerləşən və sənədlərdə yalnız onun mərhum anası X4 məxsus olan yaşayış evi kimi təqdim olunan obyektin bazar dəyərinin 128 925 manat məbləğində müəyyən edilsə də, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci maddəsinin tələhlərinə əməl edilməyib və həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə (Bakı şəhəri Binəqədi rayonu,) uyğun olaraq mövcud olan, alınacaq əmlaka uyğun əmlakın bazar qiyməti əsas götürülməyib. Bununla əlaqədar, həmin hesabat etibarsız sayılmalıdır. Bundan əlavə, yuxarıda qeyd olunduğu kimi, ona, anasına və X9 məxsus evi də daxil etməklə aparılan qiymətləndirməyə görə guya bu üç evin hamısı mərhum anasına məxsus olub. Bu həqiqətə uygun deyil və X9 məxsus ev ümumiyyətlə sökülməli deyildi. İşin bu halı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq olunub. Yuxarıda qeyd olunanlarla əlaqədar, həmin hesahat etibarsız sayılmalı və ona məxsus evin ayrıca qiymətləndirilməsi aparılmalıdır. Məcburi köçkünlər məhkəmə rüsumlarından azaddır. Qeyd olunanlara əsasən Bakı Metropoliteninin İİİ yeni (Bənövşəyi) xəttinin çəkilişi ilə əlaqədar Xocəsən Avtovağzal arası metro tunellərinin və Xocəsən elektrik deposuna dəmir yolu xəttinin çəkilməsi dövlət proqramı çərçivəsində köçürülmə ilə bağlı Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom adlanan yaşayış massivi ünvanda yerləşən, X4 aid 26 iyul 2016-cı il tarixində bazar dəyərinin qiymətləndirilməsi haqqında hesabat etibarsız hesab edilməsinə və həmin hesabata əsasən sənədlərdə “A” tikilisi kimi qeyd olunan və ümumi sahəsi 141.76 kvm., olan ona məxsus evin digər qiymətləndirici tərəfındən mövcud bazar qiymətinə uygun yenidən qiymətləndirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom adlanan yaşayış massivi ünvanda yerləşən X4 aid 26 iyul 2016-cı il tarixinə bazar dəyərinin qiymətləndirilməsi haqqında hesabatın etibarsız hesab edilməsi və həmin hesabata əsasən sənədlərdə “A” tikilisi kimi qeyd olunan və ümumi sahəsi 141.76 k v. m e t r o l a n İddiaçı məxsus evin mövcud bazar qiymətinə uyğun yeni qiymətinin müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun verdiyi izahatında bildirdi ki, qiymətləndirmə düzgün keçirilməyib anasına məxsus evi qiymətləndiriblər onun evini isə köməkçi tikili kimi yazıblar. Halbuki o, ailəsi ilə ayrica girişi və həyəti olan evdə yaşayır. Ona görə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom adlanan yaşayış massivi ünvanda yerləşən X4 aid 26 iyul 2016-cı il tarixinə bazar dəyərinin qiymətləndirilməsi haqqında hesabatın etibarsız hesab edilməsi və həmin hesabata əsasən sənədlərdə “A” tikilisi kimi qeyd olunan və ümumi sahəsi 141.76 k v. m e t r o l a n İddiaçı məxsus evin mövcud bazar qiymətinə uyğun yeni qiymətinin müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X6 iddianı qəbul etməyərək izahatında bildirdi ki, 09 sentyabr 2021 ci il tarixli aktdan görsənir ki, qiymətləndirməyə təqdim edilmiş qiymətləndirmə obyektinin dəyərini müəyyən etmək üçün müqayisə yanaşmasından istifadə etməklə, yerinə yetirilən hesablamalar və təhlillər nəticəsində uyğun müqayisə vahidləri müəyyən edilmiş, vacib müqayisə elementləri seçilmiş, həmçinin müqayisə elementləri üzrə vahidin dəyəri korrektə edilmiş və nəticədə qiymətləndirmə obyektinin yekun bazar və likvid dəyəri müəyyən edilmişdir. Qiymətləndirici qarşısında qoyulmuş suallar üzrə metodik təhlil və əmlak bazarının dinamikasının göstəricilərindən bələ nəticəyə gəlmək olar ki, 2016-cı ildən bu günə kimi olan dövr üzrə qiymətləndirmə obyektinin yerləşdiyi əraziyə görə əmlakın 1 m2-nin dəyərinə təsir edən əmilləri nəzərə alaraq fərdi yaşayış evləri üzrə daşınmaz əmlakın 1 m2-nin dəyəri 12.5% artmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, 2016-cı ildə fərdi yaşayış evləri üzrə daşınmaz əmlakın 1 m2-nin dəyəri 700 AZN, likvid dəyər isə 665 AZN təşkil etmişdir. Orada “A”, “B”, “C” tikililəri var. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda evlərin qiymətləndirilməsi çəkilən xərclərlə hesablanır. Məhkəmənin 14.04.2021-ci il tarixli iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi və vəkili Nümayəndə1 izahatında bildirdi ki, qiymətləndirmə 2016-cı ildə keçirilib, iddiaçı dəfələrlə məhkəməyə müraciət etməsinə baxmayaraq qiymətləndirmə hesabatını mübahisələndirməmişdir. İddiaçının evi bütöv ev kimi qiymətləndirilmiş və bunun müqabilində ona evin pulu verilmişdir. Evin pulu iddiaçıya verilərkən də o, qiymətləndirməni mübahisələndirməmişdir. Qiymətləndirmə obyektinin təsvirini İddiaçı X2 əvəzinə etibarnamə əsasında imzalamış və qiymətləndirmə obyektinin təsvirini qəbul etmişdir, əgər qiymətləndirmə ilə razı deyildisə, bunu o zaman bildirməli idi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirdi ki, qiymətləndirmə 2016cı ildə keçirilib, iddiaçı dəfələrlə məhkəməyə müraciət etməsinə baxmayaraq qiymətləndirmə hesabatını mübahisələndirməmişdir. İddiaçının evi “bütöv ev” kimi qiymətləndirilmiş və bunun müqabilində ona evin pulu verilmişdir. Evin pulu iddiaçıya verilərkən də o, qiymətləndirməni mübahisələndirməmişdir. Qiymətləndirmə obyektinin təsvirini İddiaçı X2 əvəzinə etibarnamə əsasında imzalamış və qiymətləndirmə obyektinin təsvirini qəbul etmişdir, əgər qiymətləndirmə ilə razı deyildirsə, bunu o zaman bildirməli idi. Kompensasiyanı da "xxxx" QSC ödəməyib, Binəqədi Rayon İcra Hakimiyyəti ödəyib və müqaviləni bağlayan da onlardı. 2016-cı ildə 154.710 manat veriləndə onu mübahisələndirməmişdirlər. İş materiallarında imzaları var. Lakin “A” tikilinin iddiaçıya məxsus olması ilə bağlı heç bir sübut təqdim olunmamışdır. “B” tikilisi onsuzda sökülməyib və buna baxmayaraq pulu alan İddiaçı olub. İddiaçının subyektiv hüququ yoxdur və iddiaçı əlavə kompensasiya istəyir. Hətda anasının əvəzinə alqı-satqı müqaviləsini də nümayəndəsi kimi Allahvedriyev Zahid bağlamışdır. Hal-hazırda iddia edir ki, “A” tikilisi ona məxsusdur. Lakin buna dair heç bir sübut təqdim olunmamışdır. Buna görə də məhkəmə iddianın təmin olunmasını mümkunsüz saymışdır. Bununla bağlı Ali Məhkəmədə 13 oktyabrda məhkəmə iclası olmuşdur və iddia təmin olunmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 22.10.2021-ci il tarixdə tərtib edilmiş və İddiaçı, F.Allahverdiyeva, S.Məmmədova, E.Həsənova tərəfindən imzalanmış aktdan görünür ki, yerli baxış zamanı “A” tikilisi ayrıca fərdi ev kimi müəyyən olundu. Həmin tikili-giriş (zal), dəhliz, 2 yataq otağı, mətbəx, sanitar qovşağından ibarətdir. Həmin mənzilə gedən ayrıca qaz və işıq sayğacları müəyyən olundu. Eyni zamanda “B” tikilisinə baxış zamanı giriş (mətbəx-dəhliz) 3 yataq otağı və girişdə olan sanitar qovşağı müəyyən olundu. “B” tikilisinin həyətində yardımçı tikili (1 otaqdan ibarət) müəyyən olundu. “B” tikilisinə gedən ayrıca qaz və işıq sayğacları var. “C” tikilisi artıq mövcud deyil, sökülərək yol çəkilmişdir. İş materiallarında olan X5 ilə Bakı Şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən X13 arasında bağlanmış 27 dekabr 2016-cı il tarixli müqavilədən görünür ki, X2 uzun müddətdir ki, istifadəsində olan 04.10.2016-cı il tarixdə 212 saylı Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncama əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Motodrom adlanan yaşayış massivi ünvanda yerləşən ümumi sahəsi 318.43 kvadrat metrdən ibarət fərdi yaşayış evindən Xocasən Avtovağzal arası mənzil tunellərinin və Xocasən elektrik deposuna dəmir yolu xəttinin çəkilməsi dövlət proqram çərçivəsində köçürmə ilə əlaqədar aldığı kompensasiyaya görə Bakı Şəhəri Binəqədi rayon İcra Hakimiyyəti xeyrinə imtina etdi. X5 154710 manat məbləğində kompensasiya almaqla yaşayış sahəsindən Bakı Şəhəri Binəqədi rayon İcra Hakimiyyəti xeyrinə imtina etdi. Notarius müqaviləni təsdiq etdikdən sonra X5 yaşayış sahəsinə aid sənədləri Bakı Şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə verməyə borcludur. X5 müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 5 gün müddətində yaşayış sahəsindən çıxmaqla onu boşaltmağı və gələcəkdə bu yaşayış sahəsinə və bu müqaviləyə dair hər hansı bir iddia qaldırmayacağını öhdəsinə götürür. İş materiallarında olan X14 mərkəzinin 09 sentyabr 2021-ci il tarixli YD 092 nömrəli hesabatından görünür ki, 1 və 5-ci sual üzrə: Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom adlanan yaşayış massivi ünvanda yerləşən, sənədlərdə “A” tikilisi kimi qeyd olunan, sahəsi 142.82 kv.m olan 5 otaqlı yaşayış evinin 2016-cı ilə olan bazar dəyəri 99.200 AZN (doxsan doqquz min iki yüz manat), likvid dəyəri isə 94.000 AZN (doxsan dörd min manat) müəyyən edilir. 2-ci sual üzrə: Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom adlanan yaşayış massivi ünvanda yerləşən və sənədlərdə “B” tikilisi kimi qeyd olunan ümumi sahəsi 98.37 kv.m olan tikili, ayrıca girişi olan fərdi yaşayış evidir, həmin fərdi yaşayış evinin 2016-cı ilə olan bazar dəyəri 68.900 AZN (altmış səkkiz min doqquz yüz manat), likvid dəyəri isə 65.500 AZN (altmış beş min beş yüz manat) müəyyən edilir. 3-cü sual üzrə: Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom adlanan yaşayış massivi ünvanda baxış keçirilənədək artıq söküidüyü müəyyən edilən və sənədlərdə “C” tikilisi kimi qeyd olunan, ümumi sahəsi 78.3 kv.m olan tikili mülki işin materiailarina əlavə olunmuş "xxxx" MMC-nin, Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının aparatının Rayon Təsərrüfat Şöbəsi və Azərbaycan Respublikası "xxxx" QSC-nin müvafiq departamenti tərəfindən təsdiq edilmiş “Daşınmaz Əmlaklara dair Məlumatlar”a əsasən ayrıca girişi olan fərdi yaşayış evidir, həmin fərdi yaşayış evinin 2016-cı ilə olan bazar dəyəri 54.800 AZN (əlli dörd min səkkiz yüz manat), likvid dəyəri isə 52.100 AZN (əili iki min yüz manat) müəyyən edilir. 4-cü sual üzrə: Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom adlanan yaşayış massivi ünvanda yerləşən və sənədlərdə “A” və “B” tikililəri kimi qeyd olunan hər iki tikili xüsusiyyətlərinə görə (ayrıca yolu, girişi, sanuzeli və s.) ayrı-ayrı fərdi yaşayış evi hesab edilir. 2016-cı ildən bu günə kimi olan dövr üzrə qiymətləndirmə obyektinin yerləşdiyi əraziyə görə əmlakın 1 kv.m-nin dəyərinə təsir edən (makro iqtisadi, infilasiya, pandemiya və s.) əməlləri nəzərə alaraq fərdi yaşayış evləri üzrə daşınmaz əmlakın 1 kvm-nin dəyəri 12.5 faiz artmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, 2016-cı ildə fərdi yaşayış evləri üzrə daşınmaz əmlakın 1 kv.m-nin dəyəri 700 manat likvid dəyər isə 665 manat təşkil edilmişdir. “A” tikilisi üzrə bazar dəyəri 700x141.76=99200 manat, likvid dəyəri 665x141.76=94300 manat, “B” tikilisi üzrə bazar dəyəri 700x98.37=68900 manat, likvid dəyəri 665x98.37=65500 manat və “C” tikilisi üzrə bazar dəyəri 700x78.3=54800 manat, likvid dəyəri isə 665x78.3=52100 manat müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində inşa edilən Bakı Metropoliteninin İİİ yeni (Bənövşeyi) xəttinin ”Xocəsən-Avtovağzal” sahəsində, sağ və sol hərəkət tunelinin üzərində mövcud olan X4 aid fərdi yaşayış evinin 26 iyul 2016-cı il tarixinə bazar dəyərinin qiymətləndirilməsi haqqında K/111(09) nömrəli hesabatdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində inşa edilən Bakı Metropoliteninin İİİ yeni (Bənövşəyi) xəttinin ”Xocəsən-Avtovağzal" sahəsi ünvanında yerləşən, X4 aid qiymətləndirilən əmlakların “Torpaqların dövİət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş müvafiq əlavələr və digər xərclər nəzərə alınmaqla ümumi dəyəri yuvarlaq olaraq 128.925 manat təyin olundu. Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndində əməl edərək hesablanmış bazar dəyərinə 20% əlavə etməklə qiymətləndirilən əmlakın dəyəri 154.710 manat təyin olunur. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" MMC-nin X4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Motodrom yaşayış massivində yerləşən fərdi yaşayış evinin bazar dəyərinin müəyyən edilməsi barədə hesabatından görünür ki, toplanmış məlumatlar nəzərə alınmaqla aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, X4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Motodrom yaşayış massivində yerləşən fərdi-yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 307.200 (üç yüz yeddi min iki yüz) manat təşkil edir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-1671/2020 saylı 07.10.2020-cı il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər: "xxxx" QSC və Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “kompensasiyanın ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 03 iyun 2020-ci il tarixli, 2-1(112)-2967/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 03 iyun 2020-ci il tarixli, 2-1(112)-2967/2020 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 13.10.2021-ci il tarixli 2-1(102)-1549/2021 saylı qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1671/2020 saylı 07.10.2020-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" QSC-yə ünvanlandığı 15.08.2016-cı il tarixli məktubundan görünür ki, "xxxx" QSC ilə bağlanmış K/111 saylı, 25 iyul 2016-cı il tarixli müqaviləyə əsasən "xxxx" MMC qiymətləndirmə şirkəti Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində inşa edilən Bakı Metropoliteninin 10 yeni (Bənövşəyi) xəttinin “Xocəsən-Avtovağzal“ sahəsində, Sağ və Sol hərəkət tunelinin üzərində mövcud olan, məcburi köçkünlərə aid daşınmaz əmlakların qiymətləndirilməsini həyata keçirmişdir. Bu özbaşına tikililər üçün hesablanmış kompensasiya məbləği: 2014851,0 (İki milyon on dörd min səkkiz yüz əlli bir) manat təşkil edir. Kompensasiya məbləğinin hesabat cədvəli iki vərəqdə əlavə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3886/2018 saylı 11.12.2018-ci il tarixli qərarından görünür ki, iddiaçı X7 cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə və üçüncü şəxslər "xxxx" QSCyə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və İddiaçı qarşı fərdi yaşayış evinin köçürüləcək evlərin siyahısından çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiasının təmin edilməsi, X9 məxsus Bakı şəhəri, Motodrom yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evinin Xocəsən Avtovağzal arası metro tunellərinin və Xocəsən elektrik deposuna dəmir yolu xəttinin çəkilməsi dövlət proqramı çərçivəsində köçürüləcək evlərin siyahısından çıxarılması vəzifəsi cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3667/2019 saylı 23.07.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Bakı Şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin cavabdeh İddiaçı qarşı vəsaitin geri qaytarılması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2967/2020 saylı 03.06.2020-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxs "Bakı Metropoliteni” QSC iş cəlb edilməklə əlavə kompensasiyanın ödənilməsi barədə iddiasının mümkün sayılmaması qərara alınmışdır. Məhkəmə ilk növbədə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həyata keçirilən qiymətləndirmənin nəticəsinə dair hesabat ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, tədqiqat aparılarkən qeyd edilən ünvanda mövcud olan tikililərdən, iddiaçının istifadəsində olan özbaşına tikili fərdi yaşayış evi kimi, digər iki tikili isə köməkçi sahələr kimi qiymətləndirilməsini və bu yanaşma ilə qeyd edilən tikililəri dəyərinin hər kv.metr üçün müvafiq olaraq 500 və 300 manat məbləğində müəyyən edilməsini əsassız hesab edir. Nəticə etibarı ilə cavabdeh tərəfindən iddiaçının əmlakı qiymətləndirilərkən, onun texniki göstəricilərinə dair düzgün olmayan məlumatlar yazılmış və əmlakın bazar dəyəri qeyri-obyektiv təyin edilmişdir. Bununla belə, məhkəmə hesab edir ki, İddiaçı qeyd edilən ünvanda yerləşən və ona aid olan tikilinin 26 iyul 2016-cı il tarixində bazar dəyərinin yenidən qiymətləndirilməsi barədə iddiası ağlabatan və əsaslıdır. Bu səbəbdən cavabdeh tərəfindən tərtib edilən hesabat ləğv edilməli, onun hüquqi nəticələri etibarsız sayılmalı, həmin hesabata əsasən sənədlərdə “A” tikilisi kimi qeyd olunan və ümumi sahəsi 141.76 kv.m. olan İddiaçı məxsus evin digər qiymətləndirici tərəfindən mövcud bazar qiymətinə uyğun yenidən qiymətləndirilməsi məqsədə müvafiqdir. Bundan başqa Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom adlanan yaşayış massivi ünvana məhkəmə yerli baxış keçirən zaman müəyyən edilmişdir ki, sənədlərdə “A” və “B” tikililəri kimi qeyd olunan hər iki tikili xüsusiyyətlərinə görə ayrı-ayrı fərdi yaşayış evləridir, hər bir tikilinin ayrı-ayrılıqda sayğacları, ayrıca yolu və girişləri mövcuddur. Eyni zamanda Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3886/2018 nömrəli 11.12.2018-ci il tarixli qərarına əsasən, iddiaçı X7 cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə və üçüncü şəxslər "xxxx" QSC-yə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və İddiaçı qarşı fərdi yaşayış evinin köçürüləcək evlərin siyahısından çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiasının təmin edilməsi, X9 məxsus Bakı şəhəri, Motodrom yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evinin Xocəsən Avtovağzal arası metro tunellərinin və Xocəsən elektrik deposuna dəmir yolu xəttinin çəkilməsi dövlət proqramı çərçivəsində köçürüləcək evlərin siyahısından çıxarılması vəzifəsi cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. Bununla da “B” tikilisinin X4 və İddiaçı heç bir aidiyyatının olmaması, X9 məxsus olması müəyyən olunmuşdur. Həmçinin Məhkəmənin 22.10.2021ci il tarixdə təyin etdiyi yerli baxış zamanı “B” tikilisinə baxış keçirilərkən giriş (mətbəxdəhliz) 3 yataq otağı və girişdə olan sanitar qovşağı müəyyən olunmuşdur. “B” tikilisinin həyətində yardımçı tikili (1 otaqdan ibarət) müəyyən olunmuşdur. “B” tikilisinə gedən ayrıca qaz və işıq sayğacları mövcuddur. Məhkəmə eyni zamanda "xxxx" MMC-nin 20.12.2016-cı il tarixli, 450 nömrəli və “X14 Mərkəzi” MMC-nin 09 sentyabr 2021-ci il tarixli YD 092 nömrəli hesabatı üzrə müəyyən edilmiş qiymətləri nəzərə alıb belə qənaətə gəlir ki, “X14 Mərkəzi” MMC tərəfindən tikilinin qiymətinin müəyyən edilməsi üçün aparılan təhlil və araşdırımanın əsaslandığı meyarlar "xxxx" MMC tərəfindən aparılan tədqiqat zamanı nəzərə alınmamışdır. Belə ki, "xxxx" MMC-nin 20.12.2016-cı il tarixli, 450 saylı hesabatında analoji əmlakların bazar dəyərinin təhlil edilməsi, uyğun əmlakların müqayisəli təhlilinin aparılması, konkret olaraq aparılmış təhlil və analizlərin nədən ibarət olması, qiymətləndirmə obyektinə baxışın keçirilməsi barədə məlumat öz əksini tapmamışdır. Bundan başqa, "xxxx" MMC-nin qeyd edilən hesabatında qiymətin müəyyən edilməsi zamanı satışların müqayisəsi metodundan istifadə edildiyi göstərilsə də, məhkəmə hesab edir ki, qiymətləndirici həmin metodlardan istifadə edərək əmlakı qiymətləndirərkən, əldə etdiyi məlumatlardan düzgün, yaxud tam istifadə etməmiş, qiymətləndirməni düzgün aparmaq üçün əldə etməli olduğu məlumatların hamısını əldə etməmiş, nəticədə qiymətləndirmə səthi aparılmışdır. Bununla belə, məhkəmə iddia tələbinin “mövcud bazar qiymətinə uyğun yeni qiymətinin müəyyən edilməsi” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, əmlakın qiyməti müəyyən edilərkən “X14 Mərkəzi” MMC tərəfindən təqdim edilən 09 sentyabr 2021-ci il tarixli YD 092 nömrəli hesabat əsas götürülməlidir və Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom adlanan yaşayış massivində yerləşən “A” tikilisi kimi qeyd olunan, ümumi sahəsi 141.76 kv.m. olan İddiaçı məxsus evin kv.m. 2016-ci ilə deyil, mübahisənin baxıldığı tarixə olan bazar qiyməti götürülərək hər kv.m üçün 800 manat olmaqla - 141.76 x 800 = 113408 manat müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspert rəy verilməsi üçün əlavə tədqiqat materiallarının təqdim edilməsinə zərurət olduğunu müəyyən etdikdə, ekspertiza təyin edilməsi haqqında məhkəmənin qərardadının məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 5 gündən gec olmayaraq bu barədə məhkəməyə vəsatət göndərir. Vəsatətdə tələb olunan tədqiqat materiallarının dəqiq və tam siyahısı göstərilir. Həmin Məcəllənin 206.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. 6-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. 8-ci maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq olunabilməz. 217.2-ci əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-ci əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-ci əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom adlanan yaşayış massivi ünvanda yerləşən X4 aid 26 iyul 2016-cı il tarixinə, bazar dəyərinin qiymətləndirilməsi haqqında hesabat etibarsız hesab edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom adlanan yaşayış massivində yerləşən “A” tikilisi kimi qeyd olunan və ümumi sahəsi 141.76 kv.m. olan İddiaçı məxsus evin mövcud bazar qiymətinə uyğun yeni qiyməti müəyyən edilməli, mövcud bazar dəyəri hər kv.m. 800 manat olmaqla - 141.76 x 800 = 113408 manat müəyyən edilməli, 500 manat məbləğində olan ekspertiza xərci (PAŞA BANK ASC; AZ75PAHA40060AZNHC**********; SWİFT BİK:PAHAAZ22, Müxbir hesab: AZ82NABZ********************) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “X14 Mərkəzi”nə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom adlanan yaşayış massivi ünvanda yerləşən X4 aid 26 iyul 2016-cı il tarixinə, bazar dəyərinin qiymətləndirilməsi haqqında hesabat etibarsız hesab edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom adlanan yaşayış massivində yerləşən “A” tikilisi kimi qeyd olunan və ümumi sahəsi 141.76 kv.m. olan İddiaçı məxsus evin mövcud bazar qiymətinə uyğun yeni qiyməti müəyyən edilsin, mövcud bazar dəyəri hər kv.m. 800 manat olmaqla - 141.76 x 800 = 113408 manat müəyyən edilsin. 500 manat məbləğində olan ekspertiza xərci (PAŞA BANK ASC; AZ75PAHA40060AZNHC**********; SWİFT BİK:PAHAAZ22, Müxbir hesab: AZ82NABZ********************) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “X14 Mərkəzi”nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-1509/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1509/2021
16.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver