Məhkəmə qərarları › İş №2(007)-155/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-155/2023

10.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-155/2023 10.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X12 Mirzəyevin sədrliyi, X4 Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı1 və Cavabdeh Xaşpolad qızına qarşı əmlakda payların müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Xaşpolad qızına qarşı əmlakda payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 10 fevral 2023-cü il tarixli qərardadla İddiaçı2 münasibətdə iddia ərizəsi geri qaytarılmışdır. (iddia ərizəsi olun tərəfindən imzalanmadığına görə) Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi Nümayəndə2 iddia tələbini onunla əsaslandırdı ki, Bakı şəhəri, Nizami rayon Keşlə qəsəbəsi, Aşıq Ələsgər küçəsi dalan 1, 3 c saylı fərdi ev hüquqlarını müdafiə etdiyi şəxsin valideynlərindən miras qalıb, DƏDRX-n Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli «Çıxarış»a əsasən hər mənzil hər iki iddiaçının və onların qardaşları X2 ümumi birgə mülkiyyətindədir. X7 vəfat edib və onun həyat yoldaşı fərdi evə daxil olmaq, mülkiyyətlərindən təyinatı üzrə istifadə etmələrinə maneçilik törədir. Bu səbəbdən məhkəməyə müraciət etmək və ümumi birgə mülkiyyətdə olan əmlakda pay bölgüsü aparmaq məcburiyyətində qalıblar. Digər iddiaçı onun doğma bacısıdır və onlar Cavabdeh Xaşpolad qızının qanunsuz əməllərindən ziyan çəkirlər, belə ki, qeyd etdiyi kimi mülkiyyətində olan daşınmaz əmlakdan istifadə edə bilmir, səbəb isə cavabdehin hüquqa zidd əməlləridir. Qeyd olunanlara əsasən Bakı şəhəri, Nizami rayon Keşlə qəsəbəsi, Aşıq Ələsgər küçəsi 1-ci dalan ev 3c saylı,84.30 kv.m ümumi yaşayış sahəsi,0.011570 kv.m torpaq sahəsi olan ümumi birgə mülkiyyətdəki fərdi yaşayış ebinə ümumi birgə mülkiyyətçilərin paylarının müəyyən edilməsi,müəyyən edilmiş payların çıxarışlarının verilməsi, yeni giriş-çıxış hissələrinin müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, Cavabdeh onun anasıdır,lakin onun paylı mülkiyyətdə hər hansı bir mənzil yoxdur.Anasının həmin mənzilə yalnız qeydiyyatı vardır. Buna görə də xahiş edir ki, idda tələbi anasına qarşı əsassız qaldırıldığı üçün təmin olunmasın. Məhkəmə tərəflərin izahatlarını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki,iddia əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti İdarəsindən verilmiş Çıxarışdan görünür ki Bakı şəhəri, Nizami rayon Keşlə qəsəbəsi, Aşıq Ələsgər küçəsi 1-ci dalan ev 3c saylı,84.30 kv.m ümumi yaşayış sahəsi, 0.011570 kv.m torpaq sahəsi olan fərdi yaşayış evi İddiaçı1, Əfqanlı İddiaçı2 və X2 ümumi paylı mülkiyyətindədir. Azərbaycan Respublikası DİN “Yaşayış yeri üzrə qeydiyyat haqqında ”536740 v saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, mübahisəli mənzildə İddiaçı1 qeydiyyatdadır. Doğum haqqında şəhadətnamədən görünür ki,Nümayəndə1 atası X5,anası isə X3r Doğum haqqında şəhadətnamədən görünür ki X1 atası X6,anası isə İddiaçı1dır. Doğum haqqında şəhadətnamədən görünür ki,X1 atası X6,anası isə İddiaçı1dır. “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin 30 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayon Keşlə qəsəbəsi, Aşıq Ələsgər küçəsi 1-ci dalan ev 3c saylı, 84.30 kv.m ümumi yaşayış sahəsi, 0.011570 kv.m torpaq sahəsi olan fərdi yaşayış evin mülkiyyətçilərin paylarına uyğun olaraq naturada bölünmısi mümkün deyil. Azərbaycan Respublikası Mülki Məcəllənin aşağıda sadalanan maddələrinə əsasən: 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. İşin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayon Keşlə qəsəbəsi, Aşıq Ələsgər küçəsi 1-ci dalan ev 3c saylı,84.30 kv.m ümumi yaşayış sahəsi,0.011570 kv.m torpaq sahəsi olan fərdi yaşayış evi İddiaçı1,Əfqanlı İddiaçı2 və X2 ümumi paylı mülkiyyətindədir. Cavabdeh Xaşpolad qızı mülkiyyətçi olmasa da,həmin mənzildə qeydiyyatda olmaqla yaşayır və mülkiyyətçılərdən biri olan X2 qızıdır. İddia ərizəsinin məzmunundan görünür ki,iddiaçı payların naturada bölünməsini tələb edir. Cavabdeh mülkiyyətçi olmasa da yaşayır və iddiaçının öz payından istifadəsinə maneçilik yaradır.Bu səbəbdən iddiaçı payların 1/3 hissədə naturada bölünməsini tələb edir. Lakin ekspert rəyindən görünür ki,payların bərabər olaraq hər birinə 1/3 hissədə bölünməsi texniki cəhətdən mümkün deyil.Ona görə də iddia təmin olunmamalıdır. Ekspertiza tədqiqatının dəyəri 400 manat iddiaçı tərəfindən “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinə ödənilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki,iddia əsassız olduğundan təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı1 və Cavabdeh Xaşpolad qızına qarşı əmlakda payların müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar