Məhkəmə qərarları › İş №2(007)-1636/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1636/2024

18.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1636/2024 18.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh X4 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi ilə, İddiaçı cavabdeh X4 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi:

1. İddiaçı cavabdeh X4 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, iddianı təmin edib, cavabdeh X3 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 102 saylı evin, 66 saylı, yeni qaydalarla Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 486, M6, m2 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 102 saylı evin,6 saylı, yeni qaydalarla Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 486, M6, m2 mənzil onun xüsusi mülkiyyətindədir. O, həmin mənzilli 29 yanvar 2024-cü il tarixdə №008REAL24000004 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasında X1 alıb. Sonra isə həmin mənzilə dair Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Ptıblik Hüquqi Şəxsi tərəfindən 19 fevral 2024-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə çıxarış alıb. X5 mənzili satandan sonra öhdəsinə götürüb ki, 1 ay ərzində ailə üzvləri ilə birlikdə mənzildən qeydiyyatdan çıxacaqlar. O, bu günə kimi düşünürdü ki, cavabdehlər qeydiyyatdan çıxıblar, lakin Asan 2 Xidmət Mərkəzindən əldə etdiyi arayışdan aydın olub ki, cavabdeh X6 qeydiyyatda qalıb. Cavabdehin onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmağı səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır.

İş materialları:

3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2; Yeni qaydalarla: AZ1096, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekt, 486, M6, m2 ünvanında yerləşən mənzili xx.xx.2024-cü il tarixdə xüsusi mülkiyyət kimi tam payda İddiaçı adına qeydiyyata alınmışdır;

4. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı arayışdan görünür ki, İddiaçı, X8 və X6 ünvan 2 ünvanında yerləşən mənzilində qeydiyyatdadırlar.

5. Kreditor-ipoteka saxlayan "xxxx" ASC, alıcı-ipoteka qoyan İddiaçı və satıcı X5 arasında bağlanılmış xx.xx.2024-cü il tarixli 008REAL24000004 saylı alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı ünvan 2 ünvanında yerləşən mənzilini Alıcı-İpoteka qoyanın mülkiyyətinə verir. Daşınmaz əmlakın satış qiyməti 199000 manatdır, mənzilin dəyərinin 129000 manatı Alıcı-İpoteka qoyanın özü tərəfindən, 70000 manatı isə Kreditor- İpoteka saxlayan tərəfindən xx.xx.2024-cü il tarixli 08CRED24000001 saylı Kredit müqaviləsinə əsasən Alıcı-İpotekaqoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Alıcı- İpoteka qoyan satılan mənzili bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla Kreditor- İpoteka saxlayan arasında bağlanmış xx.xx.2024-cü il tarixli 08CRED24000001 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi Kreditor-İpoteka saxlayana ipotekaya verir.

6. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 101 manat dövlət rüsumu ödənilmişdir.

7. Notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, X6, ünvan 3 ünvanında yerləşən 87,70 kv.m olan mənzilin “Ziraat Bank Azərbaycan" ASC ilə ipoteka müqaviləsi üzrə öhdəliyin təmini üçün ipoteka qoyulmasına və satılmasına razılıq verir, həmçinin həmin əmlaka tutma yönəldilməsinə (məhkəməyə müraciət edilmədən tutma yönəldilməsi daxil olmaqla) və onun satılmasına heç bir etirazı yoxdur. Eyni zamanda öhdəsinə götürür ki, həmin mənzil yaşayış evinə tutma yönəldildikdə, qeyd-şərtsiz olaraq heç bir məhkəmə qətnaməsi (qərarı) olmadan və məhkəməyə müraciət etmədən mənzili/yaşayış evini dərhal tərk edəcək. Eyni zamanda bəyan edir ki, əri ilə aralarında ipoteka (girov) qoyulan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır. Tərəflərin izahatları:

8. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəmə müraciət edərək, iddia tələbini müdafiə etdiyini qeyd edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, zərf üzərində "bu ünvanda yaşamır” məzmununda qeyd edilərək məhkəməyə geri qayıtmışdır.

10. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halı:

11. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, ünvan 2; Yeni qaydalarla: AZ1096, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekt, 486, M6, m2 ünvanında yerləşən mənzil X2 mülkiyyətində olmuşdur. O, xx.xx.2024-cü il tarixdə İddiaçı ilə alqı-satqı və ipoteka müqaviləsi bağlayıb, mülkiyyətində olan həmin mənzili İddiaçı sataraq onun mülkiyyətinə vermişdir. Alğı-satqı müqaviləsinin bağlanmasından sonra həmin mənzilə İddiaçı mülkiyyət hüququ tanınmış və mənzil üzərində bu mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mənzilin köhnə sakini olan cavabdeh mənzildən köçsə də, formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalıb, bu da iddiaçının xüsusi mülkiyyətində olan mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Bu səbəbdən iddiaçı məhkməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Məhkəmə baxışının hədləri:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Konstitusiyasının:

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.

16. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun:

9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;

17. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolu:

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Məhkəmənin mövqeyi:

18. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.

19. Belə ki, X5 İddiaçı ilə xx.xx.2024-cü il tarixdə bağladığı alğı-satqısı və ipoteka müqaviləsinə əsasən mülkiyyətində ünvan 2 ünvanında yerləşən mənzilini İddiaçı sataraq onun mülkiyyətinə vermişdir. Bununla yanaşı, cavabdeh X6 mənzilin satılmasına etiraz etməməsi barədə notarial qaydada ərizə vermişdir. Belə ki, alğı-satqı müqaviləsinin bağlanmasından sonra mənzil iddiaçıya təhvil verilmişdir, cavabdeh həmin vaxtdan mənzildə yaşamamışdır. Cavabdehin hal-hazıradək mənzildə qeydiyyatda qalması mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozur.

20. Məhkəmə hesab edir ki, qeyd olunan mənzil üzərində mülkiyyət hüququ həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alındığı andan ona keçmiş və cavabdeh mülkiyyət hüququnun tərkib hissəsi olan mənzildən istifadə hüququnu itirmişdir. Ona görə də, iddia əsaslı olduğundan təmin edilməlidir.

21. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Nəticə:

23. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, cavabdeh X3 ünvan 2; Yeni qaydalarla: AZ1096, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekt, 486, M6, m2 ünvanında yerləşən mənzilindən istifadə hüququ itirilmiş hesab edilməli, məhkəmə xərclərinə aid olan ödənilmiş 101 manat dövlət rüsumu İddiaçı aid edilməlidir.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh X3 ünvan 2; Yeni qaydalarla: AZ1096, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekt, 486, M6, m2 ünvanında yerləşən mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 101 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar