Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1600/2021 03.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı, eyni zamanda müstəqil iddia tələb üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi, özü də müstəqil tələb irəli sürən üçüncü şəxs olan X4, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının vəkili Vəkil2, Qarşılıqlı iddia, eyni zamanda müstəqil iddia tələb üzrə Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdeh X7 qarşı qanunsuz fəaliyyət göstərən mağazanın fəaliyyətinin dayandırılması ilk iddia tələbinə dair, İddiaçı X5 cavabdeh İddiaçı və qeyrilərinə qarşı qeyri-yaşayış sahəsində qanunsuz fəaliyyət göstərilməsinə son qoyulmasına və dəymiş ziyanın ödənilməsina dair qarşılıqlı iddia tələbinə dair, Müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər İddiaçı,Cavabdeh4 Nadir oğluna və Cavabdeh3 Nadir oğluna qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X7 qarşı qanunsuz fəaliyyət göstərən mağazanın fəaliyyətinin dayandırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki,onun Bakı şəhər, Nizami rayonu, Əliağa Kürçaylı küçəsi 4 saylı binanın yaxınlığında qeyri-yaşayış sahəsi vardır. Bu barədə ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Resteri Xidmətinin Texniki Pasportu da vrerilib. X12 surətini ərizəyə əlavə etmişdir.Ona məxsus həmin qeyri-yaşayış sahəsinə bitişik halda cavabdeh X7 məxsus metal qaraj mövcuddur.Lakin həmin qarajdan hal-hazırda təyinatı üzrə istifadə edilmir və həmin metal qaraj mağaza kimi fəaliyyət göstərir. Qanunvericiliyin tələblərinə əsasən cavabdeh X9 həmin metal qarajdan təyinatı üzrə istifadə etməlidir və həmin qarajı satmaq, bağışlamaq və icarəyə vermək ona qadağa edilib.Dəfələrlə cavabdeh X3 həmin mağazanın fəaliyyətinin dayandırılması tələb olunsa da o, buna əhəmiyyət verməyib. Bütün bunları əsas gətirərək cavabdeh X5 qanunsuz fəaliyyət göstərən mağazasının fəaliyyətinin dayandırılması ilə əlaqədar məhkəməyə müraciət etmək qərarına gəlmişdir.Onun ümüdi ancaq məhkəməyədir.Qeyd olunanlara əsasənBakı şəhəri Nizami rayonu,Əliağa Kürçaylı küçəsi 4 saylı binanın yaxınlığında ona məxsus olan qeyri-yaşayış sahəsinə bitişik halda olan və X7 məxsus qanunsuz fəaliyyət göstərən mağazanın fəaliyyətinin dayandırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmədə işə baxılarkən X1 Roza Rza qızına qarşı,təyinatı üzrə istifadə edilməyən qeyr-yaşayış sahəsində qanunsuz fəaliyyət göstərilməsinə son qoyulması və dəymiş ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia vermiş,daha sonra isə qarşılıqlı iddia üzrə cavabdehlərin dairəsini artıraraq həmin tələbi həm də Cavabdeh2,Cavabdeh4 və Cavabdeh3 qarşı irəli sürmüşdür. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilk növbədə ilk iddia tələbinə münasibət bildirərək qeyd etmək istəyir ki, həmin ərizə hüququ olmayan şəxs tərəifndən verilib. İddia ərizəsi tamamilə əsassızdır.Mağazanın fəaliyyətinin dayandırılması barədə iddianı İddiaçı qaldıra bilməz. Xahiş edir ki,ilk iddia təmin olunmasın. Qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd edir ki, İddiaçı ünvan 1 saylı binanın yaxınlığında onun qeyri-yaşayış sahəsi kimi qeydə alınan obyektinə bitişik qeyri-yaşayış sahəsində (qarada) fəaliyyət göstərsə də, müvafiq olaraq vergi, sosial müdafiə orqanlarında qeydə alınmamaqla, kənd təsərrüfatı məhsulları satışı ilə məşğul olsa da X2, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyində müvafiq qaydada qeydiyyata alınmadan, yoxlanılmadan, ətrafı zibiliiyə çevirməklə yanaşı buna irad bildirərkən, onun əri Cavabdeh2 ona məxsus obyektin qaz sayğacını, eləcə də obyektə gələn boruları qəsdən məhv etməklə onlara min manatdan artıq ziyan vurub. Bununla bağlı, 102 xidmətinə,Nizami rayon Polis İdarəsinə müraciət etmişlər,onlara ziyan dəyməsi faktı təsdiq edilib və İddiaçı əri Cavabdeh2 inzibati məsuliyyətə cəlb olunub. Bu səbəbdən iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim etmişlər. Buna görə də, xahiş edir ki, qarşılıqlı idda tələbi təmin olunmaqla cavabdehlərdən dəymiş ziyanın əvəzi olaraq 1000 manat,mənəvi ziyana görə 2000 manat və dövlət rüsumu kimi ödədiyi 31 manat pulun caavbdehlərdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılsın. Müstəqil tələb irəli sürən üçüncü şəxs X10 iddia tələbini onunla əsaslandırmışdır ki, fiziki şəxs olaraq vergi ödəyicisi kimi vergi orqanında qeydiyyata alınaraq sahibkar kimi atasına məxsus ünvan 1 ünvanda atası Əskərov Tapdığın qeyri-yaşayış sahəsindən əvəzsiz qaydada istifadə etməklə kassa aparatı quraşdıraraq sahibkarlıq fəaliyyət göstərir və paltar satışı ilə məşğul olur. Obyektdə kassa aparatı quraşdırılıb və sadələşdirilmiş vergi ödəyicisi kimi rüblük gəlir və vergilərini vergi orqanına verir. Aylıq dövriyyəsi 1200 manatdır və bu barədə rəsmi hesabatları vergi orqanında vardır və dövriyyəyə görə də vergi ödəyir. Cavabdehlərin obyektə gələn su və kanalizasiya xətlərini dağıtması nəticəsində o, artıq 2 aydır ki, sahibkarlıq fəaliyyəti göstərə bilmir və aylıq 1200 manat olmaqla 2400 manat gəlirdən məhrum olmaqla həmin məbləğdə ona maddi ziyan dəyib. Cavabdehlərin hərəkətləri nəticəsində sahibkarlıq fəaliyyəti həyata keçirən şəxs olaraq ona ziyan dəyməsi 09 yanvar 2021-ci il tarixli 25-ci Polis Bölməsinin qərarında öz təsdiqini tapıb və hazırda həmin bölmədə cavabdehlərin izahatları da vardır.Bu gün Nizami Rayon Məhkəməsində cavabdehlərin inzibati məsulyyətə cəlb edilməsi barədə polis bölməsinin protokoluna baxılıb və qərar qəbul olunub.İddiasını təsdiq edən 25-ci PB-nin materialları, videogörüntü, vergi hesabatları, vergi qeydiyyat sənədləri vardır. Cavabdehlərin hərəkətləri nəticəsində faktiki olaraq gəlirdən məhrum olunmuşdur.Artıq 2 aydır ki, mağaza fəaliyyət göstərmir, qapısı bağlanıb, su və kanalizasiya xətlərinin dağıdılması nəticəsində və cavabdehlərin qanunsuz müdaxilələri nəticəsində faktiki olaraq mağaza fəaliyyətini dayandırmağa məcbur olmuşdur.O, işləmədiyi 2 ay ərzində hər ay 1200 manat olmaqla gəlirdən məhrum olmuşdur.Yəni,ona 2400 man maddi ziyan dəyib. Qeyd olunanlara əsasən cavabdehlər İddiaçı,Cavabdeh4 Nadir oğlundan və Cavabdeh3 Nadir oğlundan müştərək qaydada su və kanalizasiya xətlərinin dağıdılması və cavabdehlərin qanunsuz müdaxilələri nəticəsində işləmədiyi 2 ay ərzində hə ay 1200 manat olmaqla gəlirdən məhrum olduğu 2400 manat maddi ziyanın onun xeyrinə tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia, eyni zamanda müstəqil iddia tələbi üzrə cavabdeh İddiaçı ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi.İlk iddianın təmin, qaşılıqlı iddianın və müstəqil tələbin rədd olunmasını xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 da eyni məzmunlu izahat verərək ilk iddianın təmin, qaşılıqlı iddianın və müstəqil tələbin rədd olunmasını xahiş etdi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi, özü də müstəqil tələb irəli sürən üçüncü şəxs olan X10 ilk iddianı qəbul etmədi qarşılıqlı iddianı və müstəqil tələblə bağlı iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X5 vəkili Vəkil2 ilk iddianın rədd qarşılıqlı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak şəxsləri dinləyib iş materiallarını araşdıraraq hesab edir ki,qarşılıqlı iddia qismən təmin olunmalı,ilk iddia və müstəqil tələb təmin olunmamalıdır. İş materiallarında olan: Qeyri-yaşayış binasının texniki pasportundan görünür ki, Bakı şəhəri,Nizami rayonu,Əliağa Kürçaylı küçəsindəki 4 saylı binanın yaxınlığındakı qaraj İddiaçı məxsusdur. Qeyri-yaşayış binasının texniki pasportundan görünür ki, Bakı şəhəri,Nizami rayonu,Əliağa Kürçaylı küçəsindəki 8 saylı qaraj X7 məxsusdur. Azərbaycan Respublikası Vergilər Nazirliyinin fiziki şəxsin fərdi sahibkarlıq uçotu haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı küçəsindəki 4 saylı evin 47 saylı mənzilində yaşayan X10 fərdi sahibkardır. VÖEN:********** Azərbaycan Respublikası İqtisadiyyat Naazirliyi yanında Dövlət Vergi Xidmətinin **********45 sayı arayışından görünür ki, X10 ********** VÖEN nömrəsi ilə, ünvan 2 ünvanda 24.05.2016-cı il tarixdən qadın geyimlərinin satışı üzrə sahibkarlıq fəaliyyəti göstərir. Nizami Bələdiyyəsindən verilmiş 24.06.2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu,Əliağa Kürçaylı küçəsindəki ev 4 və 8 saylı binaların baş tərəfində yerləşən qeyri yaşayış sahəsində Cavabdeh1 vergi ödəyicisi kimi qeydiyyatdadır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-1885/2021-ci il tarixli inzibati iş üzrə qərarından görünür ki, Cavabdeh2 Bakı şəhəri,Nizami rayonu,Əliağa Kürçaylı küçəsindəki 8 ünvanın yanında yerləşən X6 obyektinə məxsus su xəttlərinin yararsız hala salınmasına görə Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinmiş və inzibati xəta nəticəsində vurulmuş ziyanın iki misli,yəni 15 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 01 oktyabr 2021-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri,Nizami rayonu,Əliağa Kürçaylı küçəsindəki 4 saylı binanın yaxınlığında yerləşən,Cavabdeh1 məxsus qeyri-yaşayış sahəsinin su və kanalizasiya xəttlərinə ziyanın dəydiyi müəyyən edilmişdir.Həmin ziyanın aradan qaldırılması mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 372.0 manat vəsait tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məhkəmə hər üç iddianı araşdıraraq aşağıdakı nəticəyə gəlir: Həm ilk iddia,həm də qarşılıqlı iddia qanunsuz fəaliyyət göstərən mağazaların fəaliyyətinin dayandırılması hissəsində əsassızdır.Belə ki,tərəflərin birinin digərinə qarşı bu cür iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququları yoxdur.Ona görə ilk iddia təmin olunmamalıdır. Qarşılıqlı iddia qismən əsaslıdır. Belə ki,iş materiallarında olan sübutlardan görünür ki, qarşılıqlı iddia üzrə Cavabdeh2 ünvan 4 ünvanın yanında yerləşən X6 obyektinə məxsus su xəttlərini yararsız hala salmış və bununla əlaqədar inzibati qaydada məsuliyyətə cəlb olunaraq cəzalandırılmışdır.Həmən əməl nəticəsində qarşılıqlı iddiaçı və əmlakın sahibi olan Cavabdeh1 (X11 onun oğlu olsa da əmlakın sahibi deyil və orada ticarət fəaliyyəti ilə məşğul olur) 372.0 manat ziyan dəymişdir. Ona görə də Cavabdeh2 372.0 manat ziyan və 31 manat dövlət rüsumu Cavabdeh1 xeyrinə tutulmalıdır. Müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər İddiaçı,Cavabdeh4 Nadir oğluna və Cavabdeh3 Nadir oğluna qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamlıdır. Belə ki,müstəqil tələb irəli sürən 3-cü şəxs 2 ay müddətində fəaliyyət göstərdiyi obyektin işləməməsinin məhz həmin cavabdehlərin qanunazidd əməlləri nəticəsində baş verdiyini göstərsə də bunu təsdiq edən kifayət qədər sübutları məhkəməyə təqdim edə bilməmişdir.Bu səbəbdən mənəvi zərərin tələb olunmasına dair hissədə də müstəqil tələb təmin olunmamlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları özü sübuta yetirməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar”sübut standartları tətbiq edilir(93-cü paraqraf). Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı X7 qarşı qanunsuz fəaliyyət göstrən mağazanın fəaliyyətinin dayandırılması tələbinə dair ilk iddia təmin olunmasın.Həmin iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid olunsun. X5 İddiaçı, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 Nadir oğluna qarşı təyinatı üzrə istifadə edilməyən qeyri-yaşayış sahəsində qanunsuz fəaliyyət göstərilməsinə son qoyulması və dəymiş ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia qismən təmin olunsun. Cavabdeh2 372 manat zərər və 31 manat dövlət rüsumu alınaraq X7 verilsin.Qalan hissədə qarşılıqlı iddia təmin olunmasın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Müstəqil tələb irəli sürən 3-cü şəxs X4 cavabdehlər İddiaçı, Cavabdeh4 Nadir oğluna, Cavabdeh3 Nadir oğluna və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia təmin olunmasın.Həmin iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-1600/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1600/2021
03.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver