Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1570/2019 02.05.2019 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi məhkəmə iclas katibi Rzayeva Zeynəb Azad qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayının nümayəndələri X2 və X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayına qarşı “təhsil müddətin xidmət müddətinə hesablanması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayına qarşı “təhsil müddətin xidmət müddətinə hesablanması” tələbinə dair məhkəməyə müraciət edərək iddiaçının 14 avqust 2015-ci il tarixdən 12 dekabr 2017-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil aldığı müddətin hər 4 gününün 1 gün hərbi xidmət müddətinə hesablanması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat vermiş və təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayının nümayəndələri X2 və X3 məhkəməyə vəsatət verərək iddiaçının iddiasının inzibati mübahisə olduğundan onun mümkün sayılmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə, ərizəni, vəsasəti və mülki işin sənədlərini nəzərdən keçirib hesab edir ki, İddiaçı “təhsil müddətin xidmət müddətinə hesablanması”na dair ərizəsinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci və 2.2.2. maddələrinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiadan müəyyən olunur ki, iddiaçı hazırkı tələbi ilə bağlı inzibati orqanın hər hansı bir hərəkət və hərəkətsizliyi barədə rayon məhkəməsinə deyil İnzabati və İqtisadi Məhkəməsinə müraciət etməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1-ci maddəsinə əasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci maddəsinə əasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 04 nömrəli Qərarının 15.4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayına qarşı “təhsil müddətin xidmət müddətinə hesablanması” üzrə mülki işin icraatına xitam verilməli, iddiaçıya hazırki məsələ ilə müvafiq inzibati-iqtisadi məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayına qarşı “təhsil müddətin xidmət müddətinə hesablanması” üzrə mülki işin icraatına xitam verilsin. Ərizəçiyə hazırki məsələ ilə müvafiq inzibati-iqtisadi məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1570/2019
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1570/2019
02.05.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver