Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1634/2022 15.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi İddiaçı Sədrayev Əlfəddı̇ n İsmayıl oğlunun, Cavabdeh2 Bəkı̇ r oğlunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Sədrayev Əlfəddı̇ n İsmayıl oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sədrayev Əlfəddı̇ n İsmayıl oğlu cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianı təmin edib, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8946 manat məbləğində pulun və 106 manat dövlət rüsumunun tutulub ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 yaşadığı evin yaxınlığında olan ''Qarabağ" adlı kafenin içərisində görüb tanış olaraq 2011-ci ildən tanımışdır. Cavabdeh2 da Tahirin dostu kimi tanımış, çox vaxt onlar "Qarabağ" kafesində olurub yemək yeyirdilər. Əhməd polis əməkdaşı olmuşdur. 2018-ci ilin may ayında Tahirlə ‘‘Qarabağ" kafesində görüşüb söhbət edərkən. Tahir ona 3500 ABŞ dolları müqabilində pensiya düzəldə biləcəyini, həmçinin təqaüdü düzəltdikdən sonra adına açılan bank kartına hər ay 180 manat pul köçürüləcəyini bildirmişdir. O, bir az fikirləşdikdən sonra Tahirin təklifini qəbul edərək razılaşmış, həmin gün o, Tahirlə birlikdə "Exspressbank"a getmiş və orada onun adına bank kartı açılmışdır. Bundan sonra 2018-ci ilin may ayının əvvəllərində Tahirlə telefonla əlaqə saxlayıb ‘'Neftçilər” metrostansiyası yaxınlığında görüşməyi qərarlaşdırmışlar və “Qarabağ" kafesinin yaxınlığında ona təqaüd düzəltməsi üçün 3500 ABŞ dolları məbləğində pulu Tahirə vermişdir. Həmin vaxt Tahir tək olmuşdur. xx.xx.2018-ci il tarixdə Tahirin ona açdırdığı kartı bankomata daxil edib yoxladıqda kartın balansında 180 manat pul olduğunu görüb həmin məbləğdə pul vəsaitini çıxarmışdır. Bundan sonra onun Tahirə inamı və etibarı daha da artmış, həmin gün o, Tahirlə yaşadığı evin yaxınlığında yerləşən “Qarabağ" kafesinin içərisində görüşmüşdür. Tahirə əlavə olaraq 1500 manat pul versə də, təqaüdünü 700 manat etdirə biləcəyini ona demiş, o da həmin məbləğdə pulu da evdən götürüb “Qarabağ" kafesində Tahirə təklikdə vermişdir. xx.xx.2018-ci il tarixdə kartı bankomata daxil etdikdə balansında 700 manat pul olduğunu gönib Tahirin təqaüd məsələsini həll etdiyini düşünmüşdür. Bundan bir neçə gün keçdikdən sonra Tahirlə "Qarabağ" kafesində görüşüb söhbət edərkən Tahir onu “Təqdimat” adlı qəzetə aylıq 400 manat əməkhaqqı ilə işə düzəltməyi təklif etmiş və bunun üçün də 1500 manat verməli olduğunu bildirmişdir. O, bir neçə dəqiqə fikirləşdikdən sonra Tahirin təklifini qəbul etmişdir. Bundan bir neçə gün keçdikdən sonra, yəni xx.xx.2018-ci il tarixdə Tahirlə “Qarabağ" kafesində görüşmüş, həmin vaxt özü ilə birlikdə 1500 manat pul və öz fotoşəkilini gətirmiş, həmin pulu və fotoşəkilini qeyd etdiyi qəzetə onu işə düzəllməsi üçün Tahirə vermişdir. Tahir bu pulu götürüb saydıqdan sonra cibinə qoymuş, bir neçə dəqiqə söhbət etdikdən sonra ayrılıb getmişlər. Təxminən üç gün keçdikdən sonra Tahirlə yenidən daima görüşdükləri kafedə görüşmüşlər və həmin. vaxt Tahir ona üzərində onun fotoşəkili olan "Təqdimat” qəzetinə aid vəsiqə verib işə qəbul olunduğunu demişdir. Tahirlə görüşdükləri ərəfələrdə Tahirin onun oğlu Emilin işlədiyi mağazadan 1000 manat dəyərində nisyə ərzaq məhsulları aldığını da öyrənmişdir. Bir müddət sonra o, Tahirin onu aldatdığını başa düşmüşdür. Belə ki, Tahirin ona verdiyi "Təqdimat" adlı qəzetin vəsiqəsinin saxta olmasını və adına açılan karta pul köçmədiyini görmüş, bundan sonra Tahirdən dəfələrlə pulunu tələb etmiş, lakin Tahir müxtəlif bəhanələr gətirib pulunu qaytaracağına soz vermiş, sonradan Tahir ona pulun bir miqdarını Əhmədə verdiyini, Əhməddən pulu tələb etməyini demişdir. O, Tahirdən şikayət etməmişdən əvvəl Cavabdeh2lə əlaqə saxlamış, Əhməd ona pulları qaytaracağını demiş, bundan sonra Əhmədlə DİN-nin yaxınlığında görüşmüş və həmin vaxt Əhməd ona 1000 manat pul vermiş, həmçinin Əhməd Tahirin ondan aldığı pulları özünün qaytaracağını demişdir. Lakin həmin vavtdan sonra Əhməd və Tahir ona pul verməmişlər. Sonradan Cavabdeh2 də Cavabdeh1la əlbir olduğunu başa düşmüş, daha sonra isə Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökümü ilə Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cavabdeh2 Bəkı̇ r oğlunun nümayəndəsi Nümayəndə məhkəməyə etiraz ünvanlayaraq iddia tələbi Cavabdeh2 qismində əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8946 manat məbləğində pul və 106 manat dövlət rüsumunun tutulub ona qaytarılmasını tələb etmişdir. Baxmayaraq ki, Nizami Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli hökmü ilə Cavabdeh2 AR CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub, işin materiallarından da görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas məhz Cavabdeh1 2018-ci ilin may ayında İddiaçı etibarından sui-istifadə edib aldadaraq 3500 ABŞ dolları və 3000 manat məbləğində nağd pul vəsaiti alıb ələ keçirməklə xeyli miqdarda ziyan vurması barədə Bakı şəhəri Nizami RPİ-yə müraciəti əsasında toplanmış materiallar olmuşdur. Reallıqda da bütün zərərçəkmişlərdən pulu Cavabdeh1 almış, mənimsəmiş, qaçıb gizlənərək istintaqdan yayınmış, olduğu yer müəyyən edilmədiyindən barəsində axtarış elan olunmuş və uzun sürən istintaqdan sonra (2019-cu il 17 avqustadək) barəsində həbs qətimkan tədbiri seçilmişdir. Sonunda həbs olunmasının qaçılmaz olduğunu görən Cavabdeh1 bütün günahını Cavabdeh2 oğ unun üzərinə ataraq zərərçəkmişləri də buna inandırmış və onlarda yanlış fikir formalaşdırmışdır. Sual olunur: necə olur ki, 2018-ci ildə şikayət edərkən, istintaq zamanı, məhkəmə iclaslarında iddiaçi bugünkü iddia ərizəsindən fərqli ifadə vermiş? Bu belə anlama gəlmirmi ki, iddiaçı işə qeyri-ciddi, məsuliyyətsiz yanaşaraq, nəyin bahasına olursa-olsun ancaq pulunu almağı düşünür?! Və 20 ay keçəndən sonra fikirləşir ki, zərərçəkmişlərdən birinin pul tələbi təmin edilibsə, o da tələb etsin. Halbuki, "məhkəmə iclasında vəkil tərəfindən verilən Cavabdeh2 onlardan əlbəələ pul alması, onlara hər hansı vəd verməsi, eyni zamanda həmin vədin yerinə yetirilməsinə görə onlardan pul tələb etməsi ilə bağlı suala məhkəmə iclasında zərərçəkmişlər: X6 və İddiaçı məhkəmədə "Cavabdeh2 in onlardan şəxsən əlbəələ pul almadığını, onlara hər hansı bir vəd demədiyini (vermədiyini), onlardan hər hansı bir vədə pul istəmədiyini cavab vermişlər." Göründüyü kimi, belə olan bir halda və hökmdə hər hansı bir mötəbər sübutla ittiham təsdiq olunmadığını nəzərə alaraq həmin iki faktlar üzrə Cavabdeh2 təqsiri barədə danışmaq mümkünsüzdür." Həmçinin, zərərçəkmişin dediklərinə diqqətlə fikir verilərsə görünər ki, onun ifadələrində də ciddi yanlışlıqlar və ziddiyyətlər var. Xüsusən digər təqsirləndirilən şəxs Cavabdeh1 istintaq zamanı və məhkəmənin ilk iclasında birmənalı demişdir: "Cavabdeh2 bu işə heç bir aidiyyəti yoxdur, onun bu işlərdə əli yoxdur". Həmin ifadələri Cavabdeh1 ibtidai istintaqda da təkrar təkrar verib. Eyni zamanda həmin ilk iclasda Cavabdeh1 Cavabdeh2 müraciət edərək ondan onun dostu kimi Cavabdeh1 tərəfindən zərərçəkmişlərə vurulan ziyanın ödənilməsində kömək istəmişdir. Məhkəmə heç bir tutarlı əsas olmadan Cavabdeh2 ifadəsinə layiqincə diqqət yetirməyib və o hesab edir ki, onun günahını sübut edə bilməyərək, sadəcə zərərçəkmişlərin ziddiyyətli ifadələrinə əsaslanmışdır. Özü də məhkəmə, ümumiyyətlə, nəzərə almayıb ki, zərərçəkmişlərə ziyanın ödənilməsi yalnız Mamoyev tərəfindən həyata keçirilirdi və bu ödəmənin məqsədi "zərərçəkmişlərə ziyanın ödənilməsi yox, dost hesab edilən şəxsə təmənnasız kömək etmək idi. Halbuki sonradan həmin "dost" onun üzünə duran, şər, böhtan atan şəxs olubdur. Cavabdeh2 İddiaçı ilə 3-4 il əvvəl "Neftçilər" metrostansiyası yaxınlığında tanış olmuş, Əlfəddin həmin vaxt orada ərzaq dükanı işlətmiş, sonuncu ilə bir neçə dəfə "Qarabağ" kafesində Tahirlə birlikdə, eləcə də təklikdə oturub söhbət etmişlər. 2016-2017ci illərdə tarixini tam olaraq xatırlamadığı vaxt Əlfəddinlə söhbəti zamanı o, Tahirə hazırda dəqiq xatırlamadığı məbləğdə pul verdiyini, Tahirin təqaüd düzəltdiyini, həm də Tahirin ona təqaüd düzəltməsi barədə məlumat verdiyini demiş, o, Əlfəddinə Tahirin ona hər hansı təqaüd düzəltmədiyini bildirmişdir. Bundan bir müddət sonra Əlfəddin yenə onunla görüşdüyü vaxt Tahirin təqaüd düzəltmək üçün xeyli məbləğdə pul aldığını və aldatdığını, heç bir təqaüd düzəltmədiyini bildirmişdir. Bundan sonra Əlfəddin Tahirdən şikayət etdiyi vaxt Tahir ona Əlfəddinin şikayətinin qarşısını almaq üçün pul verməsini xahiş etmiş, o da Tahiri dostu bildiyi üçün X8 Nazirliyinin yaxınlığında 1000 manat pul vermişdir. Məhkəmədə Cavabdeh1 "digər təqsirləndirilən şəxs Cavabdeh2 bu işlə bağlı məsuliyyətdən azad edilməsini istəyir, özünün isə həbsdən azad edilməsini istəyir ki, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın ödənilməsi üçün çalışsın. Təqsirləndirilən şəxs Cavabdeh1 ifadəsinin sonunda qeyd etdiklərinin və əməlindən səmimi peşmançılıq çəkdiyinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir" Məhkəmənin iclasında iddiaçı Sədrayev Əlfəddı̇ n İsmayıl oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əsas 8000 manatı müdafiə etdiyini bildirdi və iddianın həmin məbləğdə təmin olunmasını xahiş etdi. Əlavə olaraq o bildirdi ki, hər iki cavabdeh birlikdə işləyirdilər və hər ikisi pulu birlikdə mənimsəmişlər. Əhməd hələ özü ona demişdir ki, pulu ödəyəcək, 1000 manatı da Əhməd ödəmiş, pulun qalanını qaytaracağını bildirmiş və onun şikayətçi olmamağını xahiş etmişdir. Bu söhbətin üstündən 5 ay keçdikdən sonra o, Əhmədə zəng etmiş, lakin o, cavab verməmişdir. Cavabdeh2 1000 manat ödəmiş, 10 min neçə manatdan 8946 manat qalmışdır. Ona 1880 manat tam qayıtmış, bunun 1000 və 700 manatını Əhməd vermiş, 180 manat Tahir onun kartına atmış, ümumi 1880 manat ödənilmişdir. Əhməd 1000 manatı iş polisə düşməmişdən öncə vermişdir. Ona borcu 10.000 manat olub, o, izahatında hamısını qeyd etmişdi. O, xəstə olduğu üçün cinayət işi gedəndə iddia qaldırmamış, şifahi söhbət zamanı Əhməd və Tahirlə oturub danışanda Əhməd söz vermişdir ki, Tahirlə birlikdə pulu bağlayacaqlar. Məhkəmə iclasında Cavabdeh2 Bəkı̇ r oğlunun nümayəndəsi Nümayəndə iddianı onlara münasibətdə qəbul etmədiklərini bildirdi və əlavə olaraq qeyd etdi ki, Tahir iddiaçıya söz verib ki, pensiya, vəsiqə düzəldəcək, onun yoldaşı Əhmədin bu işə heç bir aidiyyətı olmamış, Əhməd özü bu məsələləri sonradan öyrənmişdir.Tahir çox dələduz inşandır, səs yazıları var. Tahirin özü də deyir ki, Əhmədin xəbəri yoxdur. Əhməd iddiaçıya borclu olsaydı, ödəyərdi. Əhməd ona görə 1000 manat ödəmişdir ki, Tahir dəfələrlə zəng vurub deyirdi, onu oradan çıxarmağı xahiş edirdi. Əhməd Tahiri özünə dost bilmiş, ona görə ona kömək edirdi. Tahir Əhmədin sadəlövlüyündən istifadə etmişdir. Tahir Əhmədə demişdir ki, çıxıb evini satıb zərərçəkmişlərin pulunu ödəyəcəyək, Əhməd də ona inanmış və iddiaçıya pul vermişdir. Tahirin özü elə məhkəmədə demişdir ki, Əhmədi buraxsınlar, onun özünə də borcları qaytarmaq üçün möhlət versinlər. Tahir hamıdan pul alıb qaçıb gizlənirdi, tutulandan sonrada Əhmədin boynuna şər atdı. Vəsiqə düzəltmək məsələsinə gəldikdə isə Əhməd vəsiqə düzəldən deyil. Cavabdeh1 onları da aldatmışdır. Tahir onlardan da onun borclarından 4000 manat Eldara, 1000 manat iddiaçıya verdiklərin və həmin pulları istədikləri üçün onlardan qaçırdı, onlar da onu axtarırdı. Tahirin əvəzindən Eldara ona görə pul vermişdir ki, Eldarın yoldaşı ankoloji xəsdə idi, insanlıq etdi, fikirləşdi Tahir verəcək, Tahir də Əhmədi aldatdı. Həmin pulları Cavabdeh1 tək mənimsəmişdir. Cavabdeh1 həbsadən çıxmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 1(007)-111/2020 saylı, xx.xx.2020-ci il tarixli Hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cavabdeh1 ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2019-cu il tarixdən hesablanması, Cavabdeh1 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cavabdeh2 ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2020-ci il tarixdən hesablanması, Cavabdeh2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi və məhkəmə iclas zalında dərhal həbs edilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasınin 1(103)-132/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarı ilə də X1 və Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsi, zərərçəkmiş şəxs X2 apellyasiya şikayəti qismən, yəni mülki iddiaya aid hissədə təmin edilməməsi, iş üzrə zərərçəkmiş şəxs X6 tərəfindən verilmiş 13000 manat məbləğində mülki iddianın təmin edilməməsi, məhkum olunmuş şəxslər Cavabdeh1 və Cavabdeh2 13000 manat məbləğində pul tutularaq zərərçəkmiş şəxs X4 verilməsi, hökmün qalan hissələrdə verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 1(007)-111/2020 saylı, xx.xx.2020-ci il tarixli Hökmü ilə Cavabdeh1 özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədilə tanışı Cavabdeh2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında sonuncu ilə birlikdə əvvəllər tanıdığı İddiaçı yaxın əlaqələrindən istifadə etməklə təqaüd düzəldəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bunun müqabilində İddiaçı 05 may 2018-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “Qarabağ” adlı kafedə həmin dövrün manatın dollar qarşısında məzənnəsinə görə 5946 (beş min doqquz yüz qırx altı) manat 50 (əlli) qəpik təşkil edən 3500 ABŞ dolları, bundan sonra daha yüksək təqaüd almasına köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq 05 iyun 2018-ci il tarixdə həmin ünvanda 1500 (min beş yüz) manat, daha sonra “Təqdimat” Beynəlxalq ictimai-siyasi qəzetinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 28 iyul 2018-ci il tarixdə həmin ünvanda 1500 (min beş yüz) manat aldıqdan sonra inandırmaq üçün qohumu X3 əldə etdiyi İddiaçı guya həmin qəzetin xüsusi müxbiri olmasına dair 14 nömrəli vəsiqəni sonuncuya təqdim etməklə ümumilikdə 8946 (səkkiz min doqquz yüz qırx altı) manat 50 (əlli) qəpik məbləğində nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Cavabdeh2 ilə öz aralarında bölməklə İddiaçı xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında iddiaçı müəyyən məbləğin ona geri qaytarılmasını hazırda cavabdehlərdən 8000 manat vəsaitin tutulub ona qaytarmasını istədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bu Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə hökmünün müəyyənləşdirdiyi faktlara münasibətdə preyudisiallıq məhdud olsa da, MPM-nin 82.4-cü maddəsinin mənasına görə, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmündə əks olunan hərəkətin olub-olmaması faktı, bu hərəkətin konkret şəxs tərəfindən edilib-edilməsi faktı mülki iş üzrə sübut olunmadan azaddır. Ona görə də iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş faktları yenidən sübut etməyə borclu deyildir. Məhkəmə Cavabdeh2 nümayəndəsi Nümayəndə iddiaçının 10 min manat pulunun onun müdafiə etdiyi cavabdeh tərəfindən deyil, digər cavabdeh tərəfindən ələ keçirilməsi dəlili ilə bağlı bildirir ki, qanuni qüvvəsini almış məhkəmə hökmü ilə cavabdehlərin iddiaçıya 8946 manat miqdarında maddi ziyan vurması öz təsdiqini tapmışdır. Cavabdeh2 hökm ilə müəyyən edilmiş faktları yenidən mübahisələndirməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı Sədrayev Əlfəddı̇ n İsmayıl oğluna 8946 manat miqdarında maddi ziyan vurmuşlar. Ona görə də həmin məbləği iddiaçıya qaytarmalıdırlar. Məhkəmə iddiaçının əsas 8000 manat ödənilməsini istəməsi və cavabdehlər tərəfindən məbləğin qismən ona qaytarılması hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Nəzərov Tahı̇ r ƏJdər oğlundan və Cavabdeh2 Bəkı̇ r oğlundan Sədrayev Əlfəddı̇ n İsmayil oğlunun xeyrinə 8000 (səkkiz min) manat vəsait tutulmalıdır. Sədrayev Əlfəddı̇ n İsmayıl oğlu tərəfindən dövlət rüsumuna görə ödənilmiş 106 manat məbləğində vəsaitin əvəzi Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən Nəzərov Tahı̇ r Əjdər oğlundan və Cavabdeh2 Bəkı̇ r oğlundan müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Nəzərov Tahı̇ r ƏJdər oğlundan və Cavabdeh2 Bəkı̇ r oğlundan Sədrayev Əlfəddı̇ n İsmayil oğlunun xeyrinə 8000 (səkkiz min) manat və dövlət rüsumuna görə ödənilmiş 106 manat vəsaitin əvəzi tutulmalı, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin olunsun. Nəzərov Tahı̇ r ƏJdər oğlundan və Cavabdeh2 Bəkı̇ r oğlundan Sədrayev Əlfəddı̇ n İsmayil oğlunun xeyrinə 8000 (səkkiz min) manat və dövlət rüsumuna görə ödənilmiş 106 manat vəsaitin əvəzi tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1634/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1634/2022
15.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver