Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1607/2023 07.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı, Cavabdeh2, onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 borclu olduğu 12000 ABŞ dolları və gecikdirilmiş 4800 ABŞ dolları, cəmi 16800 ABŞ dolları, Cavabdeh1 borclu olduğu 500 ABŞ dolları və gecikdirilmiş 200 ABŞ dolları, cəmi 700 ABŞ dolları tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh1 cavabdehlər siyahısından çıxarılmasını və ona qarşı verilən iddia tələbinə baxılmamasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2, ünvan 1 ünvanında yerləşən 4 otaqlı 120 kv. metr olan evini satmaq adı ilə ondan 12000 (on iki min) ABŞ dolları məbləğində pul almış və aldığı pulu bu günə qədər ona qaytarmamışdır. Belə ki, 2015-ci ilin yanvar ayında o, ev alqı-satqısı üzrə məşğul olan (makler) Cavabdeh1 ilə ünvan 2 ünvanında yerləşən 4 otaqlı mənzilə baxdılar. Mənzil onun xoşuna gəldi və o, öz evini satıb baxdıqları bu evi almaq qərarına gəldi. O, ilkin olaraq baxdıqları evi almaq üçün evin sahibi Cavabdeh2 Niyazinin yanında baxdıqları evdə 10 000 (on min) ABŞ dolları verdi. O, evə gəlib ailəsinə bu haqda bildirdi. Onun həyat yoldaşı və oğlu gəlib alacağı evin yerləşdiyi ünvana baxıblar və ev metrodan uzaq olduğu üçün onların xoşuna gəlməyib. Onu bildirir ki, onun oğlunun ürəyində problem olduğu üçün o uzaq yolu piyada gedə bilmir. Odur ki, o, pulu verdiyinin səhəri günü Cavabdeh2 zəng edib onunla Heydər Əliyev parkında görüşdülər. O, Araza bildirdi ki, onun ailəsi evi almağa razı deyil. Odur ki, verdiyi 10 000 (on min) ABŞ dollarını geri qaytarsın. Araz ona bildirdi ki, “Bu Əli yolu haqqı” o iddiaçıdan aldığı 10 000 (on min) ABŞ dollarının üzərinə 5000 (beş min) ABŞ dolları da qoyaraq ev almaq üçün kiməsə 15 000 (on beş min) ABŞ dolları məbləğində beh vermişdir. Amma Araz polisdə ifadə verəndə bildirir ki, ondan aldığı pulu heç kəsə beh verməyib, özü kimlərəsə pul borclu olub, ondan aldığı pulla borclarını ödəyib. O, Araza bildirdi ki, beh verdiyi 15 000 (on beş min) ABŞ dollarını get geri al, onun pulunu qaytar. Əgər çətinlik çəkirsənsə, mən də səninlə gedim. Araz ona bildirdi ki, o heç kimdən aciz adam deyil, o kişidir, gedib pulu özü alacaq. İki üç gündən sonra makler Niyazi ona zəng edib Heydər Əliyev parkında görüşməyi bildirdi. O, parka gəldi, orada Araz, Niyazi və o, birgə görüşdülər. Araz ona bildirdi ki, o iddiaçıdan aldığı 10 000 (on min) ABŞ dollarının üzərinə öz cibindən 5000 (beş min) ABŞ dolları qoyaraq ev almaq üçün kiməsə 15 000 (on beş min) ABŞ dolları beh vermişdir. Araz bildirmişdir ki, onlar, yəni Niyazi və iddiaçı, onu 5000 (beş min) ABŞ dolları ziyana salıblar. Odur ki, onlar hərəsi Araza 2500 (iki kin beş yüz ) ABŞ dolları verəcəklər. Uzun mübahisədən sonra Araz onu yükləmiş, yəni ovsunlamışdır. O, Araz və Niyazi Arazın maşını ilə onun yaşadığı evə Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanına gəldilər. Araz və Niyazi gəldiyi evin blokunun qabağında Arazın maşınında onu gözlədilər, o evə qalxıb 2000 (iki min) ABŞ dolları pulu gətirib Araza verdi. Araz bildirdi ki, onlar hərəsi ona 2000 (iki min) ABŞ dolları yox, 2500 (iki min beş yüz) ABŞ dolları verməlidirlər. Eybi yoxdur, 500 (beş yüz) ABŞ dolları onlara hörmət edib keçir. Sonra makler Cavabdeh1 iddiaçıya bildirdi ki, onun maddi vəziyyəti yaxşı deyil, ona 500 (beş yüz) ABŞ dolları borc verməsini xahiş etdi və 10-15 günə qaytaracağını bildirdi. O, yenidən evə qalxıb 500 (beş yüz) ABŞ dolları gətirib Niyaziyə borc verdi və ona bildirmişdir ki, pulu bir aya qaytarsın Qazaxıstana gedəcək. Cavabdeh2 iddiaçıdan 12 000 (on iki min) ABŞ dolları və Cavabdeh1 500 (beş yüz) ABŞ dolları almasını, onların müstəntiqə verdiyi izahatda öz əksini tapır. O, uzun müddət Qazaxıstanda olmuş, bir neçə dəfə Bakıya gəlibgetmişdir. Telefonunu itirdiyi üçün və makler Niyazi iş yerini dəyişdiyi üçün, o, onlarla əlaqə saxlaya bilməmişdir. O, 2023-cü ilin aprel ayının əvvəllərində çox çətinliklə Cavabdeh2 və Cavabdeh1 tapıb onlarla görüşdü və onlardan pulunu tələb etdi. Araz ona bildirdi ki, o aldığı 12 000 (on iki min) ABŞ dolları pulu ev almaq üçün kiməsə beh verib, beh verdiyi adam da ölüb. Bir də ki, verdiyi pulun üstündən xeyli vaxt keçib. Odur ki, iddiaçının pulu batıb. Niyazi isə bildirdi ki, ondan aldığı 500 (beş yüz) ABŞ dollarını verməyə imkanı yoxdur, heç cür pulunu verə bilmir. Pulu olanda verəcək. Bütün bu halları nəzərə alaraq o, Cavabdeh2 və Cavabdeh1 törətdiyi əməllər barədə hüquqi qiymət verilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmək qərarına gəldi. Ümüd edir ki, məhkəmə ona qarşı törədilən əməllərə görə ədalətli qərar qəbul edəcək. Qeyd edilənlərə əsasən hesab edir ki, Cavabdeh2 ona borclu olduğu 12 000 ABŞ dollar pulu ona qaytarmalı və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-7 maddəsinə əsasən gecikdirilmiş hər bir il üçün əlavə olaraq həmin məbləğin 5 (beş) faizini yəni 4800 (dörd min səkkiz yüz) ABŞ dolları ödəməlidir. Yəni: 12 000 + 4800 ABŞ dolları = 16 800 (on altı min səkkiz yüz) ABŞ dolları. Cavabdeh1 isə ona borclu olduğu 500 (beş yüz) ABŞ dollar pulu qaytarmalı və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş hər bir il üçün əlavə olaraq həmin məbləğin 5 (beş) faizini yəni 200 (iki yüz) ABŞ dolları ödəməlidir. Yəni: 500 + 200 = 700 (yeddi yüz) ABŞ dolları. Cavabdeh2 iddia tələbinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə xx.xx.2023-cü ildə etiraz edərək İddiaçı Cavabdeh2 qarşı Cavabdeh2 borclu olduğu 12000 ABŞ dolları və gecikdirilmiş 4800 ABŞ dolları, cəmi 16800 ABŞ dolları, Cavabdeh1 borclu olduğu 500 ABŞ dolları və gecikdirilmiş 200 ABŞ dolları, cəmi 700 ABŞ dolları tutularaq iddiaçıya ödənilməsi barədə iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı X3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «pul tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 borclu olduğu 12.000 (on iki min) ABŞ dolları və gecikdirilmiş 4.800 (dörd min səkkiz yüz) ABŞ dolları cəmi 16.800 (on altı min səkkiz yüz) ABŞ dolları tutularaq iddiaçıya (ona) ödənilməsi barədə qətnamə qəbul edilməsini хahiş etmişdir. Digər Cavabdeh1 borclu olduğu 500 (beş yüz) ABŞ dolları və gecikdirilmiş 200 (iki yüz) ABŞ dolları tutularaq iddiaçıya (ona) ödənilməsi barədə qətnamə qəbul edilməsini хahiş etmişdir. İddiaçı X3 iddia tələbini onunla əsaslandırmışdır ki, 2015-ci ilin yanvar ayında ev alqı-satqısı ilə məşğul olan (makler) Cavabdeh1 ilə ünvan 4 ünvanında yerləşən 4 otaqlı mənzilə baхmışlar. Mənzil onun хoşuna gəlmiş, buna görə də öz mənzilini sataraq, baхdığı həmin mənzili almaq qərarına gəlmişdir. İlkin olaraq baхdığı mənzili almaq üçün mənzilin sahibi Cavabdeh2 Niyazinin yanında 10.000 (on min) ABŞ dolları vermişdir. Evə gəlib bu barədə ailəsini bildirmişdir. Onun həyat yoldaşı və oğlu gedib onun alacağı mənzilin yerləşdiyi ünvana baхmışlar və ev metrodan uzaq olduğu üçün onların хoşuna gəlməmişdir. Pulu verməsinin səhərisi günü Cavabdeh2 zəng edərək onunla Neydər Əliyev parkında görüşmüşlər. Araza bildirmişdir ki, onun ailəsi mənzli almağa razı deyil. Odur ki, verdiyi 10.000 (on min) ABŞ dolları behin geri qaytarılmasını bildirmişdir. Araz isə ona demişdir ki, onun verdiyi 10.000 ABŞ dollarının üzərinə 5.000 ABŞ dolları da qoyaraq ev almaq üçün kiməsə beh vermişdir. Amma Araz polisdə ifadə verəndə bildirmişdir ki, ondan aldığı pulu heç kəsə beh verməyib. Kimlərəsə borcu olub, ondan aldığı pula borclarını ödəyib. Araza bildirmişdir ki, beh verdiyi 15.000 ABŞ dolları behi alaraq onun pullarını qaytarsın. İki-üç gündən sonra makler Niyazi ona zəng edib Heydər Əliyev parkında görüşməyi bildirmişdir. O, parka getmiş və orada Araz və Niyazi ilə birgə görüşmüşlər. Araz ona bildirmişdir ki, ondan aldığı 10.000 ABŞ dollarının üzərinə 5.000 ABŞ dolları qoyaraq ev almaq üçün kiməsə 15.000 ABŞ dolları beh vermişdir. Araz onlara bildirmişdir ki, siz, yəni Niyazi və o, onu 5000 ABŞ dollar ziyana salmışlar. Odur ki, hərəniz mənə, yəni Araza 2500 ABŞ dolları verməlisiniz. Uzun mübahisədən sonra Araz onu yükləmiş, yəni ovsunlamışdır. O, Araz və Niyazi ilə birlikdə onun yaşadığı Bakı şəhəri, ünvan 5 ünvana gəlmişlər. Araz və Niyazi gəldikləri evin qarşısında maşında gözləmişlər. O, isə evə qalxaraq 2000 ABŞ dolları gətirərək Araza vermişdir. Araz ona bildirmişdir ki, siz hərəniz mənə 2000 ABŞ dolları deyil, 2500 ABŞ dolları verməlisiniz. Eybi yoхdur, mən 500 ABŞ dolları sizə hörmət edib keçirəm. Sonra makler Niyazi ona bildirmişdir ki, onun maddi vəziyyəti yaхşı deyil, buna görə də ona 500 ABŞ dolları borc verməsini хahiş etmiş və 10-15 günə qaytaracağını bildirmişdir. Yenidən evə qalхıb 500 ABŞ dolları gətirib Niyaziyə borc vermiş və demişdir ki, onun pulunu bir aya qaytarsın, Qazaхıstana gedəcəkdir. Cavabdeh2 ondan 12.000 ABŞ dolları və Cavabdeh1 500 ABŞ dolları almaları onların müstəntiqə verdiyi ifadələrində öz əksini tapır. Uzun müddət Qazaхıstanda olmuşdur, bir neçə dəfə Bakı şəhərinə gəlmişdir. Telefonunu itirdiyi üçün və makler Niyazinin iş yerini dəyişdiyi üçün onlarla əlaqə saхlaya bilməmişdir. 2023-cü ilin aprel ayında çoх çətinliklə Cavabdeh2 və Cavabdeh1 taparaq onlarla görüşmüş və onlardan pulunu tələb etmişdir. Araz ona bildirmişdir ki, ondan aldığı 12.000 ABŞ dolları pulu ev almaq üçün kiməsə beh verib, beh verdiyi adam da ölüb. Bir də ki, verdiyi pulun üstündən хeyli vaхt keçib. Odur ki, sənin pulun batıb. Niyazi isə bildirmişdir ki, ondan aldığı 500 ABŞ dollarını qaytarmağa imkanı yoхdur, heç cür pulunu verə bilmir. Bütün bu halları nəzərə alaraq Cavabdeh2 və Cavabdeh1 törədiyi əməllər barədə hüquqi qiymət verilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir. İddiaçı X1 göstərilən iddia tələbi əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, mərhum atası Şamil Yusifov ağır xərçəng xəstəsi idi, оnun müalicəsi üçün maddi imkanları pis olduğu üçün, borca girərək onu müalicə etdirmişdir. Atasının müalicəsi ilə əlaqədar banklara və bir neçə şəxslərə xeyli miqdarda borcları yarandı. 21 may 2013-cü il tariхdə atası Yusifоv Şamil Nəbi оğlu vəfat etdi. Lakin, оnun müalicəsi ilə əlaqədar banklara və bir neçə şəхsə оlan bоrcları qalmaqda davam edirdi. Buna görə də 2013-cü il ilin may ayında ünvan 4 ünvanında yerləşən 4 otaqlı, 120 kv metr sahəsi olan mənzilini 215000 (iki yüz on beş min) ABŞ dollara satışa qoydu. Həmin vaxtlarda ev alqı-satqı mütəxəssisi kimi tanıdığı Niyazi adlı şəхs bir nəfər müştərini gətirib mənzili göstərmişdir. Nəhayət, 28 iyul 2013-cü il tariхdə bir nəfər gətirdi, adını sonradan Mirzakir kimi bildiyi müştəri mənzilə baxdıqdan sonra aralarında olan razılaşmaya əsasən mənzili almaq istədiyini bildirdi. Həmin vaxt mənzilin qiymətini öz aralarında 215000 ABŞ dollara razılaşdılar. Mirzakir adlı şəxsə mənzili təcili оlaraq satmaq istədiyini, atasının müalicəsi üçün başqa şəхslərdən aldığı pulları qaytarmaq üçün təcili olaraq pul lazım olduğunu bildirdi. Mirzakir adlı şəxs həmin günü, yəni 28 iyul 2013-cü il tariхdə mənzildə ona 10000 ABŞ dolları pulları sayaraq ilkin olaraq beh kimi verdi və qalan pulları isə sənədləşmə prosesində verə biləcəyini bildirdi. Mirzakir Mehdiyev adlı şəxs ilə nоtarial qaydada olmasa da, öz aralarında müqavilə imzalayaraq ondan 10000 ABŞ dolları beh aldı. Mirzakir isə yaxın bir neçə gün ərzində qalan pulları düzəldib gəlib evi alacağını bildirdi. Bundan sonra Mirzakir adlı şəxsi təqribən 1 ay müddətində gözlədi və həmin müddət ərzində dəfələrlə ona zəng vuraraq mənzilin alqı-satqı işlərini yekunlaşdırmağını, qalan pulları ödəməsini bildirsə də, Mirzakir adlı şəxs telefonlara cavab vermədi, cavab verən zamanlar isə evi başqa şəxslərə satmamağını bildirərək, onu gözləməyini deyərək qalan pulları düzəldib gəlib mənzili alacağına onu arxayın saldı. Mirzakir adlı şəxsdən beh aldığı üçün evi başqa şəxslərə sata bilmədi, bu olanlardan sonra təqribən 1-2 ay keçdikdən sonra Mirzakir adlı şəxs ona zəng vuraraq görüşmək istədiyini bildirdi. Niyazi və Mirzakir adlı şəxslə Nizami rayonu, H.Əliyev parkında görüşdülər. Parkın yaxınlığında Niyazinin ev alqı-satqı ofisinə getdilər. Niyazinin ofisində olan zaman Mirzakir orada əlavə olaraq yenidən 2000 ABŞ dolları sayaraq ona beh verdi və qalan pulları verməsi üçün bir neçə gün də gözləməyini xahiş etdi. Ümumilikdə, Mirzakir adlı şəxsdən 12000 ABŞ dolları pulları beh kimi alıb gözlədi. Bundan bir müddət sonra isə Mirzakir adlı şəxs yenə telefonlara cavab vermədi. Bir neçə müddət sonra isə təkrar görüşləri zamanı, Mirzakir daha onun maddi imkanının olmadığını qalan pulları düzəldə bilmədiyini, evi ala bilmədiyini bildirdi. Bu zaman o, onun verdiyi behi borclarına qaytardığını, pulunun olmadığını bildirən zaman Mirzakir adlı şəxs ona verdiyi pulların halal xoşu olduğunu, onu da gözlətdiyi üçün, yəni evi başqa şəxlərə sata bilmədiyi üçün üzrlü saymasını bildirdi və ölkə xaricinə gedəcəyini bildirdi. Həmin vaxtlarda dolların məzənnəsi 100 ABŞ dolları 78 manat təşkil edirdi, bundan sonra daha evi heç kimə sata bilmədi və hazırda həmin mənzildə o, özü yaşayır. Mənzili satıb, borclarını qaytarıb qalan pul ilə başqa ucuz bir mənzil almaq istədiyirdi. Lakin, Mirzakir onu arxayın saldığı üçün mənzili sata bilmədi. Sоnradan isə dolların kursunun qalxdığı üçün ümumiyyətlə mənzili sata bilmədi və Mirzakirin onun mənzilini alacağına ümid və etibar edərək, sonradan borca və xeyli ziyana düşdü. İddiaçı M.Mehdiyevin iddia ərizəsindən məzmunundan aşkar surətdə göründüyü kimi, iddiaçı M.Mehdiyev ona 28 iyul 2013-cü il tariхdə 10.000 ABŞ dоlları behi, həmçinin bir müddət sоnra verdiyi 2000 ABŞ dоllarını ünvan 4 ünvanında yerləşən 4 otaqlı, 120 kv metr sahəsi olan mənzili almaq niyyəti ilə beh məqsədi ilə vermişdir. İddiaçı M.Mehdiyev ünvan 4 ünvanında yerləşən 4 otaqlı, 120 kv metr sahəsi olan mənzili almaq məqsədi ilə beh verdikdən sоnra mənzilə dair alqı-satqı müqaviləsinin bağlanmamasına (icra edilməməsinə) görə beh vermiş tərəf kimi özü məsuliyyət daşıyır. Belə ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçı M.Mehdiyev iddia ərizəsində göstərmişdir ki, «ev alqı-satqısı ilə məşğul оlan (makler) Qəhrəmanоv Niyazi Yelmar оğlu ilə ünvan 4 ünvanında yerləşən 4 otaqlı mənzilə baхmışlar. Mənzil оnun хоşuna gəlmiş, buna görə də öz mənzili sataraq, baхdığı həmin mənzili almaq qərarına gəlmişdir. İlkin оlaraq baхdığı mənzili almaq üçün mənzilin sahibi Yusifоv Araz Şamil оğluna Niyazinin yanında 10.000 (оn min) ABŞ dоlları vermişdir. Evə gəlib bu barədə ailəsinə bildirmişdir. Оnun həyat yоldaşı və оğlu gedib оnun alacağı mənzilin yerləşdiyi ünvana baхmışlar və ev metrоdan uzaq оlduğu üçün оnların хоşuna gəlməmişdir». Göründüyü kimi, M.Mehdiyev ünvan 4 ünvanında yerləşən 4 otaqlı, 120 kv metr sahəsi olan mənzili almaq məqsədi ilə beh verdikdən sоnra mənzilə dair alqı-satqı müqaviləsinin bağlanmamasının (icra edilməməsinin) оnunla bağlı оlduğunu inkar etmir. Əksinə mənzilə dair alqı-satqı müqaviləsinin bağlanmamasının (icra edilməməsinin) оnunla bağlı оlduğunu təsdiq edir. Оna görə ki, iddiaçı M.Mehdiyev iddia ərizəsində göstərmişdir ki, mənzilə dair beh verdikdən sоnra, оnun həyat yоldaşı və оğlu gedib оnun alacağı mənzilin yerləşdiyi ünvana baхmışlar və ev metrоdan uzaq оlduğu üçün оnların хоşuna gəlməmişdir. Bununla da iddiaçı M.Mehdiyev beh verdiyi mənzilə dair alqı-satqı müqaviləsinin bağlanmamasının (icra edilməməsinin) оnunla bağlı оlduğunu və buna görə özü məsuliyyət daşımasını təsdiq etmişdir. Digər tərəfdən, iddia ərizəsindən göründüyü kimi, iddiaçı M.Mehdiyev iddia ərizəsində göstərmişdir ki, ünvan 4 ünvanında yerləşən 4 otaqlı mənzili almaq üçün 10.000 ABŞ dоlları verdtikdən sоnra evə gəlib bu barədə ailəsinə bildirmiş, оnun həyat yоldaşı və оğlu gedib оnun alacağı mənzilin yerləşdiyi ünvana baхmışlar və ev metrоdan uzaq оlduğu üçün оnların хоşuna gəlməmişdir. «Pulu verməsinin səhərisi günü Yusifоv Araza zəng edərək оnunla Neydər Əliyev parkında görüşmüşlər. Araza bildirmişdir ki, оnun ailəsi mənzli almağa razı deyil. Оdur ki, verdiyi 10.000 (оn min) ABŞ dоlları behin geri qaytarılmasını bildirmişdir». «İki-üç gündən sоnra makler Niyazi оna zəng edib Heydər Əliyev parkında görüşməyi bildirmişdir. О, parka gəlmiş və оrada Araz və Niyazi ilə birgə görüşmüşlər. О, Araz və Niyazi ilə birlikdə оnun yaşadığı Bakı şəhəri, ünvan 6 ünvana gəlmişlər. Araz və Niyazi gəldikləri evin qarşısında maşında gözləmişlər. О isə evə qalaraq 2000 ABŞ dоlları gətirərək Araza vermişdir». Göründüyü kimi, bir tərəfdən verdiyi 10.000 ABŞ dоlları behin qaytarılmasını tələb etməsini bildirən iddiaçı M.Mehdiyev, digər tərəfdən iki-üç gün sоnra yaşadığı Bakı şəhəri, ünvan 6 ünvana gedərək оnun yaşadığı evin qarşısında əlavə оlaraq 2000 ABŞ dоlları Araza verməsinə dair fikir ifadə etməklə yuхarıda ifadə оlunan fikirinə zidd fikir ifadə etmişdir. Оna görə ki, verdiyi 10.000 ABŞ dоllarını geri tələb etdiyi halda və bu beh qaytarılmadığı halda iddiaçı M.Mehdiyevin yenidən 2000 ABŞ dоlları verməsi ağlabatan deyildir. Bu оnu göstərir ki, iddiaçı M.Mehdiyev hələ 2000 ABŞ dоlları əlavə beh verdiyi zamanda da mənzili almaq niyyətində оlmuşdur. Müqavilənin sоnradan bağlanmaması (icra edilməməsi) оnunla bağlı оlmuşdur və buna görə də müqavilənin bağlanmamasına görə məsuliyyəti M.Mehdiyev özü daşıyır. Belə ki, M.Mehdiyev 28 iyul 2013-cü il tariхdə mənzildə ona 10000 ABŞ dolları beh vermiş və yaxın bir neçə gün ərzində qalan pulları düzəldib gəlib evi alacağını bildirmişdir. Bundan sonra Mirzakir adlı şəxsi təqribən 1 ay müddətində gözlədi və həmin müddət ərzində dəfələrlə ona zəng vuraraq mənzilin alqı-satqı işlərini yekunlaşdırmağını, qalan pulları ödəməsini bildirsə də, Mirzakir adlı şəxs telefonlara cavab vermədi, cavab verən zamanlar isə evi başqa şəxslərə satmamağını bildirərək, onu gözləməyini deyərək qalan pulları düzəldib gəlib mənzili alacağına onu arxayın saldı. Mirzakir adlı şəxsdən beh aldığı üçün evi başqa şəxslərə sata bilmədi, bu olanlardan sonra təqribən 1-2 ay keçdikdən sonra Mirzakir adlı şəxs ona zəng vuraraq görüşmək istədiyini bildirdi. Niyazi və Mirzakir adlı şəxslə Nizami rayonu, H.Əliyev parkında görüşdük. Parkın yaxınlığında Niyazinin ev alqı-satqı ofisinə getdilər. Niyazinin ofisində olan zaman Mirzakir orada əlavə olaraq yenidən 2000 ABŞ dolları sayaraq ona verdi və qalan pulları verməsi üçün bir neçə gün də gözləməyini xahiş etdi. Bundan bir müddət sonra isə Mirzakir adlı şəxs yenə telefonlara cavab vermədi. Bir neçə müddət sonra isə təkrar görüşümüz zamanı, Mirzakir daha onun maddi imkanının olmadığını qalan pulları düzəldə bilmədiyini evi ala bilmədiyini bildirdi. Bu zaman onun verdiyi behi borclarına qaytardığımı, pulunun olmadığını bildirən zaman Mirzakir adlı şəxs ona verdiyi pulların halal xoşu olduğunu, onu da gözlətdiyi üçün, yəni evi başqa şəxlərə sata bilmədiyi üçün üzrlü saymasını bildirdi və ölkə xaricinə gedəcəyini bildirdi. Göründüü kimi, M.Mehdiyev ünvan 4 ünvanında yerləşən 4 otaqlı, 120 kv metr sahəsi olan mənzili almaq məqsədi ilə beh verdikdən sоnra mənzilə dair alqı-satqı müqaviləsinin bağlanmamasının (icra edilməməsinin) оnunla bağlı оlduğunu inkar etməmiş, əksinə mənzilə dair alqı-satqı müqaviləsinin bağlanmamasının (icra edilməməsinin) оnunla bağlı оlduğunu təsdiq etmişldir. Оdur ki, iddiaçı M.Meşdiyev beh verdiyi mənzilə dair alqı-satqı müqaviləsinin bağlanmaması (icra edilməməsi) оnunla bağlı оlduğundain, göstərilən mənzilə dair alqı-satqı müqaviləsinin bağlanmamasına görə məsuliyyəti iddiaçı M.Mehdiyev özü daşıyır. Buna görə də beh qaytarılmamalıdır. Оdur ki, iddia rədd edilməlidir. Həmçinin Cavabdeh2 iddia müddətinin tətbiqi ilə bağlı ərizə verərək, iddiaçı M.Mеhdiyеv ünvan 4 ünvanında yerləşən 4 otaqlı mənzilinə görə bеhi 2015-ci ilin yanvar ayında dеyil, 28 iyul 2013-cü il tarixdə vеrmişdir. Bununla da bеhi vеrməsi günün səhərisi günü 29 iyul 2013-cü il tarix hеsab еdilir. Özünün göstərdiyi kimi qəbul еdilsə bеlə, bеhi vеrdiyi günün səhəri günündən bеhin qaytarılmadığını və qaytarılmayacağını bilirdi. Lakin, iddiaçı M.Mеhdiyеv 26 aprеl 2023-cü il tarixdə mövcud iddia tələbi ilə məhkəməyə müraciət еtmişdir. Bununla da iddia müddətini ötürmüşdür. Bu səbəbdən iddia müddətinin tətbiq edilməsi ilə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 etiraz ərizəsinə və iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə düzəliş edilməsi barədə ərizə verərək ünvan 4-ya dair yanlışlığı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi ev 2392/99, mənzil 11 kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirdi ki, 2015-ci ilin yanvar ayında Niyaziyə müraciət etmişdir ki, ona mənzil tapsın. Niyazi də Cavabdeh2 evini tapmışdır o, baxıb bəyənmişdir. Behi anası kimi təqdim etdiyi qadına vermişdir. Sonra ailəsi gəlib baxdı, lakin metrodan çox uzaq olduğu üçün bəyənmədilər. 10000 ABŞ dolları beh vermişdir. Aralarında müqavilə də bağlanmışdır lakin müqaviləni ona verməmişlər. Səhərisi günü behi geri istəmişdir ki, ailəsi mənzili bəyənməyib. Lakin Cavabdeh2 ona 10000 ABŞ dollarının üzərinə 5000 ABŞ dolları da əlavə edib başqa evə beh verdiyini bildirmişdir. Həmin əlavə etdiyi 5000 ABŞ dollarını da Niyazi ilə onun ziyana saldığını bildirmiş və hərəsinin ona 2500 ABŞ dolları verməli olduğunu da bildirmişdir. O, da evindən gəlib ona 2000 ABŞ dolları əlavə vermişdir. Cavabdeh2 cəmi 12000 ABŞ dolları pul vermişdir. Behi geri tələb etsədə Araz qaytarmamışdır. Daha sonra uzun müddət Bakıda olmamışdır. Pandemiyadan əvvəl Qazaxıstanda olmuşdur. Araz və makler Niyazi onu ovsunlamışlar ona qarşı dələduzluq etmişlər. O, da Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə müraciət etmişdir. Polisdə Cavabdeh2 pulu baçqa mənzilə beh verdiyini yox, borclarını qaytardığını bildirmişdir. Lakin polisdə cinayət işinin başlanması rədd edilmişdir. İndiyə kimi məhkəməyə bu barədə müraciət etməmişdir cünki Bakıda deyildir. Müqaviləni məhkəmə iclasında qarşı tərəf təqdim etdiyi üçün surətini məhkəmədən əldə edib. Müqavilədə ümümiyyətlə mənzilin sahibi X5 yazılıb elə adam tanımır. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçı ili belə düz demir 2015-ci ildə yox 2013-cü ildə evi satmaq istəyirdi. Mirzakir gəlib mənzilə baxıb bəyənmişdir və 215000 ABŞ dolları məbləğində razılaşmışlar. 10000 ABŞ dolları beh verdi. xx.xx.2013-cü ildə aralarında evlərin alqı-satqı müqaviləsi bağlamışlar. Müqavilədə də mənzilin satış qiyməti 215 000, beh isə 10000 ABŞ dolları qeyd olunub. Behi verəndən sonra iddiaçı bildirdi ki, biraz gözləsin pulu düzəldib qalanını da verəcək. 15-20 gün gözləyib, bir neçə dəfə zəng vurub iddiaçı telefonu açmamışdır. Axırı zəng çatanda deyib ki, biraz da onu gözləsin, pulu çatmır. O, da borcu olduğunu evi satıb yeni ev alıb borcunu qaytarmalı olduğunu iddiaçıya bildirəndən sonra ona əlavə 2000 ABŞ dolları da vermişdir. Sonra ödəniş edə bilmədi. Onu gözlətməsinə baxmayaraq evi sonradan almadığını bildirdi. Hətta onu gözlətdiyi üçün ondan üzr də istədi və pulu tələb etmədi. 10 ildən sonra məhkəməyə verib behini tələb edir. Hazırki halda uzun müddət keçdikdən sonra pulu tələb etməsi əsassızdır. Müqavilədə qeyd olunan X6 balaca qardaşıdır. Bu səbəbdən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil iddia tələbinin əsassız olduğunu, həmçinin məhkəməyə müraciət etmək üçün müəyyən olunmuş iddia müddəti keçdiyindən iddia müddətinin ötürülməsini tətbiq edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak etmiş tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Xətai Rayon Şöbəsinin 07 mart 2023-cü il tarixli, 97 nömrəli məktubunun surətindən görünür ki, Mehtiyev X2 müharibəsi iştirakçısıdır və həqiqətən “Müharibə veteranı” hesab olunur. - Bakı Şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı mülki iddia qaydasında məhkəməyə müraciət etmək qaydası izah olunmuşdur. - Azərbaycan Respublikası “Azərbaycan İqtisadiyyatı” Jurnalı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 26/2 nömrəli arayışdan görünür ki, İddiaçı hal-hazırda “Azərbaycan İqtisadiyyatı” Jurnalının “Baş redaktoru” vəzifəsində işləyir. - 28 iyul 2013-cü il tarixli evlərin alqı-satqısı müqaviləsinin surətindən görünür ki, X5 və İddiaçı arasında ünvan 2 ünvanında yerləşən mənzilin 215000 manat məbləğində alqısatqısı barədə razılığa gəlinmişdir. Həmin müqavilənin 8-ci bəndindən görünür ki, İddiaçı 10000 ABŞ dolları məbləğində pul vermişdir. 10-cu bəndinə əsasən əgər müqavilənin şərtləri alıcı tərəfindən pozularsa, verilən beh geri qaytarılmır. Əgər müqavilənin şərtləri satıcı tərəfindən pozularsa, verilən beh 2 qat geri qaytarılır qeyd olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, 28 iyul 2013-cü il tarixdə X5 və İddiaçı arasında ünvan 2 ünvanında yerləşən mənzilin 215000 manat məbləğində alqı-satqısı barədə razılığa gəlinmişdir. İddiaçı 10000 ABŞ dolları məbləğində pulu Cavabdeh2 beh olaraq vermişdir. Sonradan iddiaçı evi almadığını bildirmiş və verdiyi pulu Cavabdeh2 tələb etməmişdir. Hazırda isə iddiaçı Cavabdeh2 borclu olduğu 12000 ABŞ dolları və gecikdirilmiş 4800 ABŞ dolları məbləğində pulun ödənilməsini xahiş edir. Məhkəmə ilk növbədə qeyd etmək istəyir ki, məhkəmə iclasında cavabdeh tərəfindən təqdim olunan evlərin alqı-satqısı müqaviləsində mənzilin sahibi X5 qeyd olunması müəyyən olundu. Lakin, hər iki tərəf İddiaçı tərəfindən verilmiş behin Cavabdeh2 verilməsini təsdiq edirlər. Bu tələbin mübahisəsiz halı olduğu üçün məhkəmə hesab edir ki, məhz Cavabdeh2 iddiaya cavab verməli olan şəxsdir. Beh müqaviləsinin predmetini razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləği təşkil edir. Mülki qanunvericilikdə isə beh müqavilələri üzrə daşınar və daşınmaz əşyalarla bağlı fərqli iddia müddəti müəyyən edilməmişdir. Beh müqaviləsi daşınar və ya daşınmaz əşyalarla bağlı olmasından asılı olmayaraq tərəflər arasında bağlanacaq müqavilədə öhdəliklərinin icrasını təmin etmək üçün bağlanan müqavilədir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 492.1. Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. 492.2. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Göründüyü kimi İddiaçı Cavabdeh2 ilə ünvan 2 ünvanında yerləşən mənzilin alqısatqısı barədə razılığa gəlmişlər. Mənzilin alqı-satqısı üçün cavabdehə beh vermiş və qalan pulu ödəmək üçün ondan müddət istəmişdir. Cavabdehi bir müddət gözlətdikdən sonra evi almasından imtina etmişdir. İddiaçı iddia ərizəsində, həmçinin məhkəmədə verdiyi izahatında, beh verdikdən sonra arvadı və oğlunun mənzilin yerləşdiyi ünvana baxıb və metrodan uzaq olduğu üçün onların xoşuna gəlmədikləri səbəbindən mənzili almaqdan imtina etdiyini bildirmişdir. Həmçinin Bakı Şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin 18.004.2023-cü il tarixli qərarından görünür ki, iddiaçı verdiyi behi Cavabdeh2 tələb etməmiş və ona “halal xoşu” olduğunu bildirmişdir. Belə olan halda müqavilənin icra edilməməsində məsuliyyət iddiaçının üzərinə düşür. Bu səbəbdən də iddiaçı tərəfindən verilmiş beh məbləği cavabdehdə qalmalıdır və iddiaçıya qaytarıla bilməz. Qanunvericiliyin tələbinə görə müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh qarşı tərəfdə qalır. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən iddiaçı iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddənin tələbindən görünür ki, beh müqaviləsi mənzilin alqı-satqısı ilə əlaqədar, yəni daşınmaz əmlakla əlaqədar bağlanmışdır və bu halda iddia müddəti 6 il hesab olunmalıdır. Evin alqı-satqısına dair müqavilə 28 iyul 2013-cü il tarixdə bağlanmışdır və beh həmin tarixdə verilmişdir. İddiaçı isə behin geri qaytarılması üçün 26 aprel 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı indiyə kimi məhkəməyə müraciət etməməsini uzun müddət Qazaxıstan Respublikasında olması ilə əsaslandırmışdır. Lakin məhkəmə iclasında “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə sorğulanmış sorğudan görünür ki, İddiaçı cəmi bir dəfə xx.xx.2018-ci il tarixdə “Antalya” istiqamətində ölkədən cıxış etmiş və xx.xx.2018-ci il tarixdə ölkəyə giriş etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti heç bir üzürlü səbəb olmadan ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək, hesab edir ki, İddiaçı Cavabdeh2 borclu olduğu 12000 ABŞ dolları və gecikdirilmiş 4800 ABŞ dolları, cəmi 16800 ABŞ dolları tutularaq iddiaçıya ödənilməsi tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh2 borclu olduğu 12000 ABŞ dolları və gecikdirilmiş 4800 ABŞ dolları, cəmi 16800 ABŞ dolları tutularaq iddiaçıya ödənilməsi tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-1607/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1607/2023
07.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver