Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1513/2024 04.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasını təmin edib, Cavabdeh və yetkinlik yaşına çatmayan uşaqları X5, X1, X3, X8 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 1/10 saylı evin, 6 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 1/10 saylı evin, 6 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Həmin mənzilli o, 17 iyun 2023-cü il tarixdə AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləyə əsasında X2 almış, sonra isə həmin mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti təfindən 24 iyun 2023-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə çıxarış əldə etmişdir. X9 mənzili satandan sonra öhdəsinə götürmüşdür ki, 1 ay ərzində ailə üzvləri ilə birlikdə mənzildən qeydiyyatdan çıxacaqlar. O düşünürdü ki, onlar qeydiyyatdan çıxıblar, lakin Asan 6 Xidmət Mərkəzindən əldə etdiyi arayışdan aydın olmuşdur ki, Cavabdeh və yetkinlik yaşına çatmayan uşaqları X11, X6, X10, X12 qeydiyyatda qalıblar. Onların onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmağı səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. O əlavə olaraq bildirdi ki, mübahisəli mənzil alqı-satqı yolu ilə X2 alınmışdır. Cavabdeh isə onun oğludur və övladları ilə birlikdə mənzildə qeydiyyatdadır. Ona qeydiyyatdan çıxmasını bildirsələr də, hələ də qeydiyyatdan çıxmamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclasına gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etdiyini, mübahisəli mənzildən qeydiyyatdan çıxmağa razı olduğunu, özü qeydiyyatdan çıxan zaman övladlarını da qeydiyyatdan çıxaracağanı, mənzili satan X4 onun atası olduğunu, yetkinlik yaşına çatmayan X8 qeydiyyatdan çıxdığını, hal-hazırda həmin mənzildə qeydiyyatda olmadığını, digər yetkinlik yaşına çatmayan Səkinənin qardaşı Rətamın qızı olduğunu, Səkinənin valideynlərinin Sabunçu rayonunda qeydiyyatda olduğunu bildirmişdir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə X9 arasında bağlanmış 17 iyun 2023-cü il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsi ilə sonuncu ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 1/10 saylı evin, 6 saylı mənzilini iddiaçıya satmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 24 iyun 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən həmin mənzil İddiaçı adına 24 iyun 2023-cü il tarixdə qeydə alınmışdır. İddiaçının ilk dəfə təqdim etdiyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, Cavabdeh və yetkinlik yaşına çatmayan X11, X7, X10 və X12 mübahisəli mənzildə qeydiyyatdadırlar. Bundan sonra iddiaçının təqdim etdiyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, X12 mübahisəli mənzildə qeydiyyatdan çıxmış, digər şəxslər isə hələ də qeydiyyatda qalmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iştirak edərək iddianı qəbul etdiyini, mübahisəli mənzildən qeydiyyatdan çıxmağa razı olduğunu bildirmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, iddiaçının izahatını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15.1-ci, 27.2-ci, 158.3-cü, 178.1-ci, 425-ci maddələrinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Məhkəmə bildirir ki, iddiaçı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 1/10 saylı evin, 6 saylı mənzilinə qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmişdir. Hazırda cavabdeh və yetkinlik yaşına çatmayan X11, X7, X10 həmin mənzildə yaşamadıqları üçün həmin mənzildən istifadə hüquqlarını itirmiş və mənzildə formal olaraq qeydiyyatda qalmışdırlar. İş materiallarında olan sənədlər də onların qeyd olunan mənzilə qeydiyyatının formal xarakter daşıdığını sübut edir. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh ilə yanaşı yetkinlik yaşına çatmayan X5, X1, X3 da mübahisəli mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə bildirir ki, iddia tələbində istifadə hüquqlarının itirilmiş hesab edilməsi xahiş edilən yetkinlik yaşına çatmayan X12 hazırda mübahisəli mənzildən qeydiyyatdan çıxdığından iddia tələbi ona aid hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarına əsasən məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, Cavabdeh və onlarla birlikdə yetkinlik yaşına çatmayan X5, X1, X3 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 1/10 saylı evin, 6 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri qismində iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh və onlarla birlikdə yetkinlik yaşına çatmayan X5, X1, X3 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 1/10 saylı evin, 6 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən məhkəmə xərcləri qismində ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1513/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1513/2024
04.06.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver