Məhkəmə qərarları › İş №2(007)-1639/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1639/2021

04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1639/2021 04.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə Bakı şəhəri Nizami rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "BMW 318" markalı, ** VR *** dövlət qeydiyyat nişanlı avtomobil sahibi, cavabdeh X2 tərəfindən "xxxx" ASC-də 15.07.2020-ci il tarixdən 15.07.2021-ci il tarixədək "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" haqqında PAZ ********** nömrəli şəhadətnamə ilə sığortalanmışdır. Cavabdeh nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük hüququ olmadan "BMW 318" markalı, ** VR *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək, 21.10.2020-ci il tarixdə saat 08:20 radələrində Bakı şəhəri Nizami rayon ərazisində yolda yol-nəqliyyat hadisəsi törədərək "Changan BENNİ" markalı, **-VT-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan vurmuşdur. Hadisə Nizami RPİ-də qeydə alınmış Cavabdeh barəsində İXM-nin 327.1 və 332.1-ci maddələri ilə İXP ******* nömrəli 21.10.2020-ci il tarixli protokol yazılmış və TP ******* nömrəli qərar qəbul edilərək 40 manat məbləğində cərimələnmişdir. "xxxx" ASC tərəfindən "Changan BENNİ" markalı, **-VT-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan 200 manat məbləğində dəyərləndirilərək, həmin məbləğdə pul avtomobilin sahibi X1 ödənilmişdir. Sürücülük hüququ olmadan cavabdeh tərəfindən avtomobil idarə olunaraq yol-nəqliyyat hadisəsi törətdiyinə və bunun nəticəsində üçüncü şəxsin əmlakına, avtomobilinə vurulmuş zərərə görə ödənilmiş 200 manat pul cavabdehdən alınaraq "xxxx” ASC-yə verilməlidir. Qeyd olunanlara əsasən "Changan BENNİ" markalı, **-VT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə ziyana görə "xxxx" ASC tərəfindən ödənilmiş 200 manat və məhkəmənin hesabına köçürülmüş 20 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" ASC- yə verilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə ilə müraciət edərək, dəymiş ziyana görə ödənilmiş 200 manat sığorta ödənişini və məhkəmənin hesabına köçürülmüş 20 manat məbləğində dövlət rüsumunun cavablehdən tutularaq ASC-yə ödənilməsini və onların nümayəndəsinin iştirakı olmadan iddia ərizəsinə baxıb qətnamə qəbul edilməsi xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 05 noyabr 2020 il tarixli sığorta aktından görünür ki, 21.10.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində "BMW 318" markalı, ** VR *** dövlət qeydiyyat nişanlı avtomobil zərərçəkmiş şəxs "Changan BENNİ" markalı, **-VT-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan vurulmuş. Zərərə görə 200 manat məbləğində sığorta ödənişi hesablanmışdır. İş materiallarında olan 14.07.2020-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, "BMW 318" markalı, ** VR *** dövlət qeydiyyat nişanlı avtomobil sahibi, cavabdeh X2 tərəfindən "xxxx" ASC-də 15.07.2020-ci il tarixdən 15.07.2021-ci il tarixədək "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" haqqında PAZ ********** nömrəli şəhadətnamə ilə sığortalanmışdır. İş materiallarında olan İXP ******* nömrəli 21.10.2020-ci il tarixli inzibatı xəta haqqında protokoldan görünür ki, Cavabdeh nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük hüququ olmadan "BMW 318" markalı, ** VR *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək, 21.10.2020-ci il tarixdə saat 08:20 radələrində Bakı şəhəri Nizami rayon ərazisində yolda yol-nəqliyyat hadisəsi törədərək "Changan BENNİ" markalı, **-VT- *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan vurmuşdur. İş materiallarında olan TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh barəsində İXM-nin 327.1 və 332.1-ci maddələri ilə İXP ******* nörrrəli 21.10.2020-ci il tarixli protokol yazılmış və TP ******* nömrəli qərar qəbul edilərək 40 manat məbləğində cərimələnmişdir. İş materiallarında olan 06.11.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, AKT3358/20 sığorta ödənişinə əsasən “xxxx” ASC tərəfindən 200 manat məbləğində sığorta ödənişi X1 ödənilmişdir. İş materiallarında olan dəymiş zərərin hesabatından görünür ki, "Changan BENNİ" markalı, **-VT-*** dövlət nömrə nişanlı avtomobilə 200 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan 05.02.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən 20,0 manat dövlət rüsumu ödənilmişdir. "İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun: 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı (sığortaçı) "xxxx" ASC ilə bağlanmış 14.07.2020-ci il tarixli PAZ ********** saylı "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta" müqaviləsinə əsasən "BMW 318" markalı, ** VR *** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx" ASC-də 15.07.2020-ci il tarixdən 15.07.2021-ci il tarixədək sığortalanmışdır. Cavabdeh nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük hüququ olmadan "BMW 318" markalı, ** VR *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək, 21.10.2020-ci il tarixdə saat 08:20 radələrində Bakı şəhəri Nizami rayon ərazisində yolda yol-nəqliyyat hadisəsi törədərək "Changan BENNİ" markalı, **-VT-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan vurmuşdur. Hadisə nəticəsində Cavabdeh barəsində İXM-nin 327.1 və 332.1-ci maddələri ilə İXP ******* nömrəli 21.10.2020-ci il tarixli protokol yazılmış və TP ******* nömrəli qərar qəbul edilərək 40 manat məbləğində cərimələnmişdir. "xxxx" ASC tərəfindən "Changan BENNİ" markalı, **-VT-*** dövlət nömrə nişanlı avtomobillə dəymiş ziyan 200 manat məbləğində sığorta ödənişi X1 ödənilmişdir. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh sığortaçının həyata keçirdiyi sığorta ödənişinin əvəzini ödəməli olduğundan, sığorta ödənişinin əvəzini və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh “Changan BENNİ” markalı, ** VT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş ziyana görə "xxxx" ASC tərəfindən ödənilmiş 200 manat və məhkəmənin hesabına köçürülmüş 20 manat məbləğində dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Changan BENNİ” markalı, ** VT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş ziyana görə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 200 manat və məhkəmənin hesabına köçürülmüş 20 manat məbləğində dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar