Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1520/2024 11.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: bədbəxt hadisə ilə əlaqədar əmələ gəlmiş maddi zərərin ödənilməsi” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “bədbəxt hadisə ilə əlaqədar əmələ gəlmiş maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdeh MMC-yə qarşı “bədbəxt hadisə ilə əlaqədar əmələ gəlmiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh Asena şirkətindən 50.880 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2011-ci ilin dekabr ayının 01-də cavabdeh "xxxx" şirkətində kliner peşəsi üzrə işə qəbul edilmişdir. Cavabdeh onu və şirkətin bir neçə işçisini həmin ilin dekabr ayında Bakı şəhəri Qaradağ rayonun ərazisində yerləşən Müasir Tikinti Materialları zavodunun ərazində təmizlik işlərinin aparılmasına cəlb etmişdir. 20 dekabr 2011-ci il tarixdə saat 11:01 radələrində cavabdehin tapşırığına əsasən əmək funksiyalarını yerinə yetirərkən qəza baş vermişdir. Belə ki, quraşdırılmış hündürlükdən yıxılaraq ayaq sınığı xəsarəti almışdır. Bu barədə X3 Haqqında 20 dekabr 2011-ci il tarixli, 01 nömrəli akt tərtib edilmişdir. Həmin sənəddə əmək funksiyalarını yerinə yetirərkən xəsarət almağı təsdiq edilmişdir. Əmək funksiyalarını icra edəkən aldığı xəsarət nəticəsində əmək qabiliyyətini itirmiş, cavabdeh tərəfindən işdən çıxarılmış, hazırki vaxta qədə heç bir yerdə işə qəbul edilə bilməmişdir. Xəsarət aldığı ilk vaxtlarda yəni xəstəxanada müalicə müddətində cavabdeh müəyyən xərcləri qarşılasa da, sonradan onu işdən azad etməklə hər hansı bir maddi yardım göstərməmişdir. Mülki Məcəllənin 1099.2ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. İstinad etdiyi bu maddi hüquq normasının tələblərinə əsasən bildirir ki, işçi kimi cavabdehlə əmək hüququ və əmək müqaviləsi ilə nizamlanan münasibətlərdə olmuş, bədbəxt hadisənin baş verdiyi əraziyə özbaşına deyil, məhz cavabdehin göstərişi əsasında digər işçilərlə yanaşı cavabdeh tərəfindən aparılmış, hündürlükdə iş görmək üçün lesa adlı ayaqaltı əmək ləvazimatları, cavabdehə aid olmaqla onun divar dibindən quraşdırılması, təhlükəsiz əmək şəraitinin təmin edilməsi cavabdehə aid olan funksiya olmuşdur. Cavabdehin təqsiri üzündən aldığı xəsarətlərin nəticəsi olaraq əmək qabiliyyətini itirmişdir, xx.xx.2011-ci il tarixdən etibarən hazırki vaxta qədər həmin xəsarətlərin nəticəsi olaraq heç bir yerdə işə qəbul edilə bilməmiş, istehsalatda aldığı xəsarətə görə müntəzəm rəsmi gəlirləri olmaması səbəbindən vurulmuş maddi zərərin məbləğini Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanuna əsasən müəyyən edir. Belə ki, həmin qanunda yaşayış minimumu ölkə üzrə 270 (iki yüz yelmiş manat müəyyən edilmişdir. 270.00 x 12 ay 3240 manat bir il üçün: 3240 manat x 12 (on iki il) 38.880 (otuz səkkiz min səkkiz yüz səksən). Cavabdehin ona vurduğu maddi zərərin əvəzi olaraq 38.880 manat müəyyən etmişdir. Həmdə ötən 12 il ərzində bədənində olan xəsarətlərlə bağlı həm fiziki, həm də mənəvi olaraq əzab və sarsıntıya məruz qalmış, çəkdiyi bu mənəvi zərərin əvəzini 12.000 (on iki) manat məbləğində müəyyən etmişdir. Beləliklə, hesab edir ki, cavabdeh tərəfindən vurulmuş maddi və mənəvi zərərin əvəzi olaraq 50.880 manat ödənilməlidir.
İddia tələbinə cavabdehin münasibəti:
3. Cavabdeh MMC xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2011-ci ildə Cavabdeh MMC-nin işçisi İddiaçı Cavabdeh MMC-nin kontraktla işlədiyi Müasir Tikinti Materialları zavodunun həyətində, iş başlamamışdan öncə hündürə çıxıb telefonla danışanda, hələ ərazidə düzgün quraşdırılmamış avadanlıq ilə yıxılmışdır. İddiaçı yıxılaraq ayağını sındırmışdır. Dərhal onu Travmatologiya İnstitutuna yerləşdirib, ayağına mil qoyulmuşdur. Taleh xəstəxanadan çıxdıqdan sonra, şirkətin nümayəndələri ona baş çəkmiş, halı ilə maraqlanmışdır. Lazım olan hər şey ilə onu təchiz etmişlər. Fevral ayında Taleh ağrı hiss edib, polisə 102-yə zəng edib, şikayət etmişdir. Dekabr ayında, Qaradağ Rayonu Prokurorluğu tərəfindən yıxılan zamandan araşdırma aparılmışdır. Müfəttişliyə şikayət etmişdir. Nəticədə hər bir qurumda ehtiyyatsızlıq zəmini təsdiq edilmişdir. Amma çoxsaylı, dayanmadan şikayətlərinə hər zaman canla başla tələbləri yerinə yetirilmişdir. Fərdi olaraq, ona kənar şəxslər və özü tərəfdən şantaj məzmunlu zənglər edilmişdir. Axırıncı dəfə 2019-ci ildə olmuşdur. Yaşadığı ünvan üzrə, Polis tərəfdən ona yaxınlaşmamaq qərarı verilmişdir və İddiaçı çatdırılmışdır. O dövrdən sonra, İddiaçı yenə zəng edib, aptek reseptlərini ödətmişdir. 2023-cü ilin dekabrında İddiaçı ona zəng etmiş, ikinci dəfə evləndiyini söyləmiş, ona köməklik etməyini istəmiş, ona pensiya kəsilsin, epikrizi xəstəxanadan verilsin. Xəstəxana ona epikrizini vermiş və Taleh yaşadığı ünvan üzrə Sosial Müdafiyə işçilərinə müraciət etməli idi. O, ona pensiya düzəltməsini istəmişdir. Cavabdehdə ona, əgər düşəcəksə-veriləcək, yox-hec kəsi məcbur edib, İddiaçı pensiya kəsdirə bilməyəcini, buna görə türməyə heç kəsin düşməsinin əleyhinə olduğunu və bunun qeyri-qanuni və qeyri-mümkün olduğunu bildirmişdir. Onun sözlərindən cavabdeh həkim olduğuna görə tanışlarının çox olduğunu, yəni saxtakarlıq etməyə kimisə vadar etməsini başa düşmüşdür. Cavabdeh onun təklifini rədd etmişdir. Bir necə gündən sonra isə cavabdehə “eeee mən bəzdim, sizi məhkəməyə verirəm” demişdir. xx.xx.2011-ci ildən olan basqıya son qoyulacağını düşünür.
4. Cavabdeh MMC-nin rəhbəri X6 xx.xx.2024-cü il tarixdə iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən iddia tələbinə iddia müddətinin tətbiq edilərək rədd edilməsini xahiş etmişdir.
5. Ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xəsarət almasında Cavabdeh MMC-nin heç bir əməkdaşının və ya vəzifəli şəxsinin təqsiri müəyyən edilməmiş, onun aldığı xəsarətin onun əməyin təhlükəsizliyi qaydalarına riayət etməməsi nəticəsində baş verməsi müəyyən edilmiş, bu üzdən onun xəsarət alması ilə əlaqədar cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Eyni zamanda onun xəsarət alması ilə onun əmək qabiliyyəti məhdudlaşdırılmamış, ona əlillik dərəcəsi verilməmişdir. Bildirmişdir ki, İddiaçı xəsarət almasında Cavabdeh MMC-nin təqsiri müəyyən edilmədiyinə görə maddi zərər tələb edə bilməz. Həmçinin hadisədən 13 il müddət keçdiyini, bu zamana qədər iddiaçı Cavabdeh MMC-dən hər hansı bir zərər tələb edilmədiyini bununla da iddia tələbini ötürdüyünü bildirmişdir. Belə ki, ümumi iddia müddəti 10 il təşkil edir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
İş materialları :
6. X2 X9 Məşğulluq Filialının xx.xx.2024-cü il tarixli 3-17-2/2-M-708/2024 saylı arayışından görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) işaxtaran və ya işsiz şəxs kimi qeydiyyata alınmamışdır. İddiaçı adına Nazirliyin MEİS-ində (ƏMAS-ın “Əmək müqaviləsi bildirişləri” bölməsində) hazırda qüvvədə olan aktiv əmək müqaviləsi aşkar olunmamışdır.
7. Xəstənin ambulator, stasionar tibbi kartasından epikrizdən görünür ki, İddiaçı stasionar üzrə tibb müəssisəsinə xx.xx.2011-ci il tarixdə daxil olmuş, xx.xx.2024-cü il tarixdə çıxmış və ona “sol baldır sümüklərin aş. 1/3-in qəlpəli, yerin dəyişən sümüyü, sol daban sümüyünün yerdəyişən sınığı” diaqnozu qoyulmuşdur.
8. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərardadından görünür ki, İddiaçı işdə xəsaerət alması ilə əlaqədar kompensasiya ödənilməsi ilə bağlı Qaradağ rayon Məhkəməsinə müraciət etmiş, lakin iddia ərizəsində nöqsanlar aşkar edildiyinə görə iddia ərizəsi geri qaytarılmışdır.
9. Qaradağ Rayon Prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanılması rədd edilmişdir.
10. “X3 haqqında” 01 nömrəli aktdan görünür ki, xx.xx.2011-ci il tarixdən Cavabdeh MMC-də kliner vəzifəsində çalışan İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən iş sahəsində xx.xx.2011-ci il tarixdə saat 11:00 radələrində iş yoldaşları ilə birlikdə “Müasir Tikinti Materialları Zavodu”ndakı iş sahəsində yıxılaraq xəsarət almışdır.
11. xx.xx.2011-ci il tarixli ərizədən görünür ki, İddiaçı Cavabdeh MMC-yə müraciət edərək kliner vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir.
12. xx.xx.2011-ci il tarixli 105 nömrəli əmrdən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdən Cavabdeh MMC-də kliner vəzifəsinə təyin edilmişdir.
13. Əməyin Mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər haqqında komissiyanın rəyindən görünür ki, təhqiqat aktının 4-cü bölməsinə əsasən hadisənin baş verməsində müəssisənin vəzifəli şəxslərinin cavabdehliyi müəyyən edilməmişdir.
14. xx.xx.2011-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, iddiaçı və cavabdeh arasında xx.xx.2011-ci il tarixindən xx.xx.2012-ci il tarixinə, 01 ay müddətinə əmək funsiyası təmizlik xidməti göstərilməklə əmək müqaviləsi bağlanılmışdır.
15. xx.xx.2011-ci il tarixli ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 105 nömrəli xx.xx.2011-ci il tarixli əmrlə Cavabdeh MMC-də kliner vəzifəsinə təyin olunmuşdur.
16. Cavabdeh MMC ilə AAC Müasir Tikinti Materialları Zavodu” arasında bağlanmış xx.xx.2011-ci il tarixli AAC/268-2011 saylı müqavilədən görünür ki, Cavabdeh MMC Bakı- Salyan şosesinin 47-ci km-də yerləşən “AAC Müasir Tikinti Materialları Zavodu”nda fasadlar üçün lazımı təmizlik xidmətlərini sifarişçi üçün görməyi, sifarişçi isə işi qəbul edib əvəzində dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür.
17. Cavabdeh MMC-nin X1 qeydiyyat jurnalının, Əmək müqavilərinin qeydiyyatı kitabının, Əmrlərin qeydə alınması Kitabının və Cavabdeh MMC-nin Nizamnaməsinin surətləri iş materiallarına əlavə edilmişdir.
18. İddiaçı tərəfindən yaılmış ərizədən görünür ki, ərizədə o, X5 aid sənədləri Cavabdeh MMC-dən aldığını qyed etmişdir.
Tərəflərin izahatları :
19. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
21. Məhkəmə mülki işə Mülki Prosessul Məcəllənin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Şahid ifadəsi:
22. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi izahatda qeyd etmişdir ki, iddiaçı mənim bacısının oğludur. İddiaçı onun yanında qalır, ayağından xəsarət aldığı zamandan ona o baxmışdır. Talehin ayağı ağrıdığı üçün uzun müddət işləyə bilmir. Onun ayaq barmağı deformasiyaya uğramışdır. İddiaçının imkanı olmadığı üçün ayağını müalicə etdirə bilməmişdir. O, iddiaçını ayağına infeksiya düşdüyü üçün dəri-zöhrəvi həkiminə aparmışdır. O da, müəyyən dərmanlar yazmışdır. Dəri həkiminin hansı diaqnoz qoyduğunu isə bilmədiyini qeyd etmişdir. İddiaçının hazırda çayxanada işlədiyini bildirmişdir.
İşin faktiki halı :
23. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh MMC ilə əmək müqaviləsi bağlamaqla kliner vəzifəsinə qəbul edilmişdir.
24. Cavabdeh MMC ilə "xxxx" MMC arasında xx.xx.2011-ci il tarixdə AAC/268-2011 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən “Müasir Tikinti Materialları Zavodunda” fasadların təmizlik işlərinin aparılması nəzərdə tutulmuşdur.
25. İddiaçı X8 əmək funksiyasını icra edərkən xx.xx.2011-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən “Müasir Tikinti Materialları Zavodu”nda binanın fasadındakı təmizlik işlərinin aparılması üçün nəzərdə tutulmuş ayaqaltının üzərinə qalxmış və ayaqaltının üstündən yıxılaraq xəsarət almışdır.
26. Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən baş vermiş və xəsarət ilə nəticələnmiş bədbəxt hadisənin araşdırılması üçün təhqiqat komissiyası yaradılmış və aparılmış təhqiqatın nəticəsinə dair müvafiq akt tərtib edilmişdir.
27. Komissiya tərəfindən bədbəxt hadisənin baş verməsinin səbəbinin iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 216-cı maddəsinin 3-cü abzasının (əmək funksiyasını özünü bə başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmək..) tələblərinə əməl etməməsi olduğu müəyyən edilmişdir. Hadisə ilə əlaqədar “X3 haqqında” İZ aktı tərtib edilmişdir. Həmin aktda hadisənin baş verməsində iddiaçı və ya cavabdehin təqsiri olması qeyd edilməmişdir(akt tam tərtib edilməmişdir).
28. Təhqiqat Komissiyası tərəfindən tərtib edilmiş təhqiqat aktında hadisənin baş verməsində iddiaçı tərəfindən əmək qanunvericiliyin tələblərinə əməl edilməməsi olduğu müəyyən edilmiş və müəssisənin vəzifəli şəxslərinin isə təqsiri (cavabdehliyi) müəyyən edilməmişdir.
Məhkəmə baxışının hədləri:
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
31. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu:
9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.1. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar.
32. Azərbaycan Respublikası Əmək Məcəlləsinin : 2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
215. Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər: əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini; binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini; bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını; işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini;
216. Əməyin mühafizəsi üzrə işçilərin vəzifələrinə aşağıdakılar daxildir: əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək; əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmək, şəxsi buraxılışı olmadan qurğularda, dəzgahlarda, partlayış və həyat üçün təhlükəli digər mənbələrdə iş görməmək; əməyin mühafizəsi qaydalarının bütün pozuntuları haqqında, həmçinin baş vermiş qəzalar və bədbəxt hadisələr haqqında işəgötürənin nümayəndələrinə dərhal məlumat vermək; müntəzəm olaraq əməyin mühafizəsi normaları və qaydaları barədə biliklərini artırmaq; əməyin mühafizəsi məsələləri ilə əlaqədar işəgötürənin, iş yeri üzrə rəhbərinin, mütəxəssislərin tapşırıqlarına, məsləhətlərinə, tövsiyələrinə əməl etmək. 191.2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 239.1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. 239.2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. 239.3. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, X12 müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. 239.4. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. 239.5. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən X3lər və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur.
33. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi” Qaydaları, X12.
34. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il Qərarı.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli Qərarında qeyd edilir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
Məhkəmənin mövqeyi :
37. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.
38. İddiaçı Cavabdeh MMC-yə qarşı “bədbəxt hadisə ilə əlaqədar əmələ gəlmiş maddi zərərin ödənilməsi” tələbini 2011-ci ilin dekabr ayının 20-də cavabdeh müəssisədə əmək fəaliyyətinin icrası zamanı aldığı xəsarət ilə əlaqədar ona 50.880 manat məbləğində maddi və mənəvi zərərin dəyməsi ilə əsaslandırmışdır.
39. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdehdən 50.880 manat pul vəsaitinin tutulmasına dair iddia tələbi aşağıdakı hissələrdən ibarətdir: a. 38.880 manat maddi zərərin ödənilməsi; b. 12 000 manat mənəvi zərərin ödənilməsi.
İddia tələbinin 38.880 manat maddi zərərin ödənilməsi hissəsi ilə bağlı:
40. İddiaçı iddia tələbinin cavabdehdən 38.880 manat maddi zərərin tutulması hissəsini onunla əsaslandırmışdır ki, cavabdehin təqsiri üzündən aldığı xəsarət nəticəsində heç bir yerdə işə qəbul edilə bilməmişdir. Müntəzəm gəliri olmaması səbəbindən vurulmuş maddi zərərin məbləğini “2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hesablayaraq 38880 manat (270x12ayx12 il) məbləğində zərər dəydiyini müəyyən etmişdir.
41. Cavabdeh MMC-nin rəhbəri məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verərək verilmiş iddia tələbinin iddia müddətinin ötürülməsi ilə əlaqədar rədd edilməsini xahiş etmişdir.
42. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir”.
43. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq hesab edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin nümayəndəsinin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir. İddia məhkəmə tərəfindən əsassız hesab edildiyi təqdirdə iddia müddətinin tətbiqi barədə ərizəyə də ehtiyac qalmayacaqdır.
44. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
45. Məhkəmə ilk növbədə qeyd edir ki, Konstitusiyanın 35-ci maddəsinin Vİ hissəsinə müvafiq olaraq hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
46. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun məzmunu ondan ibarətdir ki, hər bir işçinin onun həyatına və sağlamlığına mənfi təsir etməyən və zərər vurmayan, təhlükəsizlik tələblərinə cavab verən şəraitdə işləmək hüququ vardır. Eyni zamanda, bu konstitusion hüquq işəgötürən tərəfindən əməyin təhlükəsizliyinin, işçilərin həyatının, sağlamlığının və əməyinin mühafizəsinin təmin edilməsini nəzərdə tutur.
47. İşçilərin sağlam və təhlükəsiz əmək şəraiti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.
48. Əmək Məcəlləsinin 54-cü maddəsinin 1-ci hissəsinə görə işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən sanitariya və gigiyena normalarına cavab verən iş yerinin və iş şəraitinin yaradılması, əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsini təmin etməlidir.
49. Əməyin mühafizəsi ilə bağlı normaların işəgötürən tərəfindən yerinə yetirilməsini təmin edən vasitələrdən biri əmək qanunvericiliyində nəzərdə tutulmuş qarşılıqlı maddi məsuliyyət institutudur. Onun ümumi əsasları Əmək Məcəlləsinin 191-194-cü maddələrində müəyyən olunmuşdur.
50. İşçinin və işəgötürənin maddi məsuliyyətinin qarşılıqlı xarakteri əmək hüquq münasibətlərinin təbiətindən irəli gəlir. Bu münasibətlər müqavilə xarakterli olduğundan tərəflərdən birinin əmək münasibətlərindən irəli gələn vəzifələrindən hər hansının yerinə yetirilmədiyi halda digər subyektə vurduğu ziyanı ödəmək vəzifəsini nəzərdə tutur.
51. Belə ki, əmək münasibətlərinin əsas prinsiplərindən biri əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılmasıdır (Əmək Məcəlləsinin 2-ci maddəsinin 3cü hissəsi). Bu prinsipə müvafiq olaraq qanunverici əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarını sadalayarkən, onun həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını (Əmək Məcəlləsinin 9cu maddəsinin “ç” bəndi) və əmək funksiyasının yerinə yetirilməsi zamanı əmlakına və səhhətinə dəyən ziyanın ödənilməsini (Əmək Məcəlləsinin 9-maddəsinin “i” bəndi) tələb etmək hüquqlarını göstərmişdir.
52. Qarşılıqlı maddi məsuliyyət əməyin mühafizəsini təmin edən vasitələrdən biri olduğundan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçiyə vurulan zərər görə maddi məsuliyyət müəyyən edən Əmək Məcəlləsinin 239-cu maddəsinin müddəaları həmin Məcəllənin 191-194-cü maddələri ilə sistemli şəkildə əlaqədədir. Belə olan halda Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan məsuliyyət həmin Məcəllənin 191ci maddəsində göstərilən şərtlər olduqda yaranır.
53. Əmək Məcəlləsinin 239.1-ci maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.
54. Həmin Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
55. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, işəgötürənin və işçinin bir-birinə ziyan vurması məsələsi həll edildikdə ziyanın həqiqi olması müəyyən edilməlidir. Əmək Məcəlləsinin 239cu maddəsinə münasibətdə həqiqi (real) zərər işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması və yaxud onun həlak olmasında ifadə olunur. Əmək müqaviləsi üzrə tərəflərin qanunazidd hərəkət və ya hərəkətsizliyi əmək qanunvericiliyində nəzərdə tutulan qaydaların pozulmasında, vəzifələrin yerinə yetirilməməsində və yaxud lazımınca yerinə yetirilməməsində özünü göstərir. Əmək Məcəlləsinin 215-ci maddəsində işəgötürənin əməyin mühafizəsi sahəsində konkret vəzifələri müəyyən edilmişdir. Həmin vəzifələrin yerinə yetirilməməsi (lazımınca yerinə yetirilməməsi) Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununa əsasən işəgötürənin maddi məsuliyyət daşımasına səbəb ola bilər.
57. İşəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyətinin şərti kimi səbəbli əlaqənin məzmunu ondan ibarətdir ki, ziyan işəgötürənin və işçinin qanuna zidd olan əməli nəticəsində baş vermiş olur. Bu zaman səbəbli əlaqə bilavasitə və yaxud vasitəli ola bilər. Bilavasitə əlaqə olmadığı hallarda tərəflərin məsuliyyəti istisna edilmir. Məhkəmə yanakı sübutların məcmusundan istifadə etməklə məsuliyyəti müəyyən edə bilər. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsindən həmçinin görünür ki, qanunverici məsuliyyətin yaranması şərtləri sırasında təqsiri bilavasitə göstərməmişdir.
58. Yuxarıda qeyd olunan qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür.
59. Beləliklə, qarşılıqlı maddi məsuliyyət yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyət yaranması üçün vacib hesab edir. Bu, Əmək Məcəlləsinin 191.2-ci maddəsinin “b” və “c” bəndlərindən, 192-ci maddəsinin 2-ci hissəsindən, eləcə də 194-cü maddəsinin 1-ci hissəsindən irəli gəlir.
60. Əməyin mühafizəsi qaydalarının pozulmasına görə maddi məsuliyyətə gəldikdə isə qanunverici bu prinsipi nəzərə alaraq, Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununu müəyyən etmişdir. Belə ki, həmin maddənin birinci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Göründüyü kimi, əməyin mühafizəsi qaydalarının pozulmasında yalnız təqsiri sübuta yetirilən işəgötürən məsuliyyətə cəlb oluna bilər.
61. Qanunverici təqsiri maddi məsuliyyətin yaranmasının vacib şərti kimi göstərməklə təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini də müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə qanunvericilikdə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulmuşdur. Həmin prinsipə əsasən işəgötürən öz təqsirsizliyini sübuta yetirə bilmədiyi hallarda təqsirli sayılır.
62. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi” Qaydalarında qeyd edilir ki, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır.
63. İşin məhkəmə tərəfindən tədqiq edilmiş faktiki hallarına əsasən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh MMC ilə əmək müqaviləsi bağlamaqla kliner vəzifəsinə işə qəbul edilmişdir.
64. Cavabdeh MMC ilə "xxxx" MMC arasında xx.xx.2011-ci il tarixdə AAC/268-2011 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən “Müasir Tikinti Materialları Zavodunda” fasadların təmizlik işlərinin aparılması nəzərdə tutulmuşdur.
65. Qeyd edilən müqavilənin icrası ilə əlaqədar iddiaçı X8 əmək funksiyasını icra edərkən xx.xx.2011-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən “Müasir Tikinti Materialları Zavodu”nda iş sahəsində yıxılaraq xəsarət almışdır. Belə ki, iddiaçı həmin tarixdə binanın fasadındakı təmizlik işlərinin aparılması üçün nəzərdə tutulmuş ayaqaltının üzərinə qalxmış və ayaqaltının üstündən yıxılaraq xəsarət almışdır.
66. İddiaçı baş vermiş bədbəxt hadisədə cavabdehin təqsiri olduğunu bildirmişdir. Belə ki, o, məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, işəgötürən tərəfindən onlara “hündürə çıxmaq istəməyən evə çıxıb gedə bilər” deyilmiş və onları hündürə çıxmağa məcbur etmişlər. Bu zaman isə həmin ayaqaltı düzgün bərkidilmədiyi üçün o hündürlükdən yıxılaraq xəsarət almışdır.
67. Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən baş vermiş və xəsarət ilə nəticələnmiş bədbəxt hadisənin araşdırılması üçün təhqiqat komissiyası yaradılmış və aparılmış təhqiqatın nəticəsinə dair müvafiq akt tərtib edilmişdir. Komissiya tərəfindən bədbəxt hadisənin baş vermə səbəbinin iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 216-cı maddəsinin 3cü abzasının (əmək funksiyasını özünü bə başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmək..) tələblərinə əməl etməməsi olduğu müəyyən edilmişdir. Hadisə ilə əlaqədar “X3 haqqında” İZ aktı tərtib edilmişdir. Həmin aktda hadisənin baş verməsində iddiaçı və ya cavabdehin təqsiri olması qeyd edilməmişdir(akt tam tərtib edilməmişdir).
68. Təhqiqat Komissiyası tərəfindən tərtib edilmiş təhqiqat aktında hadisənin baş verməsində iddiaçı tərəfindən əmək qanunvericiliyin tələblərinə əməl edilməməsi olduğu müəyyən edilmiş və müəssisənin vəzifəli şəxslərinin isə təqsiri (cavabdehliyi) müəyyən edilməmişdir.
69. Həmçinin iddiaçının X7 Xidmətində verdiyi izahatdan da görünür ki, bədbəxt hadisənin baş verməsinə səbəb iddiaçının ehtiyatsızlığı olmuşdur. Belə ki, izahatda qeyd etmişdir ki, ona binanın yuyulacağı barədə işəgötürən tərəfindən tapşırıq verilmiş, lakin ayaqaltının üzərinə çıxıb işə başlanılması barədə heç kəs tapşırıq verməmişdir. O, binanın yuyulacağını bildiyi üçün ayaqaltının üzərinə çıxmışdır. Həmçinin ayaqaltının üzərinə çıxmamışdan əvvəl onun bərkitmişdinizmi sualına cavabında isə bu barədə ona heç kəs heç nə demədiyi üçün etmədiyini bildirmişdir.
70. İddiaçı həmin izahatı işəgötürən tərəfindən aldadılması nəticəsində yazdığını qeyd etsə də, qeyd edilən hal məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır.
71. Belə ki, o, məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, Fuad Nəcəfov ona əgər qeyd edilən qaydada izahat versə, ona maddi yardım edəcəyini bildirdiyi üçün həmin məzmunda izahat vermişdir. Lakin iddiaçının qeyd edilən izahatı məhkəmə tərəfindən işin bütün faktiki hallarının tədqiqi və iddiaçının məhkəmə iclasları zamanı verdiyi izahatların qarşılqılı təhlili nəticəsində öz iddia tələbinin təmin edilməsi üçün verilmiş, işin faktiki halını əks etdirməyən izahat olaraq qiymətləndirilmişdir.
72. Həmçinin məhkəmə tərəfindən tədqiq edilmiş iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı texniki təklükəsizlik qaydaları barədə təlimatlandırılmışdır. Bu barədə X1 qeydiyyatı jurnalında xx.xx.2024-cü il tarixində müvafiq qeydiyyat aparılmaqla iddiaçı tərəfindən imzalanmışdır.
73. Məhkəmə həmçinin qeyd edir ki, Qaradağ rayon prokurorluğunda iddiaçının iş yerində xəsarət alması faktı üzrə müvafiq araşdırma aparılmış və aparılmış araşdırma nəticəsində İddiaçı xəsarət almasına onun özü tərəfindən tikinti-təhlükəsizlik qaydalarına riayət etməməsi səbəb olduğu müəyyən edildiyi və baş vermiş hadisə ilə əlaqədar hər hansı kənar şəxsin əməlində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyi üçün əməldə cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CM-nin 39.1.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilmiş və cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2012-ci il tarixdə qərar qəbul edilmişdir.
74. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında müvafiq qərardan görünür ki, aparılan araşdırma zamanı məhkəmə-təhlükəsizlik-texnikası ekspertizası təyin edilmiş və ekpsertin xx.xx.2012-ci il tarixli rəyində qeyd edilmişdir ki, baş vermiş hadisə ilə əlaqədar, fəhlə kliner İddiaçı şəxsi təhlükəsizliyinə riayət etmədən, ayaqaltı-lesanın dayanıqlılığının tam təmin olunmasını gözləmədən, heç kimdən icazə almadan həmin ayaqaltının üzərinə qalxdığına görə “Tikintidə təhlükəsizlik-texnikası” İİİ-4-80 “Tikinti norma və qaydaları”nın 4.3 və “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili intizam qaydaları”nın 11-ci bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin baş verməsinin texniki səbəbi olmuşdur.
75. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət, həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxımından yalnız işəgötürən təqsirli olduqda yaranır.
76. Göründüyü kimi, işəgötürənin məsuliyyəti yalnız təqsirli olduğu halda yaranır.
77. İşəgötürən təqsirli olmadığını sübuta yetirməzsə, təqsirin dərəcəsindən asılı olmayaraq tam məsuliyyət daşıyır. Təqsir məsələsi isə yuxarıda qeyd olunan qaydada aparılan təhqiqatın nəticəsində müəyyən oluna bilər. Məhz X7 Xidmətinin yaratdığı xüsusi kommisiya tərəfindən aparılan araşdırma (təhqiqat) zamanı işəgötürən öz təqsirsizliyini sübuta yetirməlidir və baş vermiş istehsalat qəzasında kimin təqsirli olması məsələsi də yalnız təhqiqat aktı ilə müəyyən oluna bilər. Yəni, iddiaçının istinad etdiyi normada, işəgötürənin təqsiri müəyyən olunduğu təqdirdə, təqsirin dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzinin tam həcmdə ödənilməli olması nəzərdə tutulmuşdur. Başqa sözlə, işəgötürənin maddi məsuliyyət daşıması (tam həcmdə) üçün onun təqsiri (dərəcəsindən asılı olmayaraq) müəyyən edilməlidir.
78. Göründüyü kimi, iddiaçının xəsarət alması ilə nəticələn xx.xx.2011-ci il tarixli bədbəxt hadisəsinin baş verməsində cavabdehin təqsiri müəyyən edilməmişdir.
79. Belə olan halda məhkəmə qeyd edir ki, xx.xx.2011-ci il tarixdə iddiaçının xəsarət alması ilə nəticələnən baş vermiş bədbəxt hadisədə Cavabdeh MMC-nin təqsiri müəyyən edilmədiyi üçün, iddiaçının cavabdehdən ona dəymiş 38880 manat məbləğində zərərin tutulması tələbi əsassızdır.
80. Məhkəmə iddiaçının aldığı xəsarət ilə əlaqədar işləyə bilməməsi, o cümlədən cavabdeh tərəfindən ona maddi yardım edilməməsi ilə bağlı izahatına münasibətə aşağıdakılar qeyd etməyi zəruri hesab edir.
81. İddiaçı iddia ərizəsində aldığı xəsarət ilə əlaqədar heç yerdə işləməməsini qeyd etməsinə baxmayaraq, məhkəmə iclasında verdiyi izahatında isə qeyd etmişdir ki, 201-ci ildən 2020-ci ilədək mühafizəçi işləmişdir, 2012-ci ilən 2017-ci ilədək çay evində işləmişdir. Həmçinin qeyd etmişdir ki, xəsarət aldığı zaman onun bütün xərcləri cavabdeh tərəfindən qarşılanmış və cavabdeh tərəfindən ona təxmini 5000 manata qədər maddi köməklik edilmişdir.
82. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehdən 38880 manat maddi ziyan tutulmasına dair iddia tələbi üzrə irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı üçün əsassız olduğundan rədd edilməlidir.
83. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqedən çıxış edərək cavabdeh tərəfindən verilən iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə isə qeyd edir ki, iddia məhkəmə tərəfindən əsassız hesab edildiyindən iddia müddətinin tətbiqi barədə ərizənin əlavə araşdırılmasına ehtiyac yoxdur. Lakin bununla belə məhkəmə cavabdehin nəzərinə çatdırmağı zəruri hesab edir ki, mülki qanunverciliyə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Qanunvericilikdə qeyd edilən tələblərlə bağlı müəyyən edilmiş istisna isə həmin zərərin ödənilmə müddəti ilə bağlıdır. Belə ki, bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir (Mülki Məcəllə maddə 384.0.3).
İddia tələbinin 12 000 manat mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı:
84. Məhkəmə iddianın mənəvi ziyan tələbi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.
85. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2002-ci il tarixli qərarında qedy edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
86. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.
87. Həmin qərarda qeyd edilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi zərərə görə maddi məsuliyyət daşıyır. İşəgötürənin hər hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində işçiyə vurulmuş mənəvi zərərin məbləği Əmək Məcəlləsinin 290-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilməlidir.
88. Əmək Məcəlləsinin 290.3-cü maddəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir.
89. Həmin maddənin qeyd hissəsində qeyd edilmişdir ki, bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir.
90. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə, iddiaçının fiziki və mənəvi sarsıntı keçirməsi təkzib olunmazdır. Ən azından ona görə ki, onun sağlamlığına ağır zərər dəymişdir. İddiaçı cavabdehdən vurulmuş mənəvi zərərə görə 150000 (yüz əlli min) manat tələb edir.
91. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı mənəvi ziyanının ödənilməsi ilə bağlı tələbini əsaslandırmamışdır. Belə ki, o, mənəvi iztirab çəkməsinin nədə ifadə olunmasını, cavabdehin hansı qanunsuz hərəkətləri nəticəsində mənəvi iztirab çəkməsini bildirməmiş və qeyd edilən hal ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir.
92. İddiaçı ümumi iddia tələbini aldığı xəsarət ilə əlaqədar uzun müddət işsiz qalması, ayaq barmağının deformasiya olunması ilə əlaqədar əməliyyat olunmalı olması, ayağında olan ağrılar ilə əlaqədar uzun müddət davamlı işləyə bilməməsi, xəsarət aldığı vaxtdan hələ də müalicəsi üçü öz hesabına 10 min manatadək xərc çəkməsi, cavabdeh tərəfindən ona maddi köməklik edilməməsi ilə əsaslandırmışdır. Lakin işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə qeyd edilən hallar öz təsdiqini tapmamışdır.
93. Məhkəmə tərəfindən cavabdehə çəkilən xərclər ilə bağlı qəbz və ya həkim tərəfindən yazılmış resept, o cümlədən qeyd etdiyi kimi baş vermiş hadisə ilə əlaqədar ayaq barmağında əyilmə olmasını təsdiq edən, əməliyyat olunmalı olmasına dair həkim müayinə arayışı vəs. təqdim edilməsi təklif edilməsinə baxmayaraq məhkəməyə qeyd edilən hallar ilə bağlı hər hansı bir sübut təqdim etməmişdir.
94. Habelə cavabdehin ona maddi köməklik etməməsini qeyd etsədə, izahatında həmçinin ilkin müalicəsnin cavabdeh tərəfindən edildiyini, daha sonra dərmanları aldıqlarını və ümumi təxmini 5000 manatadək maddi yardım etdiklərini qeyd etmişdir. Bununla yanaşı ayağında olan ağırlar ilə əlaqədar uzun müddət davamlı işləyə bilməməsini qeyd etsə də, öz izahatına əsasən müəyyən edilmişdir ki, 2012-ci ildən başlayaraq davamlı olaraq işləmişdir.
95. Əksinə işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə iddiaçının xəsarət almasının cavabdehin qanunsuz hərəkət və hərəkətsizliyinin nəticəsi olmadığı öz təsdiqini tapmışdır. Belə ki, iddiaçının baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət alması onun özünün əmək qanunvericiliyinin tələblərinə riayət etməməsinin nəticəsi olduğu müəyyən edilmişdir.
96. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində onun mənəvi iztirab keçirməsinə dair məhkəməyə sübut təqdim edilmədiyindən iddia tələbi həmin hissədə də əsassızdır, təmin oluna bilməz.
97. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının cavabdeh ilə bağladığı əmək müqaviləsinə əsasən cavabdeh müəssisədə əmək fəaliyyətinin icrası zamanı öz təqsiri ilə əlaqədar xəsarət alması, iddiaçının cavabdehə qarşı uzun müddət tələb irəli sürməsi və onun ehtiyaclarının cavabdeh tərəfindən təmin edilməsi ilə nəticələnməməlidir. Xüsusilə hazırki işdə olduğu kimi cavabdehin təqsiri olmadığı müəyyən edildiyi bir halda cavabdehin üzərinə belə bir öhdəlik qoyulması cavabdeh baxımından ədalətsiz olar.
98. Məhkəmə hazırki işin faktiki hallarına əsasən qeyd edir ki, iddiaçı tərəfindən əmək qanunvericiliyi ilə müəyyən edilmiş vəzifələrini (əməyin təhlükəsizliyi normalarına əməl etmək, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək) pozması nəticəsində aldığı xəsarət ilə əlaqədar cavabdehə qarşı 38880 manat maddi zərər və 12 000 manat mənəvi ziyanın ödənilməsi tələbini irəli sürməsi hüquqdan sui-istifadədir.
99. Belə ki, aparılmış təhqiqatın nəticəsi barədə, yəni cavabdehin təqsiri olmadığının müəyyən edildiyi barədə məlumatlı idi.
100. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilir ki, haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır.
Nəticə :
101. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, İddiaçının cavabdeh "xxxx" MMC-yə qarşı “bədbəxt hadisə ilə əlaqədar əmələ gəlmiş maddi zərərin ödənilməsi”nə dair iddia tələbi təmin təmin edilməməlidir.
102. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddiaçının Cavabdeh MMC-yə qarşı “bədbəxt hadisə ilə əlaqədar əmələ gəlmiş maddi zərərin ödənilməsi”nə dair iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva