Məhkəmə qərarları › İş №2(007)-1605/2019

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1605/2019

12.04.2019 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1605/2019 12.04.2019 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayeva Zeynəb Azad qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin "xxxx" MMC-nin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs (xx.xx.1956-cı ildə Bakı şəhərində doğulmuş, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, seriyası AZE və nömrəsi 0*******) dövlət büdcəsinə olan 2873 manat 83 qəpik məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tələbini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs rəhbərlik etdiyi "xxxx" MMC (VÖEN:**********) vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə 08.01.2019-cu il tarixə 2873 manat 83 qəpik məbləğində (o cümlədən vergilər üzrə 2675 manat 78 qəpik, faizlər üzrə 118 manat 05 qəpik, maliyyə sanksiyas üzrə 80 manat) vergi borcu vardır. Reyestr məlumatlarına əsasən Maraqlı şəxs Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi ev 7A, mənzil 48 ünvanda yaşayır. Borcun ödənilməsi üçün hüquqi şəxsə 29.06.2018-ci il tarixli **********373800 nömrəli bildiriş göndərilsə də, vergi ödəciyisi yaranmış borç məbləğini ödəməmişdir. Ona görə də, "xxxx" MMC-nin dövlət büdcəsinə olan 2873 manat 83 qəpik məbləğində borcunun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri Maraqlı şəxs (xx.xx.1956-cı ildə Bakı şəhərində doğulmuş, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, seriyası AZE və nömrəsi 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin etibarnamə əsasında nümayəndəsi X1 iş həcminin çox olması ilə əlaqədar məhkəmə iclasına ərizəçinin iştirakı olmadan baxılmasına dair məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin hüquq şəxs haqqında rəsmi məlumatından, eləcə də, Departament tərəfindən ona göndərilmiş bildirişdən görünür ki, Maraqlı şəxs rəhbərlik etdiyi, "xxxx" MMC layihə işləri ilə bağlı fəaliyyət göstərmiş və onun 08.01.2019-cu il tarixə 2873 manat 83 qəpik məbləğində borcu vardır. Bundan əlavə, iş materiallarına əlavə edilmiş AR vətəndaşının şəxsiyyət vəsiqəsi barədə məlumatın surətindən görünür ki, xx.xx.1956-cı ildə Azərbaycan Respublikası Bakı şəhərində doğulmuş, Maraqlı şəxs Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi ev 7A, mənzil 48 ünvanda yaşayır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş qeyd edilən rəsmi sənədlərdən müəyyən edildi ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələb olunan Maraqlı şəxs həqiqətən "xxxx" MMC-yə rəhbərlik etmiş, onun faktiki yaşayış ünvanı da, ünvan 1cəsinə 08.01.2019-cu il tarixə 2873 manat 83 qəpik məbləğində vergi borcu vardır. Baxmayaraq ki, həmin borcun ödənilməsindən ötrü ərizəçi tərəfindən ona 29.06.2018-ci il tarixli **********373800 nömrəli bildiriş göndərilmişdir, lakın "xxxx" MMCnin vergi borcu ödənilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra Vergi Məcəlləsinin) 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəlləilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəlləsinin 23.1.15-3-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək Vergi orqanlarının hüquqlarıdır. Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi Məcəlləsinin 77.2-ci maddəsinə əsasən vergi öhdəliyinin yaranması, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar, həmçinin vergi öhdəliyinin yerinə yetirilməsi qaydası və şərtləri yalnız bu Məcəlləilə müəyyən edilir. Vergi Məcəlləsinin 77.3-ci maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Vergi Məcəlləsinin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsiilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Müki Prosessual Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Müki Prosessual Məcəllənin 355-7.1-ci maddəsinə əsasən Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Müki Prosessual Məcəllənin 355-7.3-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Müki Prosessual Məcəllənin 355-7.4-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Göründüyü kimi, vergi ödəyicisi olan "xxxx" MMC vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədiyindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti hesablanmış vergilər üzrə borcun və ona hesablanmış faizlərin ödənilməsini təmin etmək üçün öz hüququndan istifadə edərək vergi öhdəyicisinin rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, vergi ödəyicisi olan "xxxx" MMC-nin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün onun rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə təmin edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, hüquqi şəxsin dövlət büdcəsinə olan 2873 manat 83 qəpik məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün onun rəhbəri Maraqlı şəxs (xx.xx.1956-cı ildə Bakı şəhərində doğulmuş, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, seriyası AZE və nömrəsi 0*******) ölkədən getmək hüququ vergi öhdəliyi tam yerinə yetirilənədək məhdudlaşdırılmalı, qətnamə dərhal icra edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 355-7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. "xxxx" MMC-nin dövlət büdcəsinə olan 2873 manat 83 qəpik məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri Maraqlı şəxs (xx.xx.1956-cı ildə Bakı şəhərində doğulmuş, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, seriyası AZE və nömrəsi 0*******) ölkədən getmək hüququ cəmiyyətin borclu olduğu vergi öhdəliyi tam yerinə yetirilənədək məhdudlaşdırılsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar