Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1546/2022 22.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X19 Mirzəyevin sədrliyi, X11 Qurbanovun katibliyi, İddiaçı,onun nümayəndəsi və vəkili Vəkil3, Cavabdehin nümayəndəsi və vəkili X5 iştirakı ilə İddiaçı cavabdehlər Bakı şəhərindəki 50 Saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı pul, şəxsi və geyim əşyalarının qaytarılması və ya onların dəyərinin cavabdehdən alınaraq ona ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Bakı şəhərindəki 50 Saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə məhkəmədə baxılarkən iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə vermişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini onunla əsaslandırdı ki, o, 2 dəfə nikahda olmuşdur. Birinci nikahı 1989-cu ildə bağlanılıb, lakin həmin nikahı uğurlu olmayıb və o, məcbur olaraq həmin nikahı pozaraq, 2-ci dəfə 2003-cü ildə yenidən ailə qurmuşdur. Lakin bir neçə vaxtdan sonra bu nikahı da pozuldu. Bu nikahından 2 övladı var. Uzun illərdir ki, tək qalırdı. Bu tənhalıq onu üzürdü, ona görə də düşünürdü ki, özünə güvənə biləcəyi bir halal, saf insan taparaq ömrümün sonuna qədər onunla bir yerdə olsun. Onun bütün yaxın qohum- əqrabaları Naxçıvanın Culfa şəhərində yaşayırlar. Özünün də, pasport qeydiyyatı orada idi. Ona görə də, müxtəlif işləri ilə əlaqədar ara-sıra ora gedirdi. Bununla əlaqədar olaraq 2020-ci ilin dekabr ayında evlə təmin olunamayan hərbçilərə verilən illik kirayə haqqının alınması ilə əlaqədar Culfa şəhərinin Bələdiyyəsinə getmişdir. Cavabdeh2 orada mühasib vəzifəsində çalışırdı. Əvvəllər də onu orada görmüşdü, amma yaxından tanımırdı. Onun haqqında tanıdığı qohumdan məlumat aldı və məlum oldu ki, adı Səriyyədi, subaydı. Bir neçə il öncə nikahda olub, ancaq nikahı uğursuz olub və nikahdan olan 2 yetkinlik yaşına çatmayan övladı da var. Həmçinin məlum oldu ki, onun keçmiş həyat yoldaşı sonradan ailəsi ilə Türkiyə Cümhuriyyətinə köçübdür. Daha sonra onunla ciddi münasibətlərin qurulması məqsədilə qohumları vasitəsilə cavabdehə bu haqda xəbər göndərdi.Nəticədə onun telefon nömrəsi verildi və o,Səriyyə əlaqə saxlayaraq söhbət etməyə başladı. Bir neçə gündən sonra onunla görüşdü və aralarında münasibətləri yarandı. Daha sonra gələcək ailə münasibətləri quracaqları haqqında danışıqlar apardılar.Bütün bunları nəzərə alaraq ümid etdi ki, cavabdeh də onun kimi uğursuz nikahda olub, onun kimi tənhadı və ona elə gəldi ki, yaşları arasında fərq olsa da, ailə möhkəm olacaqdır. Nəticədə, günlərin birində bacısı X9 MR-nin, Culfa şəhərində Səriyyənin yaşadığı evə gedib, onun üçün elçilik edib.Orada elçiliyik müsbət qəbul olunub və hətta cavabdehin barmağına üzük taxılıb. Daha sonra,onlar nikah bağlanmasına hazırlıq işlərinə başlamışlar. O, bu anları çox böyük xoşbəxtlik ilə yaşayırdı, elə hesab edirdi ki, uzun illər yaşadığı tənhalığın sonu gəlib. Ancaq əfsuslar olsun ki, bu belə olmadı və nəinki, tənhalığının sonu gəlmədi, hətta axırıncı var dövləti aldatma yolu ilə ələ keçirildi.Onun əminiliyindən, saflığınından vicdansızcasına sui-istifadə olunaraq əlindən alındı. Cavabdeh2 ilə tanış olduğu gündən Səriyyə ona məxsus olan “Kapital Bank” plastik kartının şəkilini “vatsap”la göndərib və maddi sıxıntıları olduğundan dəfələrlə maddi yardım istəyib.O da Səriyyəyə inanaraq, 2021-ci ilin yanvar ayının sonlarında 200 manat və 100 manat, fevral ayının əvvəlində,daha sonra 350 manat, 2 dəfə 50 manat kartına pul köçürmüşdür və nəhayət fevralın 28-də Culfa şəhərində əlbə-əl pul vəsaiti vermişdir. Daha sonra iyunun 6-sı 500 manat, təyyarə bileti almaq üçün iyunun təqribən 20-də 100 manat, iyulun təqribən 12-də onun uşaqları ilə birlikdə Bakıya gəlmələri üçün yenə də təyyarə bileti alınması məqsədilə 150 manat pulu həmin karta köçürmüşdür.Ümumiyyətlə apardıqları gələcək ailə həyatı müzakiləri nəticəsində cavabdeh öyrənib ki, onun adına Bakıda rəsmiyyətdə mənzil olmasa da, vaxtı ilə 2019-cu il tarixində ünvan 1 ünvanında 1 otaqlı mənzili bacısı Zeynalova (Mustafayeva) Nəzakət Məmməd qızının adına almışdır.Bu mənzili bacısının adına ona görə ki, rəsmilləşdirmişdi ki, uzun müddət tək qalırdı və müxtəlif təhlükəli insanların dələduzluğunun qurbanına çevrilə bilərdi.Ona görə də həmin evi öz puluna alsa da, bacısının adına rəsmiləşdirmişdi.Amma elə qorxduğu başına da gəldi.Belə ki, cavabdeh təhrik edirdi ki, həmin evi öz adına keçir. Belə də etdi. Bacısı Nəzakətlə danışaraq faktiki olaraq özünün mənzilini bağışlama yolu ilə xx.xx.2021-ci il tarixində Bakı şəhəri 30 saylı Notariat Ofisində bağışlama müqaviləsinə əsasən öz mülkiyyətiə keçirdi. Lakin bununla da cavabdeh sakitləşmədi və öz məkirli planlarını sona qədər çatdırmaq məqsədi güdərək dedi ki, onun 2 uşağı,bundan başqa onlar da 2 nəfər olmaqla 1 otaqlı mənzildə daimi yaşamaq darısqal olacaq və həmin 1 otaqlı mənzilin satılmasını ondan tələb etdi. O, özünün gələcəkdə artıq cavabdehlə ömrünün sonuna qədər yaşayacağına inanaraq onunla razılaşdı.Həmin mənzili makler vasitəsilə xx.xx.2021-ci il tarixində 55500 manata sata bildi.Amma tək qaldığına görə, təhlükəsizlik baxımından satışdan əldə etdiyi pulu alqı-satqı müqaviləsini bağladığı 50 saylı Notariat Ofisinin depozit hesabında xx.xx.2021-ci il tarixinə qədər saxladı. Bu ərəfədə 2 və ya 3 otaqlı mənzilin axtarışına başladı.Cavabdehlə aralarında olan danışığa əsasən mənzili alandan sonra, o övladları ilə birgə daimi yaşamaq üçün Bakıya köçəcəkdi.Bir neçə vaxtdan sonra makler vasitəsilə əvvəllər həmişə arzuladığı yerdən bir mənzil tapıldı. Həmin mənzil 2 otaqlı idi, satışa tam hazır və boş idi. Ancaq əldə edəcəyi mənzilin öz adına alınmasına cavabdeh qəti etiraz etdi və bunu onunnla əsaslandırdı ki, o,daha gəncdi, ailənin gələcəyi üçün Naxçıvan MR-nı həmişəlik olaraq tərk edəcək.Bundan başqa onun əvvəllər 2 dəfə evli olmasını əsas kimi gətirərək bildirdi ki, bir qədər ondan arxayın deyil,ona görə də ona qarşı olan münasibətinin səmimi olmasına inanmağı üçün əldə etdiyi ev üzrə bağlanılacaq alqı-satqı müqaviləsini bütövlüklə yalnız onun adına rəsmilləşdirilməsini xahiş etdi. O da həmin mənzilin Cavabdeh2 adına rəsmilləşdirilməsinə razılıq verdi. Aldıqları mənzilin ümumi dəyəri 76000 manata razılaşdırıldı. Alqı-satqıdan öncə o, 500 manat beh verdi. Nəticədə,onlar ikisi Bakı şəhəri 50 saylı Notariat Ofisinə gələrək, əvvəlcədən tədərük etdiyi 66400 manat pulu özü ilə gətirdi və alqı-satqı müqaviləsinin bağlanılması proseduruna başlanıldı. Qeyd etmək istəyir ki, mənzilin alınmasına cavabdeh az da olsa pul xərcləyib. Bildiyinə görə o, "xxxx" ASC-dən iyul ayında 6300 manat kreditə pul götürüb və 4500 manat başqa şəxsdən götürüb. Ümumlikdə mənzilin alınmasına cavabdeh 10800 manat pul xərcləyib. Beləliklə də, açıq aşkar görünür ki, mənzilin alınmasına xərclənən pulun xeyli hissəsi onun tərəfindən ödənilib, lakin cüzi hissəsi isə cavabdeh tərəfindən verilib. Ancaq buna baxmayaraq, mənzlin tam sahibi yalnız özü olub. Yuxarıda qeyd etdiyi kimi, mənzilin ümumi dəyəri 76000 manata danışılıb, amma ümumlikdə isə 77200 manat pul vəsaiti xərclənib.O cümlədən,75820 manat mənzilin sahibinə,mənzildə su qızdırıcısı xarab olduğundan 100 manat, 52 manat istiliyə və 20 manat kommunal borca görə, ümumlikdə 180 manat çıxmışdı. Mənzil əldə olunduqdan sonra, onun əşyalar ilə təchiz olunmasını özü həyata keçirmişdir. Belə ki, satdığı 1 otaqlı mənzilində olan bütün ev əşyalarını,hamam güzgüsü, yun döşəklər, yorğanlar, balışlar, qab-qaşıq, dəhliz üçün paltar asan dəsti, 4 göz pilitə, 3 ədəd xalça, Türkiyə istehsalı olan sarı rəngdə masa, 3 ədəd stul, “Samsung” markalı 82 sm. ölçüdə olan plazma televizoru, 1 ədəd ağ rəngli kreslo, ağ rəngli divan, “Vestel” markalı soyuducu, “Vestel” markalı 7 kq. paltaryuyan maşın və sair əşyaları aldıqları mənzilə daşınıb.Həmin əşyalar bu günə kimi də oradadı. Cavabdeh2 onu gələcəkdə münasibətlərinin möhkəm olacağına inandıraraq əldə etdiyikləri mənzilə daimi pasport qeydiyyatına düşməsinə razılıq verdi. Burada dəqiqləşdirmək istərdi ki, cavabdeh təklif edib ki, nikaha yalnız alqı-satqı müqaviləsindən sonra daxil olsunlar. Bu məqsədlə tibbi müayinədən hər ikisi keçdikdən sonra Bakı “ASAN 5” Mərkəzinə gedərək, orada birgə nikaha daxil olmaq haqqında ərizə yazmışlar. X2ra 1 aydan sonra, yəni xx.xx.2021-ci il rəsmi qeydiyyata alınacağı haqqında arayış verilib. Bundan sonra əldə etdiyikləri mənzildə bir neçə gün yaşasalar da, müəyyən səbəblərə görə müvəqqəti olaraq başqa yerə getmişdi. Lakin bir neçə vaxt sonra, cavabdeh həmin mənzilin yalnız onun olmasını, həmin evi gələcəkdə kirayə verəcəyini, onun bu mənzilə dair heç bir hüququnun olmadığını ona söyləyib. O isə həmin mənzilin pulunun 90 faizini verdiyini xatırlatmış,cavabdeh isə bildirmişdir ki, əsas müqavilədir və müqavilə də yalnız onun adınadı. Bu sözlərdən sonra ona elə gəldi ki, yəqin Cavabdeh2 bir az əsəbləşərək bu sözləri söylədi və elə hesab etdi ki, bir neçə vaxt ayrı qalsalar münasibətləri yaxşılaşacaq. Çünki, ona qarşı olan gözəl münasibəti imkan vermirdi ki, cavabdehin onu aldatdığına inansın. Amma zaman göstərdi ki, yenə də səhv etmişdir, çünki nikaha daxil olmaq üçün müəyyən olunan 1 ay keçdikdən sonra, yəni xx.xx.2021-ci il tarixində Cavabdeh2 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzinə gəlmədi və orada təklikdə bir neçə saat gözlədikdən sonra anladı ki, məhz cavabdehin ona qurduğu tələyə düşmüşdür. Başladı ona zəng etməyə, lakin o zəngələrinə cavab vermədi.Təbii ki, məhz bu səbəbdən də nikah bağlanmadı.Yaranan vəziyyət “ASAN Xidmət” Mərkəzində qeydə alınıb.Onun ümid etdiyi həyat, yaratmaq istədiyim ailə və halal pulu da puç olub. Pulu vicdansızlıqla əlimdən alınıb. Bundan sonra Cavabdeh2 qarşı ərizə ilə Nizami Rayon Polis İdarəsinin 24 PB-yə müraciət etmişdir. Lakin orada “Cinayət işinin başlanılmasının rədd olunması haqqında” qərar qəbul olunub. Qərarda göstərilib ki, şikayət etdiyi məsələ mülki xarakterli olduğundan məhkəməyə müraciət etməlidir.Hesab edir ki, Cavabdeh2 tərəfindən aldadılmağında dolaysı da olsa, digər cavabdeh Bakı şəhəri 50 saylı Notariat Ofisinin təqsiri var. Çünki ən azı onun hüquqlarını da izah etməli idi. Mənzilin alqı-satqısı üçün xərclənən pulun təxmini 90 % hissəsi tərəfindən ödənilməsi, notariat ofisinin əməkdaşlarının gözlərinin qarşısında baş verib.Ona izah oluna bilərdi ki, ödədiyi pulun müqabilində o da alıcı kimi qeydə alına bilərdi və onun da həmin mənzil üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alına bilərdi. Amma indi onun sadəlövhliyindən, eləcə də hüquqi savadsızlığından ona ciddi maddi və mənəvi ziyan vurulub.O,ömrünün demək olar ki, son hissəsində bütün var dövlətinindən, pulundan, eləcə də rahat yaşamaq imkanından məhrum olunmuşdur.Bu da yolverilməzdir. Onun pozulan hüquqları bərpa olunmalı və ünvan 2 ünvanında yerləşən mənzilin cavabdehin adına alınması üçün faktiki xərclədiyim pul tamamilə Cavabdeh2 alınaraq ona qaytarılmalıdır.Bundan başqa,tərəflər arasında ilk məhkəmə prosesi zamanı öz iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermişdi.Ərizəyə (yəni, yekun iddia tələbi) əsasən, cavabdeh - Cavabdeh2 adına bağlanılmış AN-İ ******* nömrəli, xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın alqı satqı” Müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən əmlakın alınmasına xərclədiyim 66400 manat, cavabdehin kredit öhdəliyinə görə xx.xx.2021-ci il tarixində (**********565003AZN nömrəli bank hesabı) ödədiyim 225 manat pul, ödədiyim 30 manat dövlət rüsmunun əvəzi, eləcə də Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 14, 9 nömrəli mənzildə yerləşən mənə məxsus ev əşyaları və şəxsi geyimləri cavabdehdən alınaraq ona ödənilməsi (qaytarılması) haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edilmişdir.Əlavə olaraq da qeyd verilmişdir. (Qeyd: Əşyaların qaytarılması mümkün olmadıqda, onların dəyəri aşağıdakı kimi qəbul olunaraq, hər birinin dəyərini nəzərə almaqla pul şəkilində cavabdehdən alınaraq mənə ödənilmilidir). Amma sonuncu iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə şifahi olaraq məhkəmə tərəfindən qəbul olunmaqdan imtina olunmuş, imtinanın səbəbi də, ilk iddia tələbi ilə əlaqəsinin olmaması kimi əsas gətirilmişdir.Əlavə olaraq məhkəmə bildirmişdir ki, qərardad qəbul olunmadan ərizə geri qaytarılır, amma bu hala qətnamədə münasibət bildiriləcəkdir. Ancaq əfsuslar olsun ki, qətamədə sonuncu iddia tələbinin həcminin dəyişdirilməsi haqqında ərizəyə dair ümumiyyətlə münasibət bildirilməmişdir və ona ümumiyyətlə hüquqi qiymət verilməmişdir. Sanki, bu ərizə tərəfindən ümumiyyətlə verilməmişdir.Nəticə etibarı ilə prosessual hüquq normaları kobud surətdə pozulmuş və işə birtərəfli qaydada baxılmış və ən əsası odur ki, cari iddia tələbinə tam olaraq baxılmamış və qismən olaraq iddia təmin olunmuşdur. Nəticə etibarı ilə iş üzrə qəbul olunmuş 2(007)-200/2022 nömrəli, xx.xx.2022ci il tarixli qətnamə ilə “1 ədəd ağ rəngdə çarpayı üçün döşəkçə (matras), 1 ədəd 4 gözlü qaz pilitəsi (təzə); hamam üçün su qızdırıcısı (“5 minutka” kolonka) - təzə; 1 ədəd yataq yun döşəyi;1 ədəd yataq balışı, mətbəx üçün qab-qaşıq, 2 ədəd tava, 1 ədəd qazan, 10 ədəd tarelka - adlı əşyaların İddiaçı məxsus olması və həmin əşyalar üzərində iddiaçının sərəncam vermək hüququ tanınması” iddia tələbləri qismən təmin olunmuşdur. Qətnamədən apellyasiya şikayəti versə də, birinci instansiya məhkəməsində sonuncu dəfə verdiyi iddia tələbinin həcminin artırılması haqqında ərizəyə mahiyyəti üzrə baxılmadığı, eləcə də onun baxış predmetinin olmadığı əsas gətirilərək apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyası (iş nömrəsi: 2(103)- 3883/2022/ sədrlik edən Akif İskəndərov) həmin tələb üzrə verdiyi apellyasiya şikayətimə baxıla bilmədiyini ona izah etmişdir. Həmin iş üzrə də xx.xx.2022-ci il tarixində qətnamə qəbul olunmuş və apellyasiya şikayətləri (həm onun, həm də Cavabdeh2) təmin olunmadan, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. Məhz ona görə də nəzərə alınmayan, yəni baxış predmeti olmayan iddia tələblərinin hazırki məhkəmə işində baxılmasını zəruri olduğunu hesab edir. Ona görə də hazırki iddia tələblərimin həcminin artırılması haqqında ərizəni indi verir. Qeyd olunanlra əsasən Cavabdeh2 adına bağlanılmış AN-İ ******* nömrəli, xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın alqı satqı” Müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən əmlakın alınmasına xərclədiyi 66400 manat, cavabdehin kredit öhdəliyinə görə xx.xx.2021ci il tarixində (**********565003AZN nömrəli bank hesabı) ödədiyi 225 manat pulun,ödədiyi 291 manat dövlət rüsmunun əvəzinin cavabdehlərdən müştərək qaydada tutulması, eləcə də Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 14, 9 nömrəli mənzildə yerləşən ona məxsus ev əşyalarının və şəxsi geyimlərin Cavabdeh2 alınaraq ona ödənilməsi (qaytarılması) haqqında qətnamə çıxarılması, əşyaların qaytarılması mümkün olmadıqda, onların dəyəri aşağıdakı kimi qəbul olunmaqla və hər birinin dəyəri nəzərə alınmaqla pul şəkilində Cavabdeh2 alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Ev və şəxsi geyim əşyalarımının siyahısı: 1. “Vestel” markalı, 7 kq Paltaryuyan maşın (təzə) - 550 manat; 2. “Vestel” markalı, 2 kameralı, ag rəngli soyuducu (təzə, hündürlüyü təxmini 2 metr)-500 manat;3. “Samsung” markalı, 82 sm ekran ölçüsü olan qara rəngdə plazma televizoru -800 manat; 4.1 ədəd ağ rəngli qolları, üstün parçası qəhvəyi rəngli (açılıbbağlanan) Türkiyə istehsalı divan -200 manat; 5. 1 ədəd ağ rəngli kreslo -50 manat; 6. 1 ədəd stol (masa) sarı rəngdə (Türkiyə istehsalı) 120 manat; 7. 3 ədəd stul -1 ədəd 25 manat, cəmi -75 manat; 8. 1 ədəd dəhliz üçün paltarasan (prixojiy) -100 manat; 9. 3 ədəd xalça - cəmi - 450 manat; 14. 2 ədəd yataq yun yorğanları - 1 ədədi 40 manat, cəmi - 80 manat; 15. 1 ədəd hamam üçün böyük güzgü (təzə) -50 manat; 16. 1 ədəd paltar üçün dolab - 400 manat; 17. 2 ədəd yataq balışları - 1 ədəd 15 manat, cəmi - 30 manat; 18. 2 ədəd qazan, 10 ədəd tarelka - cəmi 50 manat; 19. Türkiyə istehsalı, “layka” natural dəridən gödəkçə (qısa, açıq qəhvəyi rəngdə) - 50 manat; 20. Almaniya istehsalı, qəhvəyi rəngdə qış çəkməsi (botinka), 42 ölçü-220 manat; 21. Türkiyə istehsalı, qəhvəyi rəngdə çəkmə (botinka), 42 ölçü -120 manat; 22.Türkiyə istehsalı, qəhvəyi rəngdə ayaqqabı,42 ölçü - 80 manat; 23.Qış üçün uzun, dizə kimi, mavi rəngdə “Adidas”gödəkçəsi - 90 manat; 24. Türkiyə istehsalı, 3 ədəd qış üçün qalın şalvar - cəmi 120 manat; 25. Qış üçün uzun, dizə kimi, mavi rəngdə gödəkçə (kurtka) - 70 manat. İddiaçının nümayəndəsi və vəkili Vəkil3 da eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X12 iddianı qəbul etməmiş və izahat verərək göstərmişdir ki, etiraf edir ki,tərəflər nikaha daxil olmazdan öncə aralarında şərt qoyblar ki, Səriyyənin adına mənzil alınacaq. Bundan sonra Nizami özünə məxsus evi satıb, yeni mənzil axtarmağa başlamışdır. Bir müddət sonra Nizami demişdir ki, onun mənzili bacısının adına olduğu üçün həmin mənzili sata bilmir. Həmin ərəfədə artıq ev tapıldığı üçün Səriyyənin qardaşı ona 60000 manat pul vermişdir, mənzilin dəyərinin qalan hissəsini Səriyyə bankdan kredit götürmüşdür,bundan sonra sözü gedən mənzili alıblar.Hər iki tərəf notariat orqanına gedib, sənədləşmə işləri hamısı Səriyyənin adına aparılıb, lakin pulu Nizami kassaya ödəyib. Pulun ödənilməsi əvvəlki məhkəmə iclaslarında təqdim olunan video görüntülərdə öz əksini tapıb, lakin onlar həmin görüntünün yarımçıq olduğu diqqətə çatdırırlar, çünki görüntüdə yalnız kassanın önü görsənir, notariat hərəkətlərinin aparılması hissəsi çəkilişdə yoxdur. Qaldı ki,pulu hansı səbəbə Nizami kassaya ödəyib, bununla bağlı bildirmək istəyir ki, mentalitet nəzərə alınsa, qadının yanında kişi gedirsə pul məsələlərinə ancaq kişi baxır.Orada da, Səriyyə mənzilin pulunu Nizamiyə vermişdir ki, kassada Nizami ödəniş etsin.Alqı-satqıdan sonra yeni mənzilə köçüblər, orada olan zaman iddiaçı məqsədli şəkildə Səriyyənin videolarını çəkib, ona müxəlif suallar verib, həmin görüntüləri əvvəlki məhkəmə işləri üzrə izləmişlər, bu da onu sübut edir ki, iddiaçı bu çəkilişi məqsədli şəkildə aparıb.Buna da, səbəb odur ki, mənzilə köçən zaman Səriyyə oraya qızını da, gətirib və tərəflər arasında intim münasibət olmayıb, bunun üçün də, iddiaçı əsəbləşib. Bəli tərəflər razılığa gəliblər ki,yeni mənzili Səriyyənin adına aldıqdan sonra ailə quracaqlar,lakin iddiaçı mənzili pulunu vermədi, pulu onun qardaşı verdi evi də, cavabdehin adına aldılar. Pul iddiaçının olsaydı mənzili özünün adına alardı.Bundan əlavə Səriyyə onunla ayrılmaq fikrindəydisə nəyə görə iddiaçının mənzilə qeydiyyata aldırırdı.Bəli onu da, qəbul edir ki, mənzilin əşyalarını Nizami daşıya bilərdi, çünki Səriyyə xanım olaraq bunları etməməlidir, o, qadın olaraq yük daşıyan deyil.Qeyd olunanlara əsasən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə şəxsi və geyim əşyalarının qaytarılması və ya onların dəyərinin cavabdehdən alınaraq ona ödənilməsi hissədə işin icraatına xitam verilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: 07 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki,İddiaçı Bakı şəhəri, Nizami rayonu,Nəsimi küçəsindəki 28 saylı evin 123 saylı mənzilini 55500 manata X1. 07 iyun 2021-ci il tarixli 15-32 saylı qəbzdən görünür ki, X13 həmin mənzili almaq üçün 55500 manat pulu 50 saylı Notariat Ofisi vasitəsi ilə “Kapitalbank”ın hesabına ödəmişdir. 29 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki,X7 Bakı şəhəri,Nizami rayonu,Bəhruz Nuriyev küçəsindəki 14 saylı evin 9 saylı mənzilini 75000 manata Cavabdeh2 qızına satmışdır. 29 iyun 2021-ci il tarixli 14-39 saylı qəbzdən görünür ki, Cavabdeh2 həmin mənzili almaq üçün 75000 manat pulu 50 saylı Notariat Ofisi vasitəsi ilə “Kapitalbank”ın hesabına ödəmişdir. 50 saylı Notariat Ofisindən 13 saylı vəkil Bürosunun vəkili Vəkil1 ünvanlanmış 18 may 2022-ci il tarixli məktubun məzmunundan görünür ki, İddiaçı Bakı şəhəri,Nizami rayonu, Nəsimi küçəsindəki 28 saylı evin 123 saylı mənzilinin satılması ələ əlaqədar həmin mənzilin dəyəri olan 55500 manat pulu xx.xx.2021-ci il tarixdə notariusun depozit hesabından götürmüşdür. 5 saylı Bakı “ASAN XİDMƏT”X4 İddiaçı ünvanlanmış 13 sentyabr 2021-ci il tarixli məktubun məzmunundan görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixdə heç bir üzürlü səbəb olmadan şəbəyə gəlməməsi ilə əlaqədar onlar arasında nikahın dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Azərbaycan Respublikası DİN-dən verilmiş “yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 23 iyul 2021-ci il tarixdən Bakı şəhəri,Nizami rayonu,Bəhruz Nuriyev küçəsindəki 14 saylı evin 9 saylı mənzilinə pasport qeydiyyatına alınmışdır. Bakı Şəhəri Nizmi Rayon Məhkəməsinin 2(007)-200/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə İddiaçı cavabdehlər Bakı şəhəri 50 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı,mübahisə ptedmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtasidiyyat Nazirliyi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla “alqı-satqı müqaviləsində dəyişiklik edilməsi,çıxarışın ləğv olunması,mülkiyyət hüququnun tanınması, paylara uyğun olaraq çıxarışın verilməsi, əşyaların ona məxsus olması və onların üzərində sərəncam vermək hüququnun tanınması”barədə iddiası qismən təmin olunmuş,1 ədəd ağ rəngdə çarpayı üçün döşəkçə (matras),1 dəd 4 gözlü qaz plitəsi(təzə), hamam üçün su qızıdırıcısı (“5 minutka kolonka”təzə,1 ədəd yataq yun döşəyi,1 ədəd yataq balışı,mətbəx üçün qab-qaşıq, 2 ədəd tava,1 ədəd qazan,10 ədəd tarelka adlı əşyaların İddiaçı məxsus olması və həmin əşyalar üzərində onun sərəncam vermək hüququnun tanınması,qalan hissədə iddia tələbinin təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3883/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022ci il tarixli qətnamə ilə Bakı Şəhəri Nizmi Rayon Məhkəməsinin 2(007)-200/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, Nizami özünə mənzil aldıqdan sonra çıxıb getdi Naxçıvana, mənzilin açarlarını ona təhvil verdi. Sonra pandemiya düşdüyü üçün Nizami Bakı şəhərinə gələ bilmədi. Ondan xahiş etdi ki, onun mənzilindən göz-qulaq olsun, mənzili təmizlədib, arada nəzarət etsin. Bir müddət keçəndən sonra ona zənq vurdu ki, mənzil bir otaqlıdı və o, ailə qurub, bir az geniş mənzilə köçmək istəyir.Ondan xahiş etdi ki, ona məxsus bir otaqlı mənzilini satmağa kömək etsin və iki otaqlı mənzil tapsın.Bir müddət sonra onun mənzilini satdılar ona məsləhət verdi ki, pulu bank hesabından çıxartma, onsuz da yeni mənzil alırsan, mənzili tapanda gəlib yeni mənzilin pulunu hesabdan çıxardarsan.Nizami onunla razılaşdı və pul hesabda qaldı.Bir müddət sonra mənzili tapdı, evə baxış keçirdilər, bəyəndi, sonra getdilər alqı-satqıya. Banka yaxınlaşıb hesabda olan pulu soruşan zaman, onlara bildirdilər ki, həmin vəsait müəyyən olunmayan gün tələb olunsa, hesabdan çıxarılması mümkün olmaya bilər, çünki həmin vəsaitlər notariat ofisində olan bankda saxlanılmır, bütün vəsaitlər sifarişlə gətirilir.Ona görə də,onlar qərara qəldilər ki, pulu sifariş versinlər və öncədən hesabdan çıxarsınlar.Pulu aldıqdan 3-4 gün sonra gedib mənzilin alqı-satqısını həyata keçirdilər.Onun bildiyinə görə mənzili 80 min manat civarında alıblar. Nizami ilə 4 il bundan qabaq onun işlədiyi alqı-satqı ofisinə qələndən sonra tanış olmuşdur.Həmin vaxt Nizamiyə köməklik etmişdi və o, Nəsimi küçəsində yerləşən bir mənzil almışdı.Mənzilin dəyərini Nizami şəxsən ödəyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki, Nizamini 7-8 il olar ki, tanıyırdı, o, həmişə mənzillərlə bağlı gedib-gəlib maraqlanırdı. Bir gün qəlib dedi ki, bir otaqlı evini satıb, indi isə iki otaqlı ev almaq istəyir. Bildiyinə görə onun evini Vüsal adlı makler satmışdı. Nizami ona bildirdi ki, onun mənzilinin pulu halhazırda bank hesabındadır, yeni mənzili alanda həmin hesabdan çıxardıb ödəniş edəcək.Sonra Nizamiyə 82 min manat dəyərində mənzil tapdı,onun imkanı çatmadığı üçün, həmin mənzili ala bilmədi. Bir müddət sonra ona gəlib dedi ki, başqa bir makler ona mənzil tapıb, ona 500 manat beh verib. Nizami ilə yaxın münasibətləri olduğu üçün ondan 500 manat borc pul istədi və o, həmin pulu Nizamiyə verdi. Mənzili aldıqdan sonra Nizami həmin pulu qaytardı.Nizami mənzilini satdıqdan sonra pulu bankda saxlamışdı.Nizami pulu bankdan yeni mənzili almamışdan 2-3 gün əvvəl çıxardıb.Bankda ona demişdilər ki, mənzili aldığınız gün qələndə bankda pul olmaya bilər, ona görə də, pulu qabaqcadan sifariş etmək lazımdı.Nizami də, pulu 3-4 gün əvvəl sifariş edib, hesabdan çıxardıb.Pul təxminən 2 ay qalıb bank hesabında.Nizami pulu hesabdan çıxartdı ki, yeni mənzil alsın.Yeni mənzili Yavər adlı maklerdən alıb.Nizaminin pulu çatmadığı üçün ondan xahiş etdi ki, Yavərin xidməti haqqını, yəni 700 manatı bir müddət sonra versin, o da Yavərlə yaxın olduğu üçün ondan xahiş etdi ki, pulu bir müddət sonra istəsin, Yavər də onun xahişimi qəbul etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərdi ki,Nizamini 4-5 il olar ki, tanıyır. Nizami qəlib ona dedi ki, bir otaqlı evini satıb, indi isə iki otaqlı ev almaq istəyir. Nizamiyə mənzil tapdı, həmin mənzilin dəyəri 76 min manat idi. Nizaminin pulu az miqdarda çatmırdı, o, 500 manat beh verərək pulun çatmayan hissəsini düzəltməsi üçün 10 gün vaxt istədi. Ev sahibi razılaşdı və vaxt verdi. Nizami dediyi vaxta pulu tamamladı qəldi, lakin qələn zaman ona dedi ki, mənzili başqa bir şəxsin adına alacaq. Ona 700 manat xidmət haqqı ödəməliydi, ümumi tanışları var, Ramiz adlı makler, Ramiz ondan xahiş etdi ki, həmin pulu Nizami bir müddət sonra ödəsin, o da, buna etiraz etmədi. Mənzil alındıqdan sonra, Nizami sözünün üstündə durdu və onun xidmət haqqını ödədi.Mənzili Nizamiyə o göstərmişdir,xanıma mənzil göstərməmişdir.Mənzildə olan kalonkanı Nizami alıb.Notariat ofisində olan zaman pul Nizamidə olub. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 291 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda istinad olunan maddələrinə əsasən: 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; İşin hallarından görünür ki,İddiaçı ilə Cavabdeh2 rəsmi nikah bağlamaqla evlənmək qərarına gəlmişlər və bu məqsədlə qeydiyyat şöbəsinə ərizə vermişlər.Nikahın qeydiyyat tarixi xx.xx.2021-ci il müəyyən olunmuşdur.Lakin həmin tarixdə Cavabdeh2 qeydiyyat orqanına gəlməməsi səbəbindən nikahın rəsmiləşdirilməsi mümkün olmamışdır. Piriyeva X3 Nizami Məmməd oğlu ilə evlənməyə bu şərtlə razılıq vermişdir ki,Nizami mülkiyyətində olan Bakı şəhəri,Nizami rayonu,Nəsimi küçəsindəki 28 saylı evin 123 saylı mənzilini satmalı,daha geniş 2 və ya 3 otaqlı mənzili onun adına almalıdır.Nizami onunla razılaşmış,öz mənzilini 07 iyun 2021-ci il tarixdə 55500 manata satmış,lakin Cavabdeh2 tələbi ilə daha geniş mənzil almağa söz verdiyi üçün mənzilin satışından əldə etdiyi 55500 manat pulu notariat ofisinin depozit hesabında saxlamış,bundan sonra yeni mənzilin axtarışına başlamış,tanış maklerin köməkliyi ilə satışda olan Bakı şəhəri,Nizami rayonu,Bəhruz Nuriyev küçəsindəki 14 saylı evin 9 saylı mənzili tapmış,yalnız bundan sonra notariat ofisinin depozit hesabında saxladığı 55500 manat pulu hesabdan çıxarmış,bundan 4 gün sonra Bakı şəhəri,Nizami rayonu,Bəhruz Nuriyev küçəsindəki 14 saylı evin 9 saylı mənzilini 75000 manata alaraq Cavabdeh2 adına sənədləşdirmişdir.İddiaçı həmin vəsaitin 66400 manat hissəsinin onun tərəfindən öddənildiyini,qalan hissəsinin isə Cavabdeh2 tərəfindən ödənildiyini qeyd etmişdir.Cavabdeh isə pulun 60000 manatını qardaşından borc aldığını,qalan hissəsini öz vəsaitindən ödədiyini bildirmişdir. Məhkəmə tərəflərin verdiyi izahatları,tərəflər arasında olmuş ilk məhkəmə araşdırması zamanı və hazırkı işin araşdırılması zamanı dindirilmiş şahidlərin ifadələrini,digər sübutları və işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən evin alqısatqısı zamanı 66400 manat ödənilməsi öz təsdiqini tapır. Belə ki,iş üzrə dindirilmiş şahidlər(ikinci mənzilin alınması ilə əlaqədar)göstərmişlər ki,mənzil məhz iddiaçı tərfindən alınmışdır,alqı-satqı ilə əlaqədar başqa bir şəxslə(xüsusilə cavabdehlə) heç bir təmasda olmamışlar. Bundan başqa, iddiaçı özünə məxsus olan mənzilin satışından əldə etdiyi pul vəsaitini mübahisəli mənzilin alınmasından 4 gün əvvəl notariat ofisinin depozitindən çıxarmışdır. Bundan başqa,iddiaçının nümayəndəsi-vəkili məhkəmə iclasında izahat verərkən etiraf etmişdir ki,mənzilin dəyəri olan 75000 manat pulu xəzinəyə məhz Nizami təqdim etmişdir.Lakin bu o anlama gəlmir ki,həmin vəsait Nizamiyə məxsusdur.Sadəcə mentalitetə görə Nizami kişi olduğu üçün pul onda olmuşdur. Bundan başqa,cavabdeh pul vəsaitinin 60000 manat hissəsini qardaşından aldığını bildirsə də,bunu təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir.Culfa rayon vergilər şöbsəindən alınan xx.xx.2022-ci il tarixli arayışa görə Cavabdeh2 qardaşı X14 xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək cəmi 63 manat(əmək failiyyəti ilə əlaqədar) vergi ödəmişdir.Azərbaycan Respublikası ƏMDX-dən alınmış xx.xx.2022-ci il tarixli arayışa əsasən X8 adına Azərbaycan Respublikasının ərazisində əmlak aşkar edilməmişdir. Bundan başqa, cavabdeh iddiaçı ilə ailə qurmaq fikrindən daşınsa da,onun cavabdehin adına səndləşdirilmiş Bakı şəhəri,Nizami rayonu,Bəhruz Nuriyev küçəsindəki 14 saylı evin 9 saylı mənzilnə qeydiyyata düşməsinə razılıq vermişdir. 23 iyul 2021-ci il tarixdə İddiaçı həmin mənzilə qeydiyyata alınmışdır. İddiaçıya məxsus əşyaların qeyd olunan mənzilə gətirilməsinə etiraz etməmişdir.Məhkəmə hesab edir ki,bu hərəkətləri ilə cavabdeh öz münasibətlərində ciddi olduğunu,həmin mənzildə həqiqətən də iddiaçı ilə birlikdə yaşamaq istədiyini sübuta yetirməyə çalışmışdır.Lakin öz istəyinə nail olduqdan sonra ailə qurmaqdan imtina etmişdir. Göründüyü kimi, Cavabdeh2 İddiaçı pul vəsaətindən heç bir hüquqi əsas olmadan yararlanaraq əsassız varlanmış və öz adına əmlak əldə etmişdir. Qeyd olunanlara əsasən məhkəmə iddianı 66400 manat pulun Cavabdeh2 alınaraq iddiaçıya verilməsi hissəsində əsaslı hesab edir. Cavabdehin borcu üçün banka ödədiyi 225 manat pulun tələb olunması hissəsində iddia təmin olunmamlıdır.Belə ki,iddiaçı işin bu halını təsdiq etmək üçün məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bundan başqa,iddiaçı Bakı şəhərindəki 50 saylı Notariat Ofisindən hansı əsaslarla pulun müştərək qaydada tutulmasını əsaslandırmamış,buna qarşı sübutlar təqdim etməmişdir. Məhkəmə hesab edir ki,mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanarkən 50 saylı Notariat Ofisi tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Ona görə də 50 saylı Notariat Ofisinə qarşı irəli sürülmüş tələb təmin olunmamalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb qiymətləndirərək, hesab edir ki,iddia qismən təmin edilməli, Cavabdeh2 66400 manat pul və 291 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilməli,qalan hissədə iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin olunsun. Cavabdeh2 66400 manat pul və 291 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-1546/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1546/2022
22.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver